Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qısa qapanma
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkələrdə fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qapanma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da faza ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzolyasiyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izolyasiyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Qısa qapanma (albom)
Qısa qapanma — Qaraqanın 2009-cu ildə çıxan albomu.
Qapanat hakimliyi
Qapanat tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Adı Qapan çayı adındandır. Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arasbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Qapanat adlı inzibati ərazi vardı Bəzi qaynaqlarda Bağabürd, Küpara, Əcənan mahalları hamısı bir yerdə Qapanat adlanır. Həsən sultan Ördəkli Qapanat hakimi (1628) idi. 1840 cı ildə Şuşa qəzası nın nahiyəsi olmuşdur. Qafan nahiyəsi Zəngəzur və Sisyan nahiyələri ilə həmsərhəddir. Zəngəzur qəzasının Qafan nahiyəsi qəzanın, təxminən mərkəzində yerlşmişdi. Bu nahiyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km2 olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km olan Qubadlı rayonu yaradılmışdır. Qafan (Kapan) nahiyəsi Bərguşad (Bazar çay) çayının boyunca Zəngəzur nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. Bu nahiyə 6 kiçik dairəyə (okruq) bölünmüşdür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaundur-çay dairəsi.
Qapanat mahalı
Qapanat mahalı —XII əsrin 60-cı illərindən etibarən Eldənizlər dövlətinin Naxçıvan vilayətinin tərkibinə daxil olmuş inzibati vahidlərdən biri. XII əsrin 60-cı illərində paytaxtı Qapanat olan alban Sünik hakimliyinin süquta uğramasından sonra, onun daxil olduğu ərazilər də Naxçıvan vilayətinin tərkibinə daxil edilmişdir. S.Orbelianinin qeydlərindən məlum olur ki, 1170-ci ildə Atabəy Şəmsəddin Eldənizin sonuncu Sünik qalası olan Baqaberdi tutmasından sonra Sünik hakimliyinin varlığına faktiki olaraq son qoyulmuşdur. Bu dövrdən Naxçıvan vilayətinin inzibati ərazi quruluşundan yeni bir dairənin (mahalın) Qapanatın və ya Kabbanın olduğu qənaətinə gəlmək olar. Təsadüfi deyildir ki, orta əsr müəllifi Y.Həməvi Naxçıvan vilayətinin tərkibində olmuş Kabbanı (Qafanı –E.K.) şəhər və dairə (mülk, əmirlik) kimi təsvir etmiş və onun Təbriz və Beyləqan arasında yerləşdiyini yazmışdır. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı).
Qapanat tüməni
Qapanat tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Adı Qapan çayı adındandır. Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arasbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Qapanat adlı inzibati ərazi vardı Bəzi qaynaqlarda Bağabürd, Küpara, Əcənan mahalları hamısı bir yerdə Qapanat adlanır. Həsən sultan Ördəkli Qapanat hakimi (1628) idi. 1840 cı ildə Şuşa qəzası nın nahiyəsi olmuşdur. Qafan nahiyəsi Zəngəzur və Sisyan nahiyələri ilə həmsərhəddir. Zəngəzur qəzasının Qafan nahiyəsi qəzanın, təxminən mərkəzində yerlşmişdi. Bu nahiyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km2 olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km olan Qubadlı rayonu yaradılmışdır. Qafan (Kapan) nahiyəsi Bərguşad (Bazar çay) çayının boyunca Zəngəzur nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. Bu nahiyə 6 kiçik dairəyə (okruq) bölünmüşdür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaundur-çay dairəsi.
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Azərbaycanda tonqal qalamaq adəti
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Qabandağ
Qabandağ — Abşeron rayonu ərazisində dağ. Hündürlüyü 670 m. Qabandağ — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2210 m.