Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarğabazar
Yaşayış məntəqələri Qarğabazar (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Qarğabazar (Qərbi Azərbaycan) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Digər Qarğabazar məscidi — Qarabağın qədim məscidlərindən biri. Füzuli rayonunun Qarğabazar kəndində yerləşir.
Qarğabazar (Füzuli)
Qarğabazar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Orta çağlara bağlı qaynaqlarda kəndin adı Qarğabazarı yazılıb. 1727-ci ildə Osmanlı qaynağında Qarğabazarı kəndinə aid bilgi var. Həmin bilgiyə görə kənddə dövlətə vergi ödəyən 9 ailə yaşayırmış. Qarğabazarı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Qarğabazar kəndi öncə İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağa Cavanşirin idi. Sonra onun oğlu Cəfərqulu xan idarə etməyə başladı. Mehdiqulu xan Irandan dönəndən sonra bu kəndin xəzinəyə bağlı rəiyyətlərindən böl-bölüş edib Qasım bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşirə, Əli bəy Mirzalı bəy oğlu Kəbirliyə və V. Q. Madatova verdi.
Qarğabazar (Üçkilsə)
Qarğabazarı, Qarğabazar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzidən 12 km cənub-şərqdə, Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1965-ci il tarixli Fərmanı ilə kəndin adı dəyişdirilərək Haykaşen edilmişdir.1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. "Kitabi-Dədə Qorqud" eposunda Dərəşam toponimi ilə səslənir. XIX əsrdə Alagöz dağının ətəyində Qaraşam adlı kənd vardı. Ərəb dilində qəryə "kənd" və şam (əsli ərəbcə) "qamışlıq" sözlərindən ibarətdir. Kənddə 1873-cü ildə 574 nəfər, 1886-cı ildə 602 nəfər, 1897-ci ildə 569 nəfər, 1904-cü ildə 688 nəfər, 1914-cü ildə 728 nəfər, 1916-cı ildə 615 nəfər, 1919-cu ildə 600 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 192 nəfər, 1926-cı ildə 190 nəfər, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Qarğabazar dağı
Qarğabazar dağı Oronimi Altay dillərində (eveng, mancur və türk dillərində) karqa "cərgə", "sıra", "silsilə", "dil formalı şiş uclu qaya", "üst-üstə düşmüş buzlaq daşları" və bazar "bir şeyin (adamların, quşların və hətta cansız obyektlərin, məsələn, buzlaq daşlarının) bol yeri, yığım yeri" sözlərindən ibarətdir. Qədim türklərdə Bazar və Karqa adlı tayfalar da vardı . Azərbaycanda, ERmənistanda, Orta Asiyada, Altayda və Qazaxıstanda toponimlərdə qarqa və bazar sözlərinin hər iki mə'nasını ifadə edən çoxlu toponimlər vardır. Azərbaycanda Bazar-Yurdu və Bazar-Düzü dağ adları da şübhəsiz, məhz Qarğabazar oronimində olduğu kimi, bazar coğrafi terminindən yaranmışdır. Qarğabazar dağının adı sonra yaşayış məntəqə adına çevrilmiş və əhalinin hərəkəti ilə əvvəlcə Naxçıvana (keçən əsrə aid ədəbiyyatda Naxçıvan qəzasında Qarğabazar toponimi qeyd olunmuşdur), oradan da Azərbaycana (Füzuli rayonunda Qarğabazar kəndi vardır) gətirilmişdir.
Qarğabazar karvansarası
Qarğabazar karvansarası — Füzuli rayonundan 8 kilometr cənubda yerləşən Qarğabazar kəndi qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlarda ölkələrarası ticarət vasitələrini qaydaya salan karvansaralardan həm də poçt-rabitə məqsədi üçün geniş istifadə olunmuşdur. Bir sözlə, yaxın və uzaq məmləkətlərin təbiət və cəmiyyətində baş vermiş dəyişiklikləri ilk növbədə karvansaralardan öyrənərlərmiş. Göründüyü kimi, dünya xalqlarının siyasi-iqtisadi və sosial-mədəni həyatının inkişafında karvansaraların rolu əvəzolunmaz idi. Mənbələrdən məlum olur ki, bütün orta əsrlər boyu Şərqi Qərb ölkələri ilə birləşdirən Azərbaycandan keçən karvan yolları və bu yollar üstündəki karvansaralardan bu məqsədlə müntəzəm surətdə istifadə olunmuşdur. Müasir dövrümüzə qədər gəlib çatmış, XVII əsrin yadigarı olan Qarğabazar kəndindəki karvansara da elə bu qəbildəndir. Bu da təbiidir. Çünki kənd Xudafərin körpüsündən keçən Şəki-Qarabağ-Hindistan və s. istiqamətli ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim karvan yolu üzərində yerləşir. XVII əsrdə əsas kütləsi yonulmamış daşdan tikilmiş karvansara planda bir küncü kəsilmiş uzunsov düzbucaqlı formadadır.
Qarğabazar məscidi
Şah Abbas məscidi və ya Qarğabazar məscidi — Qarabağın qədim məscidlərindən biri. Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Tarixi abidə kimi qorunur. Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin (Qiyas əd-Din məscidi) məscidi kimi öz əksini tapmışdır. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb hicri təqvimi ilə 1095". Bu da miladi tarixi ilə 1683–84-cü ilə uyğundur. Məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb h. t.
Qarğabazar türbəsi
Qarğabazar türbəsi — Füzuli rayonunun Qarğabazar kəndində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi, türbə. Qarğabazar türbəsinin əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır. Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Türbənin yerləşdiyi kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qarğabazar türbəsi təməldə səkkizguşəli plana malikdir. Türbənin inşası zamanı bişmiş qırmıızı kərpiclərdən istifadə edilmişdir. Arazboyu ərazinin digər səkkizguşəli türbələrindən fərqli olaraq kərpic, Qarğabazar türbəsinin inşasında əsas inşaat materialı olaraq seçilmişdir. Daha əvvəlki dövrlərdə də kərpic əsas inşaat materialı kimi istifadə edilsə də, bu, heç vaxt türbə inşasına xas edilmirdi. Bu baxımdan Füzuli rayonunun Babı kəndi ərazisindəki Şeyx Babı türbəsi və onun ətrafındakı dini kompleks xarakterik xüsusiyyət daşıyır.
Qarğabazar (Qərbi Azərbaycan)