Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karandaş
Karandaş (rus. Карандаш əsli qara daş sözündən götürülmüşdür) — Yazı yazmaq, şəkil və cizgi çəkmək üçün taxtaya geydirilmiş nazik qrafit, yaxud quru boyaq çubuğu. == Karandaşların əcdadları == İlk variantı XIII əsrdə hazırlanıb. Qrafitin (qələmin içində olan qara hissə) taxtanın arasına qoyulmasını fransız kimyagəri Nikola Konte təklif edib. Əslində bu qrafiti qənaət ilə sərf etmək üçün hazırlanmışdı. Ancaq sonra fikir verildi ki, bu üsulla hazırlanan qələmlər daha yaxşı yazır. == İlk əsil karandaş == Barroudeyl gölü ətrafında qoyunlarını otaran çobanlar fikir verirlər ki, qoyunların dəriləri yerli qayalara sürtünəndə qaralır . Bu barədə yerli alimlərə bildirəndə, onlar düşünüblər ki, Borroudeyldə üzə "qara daş" yataqları çıxır. Yerli əhali tezliklə burada yazı üçün müxtəlif ləvazimatlar hazırlamağa başlayır, adını isə "qara daş" qoyurlar. Türkcə("qara" və "taş" sözlərindən "karandaş2 adı alınır.) İlk karandaşlar barədə yazılar 1565-ci ilin minerallar barədə yazılan traktatında olub.
Qarıldaq
Qarıldaq (lat. Nycticorax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Qatırdaş
Qatırdaş — Laçın rayonu ərazisində dağ. Qaranlıq və İldırımsu çaylarının suayrıcısıdır. Hündürlüyü 3195 m. Qatardaş sözünün təhrif olunmuş variantıdir. Bu ad qatar və dağ sözlərindən ibarət olub, “yan-yana sıralanmış, cərgəli daş, qaya” mənasındadır.
Çarındağ
Çarındağ — Azərbaycan (Qəbələ rayonu) və Rusiyanın (Dağıstanın Doqquzpara rayonu) sərhədlərində yerləşən Baş Qafqaz silsiləsinin dağ zirvəsi. Hündürlüyü 4079,5 metrə bərabərdi. Azərbayacanın ən hündür altıncı zirvəsidi. Çarındağ Bazardüzü və Raqdan ilə birlikdə Baş Qafqaz silsiləsinin zirvələr sırasında durur. Dağın yamaclarında Çarun yaylası yerləşir. Dağın qolu 6 km uzunluğunda kanyon əmələ gətirib. Qoldan qərbdə uzunluğu 5 km bərabər olan Mullar kanyonu var. Kanyonda 7–8 m yıxılma yüksəkliyi olan iki şəlalə yerləşir.
Qaradaş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Sarıdaş
Sarıdaş — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati Sarıdaş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sarıdaş kəndi Nadirxanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıdaş kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. XIX əsrdə Qılıçlı kəndindən ayrılmiş ailələr tərəfindən Sarıdaş dağının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Oronim isə "sarı rəngdə olan qaya" mənasındadır. Kənd Sarıyal dağının ətəyində yerləşir. Sarıyal dağının ətəyində və kəndin yerləşdiyi ərazidə olan daşları sarı rəngdədir. Elə buradan da Sarıyal və Sarıdaş sözləri yaranmışdır. Kənd Lev çayı ilə Tərtərçayın arasında, dağətəyi ərazidə yerləşir.
Qardaş
Ata və anası bir olan uşaqların bir-birinə bağlılığı (bir-birinə bağlayan əlaqə).
Adi qarıldaq
Adi qarıldaq (lat. Nycticorax nycticorax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin qarıldaq cinsinə aid heyvan növü.
Darandaş (Mərənd)
Darandaş (fars. دارانداش‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 327 nəfər yaşayır (64 ailə).
Karandaş (dəqiqləşdirmə)
Karandaş — Yazı yazmaq, şəkil və cizgi çəkmək üçün taxtaya geydirilmiş nazik qrafit. Karandaşyonan — Karandaşların uclarını taraş etmə üçün istifadə edilən dəftərxana ləvazimatı. Karandaş (kloun) — tanınmış sovet sirk artisti (kloun).
Karandaş (kloun)
Karandaş (tam adı: Mixail Nikolayeviç Rumyantsev ; d.1901, Sankt-Peterburq – ö.1983, Moskva) —Görkəmli sovet sirk artisti (kloun), aktyor. Sosialist Əməyi Qəhrəmanı (1979) SSRİ xalq artisti (1969). == Həyatı == Mixail Nikolayeviç Rumyantsev 1901-ci il noyabrın 27-də bəzi mənbələrdə 10 dekabrda Sankt-Peterburqda anadan olub. == Sovet çizgi filmində Karandaşın rolu == Sirk(Soyuzmultfilm,1942). Sirkdəki qız (Soyuzmultfilm, 1950).
Qarıldaq cinsi
Rəngli karandaş
Rəngli karandaş — bir rəngli piqment minası olan rəngli rəsm və yazı üçün istifadə olunan karandaş.
Çarıqdaş (Germi)
Çarıqdaş (fars. چاروق داش‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (7 ailə).
Karandaş testi
Karandaş testi – şəxsin afro teksturalı saçının olub-olmadığını müəyyənləşdirmək üçün metod. Karandaş testində karandaş şəxsin saçına keçirilir. Karandaşın saçdan asanlıqla keçib-keçməməsindən asılı olaraq test "keçdi" və ya "keçmədi" olaraq dəyərləndirilir. Karandaş testi Cənubi Afrika Respublikasının aparteid rejimi tərəfindən irqi mənsubiyyəti müəyyən etmək üçün istifadə olunurdu. Karandaş testinin nəticəsinə əsasən ağlarla və rəngli şəxslər fərqləndirilirdi. Test mövcud ailələrin və icmaların irqi əsaslarla bölünməsində rol oynamışdır. Aparteid rejiminin 1994-cü ildə başa çatmasından sonra karandaş testinin tətbiqi də dayandırılmışdır. Hazırda CAR-da karandaş rasizm simvolu kimi qəbul olunur. == Arxa plan == 1950-ci ildə qəbul edilmiş Əhalinin Qeydiyyatı Aktına əsasən cənubi afrikalılar fiziki və sosial-iqtisadi xüsusiyyətlərinə əsasən irqi qruplar üzrə təsnif olunmalı idilər. Şəxsin irqi həmişə aydın olmadığı üçün bir neçə test yaradılmışdır.
Qaradaş (Qaraqoyunlu)
Qaradaş — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Kəndin ərazisində azərbaycanlıların həyatı ilə bağlı XVII-XVIII əsrlərə aid tarixi abidələrin, eləcə də oğuz qəbiristanlığın qalıqları qalmaqdadır. Toponim rəng bildirən qara sözü ilə Azərbaycan dilində «qaya» mənasında işlənən daş sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Sevkar (Qaradaş) qoyulmuşdur.
Qaradaş (Tovuz)
Qaradaş — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsi kimi 1786-cı ildən məlumdur. Hələ qədimdən Xanbulaq dağında Armudluq adlı sahədən mis filizinin çıxarılmasına və torpağın qara rəngə çalmasına görə əraziyə Qaradaş deyirdilər. Sonralar mədənin yerləş­diyi dağ da Qaradaş adlandırılmışdı. Burada salınmış kənd də adını həmin dağın adından almışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Şahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal ətəyində yerləşir. Kənddə Qaradaş kənd kitabxana filialı, Qaradaş kənd klubu, Qaradaş poçt şöbəsi (AZ6029) fəaliyyət göstərir. Kənddə Qaradaş kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Qaradaş (dağ)
Qaradaş — Sədərək rayonu ərazisində dağ (hünd. 1213,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-qərb qurtaracağında zirvə. Sədərək kəndindən 7 km-dək cənub-şərqdədir. Orta Devonun Jivet mərtəbəsinin üst hissəsinə aid Arpaçay lay dəstəsinin karbonat-terrigen çöküntülərindən ibarət yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikincidərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Qaradaş (Çaroymaq)
Qaradaş (fars. قره داش‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 15 nəfər yaşayır (4 ailə).
Qaradaş bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaradaş ocağı
Qaradaş ocağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndinin mərkəzində ziyarətgah. Ахurа kəndinin içərisində yеrləşir. Qаrаdаş оcаğınа indi də inаm vаr. Öz ürəyində аrzu və istəyinin həyаtа kеçməsini istəyən şəхslər оcаğа nəzir dеyir və аdаmlаr аrzu, istəklərinə çаtdıqdа nəziri оcаğа аpаrırlаr. Qаradаş оcаğının mərkəzində nəhəng prizmаtik-kоnusvаri fоrmаlı qаrа dаş vаr. Dаşın ətrаfınа bir nеçə kiçik ölçülü dаşlаr düzülmüşdür. Əfsаnəyə görə iri qаrа dаşlаr göydən gəlmiş аnа, ətrаfındа оlаn kiçik dаşlаr isə оnun övlаdlаrıdır. Оdur ki, оcаğа аncаq qаdınlаr və uşаqlаr girə bilər. Kişilərin оcаğа gəlməsi qаdаğаndır. Оcаğа qаb-qаcаq dа gətirilir.
Qaradaş piri
Qaradaş piri — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Tivi kəndində ziyarətgah. Ziyarətgahdakı armud ağacının dibində qara daş vardır. Azərbaycan türklərində armud ağacı müqəddəs sayılır. Qara daş isə bütün müsəlman dünyasında müqəddəs hesab edilir. Etnoqrafik materiallar təsdiq edir ki, yerli əhali arasında bu cür daşların göydən gəlməsi, bu səbəbdən də müqəddəs sayılması haqqında fikirlər vardır.
Tolqa Sarıdaş
Tolqa Sarıdaş (30 may 1991, İstanbul) — Türkiyə aktyoru. Əslən Sivaslıdır. İstanbulda doğulub, böyümüşdür. Xəlil Aqqənd litseyindən məzun olub. Litseydəki təhsili bitdikdən sonra aktyorluğa maraq göstərib. Əsənyurd bələdiyyə teatrı və Zeytun budağı teatrlarında aktyorluq edib. Bir neçə film və teleserialdan sonra Möhtəşəm yüz il adlı teleserialda canlandırdığı Şahzadə Cahangir roluyla Türkiyədə məşhurlaşmağa başlayıb. Günəşin qızları adlı teleserialda Ali Mərdoğlu rolunu canlandırmışdır. 20 yanvar, 2017-ci ildə yayımlanan Pis uşaq filmində Meriç Tuna rolunda olmuşdur. Hal-hazırda Söz adlı teleserialda Yavuz Qarasu rolunu canlandırır.
Qaradaş (Mahnişan)
Qaradaş (fars. قره داش‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 510 nəfər yaşayır (105 ailə).
Qaradaş (Duzluca)
Qaradaş — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır.
Parinyas burnu
Parinyas burnu (isp. Pariñas) — Cənubi Amerika materikinin ucqar qərb qutaracağında yerləşir. Burnu ilk aşkarlayan Fransisko Psarro və Bartalome Ruis tərəfindən 1527-ci ildə aşkarlanmışdır. Burun Perunun şimal-qərbində La Brea rayonu Talara vilayəti və Pyora regionuna daxildir. Buruna ən yaxın yaşayış məntəqəsi Neqritos burnudur və 5 km şimal-qərbdə yerləşir. Sakit okean sahillərində yerləşir. Burun sıldırınlı qayalıqdan ibarətdir. Burunda fəaliyyətdə olan mayak vardır. Burnun cənub hissəsində buxta ərazisində suiti koloniyalarına rast gəlmək olar.
Qalinas burnu
Qalinas burnu — Cənubi Amerika materikin ucqar şimal nöqtəsini təşkil edir. Kolumbiyanın Quahira departamenti ərazisində, Quaxira yarımadası sonucunda yerləşir. Burnun yaxınlığında 100 nəfərdən ibarət vayyo icması yaşayır. Burnun ucqar şimal nöqtəsində 1989-ci ildən mayak fəaliyyət göstərir.
Qarinya buxtası
Qarinya buxtası (bolq. залив Гърня, ‘Zaliv Garnya’ \'za-liv 'g&r-nya\) — 1.2 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşmişdir. Smirnenski burnundan cənub-şərqdə, Perelik burnundan şimal-şərqdə yerləşmişdir. Buxta şimali Bolqarıstanda yerləşən Qarinya şəhərinin adını daşıyır. Qarinya buxtası 62°22′25″ c. e. 59°22′40″ q. u. koordinatlarında yerləşmişdir. L.L. Ivanov.