Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaraboğaz
Qaraboğaz — Türkmənistanın Balkan vilayətinin Xəzər dənizi sahilində yerləşən şəhəri.
Qaraboğaz (Qoşaçay)
Qaraboğaz (fars. قره بوغاز‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Qaraboğaz düzənliyi
Qaraboğaz düzənliyi — Abşeron yarımadasının şimal-qərbində yerləşən dağ ətəyi düzənlik. Sumqayıt şəhərindən 6–7 km şimalda yerləşir. Abrazion-akkumlyativ dördüncü dövrə aid suxurlar yayılmışdır. Düzənlikdə əsasən Sumqayıt şəhərinin sənaye müəssisələri yerləşir. Ekoloji baxımdan olduqca çirklənmişdir. Sumqayıtçayla Tuğ çayının arasında yerləşir. == İqlimi == Yayı quraq, qışı mülayim isti keçən yarımsəhra və quru çöl iqliminə sahibdir. Yay ayları yüksək temperatur, zəif rütubətlilik xarakterikdir. İl ərzində 200–300 mm yağıntı düşür. İlin quraq dövründə (aprel-sentyabr) cəmi 100 mm, rütubətli dövründə isə 150–200 mm yağıntı olur.
Qaraboğazgöl
Qaraboğazgöl (türkm. Garabogazköl) — Xəzər dənizinin şərqində Türkmənistan ərazisində laqun mənşəli körfəz. Dənizlə dayaz və eni 200 metrə çatan eyni adlı boğazla birləşir. Onun sahəsi mövsümdən asılı olaraq dəyişir. Dərinliyi 4-7 metr arası dəyişir. Körfəzin duzluluğu Xəzər dənizinə nisbətən daha yüksəkdir, 310 ‰ təşkil edir. Körfəzin duzluğunun yüksək olmasının səbəbi Mirabilit duzu ilə zənginliyidir. Körfəzin sahəsi 18 000 km² == Adının etimalogiyası == Qara boğaz gölü mənasını verir. Demək olar ki, Xəzərin suyunu özünə çəkərək buxarlandırır. Körfəz dənizçilərdə və köçərilərdə həmişə vahimə doğururdu.
Qaraboğazgöl boğazı
Qaraboğazgöl boğazı - Qaraboğazgöl körfəzi Xəzər dənizinin səviyyəsi ilə sıx bağlıdır. Buna səbəb isə boğazdır. Boğaz vastəsi ilə körfəzə hər il 8-10 milyon km³ su daxil olur. Xəzərin səviyəsinin qalxdığı illərdə bu rəqəm 25 milyon km² çatır. 1950—70-ci illər ərzində Xəzərdə suyun azalması müşahidə edilmişdir. Buna səbəb isə ona daxil olan çayların (Volqa və Kür) üzərində su anbarlarının inşası olmuşdur. Nəticədə su körfəzdən dənizə qayıtmağa başlamışdır. Bu zaman boğazı bağlamaq qərarına gəlirlər. 1980-ci ildə boğaz üzərində damba inşa edilir. Körfəz tədricən qurumağa başlayır.
Quruboğaz
Quruboğaz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra - 15 mart 1972-ci ildən sonra Abaran rayonunun inzibati - ərazi bölgüsündən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. Toponim türk dilində «bitkisiz, çılpaq, yaşıllıqsız», «quru daşlı düzənlik» mənasında işlənən quru sözü ilə Azərbaycan dilində «dərələrin, çayların baş tərəfi, çay ağzı», «iki dağ arasındakı dar keçid»mənasında işlənən boğaz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. === Quruboğaz dağı === Quruboğaz İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda dağ. Abaranın şimal-şərqində yerləşir. Oronim Azərbaycan dilində «bitkisiz, çılpaq, yaşıllıqsız» mənasında işlənən quru sözü ilə, iki dağ arasındakı dar keçid», «keçid» mənasında işlənən boğaz sözünün birləşməsindən əmələ gəlmişdir. «Boğaz» sözü həm də «dar yer» mənasında işlənir. Quruluşca mürəkkəb oronimdir.
Darboğaz
Darboğaz — Qars ilinin Səlim ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == Kənd 1913-cü ildə salınmışdır. == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 50 km, Səlim ilçəsinin inzibati mərkəzi Səlim qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 246 nəfər daimi əhali yaşayır.
Qaraboya
Qaraboya — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsadəfə Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponim == Toponim qaraboya tayfa adı əsasında əmələ gəlib "qaraboya tayfasına mənsub kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Xinkoyan qoyulmuşdur. XIX əsrdə Naxçıvan qəzasında Qaraboya kənd adı ilə mə'naca eynidir. == Əhalisi == 1919-cu ildə əhalisi qovulmuş və 1920-ci ildə Türkiyədən gəlmə ermənilər yerləşmişlər.
Qarabaraz (Bükan)
Qarabaraz (fars. قره براز‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (45 ailə).
Sarıboğaz bağrıqara
Sarıboğaz bağrıqara (lat. Pterocles gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Qarabağa gəzinti
Qarabağa gəzinti — Aka Morçiladzenin romanı. 2005-ci ildə film rejissoru Levan Tutberidze bu roman əsasında film çəkib.
Qarabağa Səyahət (1968)
== Məzmun == Mənzərə filmi Azərbaycanın gözəl guşələrindən biri — Qarabağın əsrarəngiz təbiətindən, bu diyarın adamlarından, Bərdə, Şuşa, Xankəndi və Əsgəranın keçmişdən bu günə kimi mühafizə olunmuş tarixi qala və abidələrindən danışır. Qarabağı musiqisiz, musiqini isə Qarabağsız təsəvvür etmək çətindir. Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Qurban Pirimovun adları kimə tanış deyil?! Xan qızı Natəvan, unudulmaz bəstəkarımız, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyov və sevimli müğənnimiz Bülbül də bu səfalı dağların övladıdır. Bu gün də burada-hər obada, hər evdə musiqi sədaları ətrafa yayılır, saf sular kimi axıb, min-min ürəyi fəth edir. Bütün bunlar barədə filmdə söhbət açılır. Ekranda diktorun səsi eşidilir: "Qarabağa əlvida demək çətindir;çünki Qarabağdan ayrılmaq mümkün deyil;çünki Qarabağ həmişə ürəklərdədir, onun füsunkar təbiəti, zəngin tarixi, möhtəşəm bu günü bizimdir". == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əlibala Ələkbərov Ssenari müəllifi: Məmməd Mərdanov Operator: Əlibala Ələkbərov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Qarabağa aparan yol (qəzet)
Qarabağa aparan yol — Müstəqil ictimai-siyasi, publisistik qəzet. "Qarabağa aparan yol" qəzetinin ilk sayı 2005-ci ilin sentyabr ayında işıq üzü görmüşdür. "Qarabağa aparan yol" qəzetinin təsisçisi və baş redaktoru Əli Mahmud, baş redaktorun müavini Fariz Çobanoğludur. Qəzet ayda iki dəfə nəşr olunur. == Mənbə == Qarabağa aparan yol Arxivləşdirilib 2012-08-13 at the Wayback Machine "Qarabağa aparan yol" qəzeti == Həmçinin bax == "Qarabağa aparan yol" qəzeti, №21(167), 13 dekabr 2012-ci il.
Qarabağa gəzinti (film, 2005)
Qarabağa gəzinti (gürc. გასეირნება ყარაბაღში — Qaseirneba Karabağşi) — gürcü rejissoru Levan Tutberidzenin Gürcüstandakı vətəndaş müharibəsi və Qarabağ müharibəsi haqqında çəkdiyi film. == Məzmun == SSRİ dağılandan sonra Qafqazda vətəndaş və etnik münaqişələr alovlanır. Filmin qəhrəmanları — sıravi tiflisli gənc Qoqliko və Suxumili snayper Spartak — Dağlıq Qarabağa yollanarkən yol yoldaşı olurlar. Biri qumarda uduzduğu pulları geri qaytarmaq, digəri komandirin əmrini yerinə yetirmək istəsə də, onlar birgə hərəkət etməli və bir-birinə dəstək verməli olurlar. Bir-birinə oxşamayan insanların taleyi münaqişə bölgəsində kəsişir. == Film haqqında == Film 1990-cı illərdə Gürcüstanda baş vermiş real hadisələrdən bəhs edən, yazıçı Aka Morçiladzenin eyniadlı hekayəsi əsasında çəkilib. Filmdə rus, gürcü, azərbaycan, erməni aktyorları çəkilib. 2005-ci ildə Anapada keçirilmiş "Kinoşok" kinofestivalında MDB və Baltikanın 14-cü açıq festivalının əsas mükafatını qazanmışdır.
Qarabağa səyahət (film, 1968)
== Məzmun == Mənzərə filmi Azərbaycanın gözəl guşələrindən biri — Qarabağın əsrarəngiz təbiətindən, bu diyarın adamlarından, Bərdə, Şuşa, Xankəndi və Əsgəranın keçmişdən bu günə kimi mühafizə olunmuş tarixi qala və abidələrindən danışır. Qarabağı musiqisiz, musiqini isə Qarabağsız təsəvvür etmək çətindir. Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Qurban Pirimovun adları kimə tanış deyil?! Xan qızı Natəvan, unudulmaz bəstəkarımız, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyov və sevimli müğənnimiz Bülbül də bu səfalı dağların övladıdır. Bu gün də burada-hər obada, hər evdə musiqi sədaları ətrafa yayılır, saf sular kimi axıb, min-min ürəyi fəth edir. Bütün bunlar barədə filmdə söhbət açılır. Ekranda diktorun səsi eşidilir: "Qarabağa əlvida demək çətindir;çünki Qarabağdan ayrılmaq mümkün deyil;çünki Qarabağ həmişə ürəklərdədir, onun füsunkar təbiəti, zəngin tarixi, möhtəşəm bu günü bizimdir". == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əlibala Ələkbərov Ssenari müəllifi: Məmməd Mərdanov Operator: Əlibala Ələkbərov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.