ŞÜBHƏLƏNDİRMƏK Digər tərəfdən Vaqifi şübhələndirən o idi ki, Burnaşov Gürcüstana bir nəzərlə, Qarabağa isə başqa bir nəzərlə baxırdı (Çəmənzəminli); BƏDGÜMAN ETMƏK Şami-vüsal xali gərək xanə qeyrdən; Şəmi keçirmə, şaqul, edər bədgüman məni (Q.Zakir); İŞTİBAHA SALMAQ (köhn.) O ki qaldı Dilşadın məsələsinə, zənnimizcə, Fəxrəddini iştibaha salmaq üçün Dilşadı həbsdən azad etməliyik (M.S.Ordubadi); ŞƏKKƏ SALMAQ Ancaq bir ittifaq onu şəkkə saldı (S.S.Axundov); ŞÜBHƏYƏ SALMAQ [Bəhram:] Elə bax bu mücərrəd söz kimi məni hər şeydən çox şübhəyə salır... (Anar); ŞƏKLƏNDİRMƏK.