Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaradöş qaqar
Qaradöş qaqar (lat. Gavia arctica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Qaradöş qumluqca
Qaradöş qumluqca (lat. Calidris alpina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaradöş sərçə
Qaradöş sərçə,İspan sərçəsi və ya söyüd sərçəsi (Passer hispaniolensis) sərçəkimilər ailəsinin bir üzvüdür.Əsasən Aralıq dənizi regionunda cənub-qərbi və mərkəzi Asia zonasında məskunlaşmışdır Ev sərçəsi ilə sıx bağlılığı ilə seçilirki bu da və hər 2 növ bioloji hibrid olaraq Aralıq dənizi sahillərində rast gəlinir,bu da növün taxomaniyasında,təsnifləşdirilməsində problem yaradır. == Təsvir == İspan sərçəsi olduqca böyükdür,beləki onun uzunluğu 15-16 sm (6-6.5 in) -ə çatır və ağırlığıda 22-36 q aralığında dəyişir.BU ev sərçələrində çox az böyük və ağırdır , həmçinin daha uzundur . Erkəklərin tükləri ev sərçələrinin tükləri ilə eynidir.ancaq alt hissələrindəki çoxlu qara cizgi olması ilə seçilir.boz tacları və ağ yox boz yanaqları var Dişilərin tükləri ev sərçələrindən ciddi şəkildə fərqlənməsədə onlar arasında da fərqlər var.Dişinin yanaqları yüngül cizgili və soluq krem rəngli kürək cizgiləri varİki alt növ aşşınmış çoxalma xəzlərində çox az fərlilik göstərir,ancaq hər iki cinsdədə qış quş tüklərində fərqliliklər mövcuddur. === Səs === Erkək yuvasında nümayiş olunarkən,sərçəninkindən bir az fərqli çağrı edir.Bu çağrı sərçə səsinə bənzər,ancaq yüksək səslə və yüksək pərdəli chveeng-chveeng, cheela-cheeli olaraq yazılan səslər çıxardır Ev sərçələri yumşaq və daha çox tschilp kimi səslər çıxardır ,əsasən ərazilərinə girən və çıxan quşlar üçün istifadə olunur.İspan sərçəsinin digər çağrıları demək olar ev sərçəsinin ki ilə eynidir.Yuvada cütləşmiş çiftlər tərəəfindən yumşaq bir quer quer quer,axın quşları tərəfindən isə quer-it uçuş çağrısı verilir və chur-chur-it çağrısı təhdid hallarında istifadə olunur.. == Təsnifat və sistematika == İspanyol serçe Passer cinsi ve serçe ailesi Passeridae cinsindeki ev serçesinin yakın bir akrabasıdır İspan sərçəsi Passer cinsi və Passeridae sərçə ailəsinin üzvü ev sərçəsi ilə qohumdur Onun taksonomiyası, Aralıq dənizində olan ev sərçəsi ilə meydana gələn "bioloji qarışıqlıq" çox mürəkkəbdir. Aralıq dənizinin əksəriyyətində iki növdən biri və hər ikisi hibridizmi yalnız məhdud dərəcədə baş verir. Apennin Yarımadası və Korsikada iki növ əvəzinə, İspan sərçəsi ilə ev sərçəsi arasında olan bir sərçə tipi İtalyan sərçəsi ilə əvəzlənir.
Qaradaş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Qaradaş (Qaraqoyunlu)
Qaradaş — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Kəndin ərazisində azərbaycanlıların həyatı ilə bağlı XVII-XVIII əsrlərə aid tarixi abidələrin, eləcə də oğuz qəbiristanlığın qalıqları qalmaqdadır. Toponim rəng bildirən qara sözü ilə Azərbaycan dilində «qaya» mənasında işlənən daş sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Sevkar (Qaradaş) qoyulmuşdur.
Qaradaş (Tovuz)
Qaradaş — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yaşayış məntəqəsi kimi 1786-cı ildən məlumdur. Hələ qədimdən Xanbulaq dağında Armudluq adlı sahədən mis filizinin çıxarılmasına və torpağın qara rəngə çalmasına görə əraziyə Qaradaş deyirdilər. Sonralar mədənin yerləş­diyi dağ da Qaradaş adlandırılmışdı. Burada salınmış kənd də adını həmin dağın adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Qaradaş kənd kitabxana filialı, Qaradaş kənd klubu, Qaradaş poçt şöbəsi (AZ6029) fəaliyyət göstərir. == Təhsil == Kənddə Qaradaş kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Qaradaş (dağ)
Qaradaş — Sədərək rayonu ərazisində dağ (hünd. 1213,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-qərb qurtaracağında zirvə. Sədərək kəndindən 7 km-dək cənub-şərqdədir. Orta Devonun Jivet mərtəbəsinin üst hissəsinə aid Arpaçay lay dəstəsinin karbonat-terrigen çöküntülərindən ibarət yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikincidərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Qaradaş (Çaroymaq)
Qaradaş (fars. قره داش‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 15 nəfər yaşayır (4 ailə).
Qaradaş bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaradaş ocağı
Qaradaş ocağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndinin mərkəzində ziyarətgah. == Tarixi == Ахurа kəndinin içərisində yеrləşir. Qаrаdаş оcаğınа indi də inаm vаr. Öz ürəyində аrzu və istəyinin həyаtа kеçməsini istəyən şəхslər оcаğа nəzir dеyir və аdаmlаr аrzu, istəklərinə çаtdıqdа nəziri оcаğа аpаrırlаr. Qаradаş оcаğının mərkəzində nəhəng prizmаtik-kоnusvаri fоrmаlı qаrа dаş vаr. Dаşın ətrаfınа bir nеçə kiçik ölçülü dаşlаr düzülmüşdür. Əfsаnəyə görə iri qаrа dаşlаr göydən gəlmiş аnа, ətrаfındа оlаn kiçik dаşlаr isə оnun övlаdlаrıdır. Оdur ki, оcаğа аncаq qаdınlаr və uşаqlаr girə bilər. Kişilərin оcаğа gəlməsi qаdаğаndır. Оcаğа qаb-qаcаq dа gətirilir.
Qaradaş piri
Qaradaş piri — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Tivi kəndində ziyarətgah. == Tarixi == Ziyarətgahdakı armud ağacının dibində qara daş vardır. Azərbaycan türklərində armud ağacı müqəddəs sayılır. Qara daş isə bütün müsəlman dünyasında müqəddəs hesab edilir. Etnoqrafik materiallar təsdiq edir ki, yerli əhali arasında bu cür daşların göydən gəlməsi, bu səbəbdən də müqəddəs sayılması haqqında fikirlər vardır.
Qaradaş (Mahnişan)
Qaradaş (fars. قره داش‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 510 nəfər yaşayır (105 ailə).
Qaradaş (Duzluca)
Qaradaş — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Qaradon
Qaradon (yun. Χαράτων; IV əsr – V əsr) — hunların xanı.
Qarabaş
Qarabaş (və yaxud Qarabaşlar) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd. Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb. == Adı == Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir. Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir.1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi farslar kimi göstərilib.
Qaradam
Qaradam — dam örtüyünün formasına görə piramidal-pilləli dam örtüklü ev. Süni mağaraların və qazmaların inkişaf etmiş forması hesab etmək olar. Azərbaycan ərazisində Kültəpə, Mingəçevir, xüsusilə də qərb bölgəsində e.ə. VI-IV minilliyə aid Şomutəpə və Töyrətəpə yaşayış yerlərindən aşkara çıxarılmış dairəvi planlı, konusvari (günbəzşəkilli) dam örtüklü yaşayış evləri qaradam tipli evlərin bariz nümunəsidir. XVIII-XIX və XX əsrin əvvəllərində qaradam tipli yaşayış evləri yayılma arealına görə Kiçik Qafqaz dağlıq və dağətəyi ərazisini, qismən Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin əhatə etmişdir. Naxçıvan bölgəsinin qaradamları yerüstü tikilməsi ilə fərqlənirdi. Qaradamlar Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran bölgələrində də mövcud olmuşdur. Qaradam tipli yaşayış evlərinin plan quruluşu, tikinti texnikası və təyinatı haqqında bir çox mənbələrdə, Azərbaycana gəlmiş səyyahların yol qeydlərində ətaflı məlumatlara rast gəlinir. X əsrin sonlarında ərəb coğrafiyaşünası əl-Məqdisi belə evlərin Ərdəbil mahalında da mövcud olduğunu qeyd edir. XVII əsrdə Naxçıvan vilayətinin Culfa şəhərində olmuş məşhur səyahətçi J. Şarden buranın yaşayış evlərinin əksəriyyətinin qayalarda çapılmış qazma və mağaralardan ibarət olduğunu göstərmişdir.
Qaradağ
Qaradağ rayonu — Bakı şəhərində rayon. Qaradağ (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ — Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaradağ (Soyuqbulaq) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (Bukan) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (İcrud) — Zəncan ostanında kənd. Qaradağ (dağ) — Şahbuz rayonu ərazisində dağ. Qaradağ vilayəti — İranın Şərqi Azərbaycan ostanı ilə Araz çayının cənub qisimində yerləşən tarixi bölgə.
Qaragöl
AzərbaycandaQaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd.
Qaragöz
Qaragöz (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qaragöz (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qaragöz (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Qaraqaş
Qaraqaş (lat. Acanthalburnus) — Çəkikimilər fəsiləsinin nümayəndəsidir. Bədəni çox hündür və yanlardan basıqdır. Ağzın ucu gözün üst kənarına yaxın səviyyədə yerləşir. Yan xətt azca aşağıya doğru əyilmişdir. Pulcuqları çox xırdadır. Yan xətt pulcuqlarının sayı 66-85-dir.Xarici görünüşcə qıjovçulara oxşayır, lakin ondan bel üzgəcinin axırıncı şaxəsiz şüasının yoğun olması ilə fərqlənir. Anal üzgəcinin əsası uzunsovdur. Böyüklərinin ortası boyunca bir neçə enli zolaq vardır. Cinsin Zaqafqaziya faunası üçün endemik olan təkcə bir növü vardır.
Qaraquş
Qaraquş (lat. Pandion Sav., 1809) — cinsi Quşlar (Aves) sinfinin Qaraquşlar (Pandionidae) fəsiləsinə, Qızılquşkimilər (Falconiformes) dəstəsinə aiddir. == Təsnifatı == Azərbaycanda Qaraquş cinsinə 1 növ daxildir: Balıqcıl qaraquş (Pandion haliaetus Linn., 1758) == Həmçinin bax == Müqəddəs ibis Adi göydimdikAdi ağqazBalıqcıl qaraquşAdi qarıldaq == Xarici keçidlər == An osprey fishing in spectacular super slow motion | Highlands — Scotland's Wild Heart == Ədəbiyyat == 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Qaraçöp
Qaraçöp — Gürcüstan Respublikasında əhalisi azərbaycanlılardan ibarət özündə əsasən 8 məhəlləni birləşdirən qəsəbə. Bu məhəllələrə daxildir: Qazlar, Tüllər, Ləmbəli, Keşəli, Muğanlı, Qarabağlı, Düz - Əyrəm və Baldoy. == Tarixi == Qaraçöp qədim döyüşçü türk boyları (əsasən oğuz, az sayda qıpçaq) tərəfindən yurd edilmişdir. Buraya Qarabağ, Gəncə, Qazax və Borçalıdan başqa türkmənlər də köç etmişlər. == Əhalisi == Qaraçöp əhalisi demək olar ki, bütünlüklə azərbaycanlılardan ibarətdir. Dini inancları islamdır. Əhali əsasən maldarlıq və ticarətlə məşğul olur. Sovet dövründə əhalinin var-dövləti dövlət tərəfindən müsadirə edilmişdir. Buna görə hətta kənddə üsyan baş qaldırmışdır. Kəndə girə bilməyən əsgərlər onu uzaqdan top atəşinə tutmuşlar.
Robert Qardos
Robert Qardos (16 yanvar 1979, Budapeşt) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Robert Qardos Avstriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 4-cü pillənin sahibi olub. Daha sonra Robert Qardos Avstriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 5-ci pillənin sahibi olub. Robert Qardos Avstriyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Roberto Qardos
Robert Qardos (16 yanvar 1979, Budapeşt) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Robert Qardos Avstriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 4-cü pillənin sahibi olub. Daha sonra Robert Qardos Avstriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 5-ci pillənin sahibi olub. Robert Qardos Avstriyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Qardaş
Ata və anası bir olan uşaqların bir-birinə bağlılığı (bir-birinə bağlayan əlaqə).
Adi qaraqaş
Adi qaraqaş (lat. Acanthalburnus microlepis) — Qaraqaş cinsinin nümayəndəsidir. == Yayılması == Azərbaycanda Kür çayının orta hissəsində, Ağstafaçay, Qanıxçay və Tərtərçayda, Arazın yuxarılarında (Naxçıvançaya qədər) yayılıb. Respublikadan kənarda Kür və Arazın yuxarılarında, Araqva, Borjomi, Ərdəhan, Arpaçay, Qarasuçay, Qarsçay çaylarında və Çıldır gölündə yayılmışdır. == Morfoloji əlamətləri == D III (7) 8 (9), A II–III 14–19, adətən 15–17 şüa olur. Udlaq dişləri 2.5–5.2 və ya 2.5–4.2-dir. Qəlsəmə dişcikləri seyrək və qısadır. Uzunluğu 23,5 sm, adi halda 15,0 sm-dir. Quyruq üzgəci uzun və dərin haçalıdır. Alt hissəsi üst hissəsindən bir qədər uzundur.
Balıqcıl qaraquş
Çay qaraquşu (lat. Pandion haliaetus) — qaraquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Status. Nadir, sayı tez azalan növdür. Yayılması. Xəzər sahillərində (başlıca olaraq Astara və Kür çayı mənsəbi arasında) və respublikanın iri daxili su hövzələrində olur. Yaşayış yeri. Balıqla zəngin su hövzələri yaxınlığında yerləşən hündür gövdəli meşələr. Təbiətdə sayı.
Barbados
Barbados — Mərkəzi Amerikada Karib hövzəsi və ya Vest-Hinddə yerləşən dövlət. Kiçik antil adaları qurupunda eyni adlı ada da yerləşir. Şimaldan cənuba maksimum uzunluğu 34 km, qərbdən şərqə isə 23 km-dir. Sahəsi 432 kvadrat kilometrdir. Əhalisi 287 min nəfərdir. Paytaxtı və mühüm portu Brictaun şəhəridir. Dövlət dili ingilis dilidir, pul vahidi isə Barbados dollarıdır. == Etimologiyası == Ölkəyə bu adı məşhur ispan tədqiqatçısı Pedro Kampos vermişdir. Tədqiqatçı bu torpağa ayaq basarkən burada olan çoxlu əncir ağacları onun diqqətini çəkmiş və o, ağacları formaca "saqqallı adamlar"a bənzətmişdir. Bu torpağı o "los – barbados" adlandırmışdır, bu da ispan dilindən tərcümədə "saqqallılar" deməkdir.
Paradoks
Paradoks (q.yun. παράδοξος - qəribə, gözlənilməz) — ayrılıqda düz olan iki və ya daha çox fikrin bir araya gəldikdə ziddiyyət yaratmasıdır. Doğru zənn etdiyimiz fikir sonda səhv və ya əksinə də ola bilər. "Bütün yunanlar yalançıdır" deyən yunan Epimenides tarixə məlum olan ilk paradoksun müəllifidir. Epimenidesin yunan olub bu fikri söyləməsi açıq-aşkar ziddiyyət yaradıb. Bu elə mühakimədir ki, müəyyən hökmün həm həqiqi olmasını, həm də yalanlığını sübut edir. paradoks doğru olan amma insan beynin heç cürə doğru qəbul edə bilmədiyi bir anlayışdır. == Məntiqi paradoks == Məntiqi paradoks-bu bir ziddiyyətdir, hansı ki sonda məntiqi cəhətdən düz olan nəticəyə çıxardır və eyni anda bu bir müzakirədir, hansıki qarşılıqlı fərqlənən fikirlərlə bitir. Paradoksun məntiqi səhvi hələ ki tapılmıyıb, çünki məntiq metodları hələ o qədər mükəmməl deyildi. Amma paralogizmin və sofizmin məntiqi səhvi tapılıb.
Paramos
Paramos-(isp.paromo-əhalisiz yer,çöl) And dağlarında,Ekvador və Kolumbiya ərazisində,Kosta-Rika dağlarında,habelə Afrikada Kilimancaro dağında 3000-4500 metr hündürlükdə yerləşən uca dağ çəmənlik zonasına verilmiş addır.Paramosda bütün aylarda orta temperatur +4,+8°-dir,hava seyrəkdir,hər gün günortadan sonra yağış yağır və bərk küləklər olur,insolyasiya isə güclüdür.Bu şəraitə uyğun bitki örtüyü vardır.Paramosdan otlaq kimi istifadə edilir.
Qarakosa
Qarakosa — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qarasol
Qarasol (lat. Vimba vimba) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Növün daxilinə aşağıdakı növlər daxildir: Vimba vimba carinata (Pallas, 1814) — Kiçikqaradəniz qarasolu, Azov və Qara dəniz sularında yaşayır. Vimba vimba persa (Pallas, 1814) — Xəzər qarasolu, Xəzər dənizində yayılmışdır. Vimba vimba tenella (Nordmann, 1840) — Kiçik qarasol, Qara dəniz sularında yaşayır Vimba vimba vimba (Linnaeus, 1758), Şimal və Baltik dənizi sularında yayılmışdır.60 sm uzunluğa, 3 kq çəkiyə sahib olur. Maksimal yaşam müdddəti 17 ildir. Əti ağ rəngdə olur və olduqca dadlıdır. Bu səbəbdən qiymətli sənaye balığı hesab edilir. Sürüləmə dövrü may-iyun ayları baş tutur. Vətəgələrdə belə yetişdirilir.