Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaradaşlı
Qaradaşlı — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. 1991-ci ildə adı dəyişdirilərək İtsria (gürc. იწრია) adlandırılmışdır. Kənd rayon mərkəzi olan Bolnisi şəhərindən 15 km qərbdə, dəniz səviyəsindən 750 m yüksəklikdə yerləşir. Əhalisi: 1886-cı ildə 20 ailədə 162 nəfər, 1918-ci ildə 70 nəfər; 1926-cı ildə 11 ailədə 68 nəfər, 2002-ci ildə 61 ailədə 249 nəfər (131 kişi, 118 qadın) əhalisi olmuşdur. İlk məktəb 1932-ci ildə yaradılıb, indi ibtidai məktəb (2005-ci ildə 18 şagird) fəaliyətdədir.
Arduşlu
Arduşlu (əvvəlki adı: Ardıclı) — Azərbaycan Respublikasının Laçın rayonu Arduşlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Ardıclı kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ardıclı kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Oykonim "ardıc ağacı çox olan yer", "ardıc bitən yer" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Piçənis çayının sahilində, Qarabağ silsiləsinin ətəyində, rayon mərkəzində təxminən 58 km şimal-qəbdə yerləşir. == Əhalisi == 2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 564 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir. === Şəhidləri === Xıdır Sədrəddin oğul Cabarov (1969-1992) Söhrab Əsgərov (1972-1994) Əzim Zahid oğlu Qasımov (1970-1993) Seyefəli Ədil oğlu Qədirov (1933-1992) İdris Həmizə oğlu Alməmmədov (1933-1992) Mahirə Fərhad qızı Alməmmədova (1991-1992) Fariz Ədalət oğlu Alməmmədov (1991-1992) Azad Pirqulu oğlu Cabbarov (1965-1992) == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənddə mağaza mövcud olub.
Qardaş
Ata və anası bir olan uşaqların bir-birinə bağlılığı (bir-birinə bağlayan əlaqə).
Müsəlman Qardaşlar
Müsəlman Qardaşlar və ya Müsəlman Qardaşlığı (ərəb. الإخوان المسلمون‎, Əl-İxvan əl-Müslimun) — Əsası Misirdə Həsən Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilat. Hal-hazırda rəsmi fəaliyyəti qadağan edilmişdir. == Yaranması == Artıq Hüsni Mübarəkin devrilməsindən sonra Misirdə bu təşkilata olan qadağa aradan qaldırılmışdır, buna baxmayaraq bəzi ölkələrdə, məsələn Rusiyada, bu təşkilat terrorçu məqsədlərinə görə qadağandır. ABŞ -da müsəlman qardaşlar təşkilatı rəsmən terror təşkilatı kimi qadağan olunmayıb. 2011-ci il Misir Parlamentinə seçkilərdə müsəlman qardaşların kifayət qədər iddialıdır. == İnkişafı == 1920-ci ildə Həsən Bənna tərəfindən qurulan təşkilat, siyasi aktivliyi ilə dünyada, Şimal Afrikada və Orta Şərqdə saysız tərəfdar qazanıb. Başlanğıcda məqsədi İslami dəyərlər və siyasi fəaliyyət olan hərakat, qısa müddət sonra daha da inkişaf edib. Xüsusilə Misirdə Osmanlı İmperiyasının tənəzzülə uğramasından sonra, İngiltərə müstəmləkə rəhbərliyinə qarşı müqavimətdə və Qərb dəyərlərinə qarşı Ərəb və Müsəlman şəxsiyyətinin müdafiə olunmasında Müsəlman Qardaşları Birliyi əhəmiyyətli rol oynayıb. Müsəlman Qardaşların fəaliyyəti bu gün rəsmi olaraq qadağan olunub və təzyiqlərə məruz qalır.
Qardaşlar Komandası
Qardaşlar Komandası — tarixçi və bioqrafçı Stephen Ambrose tərəfindən yazılan eyni adlı romanından uyğunlaşdırılan, İkinci dünya müharibəsi mövzulu, 10 hissəlik televiziya serialıdır. Ortaq prodüserliyini, Oskar mükafatlı, Sıravi Rayanı xilas etməli filmində birlikdə çalışan Stiven Spilberq və Tom Henks boynuna götürmüşdür. 2001-ci il istehsalı Qardaşlar Komandası hələ Dünyanın bir çox yerində TV kanallarında göstərilməkdədir. Serial İkinci dünya müharibəsi əsnasında Amerika ordusunun 506-cı Alayın 101-ci Hava Qüvvələrinə bağlı İyzi Bölüyü əsgərlərinin yaşadıqları təcrübələr əsas alınaraq hazırlanmışdır.Serial əvvəlcə əsgərlərin təməl təhsil aldığı Georgiadakı Toccoa düşərgəsindən başlamışdır. Davamında isə Normandiya çıxarması, Market Stansiya Hərəkatı və döyüşün sonunda doğru reallaşan Bastogne Müharibəsi ilə sona çatmışdır. Serialdakı hadisələr Ambrosenin İyzi Bölüyü nden həyatda olanlar ilə reallaşdırdığı birə bir reportajlar ilə şəkilləndirilmişdir. Ayrıca döyüş sonrası həyatda qalmağı bacaran əsgərlərin yazdıqları kitablardan da faydalanılmışdır. == Rollarda == Əsas rollarda: Damian Lewis — Mayor Richard Winters Ron Livingston — Kapitan Lewis Nixon Matthew Settle — Kapitan Ronald Speirs Donuya Wahlberg — Kiçik leytenant Carwood Lipton Scott Grimes — Texniki Çavuş Donald Malarkey Peter Youngblood Hills — Başçavuş Darrell "Shifty" Powers Shane Taylor — 5. Sinif Texnik Eugene "Doc" Roe Rick Gomez — 4. Sinif Texnik Corc Luz Michael Cudlitz — Başçavuş Denver "Bull" Randleman Nicholas Aaron — Siravi Robert "Popeye" Wynn Ceyms Madio — 4.
Qardaşlıq (dərgi)
"Qardaşlıq" (dərgi) — 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgi. == Məlumat == 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgidir. İlk sayı həmin 1961-ci ilin may ayında çap edilmişdir. Dərginin məsul rəhbəri və baş yazarı vəkil Məhəmməd Hac İzzət, katibi Həbib Hörmüzlüdür. Üç ildən sonra dərginin baş yazarı Abdulqadir Süleyman və yenidən Məhəmməd Hac İzzət olub. Dərginin fəaliyyətinin 16-cı ilində 19-cu sayında məsul baş yazar Cəlal Taha Abdulqadir, katibi Dr.Fazil Mehdi Bayat, əməkdaşlıq edən qələm sahibləri Hilmi Osman Məhəmməd, Xəlil Əhməd Əl Huseyni, Adnan Sadullah olub. 2003-cü ilə qədər fasilələrlə olsa da nəşr edilən dərgi Türkman Qardaşlıq Ocağının mətbu orqanı olaraq Səddam rejimindən sonra da fəaliyyətini davam etdirib. Dərginin son sayı 2007-ci ilin oktyabrında Bağdadda çap edilib.
Qardaşlıq ayəsi
Qardaşlıq ayəsi (ər:آیه اخوت) Uxuvvət ayəsi — Hucurat surəsinin onuncu ayəsidir ki onda islamın ən təməl və önəmli qaydalar və inanclarından biri yəni müsəlmanlar arasında qardaşlığa baxış salıb, önəmsəyib və ona əmr edibdir. habelə İslam peyğəmbəri və əmisi oğlu Əli bin Əbu Talib arasında qardaşlığı bəyan edir. == Yazı və tərcüməsi == {{{1}}} إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ az: Doğrusunda möminlər bir-birlərilə qardaşdılar, onda qardaşlarınızın arasında bağış sağlayın və Allahdan qorxun ümid ki Allahın rəhmətinə gələsiz. en:The believers are but brethren, therefore make peace between your brethren and be careful of (your duty to) Allah that mercy may be had on you. == Təfsiri == === Sünni mənbələrində === "İbni Ərəbi", "Əltəhrilül Tənvir" və "Təfsirül Quranül Əzim" kimi sünnü təfsirlərində bu ayəyə belə açıqlama gətiriblər ki, müsəlmanlar bir-birləri ilə birdilər və onların qəbilə, qohum, el və soyları onlara üstünlük gətirməz və üstünlüyü yalnız təqva bəlli edər, qardaşlar arasında barış yaratmağın önəmliyi və möminlərin qardaş olması bu təfsirlərdə keçibdir. === Şiə mənbələrində === "Məcməül-Bəyan" və "Təfsiri Burhan"da bu ayə belə təfsir edilib: Ayə nazil olduqdan sonra Məhəmməd müsəlmanlar arasında qardaşlıq yaratdı, Əbu Bəkr, Ömər, Osman və Əbdürrəhman aralarında və başqaları arasında hər kəsin öz yeri və məqamına baxaraq qardaş etdikdən sonra Əli bin Əbu Talib-ə dedi: Sən də mənim qardaşım və mən də sənin qardaşınam.
Qardaşəli Teyyubov
Qardaşəli Teyyubov (Tam adı: Qardaşəli Ağaqardaş oğlu Teyyubov; d.7 noyabr 1938, Şamaxı, Əngəxaran k, ö.27 noyabr 2012, Bakı — SSRİ Jurnalistlər Birliyinin üzvü == Həyatı == Qardaşəli Teyyubov 1938-ci il 7 noyabr tarixində Şamaxı rayonu Əngəxaran kəndində anadan olmuşdur. Bakıda Sənaye Texnikomunu bitirdikdən sonra 1962-ci ildə Sergey Mironovik Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistikə fakültəsinə daxil olmuş, oranı 1967-ci ildə bitirmişdir. === Ailəsi === Atası Teyyubov Ağaqardaş Nurulla oğlu Böyük Vətən müharibəsində vəfat etmişdir. == Fəaliyyəti == Universitetə daxil olduğu ildən “Azərbaycan pioneri” (Savalan) qəzetinin ştatdankənar əməkdaşı olmuş, “Bakı”, "Kommunist" (Xalq) qəzetlərində, "Təşviqatçı" jurnalında çalışmış, radioda ayda bir dəfə 20 dəqiqəlik veriliş ilə çıxış etmişdir. Şamaxida "Yeni Şirvan" qəzetinə mutəxəsis dəvət olunmuş, sonradan hemin qəzetdə məsul katibin müavini olmuşdur. Həmçinin T.Qardaşəli 1975-ci ildən 1991-ci ilə qədər 10.000 tirajla cixan "Texniki Tereqqi ugrunda" qəzetin baş redaktoru olmuşdur. 1991-ci ildən ömrunun sonuna qədər Hemkarlar Ittifaqinin orqani olan "Ùlfət" qəzetinin qurucusu ve şöbə mudiri vəzifəsində çalışmışdır. 1986-ci ilde SSRI jurnalistlər Ittifaqinin üzvü seçilmişdir. == Mükafatları == Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyev tərəfindən 2005-ci ilinin 19 iyun tarixində Milli Mətbuat Günü ilə bağlı əlaqədar Azərbaycan Həmkarlar İttifaqlarının Mətbuat Orqanlarında səmərəli yaradıcılığına görə “Fəxri Fərman”la təltif edilmişdir. “Qizil Qələm” mukafatını layiq görülmüş, həmçinin SSRİ “Əmək Veteranı”dır.
Rauf Qardaşov
Rauf Qardaşov (Qardaşov Rauf Hacı oğlu; d. 03.01.1956, Zaqatala) — AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, böyük elmi işçi, İstanbul Universitetinin professoru (1993–2007). == Həyatı == Rauf Qardaşov 3 yanvar 1956-cı ildə Zaqatalada anadan olmuşdur. 1983-cü ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 2000-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 2014-ci ildə isə AMEA-nm müxbir üzvü seçilmişdir. == Əmək fəaliyyəti == R. Qardaşov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının "Kaspi" elmi mərkəzində baş laborant vəzifəsində başlamış, keçmiş SSRİ EA-nın Okeanologiya İnstitutunda stajor-tədqiqatçı, aspirant, Azərbaycan EA-nın Təbii Sərvətlərin Kosmik Tədqiqi İnstitututunda kiçik elmi işçi, böyük elmi işçi, Riyaziyyat və Mexanika İnstitutunda aparıcı elmi işçi, laboratoriya müdiri, şöbə müdiri vəzifə-lərində işləmişdir. 1993–2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsində professor vəzifəsində işləmişdir. 2008–2017-ci illərdə AMEA-nm akademik H. Əliyev adına Coğrafiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. 2017-ci ildən həmin İnstitutun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiridir. == Tədqiqat sahəsi == R. Qardaşov okean və dənizlərin aerokosmik metodlarla tədqiqi sahəsində tanınmış alimdir.
Süd qardaşlar
Süt qardaşlar - rejissorluğunu Ertem Əyilməzin üstləndiyi, Hüseyn Rəhmi Gürpınarın "Qulyabani" adlı romanı əsasında çəkilmiş 1976-cı il türk filmi. == Mövzusu == İllərdir heç kəsin sahib ola bilmədiyi malikanənin sahibi Mələk xanım süt oğlu Şaban zənn edərək Şabanın dostu Ramazanı evə alır. Amma əsəbi qardaşı Hüsaməddinə Ramazanı kürəkəni Bayram olaraq tanıdır. Malikanəyə həqiqi Şaban və həqiqi Bayramın gəlməsiylə işlər qarışır. Bayramın bacısı Bihtərə aşiq olan Şaban onun ardınca dolaşır. Bayramın atasının evə qulyabani gətirməsiylə işlər daha da qarışır. Məsələni həll edən Şaban, kürəkən Bayram və Ramazan medalla təltif olunur. == Aktyorlar və rollar == Kamal Sunal - Şaban Şənər Şən - Hüsaməddin Adilə Naşit - Mələk Halit Ağcatəpə - Ramazan Halə Soyqazi - Bihtər Ayşən Qruda - Əminə Ergin Orbəy - Bayram Jalə Altuğ - Afifə Yasəmən Əsmərgül - Yasəmən Əli Şən - Kərami bəy Türkər Təkin - eşikağası Dinçər Çəkməz - çavuş Firudin Çölkeçən - Sərraf əfəndi == Çəkiliş yerləri == Filmin çəkilişləri İstanbulda Yeşilköydəki Simenoğlu malikanəsində həyata keçirilmişdir. Xüsusən Arzu filmin komediya filmlərinin çəkildiyi bu malikanə 1979-cu ilə qədər sinemaya xidmət etdi. Əli Şənin canlandırdığı Kərami bəy və ailəsinin yaşadığı malikanə səhnələri üçün Sarıyerin Yeniköy səmtindəki Səid Həlim Paşa yalısından istifadə olunmuşdur.
Böyük Qardaş
Böyük Qardaş (ing. Big Brother) — Corc Oruellin "1984" romanının personajı, Okeaniya dövlətinin və "İngsos" partiyasının lideri. Oruellin təsvir etdiyi cəmiyyətdə bütün vətəndaşlar dövlətin daimi nəzarəti altındadırlar. Bu nəzarət əsasən teleekranlar vasitəsilə həyata keçirilir. İnsanlar daim "Böyük Qardaş sizi izləyir" ifadəsi ilə bu barədə xəbərdar edilirlər. "Böyük Qardaş" termini vətəndaş azadlıqlarının məhdudlaşdırılması, əsasən isə kütləvi nəzarət məqsədilə dövlətin inzibati gücündən sui-istifadə edilməsini bildirməklə bir çox dillərin lüğətlərinə daxil olmuşdur. == Şəxsiyyəti == Teleekranlarda Böyük Qardaş Okeaniyanın mütləq rəhbəri kimi ön plana çıxır. Lakin, Böyük Qardaşın həqiqətən mövcud olması, yaxud təbliğatın yaratdığı obraz olması naməlum qalır. Əsərin baş qəhrəmanı Vinston Smit partiyanın agenti O`Brayenə verdiyi "O da mənim mövcud olduğum şəkildə mövcuddurmu" sualına "Siz mövcud deyilsiniz. … Böyük Qardaş partiyanın təcəssümü kimi mövcuddur və ölümsüzdür." cavabını alır.
Qardaş payı
Qardaş payı — rejissor Səlcuq Aydəmirin komediya janrında çəkdiyi film. NTC media tərəfindən hazırlanmış filmin ilk seriyası 13 fevral 2014-cü ildə Star TV də göstərildi. Filmin ilk mövsümünün rejissoru Səlcuq Aydəmir olmuşdur. 22 seriyadan sonra 7 avqust 2017-ci ildə filmin ilk mövsümü bitmişdir. Filmin ikinci mövsümü 29 yanvar 2015-ci ildə başlamış və 30 aprel 2015 tarixinədək 35 seriyası nümayiş olunmuşdur. Filmin baş rollarında Əhməd Kural, Murad Cəmcir və Seda Bakan oynamışlar. == Mövzusu == Film iki mühəndis qardaşın dünyanı xilas edəcək bir qurğunun icadı xəyalından bəhs edir. Metin , Ali və Feyza Özdemir qardaşları dünyanı xilas edəcək olan borla çalışan bir motor ixtira edəcəklərdir. Bu motorun həqiqi ixtiraçısı ataları olan Tahsin Özdemirdir. Ancaq 13-cü seriyada ataları öldüyündən işləri qarışmışdır.
Qardaş qətli
Qardaş qətli - Frans Kafkanın müəllifi olduğu qısa hekayədir. Bu hekayə 1917-ci ildə ilkin formada "Qətl" adı altında "Kənd həkimi" kitabında çap olunmuşdur. Hekayədə qatil Şmar və onun qurbanı Vese arasında olan bir kriminal hadisədən söhbət gedir. == Məzmun == Şmar öz qurbanı Veseni onun iş yeri ilə evi arasında olan yolda izləyir. Şmar onunla danışır, qatilin öz qurbanını yaxşı tanıdığı aydındır, sonra o Veseni bıçaqla vurur. Qatil əvvəl və cinayət zamanı həyəcanlı olur, titrəyən səslə danışır. Qətl hadisəsi onu özündən çıxarır. Hadisə zamanı cəsəd onda elə də bir təsir yaratmır. Başqa birisi, Pallas adlı şəxs hadisəni kənardan müşahidə edir. Hadisədən xəbər tutan, Vesenin arvadı qətlə yetirilmiş ərinə tərəf tələsir.
Qardaş şəhər
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır. == Terminin tarixi == 1944-cü ildə İngiltərədəki Coventry şəhərinin sakinləri 830 Koventri qadınları və Lady Mayoressa xanım Emily Smithin nişanlandığı Stalingradyalılar üçün süfrə hazırlamışdılar. Bunun üzərinə "böyük təəssüflərdən daha az kömək" sözləri işlənmişdir. Sovet İttifaqının Londondakı səfirliyi vasitəsilə toplanan pulla birlikdə Coventry masa örtüsü Almanlar və onların müttəfiqləri tərəfindən məhv edilmiş Stalingrada köçürüldü. Bu gün bu Koventri süfrəsi "Stalinqrad müharibəsi" muzey-qoruğunda saxlanılır . 2008-ci ildə Volqoqrad sakinləri iki şəhər arasında qardaş şəhər əlaqələrinin 65 illik yubileyi şərəfinə Koventriyə köçmək üçün Stalinqrad Masa örtüsünü yaratdılar. 1957-ci ildə əkiz şəhərlərin nümayəndələri Dünya Bacı Şəhərlər Federasiyasının (WUFG) yaradıldı. 1964-cü ildə SSRİ-nin əkiz şəhərləri Sovet və Xarici Şəhərlər Əlaqələri Birliyində birləşdi.
Qardaş şəhərlər
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır. == Terminin tarixi == 1944-cü ildə İngiltərədəki Coventry şəhərinin sakinləri 830 Koventri qadınları və Lady Mayoressa xanım Emily Smithin nişanlandığı Stalingradyalılar üçün süfrə hazırlamışdılar. Bunun üzərinə "böyük təəssüflərdən daha az kömək" sözləri işlənmişdir. Sovet İttifaqının Londondakı səfirliyi vasitəsilə toplanan pulla birlikdə Coventry masa örtüsü Almanlar və onların müttəfiqləri tərəfindən məhv edilmiş Stalingrada köçürüldü. Bu gün bu Koventri süfrəsi "Stalinqrad müharibəsi" muzey-qoruğunda saxlanılır . 2008-ci ildə Volqoqrad sakinləri iki şəhər arasında qardaş şəhər əlaqələrinin 65 illik yubileyi şərəfinə Koventriyə köçmək üçün Stalinqrad Masa örtüsünü yaratdılar. 1957-ci ildə əkiz şəhərlərin nümayəndələri Dünya Bacı Şəhərlər Federasiyasının (WUFG) yaradıldı. 1964-cü ildə SSRİ-nin əkiz şəhərləri Sovet və Xarici Şəhərlər Əlaqələri Birliyində birləşdi.
Bajrangi qardaş
Bajrangi qardaş (Rom: Bajrangi Bhaijaan) — ssenarist V. Vijayendra Prasadın orijinal hekayəsi əsasında Kabir Xanın ssenarisini yazdığı və rejissoru olduğu və Salman Xan ilə Rockline Venkateshin müştərək prodüseri olduqları 2015-ci ildə hind dilində çəkilmiş komediya-dram filmidir. Filmdə baş rollarda Salman Xan ilə filmlərdəki birinci (debütant) rolu olan Harşaali Malhotra, həmçinin də Nəvazuddin Siddiqi ilə Karina Kapur iştirak edir. Filmdə 6 yaşlı pakistanlı lal müsəlman qızı öz vətəninə götürmək üçün səyahətə çıxan hindu tanrısı Hanumanın fədaisi Pawan Kumar Çaturvedinin hekayəsindən bəhs edilir. Filmin axırında Hindistanda anasından ayrılan Şahidə doğma şəhərinə qaytarılır.
Superhit qardaş
Superhit qardaş (hindcə:भैयाजी सुपरहिट(Bhaiaji Superhit)) — 2018-ci ildə Nirac Pathak tərəfindən çəkilən Hindistan komediya filmidir. Filmdə baş rolları Sanni Deol və Priti Zinta oynayır. Priti Zinta 7 illik aradan sonra ilk dəfə bu filmə çəkilmişdi. == Məzmun == Bənarəsdə yaşayan Lal Bhayşap Dubey hind filmlərinin xəstəsidir. Ən böyük arzusu ölkəsinin superhiti olmasıdır. Bir dəfə o, sindrom yaşayır və özünü superhit hesab edir. Dubeyin qardaşları rejissor Qoldi Kapur və yazar Tarun Qoş onun yanına gəlirlər və bu sindroma qalib gəlməsi üçün əllərindən gələni edirlər. Lakin, sonra görürlər ki, alınmır, əla bir oyuna başlayırlar. Bu oyuna Dubeyin arvadı Sapnanı da alət edirlər. Bu zaman Dubey elə bilir ki, Sapna Priti Zintadır.
Aslan bəy Qardaşov
Aslan bəy Əli ağa oğlu Qardaşov (az.-əbcəd آسلان بی قارداشوو‎; 1866, Çökəkoba, Zaqatala dairəsi – 21 iyul 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin əkinçilik və dövlət əmlakı naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar fraksiyasının sədri, Əhrar Partiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Rusiya imperiyası II Dövlət Dumasının üzvü. Sovet hökumətinə qarşı qaldırılmış Zaqatala üsyanının liderlərindən biri. Aslan bəy Qardaşov Zaqataladan nümayəndə olaraq Zaqatalanı müxtəlif qanunverici orqanlarda təmsil etmişdir. O, əvvəlcə Zaqatalanın Dağlılar Respublikasına, sonra Osmanlı İmperiyasına, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsini dəstəkləmişdir. Lakin aprel işğalından sonra Gürcüstan Demokratik Respublikası ilə anlaşaraq Zaqatalanın Gürcüstana birləşdirilməsini dəstəkləmişdir. == Həyatı == Aslan bəy Əli ağa oğlu 1866-cı ildə Zaqatala dairəsinin Çökəkoba kəndində anadan olmuşdur. Əvvəlcə Zaqatala qəza məktəbində, daha sonra Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almışdır. İstanbul Universitetində təhsilini davam etdirmişdir. Daha sonra Zaqatalaya qayıdan Aslan bəy 1895-ci ildə Zaqatala dairəsinin Caromuxax bölgəsində katib işləmişdir. 1900-cü ildən isə Zaqatala Dairə Həbsxana Mütəxəssisləri Şurasının direktoru olmuşdur.Aslan bəyin 21 iyul 1920-ci ildə güllələndiyi deyilsə də, dəqiq məlumat yoxdur.
Azadlıq, bərabərlik, qardaşlıq
Azadlıq, bərabərlik, qardaşlıq (fr. Liberté, égalité, fraternité) — Fransanın və Haiti Respublikasının milli devizidir və üçşaxəli devizlərə örnəkdir. Tarixi Böyük Fransa inqilabına qədər uzanmağına baxmayaraq, o bir neçə devizdən sadəcə biri idi və 19-cü əsrin sonuna, Üçüncü Respublika qurulana qədər rəsmiləşmədi. Üç ifadənin uyğunluğu və sırası İnqilabla eyni dönəmdə müzakirə olunurdu. Bu həmçinin Grand Orient de France və Grande Loge de France kimi təşkilətların da devizidir. == Böyük Fransız İnqilabı dönəmindəki mənşəyi == Devizi ilk olaraq 1790-cı ilin 5 Dekabrında Maksimillian Robespyer özünün "Milli Qaravulun təşkili haqqında" (Fransızca: Discours sur l'organisation des gardes nationales) nitqinin XVI maddəsində səsləndirmişdir və deviz milli cəmiyyətlər tərəfindən tezliklə bütün Fransaya yayılmışdır.fr. Discours sur l'organisation des gardes nationales == 19-cu əsr == Fərdi azadlıq və hüquqi bərabərliyi nəticələrin bərabərliyi və qardaşlığı bir araya gətirməyin mümkünlüyünə heç kim inanmadığı üçün Napalyonun əmri ilə üçlük ləğv olundu. İnsan fərdi azadlıq fikrini və təbii hüquqları bəşəriyyət kollektiv şəkildə birləşmədən də əvvəl əldə etdiyi üçün onlar şəffaf və qardaş cəmiyyətin təşkili ilə təzad təşkil edirdi. Liberallar azadlıq və bərabərliyi (hüquqların bərbarliyi olaraq) qəbul etsə də qardaşlığı qəbul etmədilər. === 1848 İnqilabı === === Paris Kommunası və Üçüncü Respublika === Paris Kommunasının meri Paş kommunanın divarları üzərində "Liberté, Égalité, Fraternité, ou la mort" formulasını çəkmişdi.
Qardaşlar (film, 2015)
Qardaşlar (ing. Brothers) ― 2015-ci ildə Hindistanda idman və dram janrında çəkilmiş filmdir. Filmin rejissoru Karan Malhotradır.
Qardaşlar (teleserial, 2015)
Qardaşlar — 2015–2018-ci illərdə ATV telekanalında yayımlanmış Azərbaycan serialı. == Məzmun == Bir evdə yaşayan mehriban qardaşlar və onların arasında söz-söhbətə səbəb olan həyat yoldaşları serialın əsasını təşkil edir. Onların bacısı isə özünə ər tapa bilmir. 2-ci mövsümdə, nəhayət, o ərə gedir. Bayram varlanır və Cavanşir onun sürücüsü işləyir. Dəniz Novruzdan boşanır və Nəbinin 1-ci arvadı Nazlı Novruzla evlənmək istəyir. == Serial haqqında == Serialın ilk mövsümü 12 sentyabr 2015–28 iyul 2016-cı il tarixlərini əhatə etmişdir. Bu müddətdə 43 seriya yayımlanmışdır.
Qardaşlıq Köməyi (1944)
== Məzmun == Kinooçerk faşist işğalçılarından azad edilmiş Stavropol diyarı rayonlarının əhalisinə Azərbaycan xalqının göstərdiyi köməyindən bəhs edir. Film dağıdılmış Mineralnıye Vodının panoramı ilə başlanır. Küçələrdə, uçub dağıdılmış evlərin qarşısında mitinqlər keçirilir, adamlar faşistlərin vəhşiliklərindən danışırlar. Onlar zərər çəkmişlərə kömək məqsədilə sovet xalqına müraciət edirlər. Azərbaycan bu müraciətə birinci qoşulanlardan biri oldu. Ekran vasitəsilə biz Stavropol diyarına mal-qara, taxıl dolu vaqonlar göndərildiyinin, məktəblilərin öz dostları üçün dəftər və dərs kitabları yığmalarının, toxuculuq və ayaqqabı fabriklərinin, şüşə və konserv zavodlarının sexlərində Stavropol rayonlarına göndərmək üçün əməkçilərin məhsul hazırlamalarının, bir sözlə-hər bir kəsin bu xeyirxah təşəbbüsdə iştirak etdiyinin şahidi oluruq. Ekranda Azərbaycandan gedən Bakı-Sevastopol, Bakı-Mozdok, Bakı-Pyatiqorsk qatarları şütüyür. Onlar Azərbaycan xalqının hədiyyələrini aparırlar. Filmin sonunda tamaşaçılar Bakıda gənc suvorovçular məktəbində oxuyan Stavropol uşaqları ilə tanış olurlar. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Ağaəli Dadaşov Ssenari müəllifi: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, Leonid Koretski Bəstəkar: Tofiq Quliyev Musiqi tərtibatı: M.Rayev Səs operatoru: İlya Ozerski == Mənbə == M. Əmrahov.
Əbədi Qardaşlıq (1975)
== Məzmun == Film Azərbaycanda Sovet ədəbiyyatı günlərinə həsr olunmuşdur. Qonaqpərvər Azərbaycan torpağı Rusiyanın şairlərini, yazıçılarını, ədəbiyyat xadimlərini dost kimi qarşıladı. Həmin günlərdə respublikanın bir çox şəhərlərində, kolxoz tarlalarında, sənaye obyektlərində, tələbə auditoriyalarında görüşlər, oxucu konfransları, disputlar keçirilirdi. Bütün bu tədbirlər filmdə öz əksini tapmışdır.
Sosialist qardaşlıq öpüşü
Sosialist qardaşlıq öpüşü və ya sosialist qardaşlıq qucaqlaşması — sosialist ölkələrinin dövlət xadimləri arasında xüsusi salamlaşma forması idi. Bu hərəkat sosialist dövlətləri arasında xüsusi bir əlaqənin mövcudluğunu ifadə edirdi. Sosialist qardaş öpüşü yanaqlarda üç öpüşdən ibarət idi. Xüsusi günlərdə bir-birini daha yaxından görən iki lider bu yaxınlığı dodaq-dodağa öpərək nümayiş etdirirdilər. Sosialist liderlərin dodaq-dodağa öpüşməsi Qədim Roma və İranda əl öpmə iyerarxiyasından fərqli olaraq bərabərliyi ifadə edirdi. İosif Stalin Sovet lideri olduqdan sonra 1936-cı ildə hərbi pilot Valeri Çkalov onun dodaqlarından öpməyə cəhd edəndə əvvəlcə tərəddüd etmişdir, lakin o, tanış olmadığı bu ənənəyə öyrəşmiş və 1937-ci ildə hərbi pilot Vasil Molokovu özü öpüşmüşdür. Sosialist liderlər arasında Leonid Brejnev ən çox dodaqdan öpüşmə ilə məşhurdur. 1974-cü ildə Sovet İttifaqına səfər edən Kuba lideri Fidel Kastro Brejnevin öpüşməməsindən yayınmaq üçün puro çəkərək təyyarədən düşdüyü deyilir. Ən məşhur sosialist qardaşlıq öpüşü 1979-cu ildə Sovet lideri Leonid Brejnev və Şərqi Almaniya lideri Erix Honekker arasında Şərqi Almaniyanın yaranmasının 30-cu ildönümünü qeyd edən öpüşdür. Məşhur rəssam Dmitri Vrubel bu öpüşü 1990-cı ildə Berlin divarına qraffiti kimi çəkmişdir.
Yaşamaq gözəldir, qardaşım!
"Yaşamaq gözəldir, qardaşım!" — rejissorlar Ramiz Əsgərov və Antonis Voyazos ilk tammetrajlı bədii filmi. == Məzmun == Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir.Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir... == Festivallar və mükafatlar == 1)1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Kinodebütə və filmdə müasir dövrün görkəmli şairi Nazim Hikmətin avtobioqrafik nəsr əsərinin ekranda təcəssümünə cəhd göstərildiyinə görə SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir. == Film haqqında == Film türk yazıçısı Nazim Hikmətin "Romantika" romanı əsasında ekranlaşdırılmışdır. Film rejissorlar Ramiz Əsgərov və Antonis Voyazosun ilk yaradıcılıq işidir. Film quruluşçu rəssam Fikrət Bağırovun kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi : Nazim Hikmət Ssenari müəllifi : Leonid Aqranoviç Quruluşçu rejissor : Ramiz Əsgərov, Antonis Voyazos Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Nadir Zeynalov, Fikrət Bağırov Bəstəkar : Fikrət Əmirov Səs operatoru : İqor Popov Rejissor assistenti : Əşrəf Mamayev, Murad Məlikov, Ramiz Əliyev (R. Əliyev kimi) Operator assistenti : Eduard Qalakçiyev, R. Əliyev Rəssam assistenti : Rafiz İsmayılov, M. Səfərəliyeva Qrim edən : Telman Yunusov Montaj edən : A. Filimonova Məsləhətçi : Ə. Babayev (filologiya elmləri namizədi) Redaktor : Nataliya Şneyer Filmin direktoru : S. Bəyazov Çalır : Azərbaycan Radio və Televiziya Studiyasının Kamera Orkestri Dirijor : Nazim Rzayev === Rollarda === Vladimir Koval-Əhməd Oleq Xabalov-İsmayıl Nelli Zinovyeva-Annuşka Murad Məlikov-Kərim Kseniya Minina-Marusya M. Qasımbəyov-Si Ya-u Ağasadıq Gəraybəyli-Şükrü bəy Bəşir Səfəroğlu-Ziya Valentin Qrudinin-Qolçomaq Abbas Rzayev - Kəndli Məleykə Ağazadə-Şükrü bəyin arvadı Yusif Yulduz-Naməlum adam Abşeron Adıgözəlov Jenya Aleksandrov Əliheydər Həsənzadə-Türk qəzet alan === Filmi səsləndirənlər === Hamlet Xanızadə-Ziya (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur) Şahmar Ələkbərov-Əhməd (Vladimir Koval) (titrlərdə yoxdur) Həsənağa Turabov-İsmayıl (Oleq Xabalov) (titrlərdə yoxdur) Əminə Yusifqızı-Annuşka (Nelli Zinovyeva) (titrlərdə yoxdur) Rafiq Əzimov-Si Ya-u (M. Qasımbəyov) (titrlərdə yoxdur) Sadıq Hüseynov (titrlərdə yoxdur) Yusif Vəliyev-Kəndli (Abbas Rzayev)(titrlərdə yoxdur) Həsən Əbluc-Petrosyan (titrlərdə yoxdur) Kamil Qubuşov-Rus kəndli (titrlərdə yoxdur) Əzizağa Qasımov (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Газета "Советская культура", 5 августа 1967 г. Zeynalov, N. “Yaşamaq gözəldir, qardaşım!” //Kino yenilikləri.- 1967.- 11-20 sentyabr.
Qarasu
Qarasu (Hacıqabul) — Hacıqabul rayonunda kənd. Qarasu (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonu ərazisində yaşayış məntəqəsi - qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda bulaq. Qarasu — Xəzər dənizində, Baki arxipelaqinda ada. Uzunluğu təqr.
Xəzər qarasolu
Xəzər qarasolu (lat. Vimba vimba persa) — Qarasol növünə aid yarımnöv. == Yayılması == Əsasən Cənubi və Orta Xəzərdə yayılmışdır. Samur çayının aşağı axarında Vələmir və Qusar çaylarında, Kürün aşağı axarında, Azərbaycanın cənub çaylarından Viləş, Qumbaşı və Lənkəran çaylarında yayılmışdı. Böyük və Kiçik Qızılağac körfəzlərində nisbətən çoxsaylıdır. Aqraxan və Araqum su hövzələrində, Türkmənbaşı körfəzinə qədər Həsənqulu rayonunda, Xəzərin qərb sahili çaylarından Terekdə, Rubasçayda qeydə alınmışdır. == Morfoloji əlamətləri == Bədən nisbətən alçaqdır. Beli göyümtül-boz, qarnı gümüşü-ağ, bədənin aşağı hissəsindəki üzgəclər solğun-sarımtıldır. Ağzı alt aypara formasındadır. Bel üzgəcində 8, anal üzgəcində 16–19 şüa var.
Qarasu (Hacıqabul)
Qarasu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Şirvan düzündə yerləşir. Bu oykonim Hacıqabul gölünə tökülən bataqlıq-göl və bunları birləşdirən qolların (uz. 134 km.) ümumi adı olan Qarasuyun adı ilə bağlıdır. Keçən əsrdə Ukaynanın Krım vilayətində Karasu, Rusiyanın Nijni Novqorod vilayətində Karasulino, Karasulixa yaşayış məntəqələri qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2929 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Ramiz Qasımov — Rusiya Federasiyasının əməkdar elm xadimi, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki. Miryusif Mirnəsiroğlu — Azərbaycan yazıçısı və şairi. Talıbov Xalid — Bakı Şəhər İcra Hakimiyyətinin işçisi. İsgəndərov Əli - Azərbaycan universiteti tələbə qəbulu üzrə komissiyanın sədri == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Qarasu (Kürdəmir)
Qarasu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2006-cı il tarixli 217-IIIQ saylı qərarı ilə Şilyan kənd inzibati ərazi dairəsi tərkibindəki Şilyan kəndinin bir hissəsi Qarasu kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. == Toponimikası == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3888 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Din == Kənddə Qarasu kənd məscidi dini icması fəaliyyət göstərir.
Qarasu bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarasu qalası
== Ümumi məlumat == Naxçıvan MR,Şərur rayonu,Gümüşlü qəsəbəsi yaxınlığında e.ə. II minilliyə və I minilliyin əvvəllərinə aid qala.Sahəsi 5 ha-dır.Terraslarda salınmış möhtəşəm qala divarları ilə iki hisəyə ayrılır.Aşağı terraslardakı hissənin iri daşlardan tikilmiş divarı var.İçqala (Narınqala) 50-60 metr aralıda dağdadır.Divarı kiçik daşlarla tikilib.Qalanın daxilində yonulmuş daşdan tikilmiş bina qalıqları var.Qarasu qalası Azərbaycanın qədim siklopik tikililərinə daxildir.Qalanın daxilində qayalıqda bir neçə su hovuzu da qazılıb.Arxeoloji qazıntılar zamanı qaladan dən daşları,obsidian və çaxmaqdaşından lövhələr,gil qablar,tunc bilərziklər və Erkən Dəmir dövrünə aid ox ucluqları tapılıb. Boyalı Qablar mədəniyyəti üçün səciyyəvidir.
Qarasu çayı
Mesta (Qarasu) çayı (bolq. Места), Nestos (yun. Νέστος) və ya Qarasu çayı — Bolqarıstan və Yunanıstanda çay. Çayın mənsəbi Egey dənizi hövzəsinə aiddir. Mesta Bolqarıstanın cənub-qərbində, Çerna Mesta və Byala Mesta çaylarının qovuşduğu yerdən Rila dağlarında yaranır. Bolqarıstan ərazisindən 126 km, Yunan Makedoniyası və Frakiyadan təxminən 104 km keçərək, Thassos adasının yaxınlığında dənizə tökülür.Mestanın ən böyük qolu Dospat çayıdır. Çerna-Mesta və Byala-Mestanın qovuşduğu yerdə su axını sürəti 14,62 m³/s-dən, Xacidimovo bölgəsində - təxminən 29,85 m³/s, Bolqarıstan və Yunanıstan sərhədi yaxınlığında təxminən 32 m³/s-dir == Coğrafiyası == Mesta Qarasu çayı başlanğıcını Rila dağlarından götürür. Thassos adası yaxınlığında Egey dənizinə tökülür. Əsasən metamorfik formasiyalar vasitəsilə yüksək kanyonlarla Egeyə enir. Sonda əsas axın Xrisoupoli şəhəri sahili düzənlik yerdə yayılır və Nestos Deltasını təşkil edən şirin su gölləri və gölməçələri ilə delta sistemi kimi genişlənir.