Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qayabulağı (Marağa)
Qayabulağı (fars. قيه بلاغي‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 468 nəfər yaşayır (85 ailə).
Örənqala şəhər xarabalığı
Örənqala — V–XIII əsrlərdə mövcud olmuş qədim Azərbaycan şəhəri. Beyləqan şəhərindən 15 kim. şimal-qərbdə yerləşir. Mil düzündə yerləşən qədim Örnəqala yaşayış yerinin tədqiqinə hələ 1933-cü ildə AMEA-nın elmi əməkdaşları İ. İ. Meşşaninovun rəhbərliyi altında başlamışlar. Bu ekspedisiya Örnəqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya idi. Bu birinci ekspedisiya aydınlaşdırmışdır ki, erkən dövrlərin birində şəhər ölçülərinə görə böyük olub, indi tədqiq edilən şəhər yerinin ərazisini bütünlüklə əhatə etmişdir. Sonralar görünür ki, iqtisadi və siyasi mərkəz rolunu itirəndən sonra şəhər ərazisi kiçilmiş və yeni divarlar hörüləndən sonra köhnə şəhərin yalnız bir hissəsi yeni şəhərin ərazisinə daxil olmuşdu. Köhnə şəhərin qalan hissəsi isə şəhər divarlarının xaricində qalaraq tədricən dağılmışdı. Yeni şəhərin daş divarları dağıldıqdan sonra şəhər ətrafındakı müdafiə işləri torpaq sədd çəkməklə aparılır. Ekspedisiyanın məlumatıma görə yeni şəhərə aid olan mədəni təbəqə dağıntıya məruz qaldığından Örənqalanın bu hissəsindəki 1933-cü il qazıntıları stratiqrafiyanı dəqiq müəyyən etməyə imkan verməmişdi.
Hobbit: Smauqun xarabalığı (film, 2013)
Hobbit: Smauqun xarabalığı (ing. The Hobbit: The Desolation of Smaug) — rejissor Piter Ceksonun çəkdiyi "Hobbit" kinotrilogiyasının ikinci hissəsi, yazıçı Con Tolkinin "Hobbit, və ya oraya və geriyə" nağıl hekayəsinin ekranlaşdırılmasıdır. Bu film, Gözlənilməz səyahət kimi saniyədə 48 kadr sürətlə RED Epic yüksək dəqiqlikli kameralarla çəkilib. == Məzmun == Film cadugər Qandalf və Torin Palıd-sipər arasında Bri kəndindəki "Çapan Poni" mehmanxanasında görüşü ilə başlayır. Torin və onun dəstəsi əvvəlki filmdə baş verən hadisələrdən sonra Murdarlayan Azoq və onun orkları tərəfindən təqib edilir. Qandalf onları yaxınlıqdakı qulyabanı Beornun evinə aparır. Eyni zamanda, qnomlar, hobbit və cadugər ayı cismində Beornun özündən möcüzəvi şəkildə canlarını qurtarır. Gecə Nekromant Azoqu Dol Quldura çağırır və ona müharibə üçün qoşun toplamaq əmri verir. Buna görədə Azoq Torinin ovunu oğlu Bolqa tapşırır. Ertəsi gün Beornla Qandalf Bilbo və qnomlar tanış olurlar və səhər yeməyi zamanı Beorn onlara Moria orkları ilə Dol Quldurun qaranlıq qüvvələri arasında bağlanmış birlikdən danışır.
Əhməd Mithəd Qalabalıq
Əhməd Mithəd Qalabalıq (türk. Ahmet Mithat Kalabalık; 1878, Konstantinopol – 30 yanvar 1953) — Türkiyə siyasətçisi . İstanbul Universitetinin hüquq fakültəsinin məzunudur. Bir çox dövlət vəzifəsində çalışmışdır. Ailəli olmuşdur, üç övladı olmuşdur. Şeyx Səid üsyanı başlayanda Diyarbəkir valisi olmuşdur. O, qiyam zamanı Diyarbəkir millət vəkili olmuş Feyzi Riceçioğlu və ailəsinin köməyi ilə qiyamı müvəffəqiyyətlə yatırmışdır. 24 dekabr 1927–11 iyul 1928-ci il tarixlərində qısa müddət İstanbul valisi olmuşdur. O, 6 ay 17 gün vali vəzifəsində çalışmışdır.