Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qlaukonit
Qlaukonit - mineral, (K,Ca,Na)<1 (Al, Fe3+, Fe2+, Mg)2 [(OH)2 |Al0,35Si3,65O10]. K→H3O ilə, Si→Al-la əvəz olunur. Vərəqvari silikat. Monoklinik, psevdoheksaqonal. Ayrılma {001} üzrə mükəmməl. Aqreqat: incədənəvər, xırda pulcuqvari. Yaşıl, sarımtıl-yaşıldan rəngsizədək. Sərtliyi 2. Xüsusi çəki 2,4-2,95. Kəskin paramaqnitlidir.
Qlaukodot
Qlaukodot – (Co, Fe) AsS — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. Rəng – bozumtul-ağdan qırmızımtıl-bozadək; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 5,92-6,22; S – 5; Kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: prizmatik; İkiləşmə: {101} üzrə xaç şəkilli ikiləşmələr, {012} üzrə üçləşmələr; Mineral aqreqatları: sıx dənəvər kütlələr, püruzlar. Tipik hidrotermal mineraldır. Birlikdə rast gəldiyi minerallar: kobaltin, arsenopirit, pirit, safflorit, kvars, kalsit və b. Mineralın tapıldığı yerlər: Uasko (Çili); Hokansboda (İsveç); Pokrovski (Rusiya) və b. Azərbaycanda Daşkəsən dəmir, Şimali-Daşkəsən dəmir-kobalt, Katsdağ kolçedan-polimetal, Cixix-Saqator və Mazımçay mis-pirrotin filizləri yataqlarında qeyd edilir. Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Qlükozit
Glikozit — bitkilərdə olan qlükoza molekullarından ibarət olan birləşmələrə verilən ümumi addır.
Kalsium qlükonat
Kalsium qlükonat (C6H11O7)2Ca - qlükon turşusunun kalsium duzudur. Mr((C6H11O7)2Ca) = 430.373. == Alınması == Preparatı almaq üçün qlükozanı qlükon turşusuna qədər oksidləşdirib, sonra ona kalsium-karbonat vasitəsilə kalsium duzuna çevirilər. Qlükozanı xlorun, bromun təsirindən mikrobioloji üsulla - Penicillium luteim, penicillium citrinum və s. kif göbələklərinin köməyi ilə oksidləşdirmək olar. Sənayedə bu proses elektrokimyəvi üsulla yerinə yetirilir. Bunun üçün tərkibində kalsium-karbonat və kalsium-bromid olan qlükoza məhlullarını elektroliz edirlər. Elektroliz zamanı kalsium-bromiddən sərbəst brom əmələ gəlir, o isə qlükoza oksidləşdirib qlükon turşusuna çevirir, kalsium-karbonat isə onu neytrallaşdırır. == Fiziki - kimyəvi xassələri == Kalsium qlükonat ağ dənəvari və ya kristalik toz olub, iysiz və dadsızdır. Suda həll olur, spirtdə və efirdə praktiki həll olmur.