Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tozlanma
Tozlanma (bitkilərin tozlanması) – Yetişmiş erkəkciyin toz hüceyrələrinin örtülü toxumlularda dişiciyin, çılpaqtoxumlularda yumurtacığın ağızcığına düşməsi. Tozcuğun üst qatı boruya çevrilərək içərisindəki erkək hüceyrəsini (sperma) yumurta hüceyrəyə çatdırır və onu mayalayır, nəticədə ziqota (rüşeym) əmələ gəlir.
Alovlanma promotorları
Alovlanma promotorları (alovlanmanı təşviq edən) yanacaq kamerasında dizel yanacaqlarının alovlanmasını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Alovlanma promotorları zəif alovlanma qabiliyyəti olan yüksək səviyyədə aromatikləşdirilmiş orta distillə fraksiyalarına, həmçinin naften əsaslı neftlərdən və qaz kondensatlarından əldə edilmiş dizel yanacaqlarına əlavə edilir. == Ümuni məlumat == Qeyd edək ki, benzinin oktan ədədinin artırılması çox vaxt arzuolunan haldırsa, əmtəə dizel yanacağının setan ədədinin (SƏ) artırılmasına çox ehtiyatla yanaşmaq lazımdır. SƏ-nin optimal göstəricisindən bu və ya digər tərəfə kənarlaşma mühərriyin iş rejiminin pozulmasına səbəb olur. Alovlanma promotorlarının təsiri mühərriyin növündən, iş rejimindən və SƏ-dən asılıdır. Yanacağın SƏ nə qədər yüksək olsa alovlanma bir o qədər tez baş verir və alovlanmanın gecikmə müddəti (AGM) bir o qədər az olur. AGM-nin müəyyən optimal müddəti saxlanılmalıdır. SƏ çox yüksəkdirsə, bu müddət bir o qədər azdır və yanacaq qarışığının hazırlanmasına az vaxt ayrılır. Nəticədə, yanacaq tərkibində yeni yanacaq porsiyalarına oksigenin verilməsini çətinləşdirən yanma məhsulları olan artıq yanan qarışığa püskürdülür. Buna görə də, yanacaq tam yana bilmir və işlənmiş qazların tərkibində çoxlu natamam yanma məhsulları olur, bu da mühərriyin səmərəliliyini azaldır.
Öz-özünə tozlanma
Bir çiçəkdə olan erkəkcik tozcuğunun həmin çiçəkdəki dişicik ağızcığına düşməsi prosesi öz-özünə tozlanma adlanır. Öz-özünə tozlanan bitkilərdə həm dişiciyi, həm də erkəkciyi olan ikicinsli çiçəklər olur. Bu bitkilərin çiçəklərində erkəkcik və dişiciklərin yetişməsi eyni zamanda baş verir. Erkəkciklər, əsasən, dişicikdən yuxarıda yerləşir. Öz-özünə tozlanan bitkilərin çiçəkləri əsasən ətirsiz, görkəmsiz və nektarsız olur. Buğda, arpa, darı, çəltik, vələmir, noxud kimi öz-özünə tozlanan bitkilərdə tozlanma çiçək açılmazdan əvvəl — qapalı çiçəkdə gedir. Pambıq, çətənə, kətanda isə tozlanma çiçək açıldıqdan sonra baş verir.
Lizosomal toplanma xəstəlikləri
Lizosomal toplanma xəstəlikləri – bəziləri uşaq yaşlardan əzələ-skelet simptomları ilə gedir və YİA ilə differensasiya etmək lazım gəlir.
Qışlaq-i Dovlama (Germi)
Qışlaq-i Dovlama (fars. قشلاق دولاما‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (4 ailə).
Mövlana
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Mövlana Cəlaləddin Rumi

Mövlana Himməti Əngurani
Mövlana Himməti Əngurani — Azərbaycanın 15 və 16-cı əsrdə yaşayan şair. Mahnişan şəhristanının Ənguran kəndində dünyaya gəlibdir. Şah İsmayıl Xətai dövründə Şiə Məzhəbini təbliğ etmək üçün Osmanlı İmperiyasına səfər edib.