Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rustəpəsi
Rustəpəsi yaşayış yeri Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeniabad kəndi ərazisində qədim yaşayış yeri. Yaşayış yeri kənddən şimal-şərqdə yerləşir. Planda oval formalı, diametri 70 m, hündürlüyü 4 m olan təpədən ibarətdir. Arxeoloji qazıntı ilə bu təpədə qalınlığı 1,4 m-ə çatan eneolit dövrünə aid mədəni təbəqənin varlığı müəyyənləşdirilib. Dən daşları, dişəklənmiş obsidian lövhələr, üzəri cilalanmış kərkişəkilli daş alət, maral buynuzundan əşya, sümük bizlər, sapand daşları, saxsı qab qırıqları tapılmışdır. Saxsı qab fraqmentlərindən birində daraqvarı alətlə üzərinin işlənməsi müəyyənləşdirilib.
Senecio mustersi
Senecio mustersi (lat. Senecio mustersi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Rustəpəsi yaşayış yeri
Rustəpəsi yaşayış yeri Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeniabad kəndi ərazisində qədim yaşayış yeri. Yaşayış yeri kənddən şimal-şərqdə yerləşir. Planda oval formalı, diametri 70 m, hündürlüyü 4 m olan təpədən ibarətdir. Arxeoloji qazıntı ilə bu təpədə qalınlığı 1,4 m-ə çatan eneolit dövrünə aid mədəni təbəqənin varlığı müəyyənləşdirilib. Dən daşları, dişəklənmiş obsidian lövhələr, üzəri cilalanmış kərkişəkilli daş alət, maral buynuzundan əşya, sümük bizlər, sapand daşları, saxsı qab qırıqları tapılmışdır. Saxsı qab fraqmentlərindən birində daraqvarı alətlə üzərinin işlənməsi müəyyənləşdirilib.
Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi
Xosrovun çimən Şirini görməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N.Zamanovun fikrincə, "bu süjet bir çox Yaxın və Orta Şərq rəssamlarının fırçası ilə canlandırılsa da, o, Mirzə Əli Təbrizinin fırçasında özünün ən parlaq ifadəsini tapmışdır." Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini öz sarayına dəvət etmək istəyən Xosrov şah, yaxın dostu və saray rəssamı olan Şapuru onun sarayına göndərir. Şirinin hüzuruna gələn rəssam, öz hökmdarını nə qədər tərifləsə də, Şirində təəssürat yarada bilmir. Bundn sonra şahın portretini çəkərək Şirinə təqdim edir. Rəsmi görən qız aşiq olsa da, ismətini qoruyaraq Şapurla getməkdən imtina edir: == Təsvir == "Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi" miniatüründə Mirzə Əli bilərəkdən ədəbi mətndən yayınmışdır. Rəssam verilmiş konret epizodla yanaşı, Nizami süjetinin məzmununu əsas götürmüş, nəticədə müstəqil və orijinal əsər yarada bilmişdir. Mirzə Əli, miniatürdə hadisəni mətndəki kimi yabanı çəmənlikdə, yaxud keçilməz dağ yamaclarında deyil, o dövr üçün səciyyəvi olan cah-cəlallı saray bağında təsvir etmişdir. Kompozisiyanın mərkəzində yaşıla çalan sal daşlarla döşənmiş meydança dayanır.