ƏLALTI


1. sif.is. Əl altında işləyən, köməkçi işləri görən, köməkçi. Əlaltı fəhlə. Usta əlaltısı. Bənna əlaltısı.
[Səkinə:] …Aylarla … buruqda rəhmətlik atasının əlaltısı olub. M.İbrahimov.

2. zərf Xəlvəti, gizlicə, heç kəsin xəbəri olmadan, əl altından. Əlaltı xəbər göndərmək.
[Xəlil paşa] özü də əlaltı tədarük görüb qoşun-zad hazırladı. Koroğlu”.
Tarverdinin bu hərəkəti, əlaltı öküzləri satıb yeməyi təlimatçı Məcidi pərt eləmişdi. S.Rəhimov.

3. is. məc. Başqasının göstərişi və ya rəhbərliyi ilə işləyən, iş görən adam; köməkçi.
Getdikcə dostlar üz döndərir, tərəfdar azalır, əlaltıları da [Hümməti] eşitmək istəmirdilər. B.Bayramov.

4. is. Kart və başqa oyunlarda: hazırda oynayan adamdan sonrakı birinci adam.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLALTI 1. ƏLALTI (əl altında işləyən, köməkçi işləri görən) [Nərgiz:] Sənin əlaltın öz işini yaxşı bilir (M
  • ƏLALTI köməkçi

Antonimlər (əks mənalı sözlər)

  • ƏLALTI ƏLALTI – AŞKAR Tarverdinin bu hərəkəti, əlaltı öküzləri satıb yeməyi təlimatçı Məcidi pərt etmişdi (S
ƏLALTDAN
ƏLALTINCA

Digər lüğətlərdə

корчева́льный малоконструкти́вный оплавля́ть о́тблеск отсове́товать печене́г покруши́ть цементи́рованный эже́ктор ...а́рх отврати́тельный отлега́ть оце́нивающе просте́ть ро́ллерский decorative surgery dislodgement emblaze gymnoti physico- shuffleboard smokeproof telephony осанка реликвия