YEZNƏ

YEZNƏ (bacının əri) Əmisi oğlanları saysız, yeznələri, tanış və dostları hesabsız idilər (Ə.Vəliyev); DAMAD (kl.əd.) Oxudaq gözləri açılmamış əhfalımızı; Görmüşəm elm oxumuş heyvərə damadımızı (M.Ə.Sabir); GİYƏV (dial.) Güləndamın anası toyuğu götürüb acıqla giyəvinə: – Məni ağbirçək vaxtımda ələ salıb oynadırsan (Ə.Haqverdiyev); KÜRƏKƏN İbrahim bəyin göstərişi ilə çox çəkmədi Vəhş, oğlu Qaraş, arvadı Qarabirçək, kürəkəni Qorxmaz, darğa həyətində cəm oldular (Ə.Vəliyev).

YEYİNTİ
YƏHƏRALTI

Digər lüğətlərdə