MƏSLƏHƏT

is. [ ər. ]
1. Necə hərəkət etmək, bir işi necə görmək haqqında təklif, göstəriş, tövsiyə. Həkim məsləhəti. Məsləhət vermək.
[Şah buyurdu ki:] Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə.
[Ağca] dünyagörmüş xanımların məsləhətilə bir dayə tutub, uşağı ona tapşırdı. Mir Cəlal.

□ Məsləhət bilmək – olmasını, edilməsini müvafiq görmək, tövsiyə etmək.
Həkimlər [Səlimin] yerində tərpənməyini, durub asta-asta, köməkçi ilə gəzməyini məsləhət bilirdilər. S.Rəhimov.

Məsləhət deyil – məsləhət görülmür, lazım deyil, tövsiyə edilmir.
…Bəlkə, heç Şeyxi narahat eləməyimiz məsləhət deyil? C.Məmmədquluzadə.
Heç məsləhət deyil, əyləş, özünə bir-iki saatlığa bir məşğuliyyət tap. Ə.Haqverdiyev.

Məsləhət etmək (eləmək)1) bax məsləhət görmək.
Düşəndə eylərlər sizə məsləhət; Xahi aşikarə, xahi də xəlvət. Q.Zakir;

2) bax məsləhətləşmək 2-ci mənada.
Noxudu bozbaşa salanda aşpazı qoyub, axund ilə məsləhət eləyirik. C.Məmmədquluzadə.
Bilmək olmur nə məsləhət edirlər; Bəlkə basqın eyləməyə gedirlər? A.Səhhət.

Məsləhət qoymaq – məsləhətləşib qərara gəlmək.
[Səriyyə:] Bu gün anam, Həmzə və oğlanları məsləhət qoydular ki, məni Qurbana versinlər. C.Cabbarlı.

Məsləhət vermək (görmək) – necə hərəkət etmək, nə etmək haqqında birinə yol göstərmək, münasib bilmək, tədbir göstərmək, göstəriş vermək.
Məşədi Həsən uzaq getməyi məsləhət görmədi. Ə.Haqverdiyev.
[Almaz:] Sən öz sağlam duyğunla mənə məsləhət ver. C.Cabbarlı.

2. Hər hansı bir məsələyə dair mütəxəssisin tövsiyəsi, göstərişi; konsultasiya. Məsləhət almaq. Məsləhət üçün mütəxəssisə müraciət etmək.
// Dərsi daha yaxşı mənimsəmək üçün müəllimin tələbəyə dərsdən əlavə köməyi, yardımı. Məsləhət saatı təyin etmək. Məsləhət günü.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏSLƏHƏT 1. MƏSLƏHƏT [Nurlu:] Həmid, atam yanımızda yoxdur, sən onun yaxın yoldaşısan, mən səndən vacib bir məsələdə məsləhət almağa gəlmişəm (H
  • MƏSLƏHƏT məşvərət — razılıq

Etimologiya

  • MƏSLƏHƏT Ərəbcə sülh, islahat sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MƏSKUN
MƏSLƏHƏTÇİ
OBASTAN VİKİ
Məsləhət (film, 1988)
== Məzmunu == Film zavodların havaya buraxdığı zəhərdən bəhs edir.
Hərbi Yardım Təminatı Məsləhət Qrupu
Hərbi Yardım Təminatı Məsləhət Qrupu (ing. Military Assistance Advisory Group), həmçinin HYTMQ və ya MAAG — adi silahlı qüvvələrin təliminə kömək etmək və hərbi yardımı asanlaşdırmaq məqsədilə digər ölkələrə göndərilən ABŞ hərbi məsləhətçiləri üçün təyinat. 1940–1970-ci illərdə, o cümlədən 1951-ci ildən sonra Yuqoslaviyada çoxsaylı HYTMQ-lar fəaliyyət göstərmişdir, lakin onlardan ən məşhurları Vyetnam müharibəsi zamanı və ondan əvvəl Cənub-Şərqi Asiyada fəaliyyət göstərənlər idi. Tipik olaraq, HYTMQ-lərin şəxsi heyəti ABŞ-nin ölkədəki diplomatik missiyasına bağlı olan və onun imtiyazlarından istifadə edən texniki işçilər hesab olunurdu. "Hərbi Yardım Təminatı Məsləhət Qruplarında xidmət edən şəxsi heyətin xüsusi statusu onların vəzifə yerinə yetirdikləri Birləşmiş Ştatlar səfirliyinin ayrılmaz hissəsi kimi mövqelərindən irəli gəlir". == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Curtis, Glenn E., redaktorYugoslavia : a country study. Washington, D.C.: Federal Research Division, Library of Congress. 1992. Fleck, Dieter; Addy, Stuart. Handbook of the Law of Visiting Forces.
Doktorantura məsləhətçisi
Doktorantura məsləhətçisi (həmçinin dissertasiya rəhbəri, dissertasiya məsləhətçisi və ya doktorantura nəzarətçisi) universitetin professor-müəllim heyətinin üzvü olub, əsas vəzifəsi doktoranturada təhsil almaq istəyən aspirantlara rəhbərlik etmək, onlara kurs seçimində köməklik etmək, tələbələrin seçimini formalaşdırmaq, təkmilləşdirmək və istiqamət verməkdir. Tələbələr ümumiyyətlə öz fənləri üzrə maraqlarına, seçilmiş məzun fakültə üzvləri ilə yaxından işləmək istəyinə və bu fakültələrin onlarla işləmək istəyinə əsasən məsləhətçi seçirlər.
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu
Kənd təsərrüfatında bеynəlхalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu (ing. CGIAR) — Kənd təsərrüfatı üzrə Bеynəlхalq təşkilat == Yaradılması == Qrup 1971-ci ilin mayında Vaşinqton şəhərində Ford və Rokfеllеrin fondları ilə maliyyələşdirilən kənd təsərrüfatı tədqiqatlarının bеynəlхalq mərkəzlərin işlərinin təmin еdilməsi üçün yaradılmışdır. Mərkəzlər Dünya Bankının, FAO və digər təşkilatların rəhbərliyi altında fəaliyyət göstərir. == Strukturu == Qrupun tərkibinə 16 ayrıca fəaliyyət göstərən struktur daхildir: Bitkilərin Bеynəlхalq Gеnеtik еhtiyatları Institutu (Roma, Italiya) Quraqlıq rayonlarda bеynəlхalq kənd təsərrüfatı tədqiqatları mərkəzi (Alеppo, Suriya); Aqromеşəçilik üzrə bеynəlхalq tədqiqatlar mərkəzi (Patancеru şəhəri, Hindistan); Bеynəlхalq еlmi-tədqiqat ərzaq siyasəti institutu (Vaşinqton şəhəri, ABŞ); Bеynəlхalq tropik kənd təsərrüfatı institutu (Ibadan şəhəri, Nigеriya); Bеynəlхalq su təsərrüfatı institutu (Kolombo şəhəri, Şri-Lanka); Bеynəlхalq qarğıdalı və buğda mərkəzi (Mехiko şəhəri, Mеksika, Pеru); Bеynəlхalq еlmi-tədqiqat düyü institutu (Manila şəhəri, Filippin); Bеynəlхalq milli kənd təsərrüfatı tədqiqatları хidməti (Haaqa şəhəri, Nidеrland); Çəltikçiliyin inkişafı üzrə Qərbi-Afrika Assosiasiyası (Buarе, Fil sümüyü sahili); Canlı su еhtiyatlarının idarəolunması üzrə bеynəlхalq mərkəz (Manila, Filippin); Bеynəlхalq еlmi-tədqiqat hеyvandarlıq institutu.

Digər lüğətlərdə