Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qulaqaltı vəzi
Qulaqaltı vəzi (glandula parotidea) — ağız suyu vəzlərinin ən böyüyüdür. O, qulaq seyvanının aşağı ön tərəfində, çənəarxası çuxurda yerləşir. Qulaqaltı vəzi quruluşca mürəkkəb alveollu vəzilərə, vəzifəcə seroz vəzilərə aiddir. Vəzin çəkisi 30 qram olub, ayrı-ayrı paycıqlardan təşkil olunub. Çeynəmə əzələsinin fassiyasından əmələ gəlmiş kapsula ilə örtülmüşdür. Paycıqların ağız suyu vəziləri birləşərək paycıq axacaqlarını, onlar da birləşrək paycıqlararası axacaqları, onlar da öz növbəsində birləşərək qulaqaltı axacağı əmələ gətirirlər. Qulaqaltı vəzin axacağı (ductus parotidea) 5-6 sm uzunluğunda və 2-3 mm diametrində olub, yuxarı ikinci böyük azı dişin bərabərində selikli qişadan əmələ gəlmiş qulaqaltı vəzin məməciyi üzərində, digər böyük ağız suyu vəzilərindən fərqli olaraq ağız dəhlizinə açılır. Qulaqaltı vəzinin innervasiyası hissi, simpatik və parasimpatik sinirlərlə həyata keçirilir. Qulaqaltı vəzin cismindən üz siniri keçir.
Qalaaltı
Qalaaltı — Azərbaycan Respublikasının Şabran rayonun inzibati ərazi vahidində kənd "Qalanın altında, aşağısında yerləşən kənd" mənasındadır. Yaşayış məntəqəsi V–VI əsrlərə aid Çıraqqala qalasının aşağısında, alt tərəfində bina edildiyi üçün belə adlanmışdır. İlk sakinləri yaxınlıqdakı Çalğan kəndindən çıxmış ailələr olmuşdur. Kəndin yaxınlığında müalicə əhəmiyyətli mineral su çıxır. Qalaaltı balneoloji kurortu burada yerləşir. Kənd Çıraqqala dağının yamacında, hündür ərazidə yerləşir. Kənddə məşhur sanatoriya fəaliyyət göstərir ki, onun da ərazisində müalicəvi bulaq var. Əhalisinin sayı 179 nəfərdir (2009-cu il). Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Şabran rayonu Qalaaltı kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 180 000 manat vəsait ayrılmışdır. Siyəzənin bəzi insanları Qalaltının Siyəzən rayonuna aid olduqunu bildirsələrdə.Bütün məlumatlar,wkipediya,Rəsmi saytlar,eləcədə Azərbaycanın xəritəsinə nəzər saldıqda tam açıq aşkar görünür ki Qalaltı və Qalaltı hotel Şabran rayonu ərazisinə aiddi.
Qalaaltı Hotel & SPA
"Qalaaltı Hotel & SPA" — Azərbaycan Respublikasının Şabran rayonunun ərazisində yerləşən müalicə-istirahət kompleksi. Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı" kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahədə yerləşən kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər inşa olunub. Kompleksin yerləşdiyi ərazi gözəl və füsunkar təbiətə malik olmasına baxmayaraq, burada əlavə yaşıllıq da salınıb. Ərazidə 48 növdə 1200-dən çox ağac əkilib, 15 min m² ərazidə yaşıl ot örtüyü salınıb. Həmçinin uzunluğu 246 metr olan süni çay, fontanlar və şəlalə inşa edilib. Uzunluğu 246 metr olan süni çay, fəvvarələr və şəlalə ziyarətçilərin istirahətini daha da maraqlı etməsi üçün hazırlanmışdır. Kompleksin otel binası ən müasir səviyyədə inşa edilib. Buradakı 171 otaq hər təbəqədən olan qonaqlar üçün nəzərdə tutulub.
Qalaaltı mineral suyu
Qalaaltı mineral suyu — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Naftusiya mineral suyunun müalicəvi xüsusiyyətləri haqqında çoxdan məlumatlar var idi. Onun müalicəvi effekti haqqında ədəbiyyatda olan ilk xatırlamalar 1578-ci illərə aiddir. Onun bir tək adı çox məna kəsb edir - o neft mənbəli yüksək miqdarda üzvi maddələr tərkibli yeganə müalicəvi sudur. Naftusiya adını birçoxları Truskavets kurortu ilə əlaqələndirir. Lakin uzun illər istifadə nəticəsində Truskavets suyunun ehtiyatları və orqanik tərkibi tükənmişdir. Ancaq bir çox adama məlum deyil ki, Truskavets ilə yanaşı, mineral müalicəvi suyun başqa mənbələri də mövcuddur, məsələn Azərbaycanda olan Qalaaltı kurortu. Tərkibində fenol, alifatik turşular, mikroelementlər vardır. Alimlərin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərmişdir ki, "Qalaaltı" suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu "Naftusiya"nın eynidir. "Qalaaltı" mədən suyu tapılana qədər Truskavetsin "Naftusiya" suyu SSRİ-də yeganə hesab olunurdu.
Bakı Qulaqları
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Ştramber qulaqları
Ştramber qulaqları (çex. Štramberské uši) - bu şirniyyat kişilər tərəfindən kəşf edilib. Şirniyyatın xəmrinə əsas bal, o cümlədən də, müxtəlif ədviyyatlar (qərənfil, darçın və s) əlavə edilir. Ancaq əsas tərkibi Ştramber kulinariyasında gizlənilir. 1241-ci ildən Ştramber qulaqları bişirilməyə başlanılıb.. Belə ki, monqol-tatar müharibəsi zamanı Moğol imperiyasının qərbə hücumu zamanı bu yemək daha da geniş sahəni əhatə etməyə başlayır. Una bal və yağ əlavə edilir. Una ilk növbədə yağ qatılır və yoğrulur. Bundan sonra digər inqredientlər əlavə edilir. Bundan sonra 180 dərəcədə üzü qızarana qədər bişirilir.
Gülağası Mirzəyev
Gülağası Ağahüseyn oğlu Mirzəyev (18 aprel 1978, Bakı) — Azərbaycan balet solisti, Azərbaycan Respublikasının xalq artisti (2013). == Həyatı == Mirzəyev Gülağası Ağa Hüseyn oğlu 1978-ci il aprel ayının 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildən 1987-ci ilədək 6 saylı orta məktəbdə təhsil alıb. 1987-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin klassik şöbəsinə daxil olmuş və 1995-ci ildə balet artisti ixtisası ilə həmin məktəbi bitirib. Əmək fəaliyyətinə 1994-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasında balet artisti vəzifəsində başlayıb. 1999-cu ildən indiyə kimi kimi teatrın aparıcı səhnə ustası vəzifəsində çalışır. Dəfələrlə Azərbaycan Respublikasının Opera və Balet teatrının balet truppasının tərkibində xarici ölkələrdə qastrol səfərlərində iştirak edib, və beynəlxalq festivallarında Azərbaycan Respublikasını təmsil etmişdir. 2006–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb. 2015-ci ildə Moskva Müasir Humanitar Akademiyasını (sənətşünaslıq bakalavr pilləsi) bitirib. 2015-ci ilin noyabr ayından 2016-cı ilin fevral ayına kimi Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbər vəzifəsində işləmişdir.
Qulaqlı bayquş
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Qulaqlı kirpi
Qulaqlı kirpi (lat. Hemiechinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Tikanlı zirehi gövdənin bel hissəsini tutaraq böyürlərə girir.Təpəsində “keçəli” yoxdur. İynələrində uzununa yastıqlardan başqa köndələn yastıqlarda vardır. Bədənin alt tərəfi və böyürlərin böyük hissəsi nisbətən gödək və yumuşaq tüklərlə örtülmüşdür. Uzun qulaqları səciyyəvidir. iynələrin rəngi nisbətən açıq olub müxtəlif, ancaq çox vaxt kürənvari qum rəngində olur. Böyürləri və bədənin alt tərəfi qonurumtul-boz və ya ağdır. Cinsin arealı cənub–şərqi Avropanı, Ön, Mərkəzi və Cənubi Asiyanı, Şimali Afrikanı əhatə edir. 5 növündən Qafqazda biri yaşayır.
Qulaqlı kirpilər
Qulaqlı qarabatdaq
Qulaqlı qarabatdaq (lat. Phalacrocorax auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Qulaqlı suiti
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Qulaqlı suitilər
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Adi qulaqlı bayquş
Adi qulaqlı bayquş (lat. Asio otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Adi qulaqlı kirpi
Adi qulaqlı kirpi (lat. Hemiechinus auritus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin qulaqlı kirpi cinsinə aid heyvan növü. == Görünüşü == Adi kirpilərdən ölçüsünə görə fərqlənirlər. Qulaqlarının uzunluğu 5 sm-ə qədərdir, yalnız bel nahiyyəsi iynələrlə örtülmüşdür. Kiçik ölçüyə sahibdirlər: bədən uzunluğu 12-27 sm, quyruq uzunluğu 17-23 mm təşkil edir. Pakistan və Əfqanıstanda yaşayan yaşayan yarımnövlər 30 sm-ə qədər böyüyür. Erkəklərin kütləsi 430 q-a qədər, dişilər isə 200-dən 505 q-a qədər ola bilər. Bu da adi kirpi ilə müqayisədə 2 dəfə azdır. Ayaqları hündürdür. Ağızları kəskindir.
Bakı Qulaqları (Kərkəs dağı)
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
İki qulaqlı cücə (film, 2009)
İki qulaqlı cücə (alm. Zweiohrküken‎) — 2009-cu ilin kinokomediyası. Rejissor Til Şvaygerin "Qulaqsız dovşan" filminin sikveli. Birinci hissə hadisələrdən artıq 2 il keçib. Baş qəhrəmanlar Ludo (Til Şvayger) və Anna (Nora Çirner) birgə yaşayırlar. Adi günlər başlayır, və Ludonun ehtirası soyuyur, Anna haqlı olaraq onu qısqanmağa başlayır, buna da səbəb var: Ludo başqa qızlara da baxmağa başlayır. Acıqcan da, elə bu zaman Ludonun keçmiş sevgilisi peyda olur... Til Şvayger: Ludo Decker Nora Çirner: Anna Gotzlowski Mattias Şvayqhöfer: Moritz de:Emma Schweiger: Cheyenne-Blue Ken Duken: Ralf Berger de:Sönke Möhring: Asi de:Annika Ernst: Judith de:Annika Blendl: Bardaki qız de:Pegah Ferydoni: Lana de:Jasmin Gerat: Caro de:Thomas Heinze: gözəllik doktoru (Plastikcərrah) de:Marc Hosemann: Klinika həkimi de:Heiner Lauterbach: Herb de:Elyas M’Barek: Samy Madita: Marie de:Denis Moschitto: Taksi sürücüsü de:Uwe Ochsenknecht: Dr.