Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buzavənd Qulaməli
Buzavənd Qulaməli — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı Əsli Bozavənd Qulaməli. XIX əsrin ortalarından sonra adı çəkilmir. Qulaməliyə (mülkədar adıdır) məxsus Bozavənd ailələri mənasındadır.
Qulaməli Bayandur
Qulaməli Əliəkbər xan oğlu Bayandur (13 dekabr 1898-25 avqust 1941) — İran Dəniz Qüvvələrinin kontr-admiralı. == Həyatı == Qulaməli xan Əliəkbər xan Bayandurun ikinci oğludur. 13 dekabr 1898-ci ildə Tehran şəhərində anadan olmuşdu. 1941-ci ildə SSRİ-nin təhlükəsizliyi və yerli əhaliyə "kömək göstərmək" məqsədilə Sovet qoşunları Güney Azərbaycana daxil oldu. İkinci dünya müharibəsinin əvvəllərindəki, habelə, 1941-ci ildə Sovet və Britaniya qoşunları İrana daxil olduqdan sonra ümumilikdə İranda və Güney Azərbaycanındakı siyasi proseslər, İranda SSRİ-ABŞ-Böyük Britaniya qarşıdurmasının gücləndi. Dünya müharibəsi ərəfəsində və müharibənin ilk vaxtlarında alman firmalarının nümayəndələri adı altında xüsusi xidmət orqanlarının işçiləri Təbriz, Maku, Xoy, Mianə, Mərənd kimi şəhərlərdə də yerləşdirilmişdi. 1941-ci ilin əvvəllərində Almaniya gizli yolla İrana 11.000 ton silah və sursat gətirmişdi. İranın "turist düşərgələrində" istirahət edənlərin çoxunun hərbçi olması barədə kəşfiyyat materialları var idi. 1941-ci ilin iyul-avqust aylarında minə qədər mülkü geyimli alman zabitlərinin Ərzurum yolu ilə İrana keçməsi müşahidə edilmişdi. Rusların köməyi ilə dövlət çevrilişi etmiş, ingilislərin köməyi ilə səltənəti ələ keçirmiş Rza şah Almaniya yardımı ilə XX əsri İranda "Pəhləvinin qızıl əsrinə" çevirmək ümidində idi.
Qulaməli Üveysi
Qulaməli Üveysi (fars. غلامعلی اویسی‎; 1918, Qum – 8 fevral 1984, Paris) — İran generalı, Şah qvardiyasının rəisi, Tehran şəhərinin hərbi komendantı. == Həyatı == Qulaməli Üveysi 16 aprel 1918-ci ildə Qum vilayətinin Fordo kəndində anadan olmuşdu. Kəndin əhalisi mənşəcə türkmanlardan təşkil olunmuşdu. Onun öz şəcərəsi Qaraqoyunlu Qara Yusifə çatır. Qulaməli Üveysi Tehranda hərbi məktəb bitirmişdi. Məhəmmədrza şah Pəhləvi ilə sinif yoldaşı idi. Qulaməli Üveysi 5 dekabr 1978-ci ildə İranın əmək naziri olmuşdu. Qulaməli Üveysi 7 fevral 1984-cü ildə Parisdə terror edildi.
Çeşmə-i Qulaməli
Çeşmə-i Qulaməli (fars. چشمه غلامعلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 401 nəfər yaşayır (101 ailə).
Qulaməli xan Ziyadoğlu-Qacar
Qulaməli xan Qacar — İrəvan xanı. 1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəslələnərək vəfat etdi. Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəldi. == Hakimiyyəti == Knyaz Baqrationun İrəvan xanlığında Qulaməli xanın oturması ilə razılaşmasını İrəvan zadəganları birmənalı qiymətləndirərək elə güman etdilər ki, bu işdə II İraklinin əli vardır. Odur ki, yeni xana o qədər də etibar etmirdilər. Qulaməli xan atasının dəfni ilə məşğul olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan qaldıraraq İrəvan qalasını ələ keçirdilər. Lakin mərhum Hüseynəli xanın keçmiş tərəfdarlarının da köməyi ilə yatırıldı.Qulaməli xanın səkkiz aylıq hakimiyyəti İrəvan xanlığının ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti dövründə xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya qüvvələri arasında gizli mübarizə gedirdi. Qulaməli xanın çox gənc və təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan hakimini öz tərəfinə çəkməyə çalışırdı. Əgər Hüseynəli xan hər iki tərəf arasında bitərəf mövqe tuturdusa, Qulaməli xanın dövründə İrəvan xanlığı Osmanlı dövləti ilə daha da yaxınlaşdı.
Afiq Qulamlı
Afiq Fərhad oğlu Qulamlı (24 dekabr 1996, Xırdalan – 19 oktyabr 2020, Gecəgözlü, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Afiq Qulamlı 24 dekabr 1996-cı ildə Xırdalan şəhərində anadan olmuşdur. Orta təhsilini 2003–2014-cü illərdə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vuran Afiq müxtəlif işlərdə çalışmış, mülki fəaliyyət göstərmişdir. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Afiq Qulamlı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Afiq Qulamlı səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Afiq Qulamlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 19 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Qulamlı (Şəbüstər)
Qulamlı (fars. غلاملو‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 388 nəfər yaşayır (103 ailə).
Ülvi Qulamlı
Ülvi Şahin oğlu Qulamlı (24 may 1994; Mingəçevir, Azərbaycan — 20 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Qulamlı 1994-cü il mayın 24-də Mingəçevir şəhərində anadan olub. 2011-2012-ci illərdə Mingəçevir şəhərində 13 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Ülvi Qulamlı 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ülvi Qulamlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Qulamlı oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Qulamlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Qulamlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Quləli
Qul Əli — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi.
Qalaməlik (Əhər)
Qalaməlik (fars. قلعه ملك‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (12 ailə).
Gülməli adamlar (film, 2009)
Gülməli adamlar — Cadd Apatounun rejissorluq etdiyi, yazdığı komediya—dram filmidir. Baş rollarda stand-up komediyaçıları Adam Sendler və Set Roqen yer almaqdadır. Film 31 iyul 2009-cu il tarixində təqdim edilmişdir. Əvvəlki Apatou filmlərinə nəzərən daha dramatikdir. Universal Pictures və Columbia Pictures filmi istehsal etmişdir. == Məzmun == Corc Simmons həyatının ən bədbəxt xəbərini öyrənmişdir. Artıq geriyə dönüşü olmayan yol onu gözləyir: Ölüm! İşini yaxşı bilən stand-up komediyaçısıdır. Corc sağalmaz xəstəliyə tutulduğunu gördüyündə məyus olur. Artıq 1 ildən az ömürü qaldığını görər.
Adil Qulami
Adil Kərim oğlu Qulamov (21 may 1962, Bakı) — Azərbaycan kinoprodüseri, film direktoru, icraçı prodüser, rejissor, aktyor, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005). == Həyatı == Adil Qulamov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. 1979-cu ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyir. Müxtəlif illərdə kinostudiyada kinomexanik, səs texniki, filmlərin realizə şöbəsinin rəisi, istehsalat şöbəsinin rəisi, "Azərkinovideo" İstehsalat Birliyində kino istehsalı üzrə baş mütəxəssis vəzifələrində işləyib. 1990-cı ildən film direktorudur. "Kənar adamlar" (1992), "Səs" (1993), "Simenslər Azərbacanda" (1993), "Yük" (1995), "Azərbaycan - Odlar yurdu" (1997), "Ovsunçu" (2002), "Arxada qalmış gələcək" (2004), "Əlvida, cənub şəhəri" (2006), "Niyyət" (2010), "Tərsinə çevrilən dünya" (2011), "Sübhün səfiri" (2012) və s. bədii və sənədli filmlərin direktoru və icraçı prodüseri olmuşdur. 2005-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür.
Quləli (Maku)
Quləli (fars. گل عالي‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (38 ailə).
Quləli (Xudabəndə)
Quləli (fars. قول علي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 324 nəfər yaşayır (77 ailə).
Gülümeyi
Gülümeyi – Azərbaycan xalqına məxsus ənənəvi rəqs sayılan "Gülümeyi" oxuyanın "ay gülüm hey" kəlməsindən götürülüb. Bu qədim rəqsi əsasən qızlar və cavan qadınlar müxtəlif şənliklərdə, xüsusən "Xınayaxdı" deyilən şənliklərdə ifa edirlər. Əsasən Şərur rayonunda oynanılan, yallı növündə olan bu rəqsi "Xınayaxdı" mərasimində gəlinin rəfiqələri və onun qadın qohumları oynayırlar. Adətən isə "Gülümeyi"ni (A gülüm hey) gəlinin bəy evinə köçməsindən əvvəl onun yanına gəlmiş qonaqlar dağılışandan sonra oxuyub, oynayırlar. 5-10 nəfər dövrə vurub rəqs edirlər. Sadə addımlarla, yüngül süzmələrlə oynanılan rəqsin sonunda dəstələr qarşılaşırlar. Soldakı qrup sağa hərəkət edə-edə, sağdakı qrup isə sola hərəkət edə-edə rəqsi sona vururlar.
Gülablı
Gülablı — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Gülablı kəndi Qarabağın dağlıq ərazisində yerləşən bir hissəsidir. Vaxtilə bu kənd Şuşa qəzasının tərkibində olmuşdur. Gülablı kəndini Tanrı sanki əhvalının xoş olduğu vaxtda yaradıb. Kəndi əhatə edən dağlar, zümrüd meşələr onun gözəlliyini birə beş artırırdı. Kənddən xeyli aralıda bulaq sularının bir-birinə qarışmasından əmələ gələn çayın kəndi ikiyə bölməsi bu yaşayış məntəqəsinin gözəlliyini bir az da tamamlayırdı. Gözəl təbiəti, saf havası qədimlərdən burada yaşayış olmasından xəbər verir. Təsadüfi deyil ki, xanlıq dövründə (söhbət Qarabağ xanlığından gedir) xan övladlarına dayə və süd anası Gülablı kəndindən tutulardı. Firudin Şuşinski yazırdı: “XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman verib. Bu kəndin əhalisinin şücaətini qiymətləndirən Qarabağ xanının bu fərmanına əməl olunması, oğlan uşaqlarının hünərli olmasına səbəb olmaqla yanaşı, həm də Abdal-Gülablıdakı gözəl səsə malik nəsillərin də Şuşada ecazkar səsli xanəndələrin yetişməsinə təsir edən əsas amillərdən idi.
Gülallı
Gülallı (keçmiş adı: Qurudərə) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Böyük Qaramurad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Böyük Qaramurad kənd inzibati ərazi dairəsi tərkibindəki Qurudərə kəndi Gülallı kəndi adlandırılməşdır. == Toponimikası == Gülallı kəndi dağlıq ərazidədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 133 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qulalı
Qulalı (Şəmşəddin)
Abdal-Gülablı
Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.Abdal Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd. Dağ yamacındadır. == Tarixi == 1905–1918 ciillərdə kəndə Ermənistan silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur. == Toponimikası == ABDAL — Yuxari Qarabagın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var. Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad r-nu arasında Abdaldağ, Xocavənd r-nunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir. Eramızın 1 minilliyinin 1 yarısında Orta Asiyada mövcud olmuş Abdal tayfa nümayəndələri müxtəlif istiqamətlərə köçmüş və onların müəyyən hissəsi Cənubi Qafqaza gəlmişdir.
Abdal Gülablı
Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.Abdal Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd. Dağ yamacındadır. == Tarixi == 1905–1918 ciillərdə kəndə Ermənistan silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur. == Toponimikası == ABDAL — Yuxari Qarabagın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var. Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad r-nu arasında Abdaldağ, Xocavənd r-nunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir. Eramızın 1 minilliyinin 1 yarısında Orta Asiyada mövcud olmuş Abdal tayfa nümayəndələri müxtəlif istiqamətlərə köçmüş və onların müəyyən hissəsi Cənubi Qafqaza gəlmişdir.
Gülablı (Abaran)
Gülablı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzində 14 km məsafədə, Ortulu dağın ətəyində yerləşir. Erməni mənbələrində kəndin adı Gülaplı, Gülab, Gülabdı formalarında da qeyd edilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Güləbdi formasında, Qafqazın 5 verstlik xəritəsində Gülablı kimi qeydə alınmışdır. == Toponimi == Toponim gülablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Dzoraqlux (Dərəbaş) qoyulmuşdur. == Əhalisi == XIX əsrin 70-ci illərində kəndə ermənilər məskunlaşmış və azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır.
Gülləli bina
Gülləli bina - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Gülləli bina Taqanroq şəhəri Şmidt küçəsi, ev 19 ünvanında yerləşir. Binanın tikintisinə 1802-ci ildə başlanılmışdır. Tikinti işləri 1810-cu ildə bitmişdir. Bina İvan Andreyeviç Varvasinin hesabına inşa edilmişdir. Hazırda isə bina tamamən sökülmüşdür. == Tarixi == Taqanroq şəhəri Şmidt küçəsi 19 ünvanında 1810-cu ildə İvan Andreyeviç Varvasinin vəsaiti hesbına inşa edilmişdir. Açıqcalarda bina gülləli bina olaraq keçərlidir. Belə ki, binanın fasadında çoxlu sayda gilizlər vardır. Şəhər fransiz-ingilis qüvvələri tərəfindən atəşə tutularkən qalın binanın divarlarına çoxlu sayda güllə dəymişdir.
Qulaqlı bayquş
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Qulaqlı kirpi
Qulaqlı kirpi (lat. Hemiechinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. == Xarici görünüşü == Tikanlı zirehi gövdənin bel hissəsini tutaraq böyürlərə girir.Təpəsində “keçəli” yoxdur. İynələrində uzununa yastıqlardan başqa köndələn yastıqlarda vardır. Bədənin alt tərəfi və böyürlərin böyük hissəsi nisbətən gödək və yumuşaq tüklərlə örtülmüşdür. Uzun qulaqları səciyyəvidir. iynələrin rəngi nisbətən açıq olub müxtəlif, ancaq çox vaxt kürənvari qum rəngində olur. Böyürləri və bədənin alt tərəfi qonurumtul-boz və ya ağdır. == Arealı == Cinsin arealı cənub–şərqi Avropanı, Ön, Mərkəzi və Cənubi Asiyanı, Şimali Afrikanı əhatə edir. 5 növündən Qafqazda biri yaşayır.
Qulaqlı kirpilər
Qulaqlı qarabatdaq
Qulaqlı qarabatdaq (lat. Phalacrocorax auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Qulaqlı suiti
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Qulaqlı suitilər
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Gülablı (Ağdam)
Gülablı — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Gülablı kəndi Qarabağın dağlıq ərazisində yerləşən bir hissəsidir. Vaxtilə bu kənd Şuşa qəzasının tərkibində olmuşdur. Gülablı kəndini Tanrı sanki əhvalının xoş olduğu vaxtda yaradıb. Kəndi əhatə edən dağlar, zümrüd meşələr onun gözəlliyini birə beş artırırdı. Kənddən xeyli aralıda bulaq sularının bir-birinə qarışmasından əmələ gələn çayın kəndi ikiyə bölməsi bu yaşayış məntəqəsinin gözəlliyini bir az da tamamlayırdı. Gözəl təbiəti, saf havası qədimlərdən burada yaşayış olmasından xəbər verir. Təsadüfi deyil ki, xanlıq dövründə (söhbət Qarabağ xanlığından gedir) xan övladlarına dayə və süd anası Gülablı kəndindən tutulardı. Firudin Şuşinski yazırdı: “XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman verib. Bu kəndin əhalisinin şücaətini qiymətləndirən Qarabağ xanının bu fərmanına əməl olunması, oğlan uşaqlarının hünərli olmasına səbəb olmaqla yanaşı, həm də Abdal-Gülablıdakı gözəl səsə malik nəsillərin də Şuşada ecazkar səsli xanəndələrin yetişməsinə təsir edən əsas amillərdən idi.
Evlilərin kitabı (Yusif Qulami)
Evlilərin kitabı — Yusif Qulaminin sosioloji-əxlaqi əsəri. == Məzmun == Qadın-kişi məsələləri üzrə mütəxəssis və psixoloq Dr. Yusif Qulaminin 14 illik araşdırma, rəy sorğusu və konsultasiya nəticəsində yazdığı bu kitab əksər evlilərin qarşılaşdığı, lakin həya hissinin və ya məlumat azlığının bu barədə kiminləsə danışmaq icazəsi vermədiyi məsələləri əhatə edir. Kitabda qadınlarda cinsi istəksizlik probleminin psixoloji amilləri və onun müalicəsi, ər-arvad arasındakı cinsi məsələlərə münasibətdə yanlış təsəvvürlərin araşdırılması, seksual həzzin düzgün təmin edilməsi yolları və s. kimi məsələlərə aydınlıq gətirilir.
Qadın kişi münasibətləri (Yusif Qulami)
Qadın kişi münasibətləri — Yusif Qulaminin qadın-kişi münasibətlərindən bəhs edən psixoloji-əxlaqi əsəri. == Məzmun == Qadın-kişi mövzuları üzrə mütəxəssis psixoloq və bu sahə üzrə bir çox dəyərli araşdırmaların müəllifi olan Yusif Qulaminin bu kitabında elmi və psixoloji aspektdən qadın-kişi münasibətləri təhlil olunur. Belə ki, kitabda cinsi meyil və cinsi əxlaq nəzəriyyələri, sevgi, ailə münasibətləri, evlilikdən sonra yaranan problemlər və onun səbəbləri, cəmiyyətin fəsada sürüklənməsinin əsas səbəblərindən olan açıq-saçıq geyim mövzuları araşdırılır, örtünmə və bu məsələlər haqqında geniş psixoloji təhlillər aparılır, bir çox yeni fikirlər irəli sürülür.