Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qumlaqçı
Qumlaqçı (lat. Romanogobio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Əsasən Avropa və Asiya ərazisində yayılmışdır. Cinsə 18 növ daxildir. R. antipainövü isə nəsli kəsilmişdir.
Uzunbığlı qumlaqçı
Uzunbığlı qumlaqçı (lat. Romanogobio ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Azsaylı, yerli (aborigen) növdür. Bədəni nisbətən hündürdür. Boğazında 8-10 ədəd dağınıq yerləşən tünd ləkələr olur. Bığları uzundur və bədən uzunluğunun orta hesabla 10%-ni, başın uzunluğunun 50%-ni təşkil edir. Xarici görünüşünə görə Kür qumlaqçısına oxşayır, lakin ondan başının qısa olması ilə fərqlənir. Azərbaycan sularında yaşayan fərdlərinin uzunluğu 13.7 sm-ə qədər olur. Şirin su balığı olub, dibi qumlu, daşlı, axar sularda yaşayır. Ömrün uzunluğu orta hesabla 2-3 il olur.
Kür qumlaqçısı
Kür qumlaqçısı (lat. Romanogobio persus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Az saylıdır. == Xarakterik morfoloji əlamətləri == Ağızı aypara şəklindədir. Alt çənəsinin arxasında dəliklər yoxdur. Azərbaycan sularından ovlanmış fərdlərinin uzunluğu 25.0 sm-ə, kütləsi 160.0 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi daşlı olan sularda yaşayır. Dib həyatı keçirir. Əksər fərdləri 4 ilə qədər yaşayır.
Qumlaqça
Qumlaqçı (lat. Romanogobio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Əsasən Avropa və Asiya ərazisində yayılmışdır. Cinsə 18 növ daxildir. R. antipainövü isə nəsli kəsilmişdir.
Qumarçı
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. Qumarın ən məşhur formalarına slot, blackjack və rulet kimi kazino oyunları, həmçinin idman mərc oyunları, poker və lotereya oyunları daxildir. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar.
Qumlaq
Qumlaq (Ağdaş) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Qumlaq (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Qumlaq (Cəbrayıl) Qumlaq (kənd, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. Qumlaq (qəsəbə, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.
Aleşkov qumları
Aleşkov qumları, Aşağıdnepr qumları (ukr. Олешківські піски) — qumlu massiv olaraq Ukraynanın Xerson şəhərindən 30 km qərbdə yerləşir. Səhranın ərazisi 30–40 km şimaldan cənuba, 150 km isə qərbdən şərqə uzanır. Hazırda qumluqlarda xüsusi olaraq iynə yarpaqlı meşə salınır. Hazırda 15 km diametrində meşəsiz ərazi qalmışdır. Bura günümüzdə hərbi paliqon kimi istifadə edilir. Qumluğun Kazaçelaqer və Vinoqradov massivlərində 2010-cu ildə milli park yaradılmışdır. Aleşkov qumları Avropanın ən böyük səhrası və ya qumluğu olaraq adlandırırlar. Bununla belə Arçedinski-Qumları sahəsinə görə faktiki ən böyük massivvdir. Əslində isə Narın qumlar səhrası Avropanın əsl ən böyük səhrası və qumluğudur.
Qulaqlı bayquş
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Qulaqlı kirpi
Qulaqlı kirpi (lat. Hemiechinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Tikanlı zirehi gövdənin bel hissəsini tutaraq böyürlərə girir.Təpəsində “keçəli” yoxdur. İynələrində uzununa yastıqlardan başqa köndələn yastıqlarda vardır. Bədənin alt tərəfi və böyürlərin böyük hissəsi nisbətən gödək və yumuşaq tüklərlə örtülmüşdür. Uzun qulaqları səciyyəvidir. iynələrin rəngi nisbətən açıq olub müxtəlif, ancaq çox vaxt kürənvari qum rəngində olur. Böyürləri və bədənin alt tərəfi qonurumtul-boz və ya ağdır. Cinsin arealı cənub–şərqi Avropanı, Ön, Mərkəzi və Cənubi Asiyanı, Şimali Afrikanı əhatə edir. 5 növündən Qafqazda biri yaşayır.
Qulaqlı kirpilər
Qulaqlı qarabatdaq
Qulaqlı qarabatdaq (lat. Phalacrocorax auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Qulaqlı suiti
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Qulaqlı suitilər
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Zamanın qumları
Zamanın qumları (ing. The Sands of Time) — Sidni Şeldonun 1988-ci ildə yazdığı romandır. Sidney Sheldon, The Sands of Time, published by Grand Central Publishing (1988) ISBN 978-0-446-35683-1.
Çernışev qumları
Çernışev qumları ― xüsusi olaraq qorunan ərazi. Elə də böyük olmayan meşəlik ərazidə yerləşir. İnzibati cəhətdən Rostov vilayətinin Oblivski rayonunun şimalında qərarlaşır. Bölgə Çir və Berezyanski çaylarının axarbaxarındadır. 1977-ci ildə təşkil edilmişdir. Çernışev qumları yerli əhəmiyyətli botanik təbiət abidəsidır. Təbiət abidə yasaqlıqdır. Yasaqlıq insanların yerli istirahət məskəni rolunu oynayır. Təbiət qoruyucu, su qoruyucu və rekreasiya əhəmiyyəti daşıyır. Kifayət qədər ideal vəziyyətdə olsa da istənilən yanğın vəziyyəti pisləşdirə bilər.
Qumlaq (Ağdaş)
Qumlaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Qumlaq (Cəbrayıl)
Qumlaq (kənd, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. Qumlaq (qəsəbə, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.
Qumlaq (Oğuz)
Qumlaq — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Qumlaq Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Hətta belə ehtimal olunur ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsli şairin şeirlərindən məlum olduğu kimi məhz həmin Qumlaq (QUM) kəndindəndir. Qumlaq lap qədim zamanlardan əvvəl Qum adı ilə tanınarmış və Əlican çayının sahillərində yerləşərmiş. Çayın sahilləri də daim qumluq olduğundan buraya Qum, Qumluq, Qumlaq adları verilmişdir. Lakin təbii fəlakət nəticəsində Əlican çayının dəfələrlə daşması və ətrafı su basması əlaqədar ilə əhali zaman-zaman Əlican çayının sahillərindən bir qədər kənar yerlərə köçərək özlərinə yeni yaşayış məskənləri salmışlar. Hətta,Qumlaq kəndinin qədim yaşayış məskəninin adına yerli əhalinin dilində "Qumlu Örənələr" deyilir. “Qumlaq” toponimi türk-qıpcaq məşəli qumuq xalqının adı ilə bağlıdır, onun “qumlu yer, qumlu torpaq” yozulması yanlışlıqdır. “Qumlaq”da “qum” – (kum, qom) – “birlik, qüvvətlilik” (“hun” sözündə olduğu kimi), “aq” isə–“çoxluq”, ya da “yer, məkan” (yat-aq, bat-aq, ot-l-aq, çay-l-aq) bildirir. Deməli, “Qumlaq” – “g ü c l ü l ə r, q ü v v ə t l i l ə r ”, yaxud, “ b i r l i k d ə o l a n l a r ” anlamındadır.
St.Qumlaq
Qumlaq və ya Stansiya Qumlaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə. 1993-ci ildən erməni silahlı qüvvələrinin işğalı altında idi. 19 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Qumlaq. Cəbrayıl rayonunun eyniadlı i.ə.v.-də qəsəbə. Araz çayının sahilində, düzənlikdədir. Qəsəbə Qumlaq dəmir yolu keçidi yanında salındığına görə bela adlandırılmışdır; Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Araz çayının sahilində, düzənlikdədir. Yaşayış məntəqasi XIX əsrdə Qumlaq adlı qoyun yatağı yerində salındığına görə belə adlanmışdır. Kəndin ərazisi həqiqətən qumlu sahədən ibarətdir.
Stansiya Qumlaq
Qumlaq və ya Stansiya Qumlaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə. 1993-ci ildən erməni silahlı qüvvələrinin işğalı altında idi. 19 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Qumlaq. Cəbrayıl rayonunun eyniadlı i.ə.v.-də qəsəbə. Araz çayının sahilində, düzənlikdədir. Qəsəbə Qumlaq dəmir yolu keçidi yanında salındığına görə bela adlandırılmışdır; Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Araz çayının sahilində, düzənlikdədir. Yaşayış məntəqasi XIX əsrdə Qumlaq adlı qoyun yatağı yerində salındığına görə belə adlanmışdır. Kəndin ərazisi həqiqətən qumlu sahədən ibarətdir.
Qumluqca
Qumluqca (lat. Calidris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Ənənəvi olaraq 18 növə ayrılır, lakin 2 növ cüllütün də bu cinsə aid olduğunu iddia olunur. Əsasən onurğasız heyvanlarla qidalanırlar. Plankton tutmağı bacarmırlar.
Adi qulaqlı bayquş
Adi qulaqlı bayquş (lat. Asio otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Adi qulaqlı kirpi
Adi qulaqlı kirpi (lat. Hemiechinus auritus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin qulaqlı kirpi cinsinə aid heyvan növü. == Görünüşü == Adi kirpilərdən ölçüsünə görə fərqlənirlər. Qulaqlarının uzunluğu 5 sm-ə qədərdir, yalnız bel nahiyyəsi iynələrlə örtülmüşdür. Kiçik ölçüyə sahibdirlər: bədən uzunluğu 12-27 sm, quyruq uzunluğu 17-23 mm təşkil edir. Pakistan və Əfqanıstanda yaşayan yaşayan yarımnövlər 30 sm-ə qədər böyüyür. Erkəklərin kütləsi 430 q-a qədər, dişilər isə 200-dən 505 q-a qədər ola bilər. Bu da adi kirpi ilə müqayisədə 2 dəfə azdır. Ayaqları hündürdür. Ağızları kəskindir.
Ulaqçi
Ulaqçi xan - Qızıl Ordanın III xanı idi. Qardaşının vaxtsız ölümündən sonra 10 yaşında taxta çıxdı. Əmisi Bərkə xanın xeyrinə taxtdan əl çəkdi və orduda sərkərdə oldu.
Qumlaq (kənd, Cəbrayıl)
Qumlaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 30 oktyabr 2020-ci il tarixində "Qumlaq" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb. Əsas təsərrüfatı heyvandarlıq idi.
Qumlaq (qəsəbə, Cəbrayıl)
Qumlaq və ya Stansiya Qumlaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə. 1993-ci ildən erməni silahlı qüvvələrinin işğalı altında idi. 19 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Qumlaq. Cəbrayıl rayonunun eyniadlı i.ə.v.-də qəsəbə. Araz çayının sahilində, düzənlikdədir. Qəsəbə Qumlaq dəmir yolu keçidi yanında salındığına görə bela adlandırılmışdır; Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Araz çayının sahilində, düzənlikdədir. Yaşayış məntəqasi XIX əsrdə Qumlaq adlı qoyun yatağı yerində salındığına görə belə adlanmışdır. Kəndin ərazisi həqiqətən qumlu sahədən ibarətdir.
Ağquyruq qumluqca
Ağquyruq qumluqca (lat. Calidris temminckii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaradöş qumluqca
Qaradöş qumluqca (lat. Calidris alpina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qırmızıbaş qumluqca
Qırmızıbaş qumluqca (lat. Calidris ferruginea) — Mələrcüllütlər fəsiləsinə aid quş növü.
Sağ qulaqcıq
Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal etmişdit etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae superioris) və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae inferioris) açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – (lat. tuberculum intervenosum (Loweri – BNA)) vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – (lat. auricula dextra) təşkil edir.
Sol qulaqcıq
Sol qulaqcıq – (lat. Atrium sinistrum) ürəyin ən dal hissəsini işğal edib arxa tərəfdən qida borusuna və öndən aortaya söykənmişdir. Bunun ön hissəsi sol seyvan – (lat. auricula sinistra) arxadan ınə doğru gedərək ağciyər kötüyünü sol tərəfdən əhatə edir. Sol qulaqcığa yuxarı tərəfdən ağciyər venalarının dəlikləri (iki cüt) – (lat. ostia venarum pulmonalis) açılır; Embrional dövrdə ağciyər venası tək olur, bu damar həər ağciyərdən bir şaxə qəbul edir. Bunların da hər biri iki şaxədən təşkil olunur. Sonradan ağciyərin ümumi venası yavaş-yavaş genələrək sol qulaqcığın divarını əmələ gətirir, on görə onun kökləri qulaqcığa yaxınlaşır və nəticədə sol qulaqcığa açılan damarların miqdarı çoxalır (dördə çatır). aşağı tərəfdə o, sol qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare sinistrum) vasitəsilə sol mədəciklə birləşir.
Sərçəvi qumluqca
Sərçəvi qumluqca (lat. Calidris minuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Üçbarmaq qumluqca
Üçbarmaq qumluqca (lat. Calidris alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaraca qumluqca
Qaraca qumluqca (lat. Calidris falcinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Fars şahzadəsi: Zamanın qumları
Fars Şahzadəsi: Zamanın qumları (ing. Prince of Persia: The Sands of Time) — Mayk Nyuell tərəfindən çəkilən ABŞ filmidir. Film ilk dəfə olaraq 9 may 2010-cu il tarixində London premyerasında göstərilmişdir. == Məzmun == Gənc şahzadə Dastan hər zaman döyüşlərdə düşmənlərinə qalib gəlmiş, lakin məkrli saray xadiminin fitnə-fəsadı nəticəsində şahlığından məhrum olmuşdur. İndi Dastan vaxtı geri qaytara biləcək və öz sahibini dünya hökmranı edəcək qüdrətli və eyni zamanda sehrli bir əşyanı canilərdən oğurlamalıdır. Düşmənlərini dəf etməkdə ona soyuq silahla davranışın incəliklərinə yiyələnmə bacarığı və qeyri-adi akrobatika və ekvilibristika qabiliyyəti yardım edəcəkdir.