Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reaktiv qumbara
Reaktiv qumbara — kumulativ, parçalanmış, termobarik və ya toz sürətləndiricisi ilə təchiz edilmiş və metal və ya plastik boruya daxil edilmiş hər hansı digər qumbara. Qapalı məkanlarda (UAN, ATAN) yerləşən düşmən zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulmuşdur. Düşmən helikopterlərini məhv etmək üçün istifadə edilə bilər. Bəzi əl qumbaraatanlarının dizaynı onları yenidən yükləməyi qeyri-mümkün edir.
Qampaha
Qampaha (sinh. ගම්පහ [ˈgamːpaha]; tam. கம்பஹா [[Beynəlxalq fonetik əlifba|[gam ɭpaha]]]) — Şri-Lankanın Qərb vilayətinin Qampaha dairəsinin əsas şəhəri. Şəhər Şri-Lankanın kommersiya paytaxtı Kolombonun şimal-şərqində yerləşir. Qampaha Qərb vilayətinin Kolombo, Neqombo, Kalutara, Panadura və Avissavella şəhərlərindən sonra ən böyük 6-cı şəhəridir. Qampaha şəhəri Neqombo şəhərindən sonra Qampaha dairəsinin ən böyük ikinci şəhəri hesab olunur. Şəhərin sahəsi 13 kmSuperscript text2 təşkil edir. Burada 75 hökumət institutunun ofisi yerləşir. == Etimologiya == Sinhal dilində "Qampaha" (ගම්පහ) "Beş kənd" deməkdir. Bu "beş kənd" İhalaqama, Pahalaqama, Medaqama, Pattiyaqama və Alutqamadır.
Qumşana
Qumşana (fars. قمشانه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 96 nəfər yaşayır (33 ailə).
Quşbara
Quşqara
Quşqara — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl rayonunun i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Oykonim həmin ərazidən axan Quşqara çayının (indiki Qoşqar çayı) adı ilə əlaqədardır. Qoşqarçayının adı isə qədim türk dillərindəki “qoyun”, “qoç” mənasında işlədilən qoşlar sözü ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1484 nəfər əhali yaşayır.
Qumar
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar. Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar çox zərərli bir oyundur.
Umara
Umara adası — Oxot dənizində, Odyan körfəzi ərazisində, Koni yarımadası yaxınlığında yerləşən ada. Ada sahil ilə çəkilmə zamanı qumlu bərzəxlə birləşir. Sahəsi 0,3 km², uzunluğu isə 0,9 km təşkil edir. Kni yarımadası iləarasında məsafə 1 km-dir. Bitki örtüyü nisbətən zəngindir. Burada 145 növ bitkiyə rast gəlmək olur. Dəniz quşlarının kütləvi şəkildə yuva qurduğu ərazi vardır. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında qərarlaşan kiçik Vdovuşka və Şelikan adası ilə birlikdə materikə yaxın yerləşir.
Aleşkov qumları
Aleşkov qumları, Aşağıdnepr qumları (ukr. Олешківські піски) — qumlu massiv olaraq Ukraynanın Xerson şəhərindən 30 km qərbdə yerləşir. Səhranın ərazisi 30–40 km şimaldan cənuba, 150 km isə qərbdən şərqə uzanır. Hazırda qumluqlarda xüsusi olaraq iynə yarpaqlı meşə salınır. Hazırda 15 km diametrində meşəsiz ərazi qalmışdır. Bura günümüzdə hərbi paliqon kimi istifadə edilir. Qumluğun Kazaçelaqer və Vinoqradov massivlərində 2010-cu ildə milli park yaradılmışdır. Aleşkov qumları Avropanın ən böyük səhrası və ya qumluğu olaraq adlandırırlar. Bununla belə Arçedinski-Qumları sahəsinə görə faktiki ən böyük massivvdir. Əslində isə Narın qumlar səhrası Avropanın əsl ən böyük səhrası və qumluğudur.
Qumqala (Soyuqbulaq)
Qumqala (fars. يقمقلعه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,572 nəfər yaşayır (552 ailə).
Quşqara bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zamanın qumları
Zamanın qumları (ing. The Sands of Time) — Sidni Şeldonun 1988-ci ildə yazdığı romandır. == Ədəbiyyat == Sidney Sheldon, The Sands of Time, published by Grand Central Publishing (1988) ISBN 978-0-446-35683-1.
Çernışev qumları
Çernışev qumları ― xüsusi olaraq qorunan ərazi. Elə də böyük olmayan meşəlik ərazidə yerləşir. İnzibati cəhətdən Rostov vilayətinin Oblivski rayonunun şimalında qərarlaşır. Bölgə Çir və Berezyanski çaylarının axarbaxarındadır. 1977-ci ildə təşkil edilmişdir. == Çöl ekosistemi == Çernışev qumları yerli əhəmiyyətli botanik təbiət abidəsidır. Təbiət abidə yasaqlıqdır. Yasaqlıq insanların yerli istirahət məskəni rolunu oynayır. Təbiət qoruyucu, su qoruyucu və rekreasiya əhəmiyyəti daşıyır. Kifayət qədər ideal vəziyyətdə olsada istənilən yanğın vəziyyəti pisləşdirə bilər.
Quşqara türbəsi (Göygöl)
Quşqara türbəsi — Göygöl rayonunun Quşqara kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsi == Haqqında == Türbə XVI əsrə aid yerli əhəmiyyətli tarixi abidədi. İnventar nömrəsi- 4291. == Yerləşməsi == Göygöl rayonunun Quşqara kəndinin cənub-qərb hissəsində yerləşir.
Qumar turizmi
Qumar turizmi — qumar oynamaq üçün bir yerə yığılan oyunçuları, eyni zamanda bu səyahəti və oyunu təşkil edən sektoru ifadə edən ümumi anlayış. Qumar turizminin Las- Veqas, Kıbrıs, Macarıstan, Portuqaliya, Sinqapur, Yaponiya, İspaniya, Dubay, Vyetnam və s. mərkəzləri vardır. Qumar turizmi ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, həm də məşğulluq imkanlarının təmin edilməsinə və artırılmasına kömək edir. Kazinoların adətən otel, kurort, restoran və s. bənzər tipli obyektlərin sıx olduğu ərazilərdə yerləşdirilir. Bu obyektlər və kazinolar müxtəlif formalarda əməkdaşlıq edirlər. Qeyd etmək lazımdır ki, qumar turizmi başqa turizm növlərinə nisbətən daha bahalı hesab olunur. == ABŞ-də qumar turizmi == ABŞ Dünya miqyasında ən böyük qumar turizm mərkəzlərindən biridir. ABŞ-də ən böyük qumar bazarları bunlardır: Las-Veqas, Nyu-York, Detroit, Atlantik Citi və s.
Texasda qumar
Texasda qumar — Texas ştatında lotto, at yarışları, kart oyunları kimi bir çox qumar oyunlarına icazə verilir. == Qumar növləri == === Lotereya === 1992-ci ildə başlayan Texas Lotereyası, onlarla müxtəlif oyunlar təklif edir. === Binqo === Qeyri-kommersiya təşkilatları və digər ictimai qruplar Binqo oyunlarını idarə edə və Texas Lotereya Komissiyası üçün xeyriyyə bingo əməliyyatları şöbəsinin lisenziyası ilə satış apara bilərlər. Binqo sessiyaları bir oyun üçün maksimum 750 ABŞ dolları mükafat ilə həftədə üç dəfə ilə məhdudlaşdırılır. 2011-ci ildən etibarən 1227 təşkilat Binqo keçirmək səlahiyyətinə malik idi və onlar mükafat olaraq 533 milyon ABŞ dolları veriblər. === Raffles === İxtisaslı təşkilatlar ildə iki uduşadək nağdsız ödənişlər çəkə bilərlər. Mükafat təşkilata verilmədiyi təqdirdə mükafatın dəyəri 50 000 dollardan artıq ola bilməz. Qanunvericilik orqanı, Texası 1971-ci ildə lotereyanı qadağan edən ştat statutundan azad etdi, lakin bu akt 1973-cü ildə Texas ştatının Apellyasiya Məhkəməsi tərəfindən rədd edildi.
Əhməd Qumar
Əhməd Qumar (22 fevral 1988) — Nigerli cüdoçu. Əhməd Qumar Nigeri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əhməd Qumar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində ABŞ-nin nümayəndəsi Nikolas Delpopolo ilə üz-üzə gəldi. Həmin görüşdə Əhməd Qumar rəqibinə 0:100 hesabı ilə uduzdu.
Narın qumlar (səhra)
Narın qumlar səhrası (qaz. Нарын құмы, rus. Рын-пески, Рыны, Нарын-пески, Нарын) — geniş ərazini əhatə edən və barxanlarla zəngin olan səhra. Səhra Xəzərönü çökəklikdə Volqa (İdil) və Ural (Yayıq) çayları arasında yerləşən ərazini əhatə edir. Narın qumlar səhrası 40 min. km² ərazini əhatə edir. Vaxtı ilə göl dibini təşkil etdiyindən narın qumlarla örtülmuşdur. Səhranın bir qismi ot və kollarla örtülür. Qum fırtınaları səhra üçün xarakterikdir. Şirin su mənbələri səhtə yaxındır.
Qumlar kralı (film, 2012)
Qumların Kralı — Səud ailəsinin xəyanətlərindən bəhs edən səs-küylü film. "Qumlar Kralı" filmi vəhabiliyin tarixindən və İsrailin yaranmasından da bəhs edir. Məşhur rejissor Nejdət Anzurun Səudiyyə xanədanının tarixindən bəhs edən " Qumların Kralı" filmi yəqin ki, yaxın vaxtlarda bütün dünya ölkələrində nümayiş etdiriləcək. Artıq filmin Britaniyada premyerası olub. Filmin çəkilişi çox çətinliklərdən keçib. Bu çətinliklər milyonlarla dollar rüşvətdən və təhdidlərdən ibarət olub. Nejdet Anzur bildirir ki, filmin çəkilişləri zamanı bu yoldan imtina etməyim müqabilində ayrı-ayrı şəxslər tərəfindən külli miqdarda pul təklifləri alıb: "Pulun heç də hər şeyi həll edə bilmədiyini görüb, ölümlə təhdid etdilər, amma mən bu ailənin müsəlmanların başına açdığı oyunları, etdiyi xəyanətləri işıqlandırmaq üçün önəmli tarixi faktlara əsaslanan filmin nə bahasına olursa-olsun çəkiləcəyinə qərar verdim." Filmdə Səudiyyə xanədanının hiylələri, qurduğu oyunları, xəyanətləri, qətliamları açıq şəkildə işıqlandırılır. Rejissor bildirir ki, filmin çəkilişində hazırda Ərəbistanın İslam ölkələrinin parçalaması və müsəlmanların bir-birini qırması üçün gördüyü işlərdən faydalanıb. O, tarixi faktlara nəzər yetirdiyini və hər şeyin bir-biri ilə üst-üstə düşdyünü görüb və bu faktlar da filmin ərsəyə gəlməsinə səbəb olub:"Bəzi tarixi faktlar var ki, Səud ailəsi onların üstünü pul gücünə örtüb, amma Səud xanədanından bəhs edən bu ilk film bütün faktları yenidən gün işığına çıxardı. ərəbistan rejiminin qurulma formasından artıq hər kəs xəbərdar olacaq.
Fars Şahzadəsi: Zamanın qumları (film, 2010)
Fars Şahzadəsi: Zamanın qumları (ing. Prince of Persia: The Sands of Time) — Mayk Nyuell tərəfindən çəkilən ABŞ filmidir. Film ilk dəfə olaraq 9 may 2010-cu il tarixində London premyerasında göstərilmişdir. == Məzmun == Gənc şahzadə Dastan hər zaman döyüşlərdə düşmənlərinə qalib gəlmiş, lakin məkrli saray xadiminin fitnə-fəsadı nəticəsində şahlığından məhrum olmuşdur. İndi Dastan vaxtı geri qaytara biləcək və öz sahibini dünya hökmranı edəcək qüdrətli və eyni zamanda sehrli bir əşyanı canilərdən oğurlamalıdır. Düşmənlərini dəf etməkdə ona soyuq silahla davranışın incəliklərinə yiyələnmə bacarığı və qeyri-adi akrobatika və ekvilibristika qabiliyyəti yardım edəcəkdir. == Həmçinin bax == Prince of Persia: The Sands of Time == İstinadlar == == Xarici keçidlər == Fars Şahzadəsi: Zamanın qumları — Internet Movie Database saytında.
Gueparda
Hepard (lat. Acinonyx) — pişiklər fəsiləsinə aid heyvan cinsi.
Guepar
Hepard (lat. Acinonyx) — pişiklər fəsiləsinə aid heyvan cinsi.
Küpara mahalı
Küpara mahalı — Qarabağda tarixi-coğrafi bölgə. == Ümumi məlumat == Mahal qərbdə Əcanan mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisiyan mahalı ilə həmsərhəd idi. Mahalın mərkəzi Həkərək kəndi idi. Mahalın son naibi Məlik Parsadan idi. Mahalda Həkərək, Sirkətas, İrəsvəng, Çaynı, Mülkiçan, Sevakar adlı kəndlər qərar tuturdu. == Mahalın tarixindən == Qədim-qayım Qarabağın mahallarından biri də Küparə idi. Küparə mahalı orta çağda Kuhparə nahiyəsi adlanırdı. 1593-cü ildə Osmanlı hökuməti tərəfindən nahiyənin kəndləri, məzrələri siyahıya alınıb. Mahal qədim Kuhparə nahiyəsinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Həkərək kəndi idi.
Gülnara Qocayeva Məmmədova
Gülnara Qocayeva-Məmmədova (Gülnara Nadir qızı Qocayeva-Məmmədova; 1959, Qızılhacılı, Marneuli rayonu) – Gürcüstan alimi, assosatsion professor (dosent). == Həyatı == Gülnara Qocayeva Məmmədova 1959-cu ildə SSRİ respublikalarından olan Gürcüstan SSR-nin Qızılhacılı kəndində anadan olmuşdur. Qocayeva Məmmədova 1982-ci ildə Tbilisi Dövlət Pedaqoji İnstitutu, Azərbaycan dili və ədəbiyyatı – Gürcü dili və ədəbiyyatı ixtisasını fərqlənmə ilə bitirmişdir. O, 2004-cü ildə Bakı Dövlət Universitetinin Azərbaycan Təhsil Problemləri İnstitutunda, professor Əjdər Ağayevin elmi rəhbərliyi ilə "Gürcüstan Demokratik Respublikasında azərbaycanlıların təhsili (1918–1921-ci illər)" mövzusunda elmlər namizədi olmuşdur. == Karyerası == 1982–2006-cı illərdə Tbilisi Dövlət Pedaqoji Universiteti kitabxanaçı, müəllim və baş müəllim kimi çalışmışdır. 1999–2005-cı illərdə Tbilisi Humanitar Universitetində, 2003–2006-cı illərdə Tbilisi Dövlət Pedaqoji Universitetinin Marneuli filialında, 2006–2009-cu illərdə Türkiyənin Qafqaz Universitetində, 2010–2011-ci illərdə isə Heydər Əliyev Gürcüstan-Azərbaycan Universitetində dosent (assosatsion professor) kimi çalışmışdır. == Önəmli əsərləri == Kitablar 2002 Gürcüstan Azərbaycanlılarının Təhsili Tarixi I: Yüz Yaşlı Məktəblər: Tiflis, Qızılhacılı, Telav-Qaracala, Arıxlı, Sadaxlı məktəbləri – Global-Print / Tbilisi Məqalələri 1995 Tiflisdə Azərbaycan Milli Gimnaziyası. – Azərbaycan Məktəbi, Sayı 1–3 / Bakı 1999 Borçalıda Maarif Qaranquşları (Gürcüstanda Demokratik Respublika Dövründə Azərbaycanlı Müəllimlər Hazırlığı Tədbirləri). – Pedaqoji Tədqiqatlar, Azərbaycan Dövlət Pedaqoji Universiteti Elmi məqalələr məcmuəsi, Sayı 1, s. 105–111 / Bakı 1999 ქართული ენის სწავლება აზერბაიჯანულ სკოლებში (1918-1921 წწ) = Azərbaycan məktəblərində Gürcü Dilinin Tədrisi (1918–1921-ci illərdə).