Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurbağalı
Qurbağalı (qaq. Kırbaalı) — Moldovanın Qaqauziya muxtariyətində bir kənddir.
Qurbağalar
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Qurbanlıq
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Dırmanan qurbağalar
Oophaga - Ağacadırmananlar (Dendrobatidae) fəsiləsinin dırmanan qurbağalar (lat. Dendrobatinae) yarımfəsiləsinə aid cins. Uzunluqları 2—4 sm-dir. Barmaqlarının uçunda üçbuçaqşəkilli cüt dəri qalxancıq var. Əksər növlərinin ətraflarında üzmə pərdəsi yoxdur. 3 cinsi var. Cənubi Amerikanın şimal hissəsində və Mərkəzi Amerikada yayılmışdır. Başlıca olaraq meşələrdə, adətən su hövzələrinin sahillərində yaşayır. Dəri vəzilərinin zəhərli ifrazatından hindilər ox ucluqlarına sürtmək üçün istifadə edirlər.
Göl qurbağası
Göl qurbağası (lat. Pelophylax ridibundus) — Suda-quruda yaşayanlar sinfindən olan qurbağa növdür. == Qurbağanın ilk növü == Daxili daban qabarı aşağıda yerləşir. Bel tərəfi müxtəlif çalarlı qonurumtul-yaşıl rəngdə olub, az və ya çox sayda tutqun xallara malikdir. Beli boyunca çox vaxt uzununa zolaq keçir. Qarnı çirkli ağ və ya sarımtıl olub, tutqun xallı və ya nöqtəlidir. Erkəklərdə ağızın künclərində boz rəngdə rezanatorlar yerləşir. Qurbağanın bədəni bel-qarın istiqamətdə basıq olub, qismən qısa və enlidir. Bədən baş, gövdə və ətraflardan təşkil olunmuşdur. Bədənə hərəkətsiz birləşən başın yanlarında bir cüt qabarıq göz yerləşir.
Kol qurbağası
Kol qurbağası (lat. Polypedates leucomystax) — Rhacophoridae kol qurbağası ailəsindən olan növlərdir. O bir çox adla tanınır ki, əsası kol qurbağasıdır. Bundan başqa qızıl sürüşən qurbağa, qızıl ağac qurbağası, Asiya ağ dodaqları, bəbir qurbağası, uçan və ya soyunan ağac qurbağası və s. adları vardır. Bu qurbağalara Banqladeşdə, Bruneydə, Kambocada, Çində, Hindistanda, İndoneziyada, Laosda, Malayziyada, Myanmada, Nepalda, Filippində, Sinqapurda, Tailandda, Vyetnamda və Butanda rast gəlinsə də, əsasən Yaponiyada yaşayırlar. Təbii yaşayış mühiti subtropik iqlim və ya tropik quru meşələr, çaylar gölər və nohurlardır.
Qurbanalı Alıyev
Qurbanalı Vəlican oğlu Alıyev (14 iyul 1924, Ovçulu, Şamaxı rayonu – 7 fevral 1989, Moskva) — Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. Qurbanalı Alıyev 1924-cü il iyul ayının 14-də Şamaxı rayonu Ovçulu kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 1942-ci ildə Şamaxı rayonu M.Əzizbəyov adına kolxozda əmək fəaliyyətinə başlamış bir müddət sonra isə təşkilatçılıq bacarığı ilə fərqləndiyi üçün həmin kolxozda briqadir olmuşdur. Özünün əməksevərliyi, təşəbbüskarlığı, təşkilatçılığı və bacarıqlı rəhbər keyfiyyətləri ilə seçldiyi üçün 1948-ci ildə Şamaxı rayon Bağırlı Kənd Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə seçilir. 1949-cu ildə Kommunist Partiyası sıralarına daxil olur. 1950-ci ildə Qurbanalı Alıyev M.Əzizbəyov adına kolxozun sərdi vəzifəsinə seçilir. Qurbanalı Alıyev çalışdığı sahə üzrə təhsilini 1950-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən rəhbər və idarəetmə sahəsi üzrə kadrlar hazırlayan mərkəzdə almışdır. 1960-ci ildə Şamaxı Zoobaytar Texnikumunu bitirmiş və Şamaxı rayonu Hacıqədirli kəndində yerləşən Həzi Aslanov adına kolxozda zootexnik işləmişdir. 1960-cı ildən 1966-cı ilə qədər uğurla Şamaxı rayonu Göylər Kənd Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1966-cı ildən ömrünün sonuna qədər Şamaxı rayon Bağırlı Kənd Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.
Quru qurbağası
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Toros qurbağası
Toros qurbağası (lat. Pelophylax ridibundus) — Türkiyədə orta uzunluğu 6 sm-dən 7,5 sm-ə qədər olan Ranidae fəsiləsindən olan endemik qurbağa növüdür. Bundan əlavə, dünyada oxumayan yeganə qurbağa növü Toros qurbağasıdır. Orta Toroslarında yerləşən Bolkar dağlarında yalnız Çiniligöl (2600 m.) və Qaragöldə (2500 m.) yaşadığı düşünülürkən 2007-ci ildə aparılan araşdırmalar nəticəsində onun bu dağın 3000 m yüksəkliyində, Əyrigöl bölgəsində yaşadığı ilk dəfə müəyyən edilib. Bu növün morfoloji quruluşu arxa tərəfində sarı, yaşıl və qara naxışlarla müşahidə oluna bilər, qarın isə çəhrayı və ya sarımtıl rəngdədir. Onların əsas qidası göl kənarındakı çəmənliklərdə yaşayan böcəklər və digər buğumayaqlılardır. 1990-cı illərdə Toros qurbağasının kürü tökdüyü göllərə düşünülmədən gətirilən güzgü sazan balığı səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Toros qurbağalarının yaşayış yeri çox dardır, ona görə də onların nəsli təhlükə qarşısındadır. Bu qurbağaların məskəni olan dağ göllərinə gedən yolların uzadılmaması, düşərgəyə icazə verilməməsi və göllərə nəzarət edilməsi ilə növlərin qorunması mümkündür. 2007-ci ilin oktyabrında Niğdə Ekologiya və Meşə İl Müdiri Metin Süzgəç Toros qurbağalarının sayında əhəmiyyətli artım müşahidə etdiklərini açıqlamışdır.
Qurbanlıq ayı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimində Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
Adi quru qurbağası
Adi quru qurbağası (lat. Bufo bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. == Statusu == Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir. == Yaşayış yeri == Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir. == Sayı == Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır. == Çoxalması == Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir.
Kiçik Asiya qurbağası
Kiçik Asiya qurbağası (lat. Rana macrocnemis) — Quyruqsuzlar dəstəsinə, əsl qurbağalar fəsiləsinə daxil olan qurbağa növü. == Təsviri == Bədəninin zunluğu 9 sm təşkil edir. Rəsgi dəyişkəndir. Parlaq boz rəngin üzərində tünd nöqtələr vardır. Kiçik Asiyadan tutmuş Qafqaz ərazisinə kimi yayılmışlar. Onlar İranın şimal-qərbi və kiçik bir populyasiya isə Türkmənistanın Kopetdağ silsiləsi sistemində müşahidə edilirlər. == Yayılma bölgələri və həyat tərzi == Onlara hətta 2400 m dəniz səviyyəsindən yüksəkdə olan ərazilərdə belə rast gəlirlər. Onlar meşə, subalp və apl çəmənliklərinə yayılırlar. Subalp və alp zonasında gecə və gündüz radələrində aktiv olurlar.
Qafqaz quru qurbağası
Qafqaz quru qurbağası (lat. Bufo verrucosissimus) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. Krasnodar diyarının qırmızı kitabına daxildir. Rusiyanın ən böyük suda-quruda yaşayanıdlr. Uzunluğu 170 mm-dir. Rəngi boz və ya parlaq-qəhvəyidir. Çömçəquyruqlar qara rəngdə olur. Yetkin olmayan qurbağalar narıncıdır. Azərbaycanın ən iri qurbağasıdır. Dərisi hamar qabarlıdır, üstdən boz və ya qəhvəyi rəngdədir (açıqdan tünd rəngə qədər müxtəlif çalarda), tünd xallıdır.
Suriya sarımsaqiyli qurbağası
Suriya sarımsaqiyli qurbağası (lat. Pelobates syriacus) — quyruqsuzlar dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir tapılan və sayı getdikcə azalmaqda olan növdür. Qafqaz endemikidir. Bədənin uzunluğu 90 mm-ə çatır. Gözlərinin arasında alnı yastıdır. Gözləri çox iri və qabarıqdır, qızılı rəngli şaquli bəbəyə malikdir. Arxa ayaqlarının barmaqlarını birləşdirən qabarlar sarımtıl rəngdədir. Dərisi hamardır, rəngi üst tərəfdən zeytuni-boz, bəzən sarımtıl rəngdə, düzgün olmayan formalı tünd yaşıl xalları vardır. Qarın ağımtıl, xalsızdır.
Talış quru qurbağası
Talış quru qurbağası (lat. Bufo eichwaldi) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. Talış quru qurbağalarının uzunluğu 120 mm-ə qədər olur. Baş hissəsi nisbətən uzun və ensizdir. Sifətin uc hissəsi girdəşəkilli olub, burun dəlikləri yaxşı inkişaf etmişdir. Təbil pərdəsi aydın görünür və dəyirmi formada olur. Üzərləri hamar olub, tikancıqları olmayan ziyillərlə örtülüdür. Bel hissəsi açıq qəhvəyi rəngdədir. Qarın hissəsi boz rəngli olur. Üzəri tünd qəhvəyi ləkələrə malikdir.
Yaşıl quru qurbağası
Yaşıl quru qurbağası (lat. Bufo viridis) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. Yaşıl quru qurbağaları Cənubi və Mərkəzi Avropa, Şimali Afrika, Ön, Orta və Mərkəzi Asiya ərazisində yayılmışlar. Cənub arealları Qafqaz quru qurbağasına nisbətdə daha cənubda yerləşir. Əsasən tarlalar, açıq sahələr, çay ətrafı ərazilərdə yayılırlar. Rəngi: üzərində tünd ysşıl ləkələr vardır. Qidalanmasında onurğasızlar üstünlük təşkil edir. İki qorunma üsuluna sahibdir: 1 - maskalanmış rəngi, 2 - dərisindən buraxılan toksiki maddə. Çoxalma fevral-iyul aylarına təsadüf edor. Ancaq yaşadığı ərazinin hündürlüyündən asılı olaraq müddət dəyişə bilər.
Kiçik Asiya ağac qurbağası
Kiçik Asiya ağac qurbağası (lat. Hyla savignyi) — ağac qurbağaları fəsiləsinə aid olan növ. == Xarici əlamətləri == Uzunluğu 45-50mm-ə çatır. Gözünün altında qara xal yoxdur. Burun dəliklərindən başlayan ağ haşiyəli qara zolaq bədənin yanları ilə axıra qədər uzanaraq bədəni bel və qarın hissəyə ayırır. Şərqi ağac qurbağasından fərqli olaraq qasıq nahiyədə xətt ilgək şəkli əmələ gətirmir. Temperaturdan və fondan asılı olaraq rəngini dəyişir. == Yayılması == Şimali-Qərbi Afrikadan Şimali İran və Cənubi Qafqaza qədər Ön Asiyada yayılmışdır. Azərbaycanda qərb, cənub və şərq rayonlarında rast gəlinir. Respublikada ilk dəfə Menetriye tərəfindən 1830-cu ildə Lənkəran ətrafında qeydə alınmışdır.
Quraqlıq
Quraqlıq — yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.
Quraqlıq (1971)
Quraqlıq (film, 1971)