Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rufan Əkbərli
Bübanə (Sərdəşt)
Bübanə (fars. بوبانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (29 ailə).
Rübabə Muradova
Rübabə Xəlil qızı Muradova (22 mart 1933, Ərdəbil – 28 avqust 1983, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1971). == Həyatı == Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil almışdır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olmuşdur, amma onun şəxsi həyatı uğurlu olmur. O anasını itirdikdən sonra siqaret və içkiyə qoşanır. Bilindiyinə görə Rübabə Muradova Leyli və Məncnun operasında Leyli obrazını canlandırarkən o içkili olub və pis sözlərdən işlədib. O içkiyə səbəbindən "qaraciyər serozu" xəstəliyini tapır. 28 avqust 1983-cü ildə qaraciyər serozundan Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.
Əbu Dücanə
Əbu Dücanə (bilinmir, Mədinə – 634, ərəb. أَبو دجانة سماك بن أوس‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Mədinədə anadan olub. Əslən Xəzrəc qəbiləsindəndir. Məkkəli müsəlmanların Mədinəyə köçməsindən əvvəl İslamı qəbul etmişdir. O, müşriklərə qarşı döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı o, tez-tez başına qırmızı lent bağlıyar və rəqibləri qarşısında döyüşlərdən əvvəl özünü göstərirdi. Uhud döyüşündə həyatını təhlükəyə ataraq Məhəmməd peyğəmbəri müdafiə etmiş və ağır yaralanışdır. Xəlifə Əbu Bəkrnin dövründə mürtədlərlə vuruşurdur. O, “yalançı peyğəmbər” Müsaylimə ilə döyüşdə həlak olmuşdur.
Rəvanə Qurbanova
Rübabə Axundova
Axundova Rübabə Məmməd qızı (1907, Azərbaycan Respublikası, Şamaxı—1969)— Azərbaycanın əməkdar müəllimi, SSRİ Ali Sovetinin iki çağırışının deputatı, Azərbaycan SSR Maarif İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, M.Ə.Sabir adına Pedaqoji məktəbin direktoru olmuşdur. == Həyatı == Rübabə Məmməd qızı Axundova Azərbaycanın Şamaxı rayonunda anadan olmuş, bir çox rəhbər vəzifələrdə çalışmış və əməkdar müəllim fəxri adlına layiq görülmüşdür. 11 yaşı olanda atası rəhmətə getmiş və o bacısının ailəsində tərbiyə almışdı. 1925-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı dövlət Universiteti) Şərq fakültəsinə qəbul olmuşdur. 1928-ci ildə həmin fakültəni bitirmişdir. Rübabə xanım həmçinin Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakültəsinin də məzunudur. 1928-ci ildən Bakı şəhəri Stalin rayonunda (indiki Səbail rayonu) orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi, Bakı şəhəri Voroşilov rayonu (indiki Səbail rayonu, vaxtilə ayrıca rayon olmuş, daha sonra Stalin, yəni indiki Səbail rayonuna birləşdirilmişdir) 132 nömrəli qızlar orta məktəbinin tədris bölməsinin müdiri olmuşdur. 1947-ci ilin oktyabrından Azərbaycan SSR ibtidai və orta məktəb işçilərinin peşə ittifaqı Mərkəzi Komitəsinin sədri olmuşdur. Daha sonra M.Ə.Sabir adına Pedaqoji məktəbin direktoru vəzifəsində çalışmışdır. Rübabə Axundova bir sıra dövlət mükafatlarına da layiq görülmüşdür.
Dücanə Cündioğlu
Dücanə Cündioğlu (d. 21 yanvar 1962) — Türkiyənin İstanbul şəhərində anadan olmuş yazar, mütəfəkkir və filosofdur. == Həyatı == 2 aprel 1980-ci ildə başladığı yazı həyatına müxtəlif dərgi və qəzetlərdə məqalələr yazaraq davam etdi. 1981-ci ildən Quran elmlərini əsas məşğuliyyət sahəsi olaraq seçdi. Uzun müddət Tarix, Məntiq, Kəlam və Fəlsəfə dərsləri verdi. Bir müddət Berlində yaşamışdır. == Əsərləri == "Həqiqət və Xurafat" (1999) "Dairəyə Dair" (2007) "Göz İzi" (2007) "Hz.
Rifaə Təhtavi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. == Fəlsəfəsi == İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Ürfan Orucov
Ürfan Abbasov
Abbasov Ürfan Ağamehdi oğlu (rus. Урфан Агамехти оглы Аббасов; 14 oktyabr 1992, Bakı, Azərbaycan) — Azərbaycan futbolçusu, "Qəbələ" klubunun müdafiəçisi. == Həyatı == == Klub karyerası == Həvəskar karyerasında 2011-ci ildə başlayan Ürfan 6 ay sonra Qəbələ ilə müqavilə imzalayır.
Kuranə
Kuranə (Urmiya)
Ruhani
Urfanı
Urfanı – Şərurun şah yallısıdır. Əzəmət, vüqar, mərdlik və sair hərəkətləri ilə zəngin olan mürəkkəb quruluşa malik və ifaçıdan yüksək rəqs etmək qabiliyyəti tələb edən, əsasən kişilərdən ibarət bu yallı ən qədim yallılar sırasına daxildir. Naxçıvan şəhərində, Şərur, Şahbuz, Ordubad və Kəngərli rayonlarında Urfanı yallısını qadınlar kişilərlə qarışıq halda ifa edirlər. Cavanlar çox vaxt öz oyunlarını, bacarıq və məharətlərini nümayiş etdirmək üçün məclis və toy şənliklərində bu rəqsi sifariş edirlər. Çox asta və iti ifa olunan "Urfanı" iki variantlıdır. Qeyd etmək lazımdır ki, bu yallı çox çətindir və onu asta-asta, ayrı-ayrı elementlərdən başlayaraq öyrənmək lazımdır.
Hacı Rüfai bəy məscidi
Hacı Rüfai bəy məscidi — Naxçıvanda XVIII əsr tarix memarlıq abidəsi.
Rudan
Rudan — İranın Hörmüzgan ostanının şəhərlərindən və Rudan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,060 nəfər və 6,302 ailədən ibarət idi.
Ruşan
Ruşan – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 13 km qərbdə, Alazan-Həftəran vadisində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 1002 nəfərdir ki onunda 484 nəfəri kişi, 518 nəfəri qadındır.
Tufan
Tufan (və ya fırtına) – adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur, bəzən dolu düşür. Yağmursuz tufanlar da çox olur. Bofort cədvəlində gücü 9 bal, sürəti isə 30m/san olan külək tufan adlanır. Tropik qurşaqlarda, xüsusən Böyük Antil adalarında və Karib dənizi üzərində baş verən tufana tropik siklonu deyilir. Belə siklon isə okeanlarda qasırğa törədir. Su nəhəng xortumlar və ya qıflar şəklində qalxaraq bir-birinin dalınca burulğanlı hərəkət etməyə başlayır. Tufanla qarşılaşmış yelkənli gəmilər hər hansı bir limana yaxın olmayacaq qədər açıqdadırlarsa, o zaman tufaba hazırlıq görməlidirlər. Şiddətli küləyə qarşı görüləcək ən təsirli tədbir qayığın yelkənini kiçilməkdir. Bu halda şiddətli küləyin qayığı aşırmaq təhlükəsi azalmış olacaqdır.
Dassault Rafale
Dassault Rafale (fr. Dassault Rafale, hərfən. qasırğa) — fransız Dassault Aviation şirkəti tərəfindən hazırlanan dördüncü nəsil çoxməqsədli qırıcı. İlk uçuşunu 4 iyul 1986-cı ildə keçirib. Fransanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə müvafiq olaraq 2004-cü və 2006-ci illərdə qəbul olunub. 2009-cu ildə Fransanın müdafiə nazirliyi əlavə olaraq 60 qırıcı sifariş vermişdir. Dassault şirkətinin Rafale təyyarəsi Fransa aerokosmik sənayesinin inkişaf prioritetlərindən sayılır. Bu bütünlüklə - silahlanma, mühhərik, avionika və öz istehsalı baxımından fransız layihəsidir. Hal-hazırda Rafale, amerikan və hər hansı başqa xarici yardım olmadan Avropa ölkəsi tərəfindən yaradılan sonuncu təyyarə sayılır. İlk dəfə hərbi tətbiqi 2007-ci ilin martında NATO-nun Əfqanıstanda əməliyatı gedişində keçirilib.
Həsən Ruhani
Həsən Ruhani (fars. حسن روحانی‎; 12 noyabr 1948, Sorxə, Simnan ostanı) — İran İslam Respublikasının prezidenti. Ruhani seçkilərdə islahatçılara yaxınlığı ilə tanınan namizəd olub. == Həyatı == Həsən Ruhani 1948-ci il noyabr ayının 12-də İranın Simnan ostanındakı Sürxə şəhərində şah əleyhdarı ailəsində anadan olub. Dini təhsilə 1960-cı ildə Simnan mədrəsəsində başlayıb. 1961-ci ildən Qum şəhərindəki mədrəsədə təhsilini davam etdirib. Müəllimləri dövrünün məşhur ilahiyyatçıları Seyid Mohaqqiq Damad, Şeyx Murtuz Hayəri, Fazil Lənkərani, şeyx Məhəmməd Şahabadi və Seyid Məhəmməd Rza Qolpəyəgani olub. Bundan əlavə o, dünyəvi təhsil də alıb. 1969-cu ildə Tehran Universitetinə daxil olub, 1972-ci ildə bu universiteti məhkəmə hüququ üzrə bakalavr dərəcəsi ilə bitirib. Bundan sonra təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo Universitetində magistr dərəcəsi alıb.
Kuranə (Urmiya)
Kuranə (fars. ‎‎‎‎‎كورانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 550 nəfər yaşayır (99 ailə).
Mazama rufina
Mazama rufina (lat. Mazama rufina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Mulane (mahal)
Mulane — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Mulane ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Mulane şəhəridir. Mahal şərqdə Falombe mahalı, cənubda Mozambik, şimalda Zomba mahalı, qərbdə Çiradzulu mahalı və Tayolo mahalı ilə qonşudur. == Əhali == Mulane mahalında 525,429 nəfər yaşayır.
Mulane dairəsi
Mulane — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Mulane ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Mulane şəhəridir. Mahal şərqdə Falombe mahalı, cənubda Mozambik, şimalda Zomba mahalı, qərbdə Çiradzulu mahalı və Tayolo mahalı ilə qonşudur. == Əhali == Mulane mahalında 525,429 nəfər yaşayır.
Nuranə Nur
Nuranə Nur — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı, Prezident Mükafatçısı. == Həyatı == Nuranə Nur 1980-ci ildə Göyçayda anadan olub. Bakı şəhər Nərimanov rayonu 39 saylı orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Nizami rayonu 289 saylı Zəngi liseyində davam etdirib.1997-ci ildə həmin liseyi bitirərək 1 saylı Bakı Tibb Məktəbinə daxil olub, tibb bacısı ixtisasi alıb. 2012 ci ildə Bakı Slavyan Universitetinin " Yaradıcılıq" fakültəsinə daxil olub. == Yaradıcılığı == Şeirləri "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Ədalət", "Kaspi" qəzetlərində, "Poeziya günü" almanaxında (2010), ingilis dilində "Buta"(2010) poeziya antologiyasında və digər mətbu orqanlarda müntəzəm çap olunur. Radio ve televiziya dalğalarında müntəzəm çıxışları olur . Şeirləri bir neçə xarici dilə tərcümə edilib. Vaşinqtonda, İraqda, Türkiyədə və Təbrizdə Ədəbi dərgilərdə çap olunub.Şairin "Yanaqda yağış yeri", " Yoxluğuna və sağlığına" , " Darıxmaq kimi " kitabları işıq üzü görüb. Internet məkanında,ədəbi portallarda daim yeni şeirləri ilə çıxışlar edir.
Rosane Evald
Rosane Evald (27 avqust 1973) — Braziliyalı atıcı. Rosane Evald Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rosane Evald birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 396.9 xal toplayaraq 51-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Rufino Tamayo
Rufino Tamayo (tam adı: Rufino del Carmen Arellanes Tamayo; d. 25 avqust 1899 – 24 iyun 1991) — Sapoteki irsinə mənsub olan Meksikalı rəssam, Meksikanın Oaxaka şəhərində anadan olmuşdur. Tamayo 20-ci əsrin ortalarında Mexiko və Nyu-Yorkda fəaliyyət göstərmiş və sürrealizmin təsiri ilə abstrakt fiqurlarını təsvirlərini yaratmışdır. == Erkən həyatı == Valideynlərinin ölümündən sonra Tamayo xalası ilə yaşamaq üçün Mexikoya köçdü. Orada olarkən, o, özünü kiçik bizneslə məşğul olan ailəsinə həsr etdi. Lakin bir müddət sonra, 1917-ci ildə xalası onu incəsənəti öyrənmək üçün San-Karlosdakı Milli Rəssamlıq Məktəbinə apardı. Şagird kimi o dövrdə olan digər məşhur cərəyanlar arasında Kubizm, İmpressinoizm və Fovizm cərəyanlarından təsirləndi. Burada Tamayo gənc bir rəssam kimi təhsil alsa da, sonralar bu təhsildən razı qalmadı və özü fərdi şəkildə məşğul olmağa başladı. 1921-ci ildə Etnoqrafik Rəsimlər Bölməsində çalışmağa başladı, daha sonra isə bu bölmənin rəhbəri təyin olundu. == Karyerası == 30-cu illərdə o, monumental əsərlərin yaradılması ilə bağlı bir sıra sifarişlər aldı .
Rujani sarayı
Rujani sarayı (belar. палац у Ружанах, pol. Pałac w Różanie) — Qərbi Belarusda, Brest vilayəti, Rujani rayonunun eyniadlı kəndində yerləşən saray kompleksinin qalıqlarıdır. 16-19-cu əsrlər arasında Ruzhany, daha sonra Różany adlandırılan, saray Sapiehas of Ruzhany adı ilə də tanınan saray Sapeq zadəgan ailəsinin əsas istinadgahi idi. 1784–1786-ci illərdə əsaslı bərpa işləri görülmüşdür. Qalada hazırda sistemli şəkildə yenidənqurma işləri aparılır, sarayın təmtəraqlı darvazası və giriş binası artıq bərpa olunur. == Tarix == Rujani sarayının inşası 16-cı əsrin sonlarında Lev Sapeqin qalası olaraq başladı və 1602-ci ildə tamamlandı. Saray əvvəlcə müdafiə xarakteri daşıyırdı. İki mərtəbəli çardağın üç tərəfi qüllə ilə tamamlanmışdı. Sarayın mərkəzi hissəsində böyük salon və ikiqat pilləkənli bir lobbi, yan hissələrində qonaq otağı, ofis, kitabxana var idi.
Ruminə Purmuxtari
Ruminə Purmuxtari (12 noyabr 1995) — əslən Cənubi Azərbaycandan olan İsveçin iqlim və ətraf mühit naziri. O, 26 yaşında vəzifəyə yüksələrək İsveçdə Nazirlər Kabinetinin ən gənc naziridir. == Həyatı == 12 noyabr 1995-ci ildə Stokholm qraflığının Sundbiberq camaatlığında anadan olub. Onun atası İbrahim Purmuxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə mühacirət edib. == Siyasi karyera == === İsveç Liberal Gəncliyi === 2019-cu ildən İsveç Liberallar Partiyasının gənclik qolu İsveç Liberal Gəncliyi Birliyinin (LUF) sədridir. 2018-ci ildən isə gənclər birliyinin birinci vitse-prezidenti vəzifəsini icra edib. O, Sundbiberqdə böyüyüb və əsasən təhsil, inteqrasiya, feminizm və namus zülmünün qarşısının alınması ilə bağlı siyasi məsələlərlə məşğul olur. Sədr olduğu müddətdə hərbi xidmətə çağırış və digər məsələlərlə yanaşı, hərbi çağırışın sırf peşəkar müdafiə ilə əvəz edilməli olduğunu və əsas partiya olan Liberalların liberal miqrasiya siyasətinə sadiq qalmasını müdafiə etdi. 14 sentyabr 2022-ci ildə Pourmokhtari noyabrda keçiriləcək konqreslə əlaqədar Liberal Gənclər Assosiasiyasının həmkarlar ittifaqı sədri vəzifəsini tərk edəcəyini açıqladı. === Riksdaq və hökumət === 2022-ci ildə İsveçdə keçirilən parlament seçkilərində Purmuxtari Stokholm dairəsi və Stokholm bələdiyyəsinin seçki dairələrində Liberallar üçün deputatlığa namizəd olub.
Turanə Ağayeva
Ruhani (dəqiqləşdirmə)
Ruhani və ya Rahib – Müsəlman (əsasən şiə) din xadimi. Ruhani (rəqs) - Azərbaycanda rəqs Həsən Ruhani - İran İslam Respublikasının 7-ci prezidenti Rohani (İran) — İranın Fars ostanının Fəraşbənd şəhristanının Mərkəz bəxşinin Aviz dəhistanında kənd.