Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rüxsarə Ağayeva
Rüxsarə Ağayeva (20 fevral 1915, Bakı – 26 noyabr 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR Əməkdar artisti.
Rüxsarə Mirzəbəyova
Rüxsarə Hadi qızı Mirzəbəyova (1909 - 1977)—pianoçu. == Həyatı == Otuzuncu illərdə qadınlar arasında pianoda gözəl muğam ifaçıları vardı. Rüxsarə Mirzəbəyova da onların sırasında idi. == Ailəsi == Mahir pianoçu Gülşən Mirzəbəyovanın 70 illik yubleyi olub. Tədbiri Yaradıcılıq Fondunun sədr müavini, əməkdar incəsənət xadimi Rafiq Kaşanlı açaraq Gülşən Mirzəbəyovanın yaradıcılığından bəhs edib. Onun “Ər və arvad” operettasının musiqi notlarının yenidən bərpa edilməsində göstərdiyi xidmətlərindən danışıb, Fondun idarə heyətinin təbrik məktubunu səsləndirib. Xalq artisti Flora Kərimova öz çıxışında bildirib ki, onun yenidən səhnəyə qayıtmasına Gülşən Mirzəbəyovanın da çox böyük təsiri olub: “Hər bir insan istedadlı sənətkar ola bilər. Ancaq həm yaxşı insan, həm də istedadlı sənətkar olmaq hər adama qismət olmur. Gülşən Mirzəbəyova çox istedadlı musiqiçi olmaqla yanaşı, eyni zamanda da səxavətli dost, mehriban insan, gözəl anadır”. Tədbirdə çıxış edən əməkdar artist Rəsmiyyə Sadıqova Gülşən Mirzəbəyova yaradıcılığında, onun musiqilərində hər zaman bir fərqlilik duyulduğunu qeyd edib.
Ruasar
Ruasar (fr. Roissard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38342. Kommunanın 1999-cu il üçün əhalisi 193 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km cənubda yerləşir.
Kuhsarə (Ərdəbil)
Kuhsarə (fars. كوهساره‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 612 nəfər yaşayır (136 ailə).
Ruhsar Pekcan
Ruhsar Pekcan (1958) — Türkiyəli bürokrat və Türkiyənin keçmiş Ticarət naziri. == Həyatı == Ruhsar Pekcan 1958-ci ildə Manisanın Dəmirçi rayonunda anadan olub. İstanbul Texniki Universitetinin Elektrik fakültəsini bitirdikdən sonra magistratura təhsilini də burada tamamlayıb. == Karyerası == Əmək fəaliyyətinə 1981-ci ildə Türkiyə Sənaye İnkişaf Bankında başlamış və özəl sektorda müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildə o, Karon Engineering-in qurucu ortaqlarından biri oldu. O, nazirliyə gələnə qədər bu şirkətin icraçı direktoru olub. Pekcan üç dövr DEİK-Türkiyə-Suriya İş şurasının sədri vəzifəsində çalışıb. O, həmçinin Xarici İqtisadi Əlaqələr şurasının Türkiyə-İordaniya İş şurasının sədri və Türkiyə-İraq və Türkiyə-Liviya İş şuralarının icraçı heyətinin üzvü kimi fəaliyyətini davam etdirib. O, 9 iyul 2018-ci ildə Ruhsar Pekcan ticarət naziri təyin edilib. Pekcan Zehra Zümrüd Səlcuqla qurulan yeni hökumətdə iki qadın nazirdən biri olub.
Şəmsi Ruhsar Xatun
Şəmsi Ruhsar Xatun (osm. شمسى روحار هاتون) (v. ən geci 1613, Konstantinopol) — Osmanlı imperiyasının 12. padşahı və 91. İslam xəlifəsi III Muradın hasəkilərindən biri. == Həyatı == Şəmsi Ruhsar Xatunun əsli haqqında dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə yunan, bəzilərinə görə isə Qafqaz əsilli zadəgan ailəsinə mənsubdur. Hərəmxana dəftərlərində Hātun binti Abd-ül-Gaffar (yəni, Əbdül Qaffaq qızı) olaraq qeyd olunur. Erkən yaşda hərəmxanaya alınaraq III Murada təqdim olunmuş, ardından onun ən sevimli hasəkilərindən biri olmuşdur. Çox keçmədən yeganə qızı Ruqiyə Sultanı dünyaya gətirmişdir.Saray ənənələrinə görə, yalnız şahzadə anaları hasəki hesab olunurdu.
Seyidbəşir Usare hadisəsi
Seyidbəşir Usare hadisəsi — 1918-ci ildə İngilislərin, Hicaz-Yəmən cəbhəsində əsir düşən 16-cı diviziyanın 48-ci alaydakı Osmanlı əsgərlərinə qarşı Seyidbəşir düşərgəsində həyata keçirdiyi bir hərəkətdir. 15.000 Osmanlı əsgəri mikrobları qırmaq bəhanəsi ilə çoxlu miqdarda krizol maddəsi əlavə edilmiş su ilə dolu hovuzlara basılaraq kor edilmişdir. == Hadisə == Birinci Dünya Müharibəsində 150 min Osmanlı əsgəri İngilislərə əsir düşür. Bu əsgərlərin bir hissəsi də Misirin İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Seyidbəşir Usare düşərgəsində həbs edilmişdi. Düşərgənin tam adı 'Seydibeşir Kuveysna Osmanlı Useray-i Harbiye Kampı' idi. Bu düşərgədə, 1918-ci ildə Fələstin cəbhəsində əsir düşən 16-cı diviziyanın 48-ci alayının Osmanlı əsgərləri saxlanılırdı. 1920-ci ilin 12 iyununa qədər iki il boyunca hər cür işgəncə, əziyyət, ağır təzyiq və təhqirlərə məruz qaldılar. Əsirlərlə insanlıqdan kənar davranışların səbəbi ermənilər idi. Müharibə bitmişdi. Ancaq düşərgədəki ağır şərtlər səbəbiylə ölənlərdən başqa, əsgərləri təhvil vermək İngilislərin marağında deyildi.