1. Qalaq, yığın. Torpaq topası.
– Dəyədən bir az aralıda, topa şeylərin arasında Rüxsarə bükülüb uzanmışdı.
[Hatəm] …xırman topasının qabağında oturmuşdu.
2. Bir yerə toplaşmış, bir yerə yığılmış adamlar; dəstə, yığın.
Başqa bir topa uşaq da Xəzər sahilindən … söhbət açıb keçirdiyi günlərdən qızğın danışırdı.
…Sahibkarlar və dükançılar dayanan topadan kimsə bərkdən səsləndi.
// Eyni mənada heyvanlar haqqında.
Tapdıq papağını çıxarıb, kəpənək topasının üstünə atdı.
3. Sıx, qalın (seyrək ziddi).
Qalın topa birçəkləri öz qanilə boyanmış; Bağlarının kənarı da qan laxtası dayanmış.
Vəli kişi topa saqqalını sığallayıb, qəti və bir az da acıqlı etiraz etdi.