Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İşıqla rəngləmə
İşıq qrafikası (ing. light graphic) və ya işıqla rəngləmə (ing. light painting) — fotoqrafiya üslubu(texnikası) olub işıqla çəkmək(rəngləmək) texnikasıdır. Tam qaranlıq şəraitində fotoaparat ştativ üzərində yerləşdirilir. Kamerada uzun davametmə quraşdırılır və kamera qarşısında fənər və ya xüsusi cihazlarla naxış, ornament və ya obyektlər çəkilir. İşıqlandırma üçün məişət fənərləri (işıqdiodlu və ya halogen lampalı)istifadə olunur. Fotoçəkiliş zamanı multiekspozisiya rejimi istifadə olunur. İşıq qrafikasının iki əsas metodu mövcuddur – statik və dinamik.
Rənglər
Rəng — optik diapazonda elektromaqnit şüalanmasının keyfiyyətli subyektiv xarakteristikasıdır. Rəng hissetmənin fizioloji görüntüsü əsasında yaranır və bir sıra fiziki, fizioloji və psixoloji faktorlardan asılıdır. Rəngin fərdi qəbul edilməsi onun spektr tərkibindən, əhatə edən işıq mənbəyi ilə rəng və parlaqlıq kontrastından asılıdır. Bu faktor işıqlanmayan obyektlərlə də baş verir. Burada rəngin özündən, insan gözünün xüsusiyyətlərindən və psixikasından da asılılıq vardır. Berendsen, A. M., & Berendsen, A. M. (1989). Marine painting manual. London: Graham & Trotman. ISBN 1-85333-286-۰ p. 113.
Göz rəngləri
Göz rəngi — gözün rəngi iki müxtəlif amillə müəyyən edilən poligenik fenotipik əlamətdir. İrsiyyətin piqmentasiyası və irisin stromasında bulanıq mühit tərəfindən işığın səpilməsinin tezlikdən asılıdır. İnsanlarda irisin piqmentasiyası irisin piqment epitelində melaninin konsentrasiyasından, irisin stromasında (ön irisin üzərində yerləşir) melaninin miqdarından asılı olaraq açıq qəhvəyidən qara rəngə qədər dəyişir. İnsan irisində və ya göz mayesində nə mavi, nə də yaşıl piqmentlər heç vaxt mövcud deyil. Beləliklə, göz rəngi struktur rəng nümunəsidir və xüsusilə açıq gözlər üçün işıqlandırma şərtlərinə görə dəyişir. Bir çox quş növünün parlaq rəngli gözləri pteridinlər, purinlər və karotenoidlər kimi digər piqmentlərin varlığının nəticəsidir . İnsanlarda və digər heyvanlarda çoxlu fenotipik göz rəngi variasiyaları var. İnsanlarda göz rənginin genetikası və irsiyyəti mürəkkəbdir. İndiyə qədər 15-ə qədər gen göz rənginin miras qalması ilə əlaqələndirilib. Mavi gözlərin sadə bir resessiv xüsusiyyət olduğuna dair əvvəlki fikirlərin yanlış olduğu göstərildi.
Paniran rəngləri
Paniran rəngləri — İrandilli xalqların ortaq mənşəyini simvollaşdıran rənglər toplusu. Onlara əsas olaraq qırmızı, ağ, yaşıl və bəzən sarı və ya qızıl rəngləri daxildir. Onlar əksər İrandilli dövlət və xalqlarının bayraqlarında istifadə olunan rənglərdir. Paniran rənglərinin kökü antik dövrlərdən qaynaqlanır. "Avesta"ya görə, qədim İran cəmiyyətinin tam azad əhalisi hər biri müəyyən rənglə bağlı olan üç sinfə bölünürdü: Hərbi zadəganlıq (avestaca: raθaē-štar) – qırmızı rəng hərbi şücaət və qan və yüksək ideallar naminə fədakarlıq rəmzidir və ona görə də ən hörmətli və nəcib sayılır; Mobəd (āθravan) – ağ rəng mənəviyyat, mənəvi saflıq, təmizlik və müqəddəslik rəmzidir; Pastoralist-fermer icması (vāstrya fšuyant) – yaşıl rəng təbiəti, gəncliyi və firavanlığı simvollaşdırır. Pamir icmasında bu günə qədər qırmızı rəng xoşbəxtlik, rifah və sevinc, ağ rəng saflıq və aydınlıq, yaşıl rəng isə gənclik və firavanlıq anlayışlarını simvollaşdırır. Qırmızı, ağ və yaşıl rənglərdən istifadə ənənəsi Əhəmənilər imperiyasında yaranmışdır və o vaxtdan da davam etdirilir.
Panslavyanizm rəngləri
Panslavyanizm rəngləri - Mavi, ağ və qırmızı rənglərdən ibarətdir. Bu rənglər birinci dəfə 1848-ci ildə Praqada keçirilmiş olan Slavyan konqresində Rusiya bayrağından ilham alınaraq qəbul edilmişdir. Rusiya bayrağı isə öz növbəsində Niderland bayrağından ilhamlanaraq yaradılmışdır. Tarix boyu bu rənglərdən slavyan mənşəli xalqlar tərəfindən yaradılmış olan əksər dövlətlərin bayraqlarında istifadə olunmuşdur. Bu rənglər Rusiya, Yuqoslaviya, Çexoslovakiya, Çexiya, Slovakiya, Xorvatiya, Serbiya və Sloveniya kimi slavyan ölkələrinin bayraqlarında görünsə də, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Şimali Macarıstan, Monteneqro, Polşa və Ukrayna kimi slavyan ölkələrinin bayraqlarında bu rənglərə rast gəlinmir.
Rənglər siyahısı
Rənglər siyahısı
Abşeron rəngləri (film, 1983)
Azərbaycan mətbəxinin rəngləri (film, 2009)
Əllər və rənglər (film, 1974)
Filmin süjeti təzadlar üzərində qurulmuşdur. Burada rəssam Toğrul Nərimanbəyovun "Xoşbəxtlik", "Həyat Naminə" rəngkarlıq əsərləri gözlərimiz önündə canlanır. Onu xalça toxuyan qızın əlləri əvəz edir. Heykəltəraşın yeni əsər üzərində necə həvəslə işlədiyini görürük. Bu vaxt ekranda xronikal kadrlar nümayiş etdirilir. Hitlerçilər minlərlə günahsız insanları güllələyir, asırlar. Onların əlləri qana batır. Yenidən ekranda rəssamlarımızdan Kamil Nəcəfzadənin "Analıq", Toğrul Nərimanbəyovun "Şəhər Bazarı", R.Babayevin "Çayçı" əsərləri nümayiş etdirilir. Bu gözəl əsərləri birdən-birə Vyetnam müharibəsi əvəz edir. Göydən yerə bombalar yağış kimi yağdırılır, kəndlər yandırılır, qadınlar, uşaqlar, qocalar məhv edilir, qan su yerinə axıdılır.
Ömrün rəngləri. Xalq rəssamı Oqtay Sadıqzadə
Film Azərbaycanın Xalq rəssamı Oqtay Sadıqzadənin ağır və maraqlı həyat və yaradıcılıq yolundan bəhs edir.
Yeniləmə
Yeniləmə (ing. Refresh) dəyişdirilmiş informasiyanı göstərmək üçün pəncərənin içərisinin yenilənməsi; ekranın yenidən çəkilməsi . Veb səhifənin kontentinin yerləşdiyi maşından yenidən yüklənməsi. Kompüter displeylərində sabit görüntünü təmin etmək üçün ekranda görüntünün tez-tez yenidən yaradılması. Dinamik operativ yaddaşda (DRAM) olan verilənləri saxlamaq üçün onun mikrosxeminin yenidən yüklənməsi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ömrün rəngləri. Xalq rəssamı Oqtay Sadıqzadə (film, 2007)
Film Azərbaycanın Xalq rəssamı Oqtay Sadıqzadənin ağır və maraqlı həyat və yaradıcılıq yolundan bəhs edir.
Yeniləmə sürəti
Yeniləmə sürəti (ing. Refresh rate) — videoaparaturada: sabit, titrəməyən “şəkil” halında bütün ekranın görüntüsünün yenidən çəkilməsi tezliyi. Televiziya ekranlarında və rastr displeylərində ekranın iç üzündəki fosfor örtüyünü işıqlandıran elektron şüası ekranın bütün sahələrini təxminən 60 Hs (saniyədə 60 dəfə) sürətlə yeniləyir. Sətirləri növbələnən (INTERLACING) displeylərdə qonşu sətirlər bir sətirdən bir yenidən çəkilir, yəni əslində hər bir ayrıca sətir saniyədə yalnız 30 dəfə yenilənir, ancaq effektli yeniləmə sürəti (saniyədə 60 dəfə) saxlanılır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İran Helikopterlərə Dəstək və Yeniləmə Şirkəti
Iran Helicopter Support and Renewal Company (IHSRC) (fars. پشتیبانی و نوسازی هلیکوپترهای ایران‎, qısaca پنها, PANHA) - İran vertolyot istehsalçısıdır. İranın bəzi İtalyan helikopterlərini Agusta şirkətindən almasından sonra bu helikopterlərə dəstək və təmir zavodu yaratmaq vacib oldu. Bu zavod İran Birgə Helikopter Sənayesi adını aldı. Daha sonra Belldən çox sayda helikopter alındıqdan sonra yeni aviasiya donanmasının dəstəklənməsi üçün bu zavodun genişləndirilməsi planlaşdırıldı. Bu genişlənmənin bir hissəsi olaraq üç böyük bölmənin yaradılması nəzərdə tutulurdu. 1. (NMP) Təmir və Saxlanma Mərkəzi 2. (HDMC) Əsas Donanma Təmir Mərkəzi 3. (NICP) Nəqliyyat və Dəstək Mərkəzi 1979-cu ildə İran inqilabından, ABŞ-nin İrana tətbiq etdiyi embarqodan və İran-İraq müharibəsinin başlamasından sonra PANHA helikopterləri müharibədə dəstəkləmək və saxlamaq məqsədi ilə fəaliyyətə başladı.