Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
BEEL
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. == Tarixi == Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
REAL
REAL — Siyasi partiya. Real (albom) — Musiqi albomu. Real (Fransa) — Fransada kommuna. Real TV — televiziya kanalı.
REPL
REPL (ing. read-eval-print loop, azərb. oxuma-hesablama-çap dövrəsi‎) — sadə interaktiv proqramlaşdırma mühiti. Bu termin daha çox Lisp proqramlaşdırma dilinin interaktiv mühitinə aid işlədilir, ancaq Smalltalk, Python, Ruby, Haskell, Scala, JavaScript və başqa dillərin interaktiv mühitinə də aid edilə bilər. Belə mühitdə istifadəçi hər hansı ifadəni daxil edə bilər ki, mühit onu dərhal hesablayar, hesablamanın nəticəsini isə istifadəçi üçün əks etdirər. “Read-eval-print loop” adı Lisp dilinin bənzər funksiallığı gerçəkləşdirən primitivlərinin adından götürülüb: read funksiyası bir ifadəni oxuyur və onu yaddaşda uyğun verilənlər strukturuna çevirir. eval funksiyası belə bir verilənlər strukturunu qəbul edir və ona uyğun ifadəni hesablayır. print funksiyası ifadənin hesablanmış nəticəsini qəbul edir və onu istifadəçi üçün çap edir.Hər hansı dil üçün REPL-mühitini gerçəkləşdirməkdən ötrü yuxarıda sadalanan üç funksiyanı gerçəkləşdirmək və onları sonsuz dövrdə birləşdirmək kifayətdir. Yeni dilin öyrənilməsi zamanı REPL-mühiti çox əlverişli olur, çünki istifadəçiyə sürətli əks əlaqə təqdim edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rele
Rele — elektriklə işləyən çevirmə cihazı. Bir çox relelər elektromaqnitdən istifadə etməklə mexaniki olaraq mexanizmi dəyişirlər. Relelər adətən bir çox əməliyyatları cəmi bir siqnalla idarə etmək, eləcə də bir çox əməliyyatları aşağı güclü siqnallar vasitəsilə idarə etmək üçün istifadə olunurlar. İlk relelər uzunməsafəli teleqraf xətlərində bir yerdən gələn siqnalın digər istiqamətə yönəldilməsi üçün təkrar olunması məqsədi ilə istifadə olunurdular. Relelər telefon mübadiləsi və ilk kompüter nəsillərində məntiqi əməliyyatları aparmaq üçün istifadə olunurdular. == Tarixi == 1809-cu ildə Samuel Tomas von Sömmerrinq elektrokimyəvi teleqrafın tərkib hissəsi kimi elektrolit releni layihələndirdi. Amerikan alim Yozef Henrinin və ingilis ixtiraçı Edvard Davinin də relelərin kəşfi istiqamətində fəaliyyətləri olub.İndi rele adlandırdığımız sadə qurğu 1840-cı ildə Samuel Morsenin teleqraf patentinə daxil edilib. "Rele" sözünə texniki ədəbiyyatlarda 1860-cı ildən rast gəlinir. == Rele mühafizəsi == Rele mühafizəsi qurğuları aşağıdakı tələblərə cavab verməlidir: === Selektivlik === Selektivlik dedikdə, rele mühafizəsinin seçicilik qabiliyyəti nəzərdə tutulur. Yəni rele mühafizəsinin təsiri elə olmalıdır ki, qısa qapanma zamanı yalnız sistemin zədələnmış hissəsi açılsın.
Feel (şirkət)
Feel (フィール, Fiiru) və ya feel — Yaponiya animasiya studiyası. 26 dekabr 2002-ci ildə Studio Pierrot studiyasının keçmiş əməkdaşları tərəfindən təsis olunmuşdur.
Lui Neel
Lui Neel (fr. Louis Eugène Félix Néel; 22 noyabr 1904[…] – 17 noyabr 2000[…], Briv-la-Qayard[d]) – "Qatı hal fizikasında əhəmiyyətli tətbiqlərə yol açan antiferromagnetizmə və ferrimagnetizmə dair fundamental kəşflərinə və tədqiqatlarına görə" 1970-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış fransız fizik. == Həyatı == Lui Neel 1904-cü ilin 22 noyabr tarixində Fransanın Lion şəhərində anadan olub. Orta təhsilini Lion şəjərində başa vurduqdan sonra Parisdəki Paris Ali Normal Məktəbinə qəbul olunub. Strasburq Universitetində elmlər doktoru dərəcəsini qazanıb. 1970-ci ildə bərk cismlərin maqnit xüsusiyyətləri ilə əlaqəli qabaqcıl araşdırmalarına görə (Hannes Alfven ilə birlikdə) Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Bərk cisimlər fizikasına verdiyi töhfələri, xüsusən təkmilləşdirilmiş kompüter yaddaş vahidlərinin inkişafı da daxil olmaqla çoxsaylı faydalı tətbiqlərini tapdı. 1930-cu ildə Neel ferromaqnetizmin əksi olan (antiferromaqnetizm) yeni maqnetik xüsusiyyətin mövcud ola biləcəyini irəli sürdü. Müəyyən bir temperaturdan (Neel temperaturu) yuxarıda bu mexanizm dayanır. Neel 1948-ci ildə ferrimaqnetizm xüsusiyyətini sərgiləyən materialların mövcud ola biləcəyinə irəli sürdü.
Meolan-Revel
Meolan-Revel (fr. Méolans-Revel, oks. Meulans e Revèl) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Yubey kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04161. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 237 nəfərdən (15-64 yaş) 164 nəfəri iqtisadi cəhətdən fəal, 73 nəfər hərəkətsiz (fəaliyyət göstərici 69.2%, 1999-cu ildə 77.4%) idi. Fəal olan 164 nəfərdən 151 nəfəri (88 kişi və 63 qadın), 13 nəfəri işsizdir (9 kişi və 4 qadın).
REAL (hərəkat)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. 7 və 8 aprel 2018-ci il tarixlərində 2 mərhələli şəkildə Real Alternativ Hərəkatı 1-ci təsis Qurultayını keçirərək Real Partiyasını yaratmışdır. Partiyanın seçkili orqanlarına səs vermə yolu ilə 40 nəfər Məclis üzvü, İlqar Məmmədov isə səs çoxluğu ilə partiya sədri seçilmişdir. 2018-ci ilin yay fəslində artıq REAL partiyasının sədri İlqar Məmmədov şərti azadlığa buraxıldı. 2019-cu ildə partiyada qurultaya hazırlıq addımları atıldı, məclis və idarə heyəti buraxıldı.
REAL (partiya)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. 7 və 8 aprel 2018-ci il tarixlərində 2 mərhələli şəkildə Real Alternativ Hərəkatı 1-ci təsis Qurultayını keçirərək Real Partiyasını yaratmışdır. Partiyanın seçkili orqanlarına səs vermə yolu ilə 40 nəfər Məclis üzvü, İlqar Məmmədov isə səs çoxluğu ilə partiya sədri seçilmişdir. 2018-ci ilin yay fəslində artıq REAL partiyasının sədri İlqar Məmmədov şərti azadlığa buraxıldı. 2019-cu ildə partiyada qurultaya hazırlıq addımları atıldı, məclis və idarə heyəti buraxıldı.
Real (albom)
Real — L'Arc~en~Ciel qrupunun albomudur.
Real Aykido
Real Aykido müasir aykidonun bazasında yaradılmış effektli və geniş tətbiqə malik özünümüdafiə sistemidir. Real Aykidonun yaradıcısı 10 DAN qara kəmər sahibi, Real Aykido və Ciu-Citsu üzrə akademik Lyubomir Vraçareviçdir. Onun çoxillik təcrübəsi, Yaponiyanın ən yaxşı ustalarından aldığı biliyi sayəsində yüzlərlə texnika ayırmış, dəyişikliklər etmiş və digər döyüş növlərindən aldığı bilikləri əsasında öz aykido stili - real aykidonu yaratmışdır. Real aykido - olduqca effektiv və sərt özünümüdafiə sistemidir. Real aykidonun məhz sərtliyi onun ən vacib amillərindən biridir. Texnikaların kombinasiyası onun konkret vəziyyətlərdə maksimum effektivliyinə nail olmağa imkan verir. Bir texnikadan digərinə keçməklə həmin şəxsin hansı texnikanı istifadə etmək istəyi mümkün olur. Beləliklə, həddsiz imkanları praktikada real aykidonu çoxtərəfli tətbiq etməyə imkan verir. == Real Aykido kimlər üçündür? == Bu döyüş sənətini ilə məşğul olmaq üçün yaş məhdudiyəəti mövcud deyil.
Real Madrid
Real Madrid FK — 1902-ci il tarixində qurulan, dünyaca məşhur ispan futbol klubu.
Real Saraqosa
Real Sociedad
"Real Sosyedad" — İspaniyaın peşəkar futbol klubu. Real Sociedad, İspaniyada bir Bask şəhəri olan San Sebastianın futbol komandasıdır. Mavi-ağ rənglərə sahib olan komanda La Liqayada mübarizə edir. Matçlarını 32.000 tamaşaçı tutan Estadio Anoetada stadionunda keçirir. 2002-03 mövsümündə La Liqada Nihat Kahveçi, Darko Kovačević, Aitor López Rekarte, Xabi Alonso və Sander Westerveld kimi əhəmiyyətli oyunçularıyla həftələrcə lider olmuşdu. 4-2 məğlub etdikləri Real Madrid komandasıyla son ana qədər çempionluq mübarizəsini davam etdirmiş ancaq rəqiblərinin 29. liqa çempionluğunu qazanmalarına maneə ola bilməyib liqanı 2. sırada tamamlamışlar. 2003-04 UEFA Çempionlar liqasında qrupdan 2-ci olaraq çıxmışlar və 2. dövrdə Olimpik Lyon komandasına uduzmuşdular.
Real Sosyedad
"Real Sosyedad" — İspaniyaın peşəkar futbol klubu. Real Sociedad, İspaniyada bir Bask şəhəri olan San Sebastianın futbol komandasıdır. Mavi-ağ rənglərə sahib olan komanda La Liqayada mübarizə edir. Matçlarını 32.000 tamaşaçı tutan Estadio Anoetada stadionunda keçirir. 2002-03 mövsümündə La Liqada Nihat Kahveçi, Darko Kovačević, Aitor López Rekarte, Xabi Alonso və Sander Westerveld kimi əhəmiyyətli oyunçularıyla həftələrcə lider olmuşdu. 4-2 məğlub etdikləri Real Madrid komandasıyla son ana qədər çempionluq mübarizəsini davam etdirmiş ancaq rəqiblərinin 29. liqa çempionluğunu qazanmalarına maneə ola bilməyib liqanı 2. sırada tamamlamışlar. 2003-04 UEFA Çempionlar liqasında qrupdan 2-ci olaraq çıxmışlar və 2. dövrdə Olimpik Lyon komandasına uduzmuşdular.
Real TV
Real TV — 2019-ci il aprelin 23-də Milli Televiziya və Radio Şurasının iclasında daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqənin qalibi elan edilib və ona 37-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib. == Tarixçə == 18 iyul 2016-cı ildə fəaliyyəti dayandırılmış ANS TV-nin vitse prezidenti Mirşahin Ağayev 2018-ci ilin əvvəllərində yeni kanalının adını "Real TV" olaraq açıqlayıb. Əvvəlcə, 28 fevral 2018-ci ildən etibarən peyk televiziyası ilə fəaliyyətə başlayır. Həmin gün “Real TV” adlandırılacaq kanalın yayımı üçün texniki işlər artıq başa çatıb. Belə ki, yeni kanalın fəaliyyəti üçün paytaxtın mərkəzində yeni ofis götürülüb.5 mart 2018-ci ildə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Həmin iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. Beləcə, Mirşahin Ağayev “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru seçilib. Həmin gün test yayımına başladı. “Real TV"-nin peyk yayımına başlayacağı tarix məlum olub.
Real Valyadolid
Real vaxt
Real vaxt — Hansisa bir informasiyanin dəqiq vaxtinda catdirilmasidir. Real vaxt termini informasiyanin işlənməsi sistemde o vaxt tətbiq olur ki, sistem təminatli vaxt reaksiyasina malik olsun yəni müəyyən olunmuş vaxti aşmamalidir. Real vaxt olan əməliyyat sistemləri müəyyən vaxt ərzində sistemin reaksiyasina təminat verir. Bu vaxt milli saniyələrlə ölcülür. Real vaxt olan əməliyyat sistemləri əsasən neft və qaz çixarilmasi, nəqilyatin avtomatlaşdirilmasi kimyəvi proseslərin, maşinqayirma və metalligiya proseslərində, bank və energetikada və.s tətbiq olunur. Real vaxt iki yerə bölünür 1) Mütləq vaxt: 2) Nisbi vaxt: Mütləq vaxt Qoyulan vaxt intervalinda cavab verilməlidir. Məsələn : yanğin zamani yanğin sistemlərinə cavab reaksiyasi . Nisbi vaxt Qoyulan vaxt ərzində ortalama cavab verir. Məsələn : printerə iki fayl çapi göndərsək hansi tez zamanda çixarmasidir. Real vaxt olan əməliyyat sistemlərinin sürətli işləməsi üçün iki metod var.
Regel paxladəni
Astragalus echinops — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar”– NT. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: NT. == Qısa morfoloji təsviri == Gövdəsinin hündürlüyü 30-90 sm olan, sıx a tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları 10-16 cütdür, yarpaqcıqları ellipsivari və ya uzunsov-yumurtaşəkillidir, ititəhərdir, üzəri ağ tükcüklüdür. Yarpaqların qoltuğunda yerləşmiş çiçəklər kürəşəkilli çiçək qrupuna aiddir. Tacı sarıdır. Paxlası tükcüklüdür, yuxarı uc hissədə dörtdillidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Orta dağ qurşağında, quru , daşlı yamaclarda və qayalı ərazilərdə rast gəlinir. Mezokserofitdir. == Yayılması == Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu-Xəzindərə, Ərəfsə kəndinin ətrafı; Ordubad rayonu – Biləv, Paraqa, Tivi və Bist kəndlərinin ətrafı; Babək rayonu- Buzqov kəndinin ətrafı).
Reqel çatılotu
Reqel çatılotu (lat. Euphrasia regelii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çatılotu cinsinə aid bitki növü.
Retel (rayon)
Retel (fr. Rethel) — Fransanın Şampan-Ardenn regionunun rayonlarından biri. Departament — Ardenlər. Suprefektura — Retel. Rayon əhalisi 2006-cı ildə 35 152 təşkil edirdi. Əhalinin sıxlığı — 29 nəf./km². Sahəsi — 1200 km².
Revel-Turdan
Revel-Turdan (fr. Revel-Tourdan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38335. Kommunanın 1999-cu il üçün əhalisi 842 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 267 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 45 km cənubda Qrenobldan 60 km qərbdə yerləşir.
Revel (İzer)
Revel (fr. Revel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38334. Kommunanın 2012-ci il üçün əhalisi 1413 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 299 ilə 2840 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 12 km şərqdə yerləşir.
Reyl adacığı
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Rele şəbəkəsi
Rele şəbəkəsi adətən simsiz şəbəkələr barəsində işlənir, bu, elə bir şəbəkə formasıdır ki, mənbə və son nöqtə bir neçə düyünlər vasitəsilə qarşılıqlı əlaqələndiriliblər. Belə şəbəkədə mənbə və son nöqtə bir-biri ilə birbaşa olaraq əlaqə saxlaya bilmir, çünki onlar arasında məsafə onlar arasında məlumat ötürülən yoldan daha uzun olur. Ona görə də araqlıq düyünlərdən rele şəbəkəsi vasitəsilə istifadə olunur.
Rətl
Rətl— çəki ölçü vahidi. == Ümumi məlumat == Adına tibbi və digər mənbələrdə rast gəlinən, lakin məişətdə az işlənən kiçik çəki vahidlərindən biri də rətldir. Rətl 40,6 q-a bərabər olmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 464.