Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Frame Relay
Frame Relay — (kadrların retranslyasiyası) 1984-cü ildə CCITT (Consultative Committle for International Telegraph and Telephone) yaradılmış və sonra ANSI(American National Standarts Institute) tərəfindən təkmilləşdirilmişdir. == Frame Relay-ın üstün cəhətləri == X.25 protokolundan fərqli olaraq Frame Relay daha güclü informasiya axınına malik əlaqə xətləri üçün nəzərdə tutulub ki, bu da onun daha yüksək məhsuldarlıqlını və keyfiyyətini təmin edir. Bundan başqa Frame Relay-ın üstün cəhətlərindən biri də səhvlərin aşkar edilməsi üçün tsiklik-artıqlı koddan (FCS) istifadə edilməsidir. Ancaq burada həmin səhvlərin düzədilməsi mexanizmi yoxdur. == Frame Relay verilənlər blokunun formatı == Bayraqlar (flags) verilənləri hər iki tərəfdən məhdudlaşdırır (hərəsi 1 bayt). Öndəki bayraqdan sonra 2 baytlıq ünvan (address) sahəsi gəlir. Sonra verilənlər sahəsi gəlir – Data. Daha sonra 2 baytlıq FCS sahəsi gəlir. Frame Relay həm ümumi, həm də xüsusi şəbəkələrdə istifadə edilə bilər. Bu zaman Frame Relay interfeysi olan T1 multipleksorundan istifadə edilir ki, bu da başqa interfeysləri də ona qoşmağa imkan verir ( məs.səsin ötürülməsi, videotelekonfras keçirilməsi və s.).
Internet Relay Chat
Internet Relay Chat və ya IRC (azərb. Retranslasiyalı İnternet Çat‎) – real rejimdə digər insanlar ilə şəbəkə vasitəsilə danışa bilinən retranslasiyalı sistem xidməti. Sistem 1988-ci ildə fin tələbə Yarko Oykarinen tərəfindən (Jarkko Oikarinen) tərəfindən yaradılıb. Sistem qısa olaraq IRC adlandırılır. Dünyada IRC ilk dəfə olaraq Fars körfəzindəki müharibə (Səhrada tufan) zamanı populyarlıq qazanmağa başladı. Məhz o dövrdə, 1991-ci ildə müharibələrin getdiyi dövrdə dünyadan gələn bütün məlumatlar, xəbərlər bir yerdə yığılaraq on-line rejimdə IRC vasitəsilə retraanlasiya edilirdi. == İzahı == IRC serverinə qoşulduqda istifadəçi qarşısında kanallar çıxır. Əgər kanal operatorları və ya sahiblərinin icazəsi varsa ora istənilən istifadəçi daxil ola bilər (qoşula bilər). Kanal virtual otaq rolunu oynayır. Əgər hər-hansı limit yoxdursa bura Planetin istənilən yerindən adam qoşula bilər.
Elay Rot
Eli Raphael Roth (18 aprel 1972, Nyuton[d], Massaçusets), yəhudi mənşəli ABŞ aktyoru və rejissorudur.
Replay (Tamta mahnısı)
Replay (azərb. Təkrar oynat‎) — Kiprin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Tamta "Replay" mahnısı ilə Kipri İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı İsveç bəstəkarları Aleks Papakonstantinu, Qeraldo Sandell, Viktor Svensson, Albin Nedler, Kristoffer Foqelmark tərəfindən bəstələnmişdir. Papakonstantinu daha öncə 2007-ci ildə Yunanıstanın, 2009-cu ildə Azərbaycanın və 2012 və 2018-ci illərdə Kiprin Avroviziya mahnılarını yazmışdır.
Arelat
Arelat (lat. Regnum Arelatense; fr. Royaume d’Arles) – 9–14 əsrlərdə Cənub-Şərqi Fransada krallıq, Aşağı Burqundiya krallığının ikinci adı. Mərkəzi Arelat şəhəri idi. 879-cu ildə Frank dövlətinin parçalanması nəticəsində yaranmışdır. 933-cü ildə Arelat Yuxarı Burqundiya krallığı ilə birləşərək sonralar həm Arelat, həm də Burqundiya krallığı adlanırdı. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Decay
Half-Life: Decay (azərb. Parçalanma‎) — Gearbox Software studiyası tərəfindən yaradılan və xüsusilə videooyun oyun konsolu PlayStation 2 üçün hazırlanılan Half-Life-a üçüncü əlavə. Add-on Sierra Entertainment tərəfindən 14 noyabr 2001-ci ildə buraxılıb. Seriyanın digər oyunlarından fərqli olaraq, Half-Life: Decay iki oyunçu üçün hesablanıb və kooperativ rejimi dəstəkləyir. Oyunçu yenə "Qara Meza" tədqiqat mərkəzində insidentin şahidi olur. Ancaq bu dəfə Qordon Frimanın həmkarları – Cina Kros və Kolet Qrin rolunda. Cina Kros Half-Life-ın təlim mərhələsi "Hazard Course"-da olan oyunçu ilə holoqram formasında artıq görüşüb. Həmçinin bu model şəbəkə oyununda da mövcuddur. Kolet Qrin isə ilk dəfə Decay-da yaranan və tamamilə yeni personajdır. Gearbox tərəfindən Decay-ın PC versiyası da hazırlanmışdı.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Malay
Malay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Malay qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Mecay
Mecay (həmçinin Macoy, Macay; q.misir mđʔ.y) — Qədim Misirin Yeni padşahlıq dövründə fəaliyyət göstərmiş, səhralarda kəşfiyyat əməliyyatları həyata keçirən və fironun hakimiyyəti altındakı əraziləri müdafiə etmiş elit hərbiləşdirilmiş polis qüvvəsi. "Mecay" sözünün gəldiyi Misir termini "mđʔ" əvvəllər müasir Sudanın şimalında və Misirin cənubunda misirli canişinlər tərəfindən muzdlu əsgərlər olaraq işə alınan nubiyalı köçəri tayfaların məskunlaşdığı bir regiona deyilirdi. Onlar müasir milli polis qüvvələrinə bənzər bir mürəkkəb ictimai müdriyyət sistemi qurmuşdular. Tədricən termin polis qüvvəsinin özünə verilən bir ada çevrildi. Orta padşahlıq dövründə qədim misirlilər mecayların döyüş bacarıqlarına böyük hörmətlə yanaşırdılar. Buna görə də, mecaylar əsasən piyada qoşun və sərhəddə xaricilərə casusluq etmək üçün tədqiqatçı olaraq işə alınırdılar.On səkkizincı sülalə dövründə mecaylar digər hakimiyyət orqanlarından azad olan ayrı bir iyerarxiyaya sahib olan şəhər-daxili polis adlandırılırdı. Mecayların adı iyirminci sülalədən (e.ə. 1189–1077) sonra çəkilmir. == Mədəniyyətdə == 1932-ci ildə istehsal olunmuş "Mumiya" filmi firon I Setinin şəxsi cangüdənləri olaraq təsvir edilmişdilər. Onlar həmçinin 2001-ci ildə istehsal olunmuş "Mumiya qayıdır" filmində də təsvir edilmişdilər.2017-ci ildə satışa çıxarılan "Assassin's Creed Origins" video oyununun baş qəhrəmanı Bayek "Qədim Misirin son mecayı" hesab edilir.
Melaq
Melaq (fr. Mélagues, oks. Melagas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12143. Kommuna təxminən Parisdən 580 km cənubda, Tuluza şəhərindən 130 km şərqdə, Rodezdən isə 80 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 66 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 40 nəfər (15-64 yaş arasında) 28 nəfər iqtisadi cəhətdən, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə 60.0%).
Nelas
Nelas (fars. نلاس‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan şəhər. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının cənub-qərbində, Kiçik Zab çayının sağ sahilində yerləşir. Dəniz səviyyəsindən 1 069 metr təşkil edir. Nelas Urmiya şəhərindən 142 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 5 891 nəfər yaşayır. Əhalisi kürdlərdən ibarətdir.
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Adlay Stivenson
Adlay Stivenson — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 23-cü vitse-prezidenti.
Allay xan
Allay xan — türk və altay mifologiyalarında vətən tanrısı. Alay xan və ya Alıy xan olaraq da tanınmaqdadır. Vətəni qoruyar. Nurlu bir görünüşü vardır. Yurduna xəyanət edənlərə xəstəlik və bəla gətirər. İlk Ata olan Elley ilə adında bir əlaqə vardır. Lakin eyni adam olduqlarını iddia etmək o qədər də mümkün görünməməkdədir. Arvadının adı da eynidir: Allay Xanım. == Allay xanım == Vətən, digər variantda isə torpaq ilahəsi. Allay Xanın arvadıdır.
Arsan Dolay
Arsan Dolay — türk və yakut mifologiyasında acgözlük tanrısı. Dulay xan və ya Doğulay xan olaraq da bilinir. Sərhədsiz sərvətə malikdir. Şər ruhların bir qisiminin rəhbəri mövqesindədir. Buynuzlu və saqqallıdır. Kölgəsi yoxdur. Arvadı və yeddi oğulu vardır. Şeytanı güclərlə əlaqəsinin bir simvolu olaraq, buynuzlu və saqqallı düşünülən və hesabsız sərvətə sahib olan Arsan Dolay Xan, yeraltı dünyasının ən dərin qatında yaşayan bir varlıqdır. Özünün diqqətinin çəkilməsindən qorxulduğu üçün adının deyilməsindən çəkinilər. Oğullarından hər biri, bir pis ruh komandasının başında olur.
Belaya Kalitva
Belaya Kalitva — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Belaya Tserkov
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Belöy qəsri
Belöy qəsri (au de Belœil və ya Château of Belœil) — Belçikanın Haintaunt əyalətinin Belöy bələdiyyəsi ərazisində yerləşən qəsr. XIV əsrdən bəri Ligne şahzadəsi burada yaşayır. Qəsr 1664-cü ildə salınmış valehedici Baroqve bağının ortasında yerləşir. Qəsrə və bağa yaz və yay fəslində səfər etmək mümkündür. == Tarixi == Belöy 1394-cü ildə Ligne ailəsinin mülkünə çevrilir. XV əsrin əvvəllərində yerli qəsr ailənin əsas iqamətgahı olaraq seçilir. Köhnə qəsr xəndəklərlə əhatə olunmuş dörtkünc formada idi və dörd bürcdən ibarət idi ki, hər bir bürc bir küncdə yerləşmişdir. Keçən əsrlər müddətində fasad və daxili interyerdə dəyişikliklər olsa da, bu ilkin struktur qorunub saxlanılmışdır. XVII və XVIII əsrdə bu istehkam qalası fransız üslubunda lüks evə (qəsrə) çevrilmişdir.
Prelat
Prelat — katolik kilsələrdə yüksək ruhani vəzifələrdən biri.
Pulay
Pulay — belə taxılan erzyan xalq qadın geyimi elementi. == Təsviri == Ənənəvi erzyan xalq qadın geyimi Mordoviyanın bir çox kəndində və respublikadan kənarda erzyanların məskunlaşdığı ərazilərdə qorunub saxlanılmışdır. Müasir dövrdə tətillər və əhəmiyyətli hadisələr münasibətilə geyilir. Bu günə çatan kostyumlar anadan qızlara ötürülür.Qadın kostyumu adətən ağ parçadan tikilirdi və pulay adlı kəmərlə bağlanmış uzun ağ köynəkdən ibarət idi. Etəyi qolsuz kaftan tipində yaxalı qırmızı və ya mavi döşlük tamamlayırdı. Kostyuma adətən balıqqulağından istifadə edilərək naxış verilirdi. Eyni zamanda, pulay erzyan qızının ayrılmaz bir hissəsi idi. Qız onu yeniyetməlikdəykən geyinməyə başlayırdı və qocalığa qədər geyinırdı. Pulay toxunmuş kəmər-mütəkkədir, onu adətən at saçından və yunundan istehsal edirlər, onun çəkisi üç kiloqramdan beş kiloqrama qədər dəyişə bilər. Pulay köynəyin üstündən omba hissəsinə taxıılır.
Raley
Roli (ing. Raleigh) — Şimali Karolina ştatın paytaxtı.
Reali
Reali - tərcüməşünaslıqda müəyyən bir xalqın məişətinə, tarixinə, coğafiyasına daxil olan əşya və anlayışları bildirən sözlərin digər dilə tərcüməsi zamanı olduğu kimi saxlanılan söz qruplarıdır. Realilərin başqa dillərdə tərcüməsini, qarşılığını tapmaq mümkün olmur. Realilər milli xarakterli, məişətlə bağlı əşyaların, anlayışların, mücərrəd varlıqların adlarını bildirir və tərcüməsi qeyri-mümkün hesab edilir. Bu səbəbdən realiləri ekvivalentsiz leksik vahidlər hesab etmək olar.Hər bir dildə müəyyən söz və ifadələr var ki, tərcümə prosesində onların ixtisarı və ya əvəzlənməsi mətnin və ya nitqin bütünlüyünü pozmur. Bu söz və ifadələr jarqonlar, ata sözləri, dialektik ifadələr ola bilər. Reali də bu prosesdə xüsusi yer tutmaqdadır. Reali - müəyyən bir coğrafi bölgəyə, mədəniyyətə, ölkəyə, qəbiləyə, həmçinin müəyyən tarixi dövrə aid xüsusi adları, əşyalar, anlayışlar, qavramlar, fenomenləri bildirən xüsusi sözlər və ya ifadələrdir. Bu söz qruplarının digər dillərdə qarşılığı olmadığından onların normal tərcüməsi mümkünsüz hesab edilir və tərcümə prosesinin tamamlanması üçün bu qrup sözlər xüsusi qaydada ötürülür. == Reali növləri == Realiləri təsnifləndirilməsində vahid bir sistem mövcud deyil. Müxtəlif dilçilər, müxtəlif meyarlara söykənərək realilər bir neçə qrupda tədqiq etmişdir.
Ana Pelaz
Ana Pelaz (24 sentyabr 1987) — İspaniyanı təmsil edən bədii gimnast. Ana Pelaz, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Ana Pelaz 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, İsabel Paqan, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Belaya Xolunitsa
Belaya Xolunitsa — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Bəlbay
Bəlbay — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Balbau Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. BəŞərü çayının sahilində, Peştəsər silsiləsinin ətəyindədir. Yerli əhalinin dilində Balbou, Balbo kimi tələffüz edilir və Talış dilində "kicik qardaş" mənasında olması ehtimal edilir. 1917-ci ildə Balabur variantında qeydə alınmışdır. Dialektlərimizdə balbır suya batmamaq üçün tora bağlanan taxtalara deyilir. Güman etmək olar ki, kəndin adı balıqçılıqla bağlı yaranmışdır. == Etimologiyası == Kəndin adı Balabəy şəxs adınının təhrifidir.
Gəray
Gəray — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Girey olmuşdur. Keçən əsrin 20-ci illərinə qədərki ədəbiyyatlarda Gerey variantına da təsadüf olunur. Tədqiqatçılara görə, oykonim türk dillərindəki girə (əkilən, şumlanan yer) sözündəndir. Əslində, oykonim gəraybəyli nəslinin adını əks etdirir, etnotoponimdir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Gəray kəndində 16 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 244 nəfər (117 nəfəri kişilər, 127 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Din == Kənddə Gəray kənd məscidi dini icması fəaliyyət göstərir.
Kəlam
Kəlam (ərəbcə: الكلام) — Allah-təalanın zatından və sifətlərindən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs edən bir elmdir. Məlum olduğu kimi bu tərifdə ilahiyyat və səmiyyət zikr edilmiş, lakin peyğəmbərlik zikr edilməmişdir. Axirət və ona bənzər məsələlər ancaq peyğəmbərin təbliği ilə bilindiyi üçün, səmiyyat zikr edilincə nübuvvət də buna aid olduğu düşüncəsiylə peyğəmbərlik müəssisəsinə xüsusi olaraq yer verilməmişdir. == Kəlamın tərifi == Mərhum Ömər Nəsuhi Bilmən kəlam elminə çox gözəl və ətraflı bir tərif vermişdir: "Kəlam elmi, Allah Təala həzrətlərinin zat və sifətlərindən, nübüvvət və risalətə aid olan məsələlərdən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən İslam qanununu əsas tutaraq bəhs edən bir elmdir." Kəlam elminə mövzusuna görə verilən təriflərdə iki xüsusiyyət diqqəti cəlb edir. Bunların birincisi başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətləri, digəri isə İslam qanunu üzrə olmasıdır. Məlum olduğu kimi fizika, kimya, biologiya və riyaziyyat kimi müsbət elmlər də yaradılanların hallarından bəhs edir. Lakin, bu elmlər insanı ələ alarkən başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs etməz. Yəni "bu hadisələr necə meydana gəlir? Bunları meydana gətirən ilk səbəb nədir? İnsanın yaradılışındakı məqsəd və qayə nədir?
Kəlat
Kəlat — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kəlat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,529 nəfər və 1,661 ailədən ibarət idi.
Cəlal
Cəlal — ad. Cəlal Əliyev (siyasətçi) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor Cəlal Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Cəlal Vəzirov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlal Tələbani — İraq prezidenti (2005–2014).
Adil Gəray
Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli (13 may 1919, Bakı – 13 dekabr 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, dirijor, bəstəkar, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfini bitirmiş, 1940–1948-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Konservatoriyasının Azərbayсan xalq musiqisi şöbəsində, Üzeyir Hacıbəyovun sinfində təhsil almışdır. Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. O tar ilə fortepiano üçün "Bağçakürd" (1957) pyesini Ü. Hacıbəyova ithaf etmişdir. 1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1939-cu ildən 1962-ci ilə qədər Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır. 1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiq Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, "Tar üçün etüdlər"in, "Bağçakürd", "Qaytağı", "Cəngi", "Səfi-kürd", "Şahnazsayağı", "Gülüstan" pyeslərinin, mahnıların, "İbtidai məktəblər üçün nəğmələr məcmuəsi"nin və s.