Rəcaizadə Mahmud Əkrəm
Rəcaizadə Mahmud Əkrəm (osman. رجاﺋﻰ زاده محمود اكرم) (1 mart 1847, Konstantinopol – 31 yanvar 1914, Konstantinopol) — Osmanlı şairi, nasiri və dramaturqu.
Türkiyə ədəbiyyatında "Tənzimat" dövrünün ən məşhur şair, nasir və dramaturqlarından olan Rəcaizadə Mahmud Əkrəm eyni zamanda "Sərvəti-funun"çuların sələflərindəndir. Böyük müasiri Namiq Kamalın yaradıcıhğına nə qədər mübarizlik, döyüşkənlik ruhu hakimdirsə, Mahmud Əkrəm bir o qədər həzin lirik şairdir. Övladlarının, xüsusilə sevimli oğlu Nicatın vaxtsız ölümü şairi sarsıtmış, onun yaradıcılığında kədər, bədbinlik motivləri daha da artmışdır.