ELTAY

elə tay olan, elin tayı; elin dağı-arxası.
ELTARƏ
ELTƏBƏR
OBASTAN VİKİ
Eltay Quliyev
Eltay Əli oğlu Quliyev (3 iyun 1989; Goranboy rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eltay Quliyev 1989-cu il iyunun 3-də Goranboy rayonunun Quşçular kəndində anadan olub. 1995-2006-cı illərdə Gəncə şəhərində 33 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Eltay Quliyev 2007-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Eltay Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Eltay Quliyev sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.