Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Relapse
Relapse — ABŞ reperi Eminemin altıncı studiya albomudur. Albom 15 may 2009 tarixində işıq üzü görmüşdür. Albomda Dr. Drenin böyük əməyi oldu. Dr. Dre albomum ilk sinqlı olan "Crack a Bottle"-da 50 Cent ilə birlikdə yer aldı. "We Made You" sinqlı Billboard Hot 100-də ilk onluğa girməyi bacardı. Ardından gələn "3 a.m.", "Old Time's Sake" və "Beautiful" isə ilk qırxa girməyi bacardı. Albom yayımlandığı ilk həftədə ABŞda 608.000 və dünya çapında bir milyondan çox nüsxə satdı. == Ümumi == 2005-ci idlən sonra Eminem repi buraxmaq fikrində idi.
Treleasea
Tradeskansiya (lat. Tradescantia) — kommelinakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == == İstinadlar == Tradeskansiya:The Plant List saytında takson barədə məlumat.
Please Please Me (albom)
Please Please Me — Böyük Britaniyanın "The Beatles" rok qrupunun birinci studiya albomu.
Anthurium treleasei
Anthurium treleasei (lat. Anthurium treleasei) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Mühafizə relesi
Mühafizə relesi — sistemdə xəta müəyyən edilən zaman kəsicini dövrədən açan rele qurğusudur. İlk mühafizə releləri elektromaqnetik qurğular idi. Bu mühafizə releləri yüksək cərəyan, yüksək gərginlik, cərəyanın tərs axını, yüksək tezlik və aşağı tezlik kimi hallar müəyyən edilən zaman kəsicini dövrədən açır.Elektromexaniki relelər sistemdə yaranan xətanın yalnız yerini və səbəbini elementar olaraq indikasiya etmək imkanına malikdir. Bir çox hallarda vahid mokroprosessorlu relelər iki və daha çox elektromexaniki qurğuların funksiyalarını təmin edirdilər.
Faza nəzarət relesi
Faza nəzarət relesi - aşağıdakı hallarda üç fazalı şəbəkədən qidalanan elektrik mühərriki və ya elektrik qurğusunun mühafizəsi üçün nəzərdə tutulmuş qurğudur: fazaların heç olmasa birinin olmaması ("fazanın itməsi"), gərginliyin qoyulmuş həddən aşağı düşməsi, gərginliyin qoyulmuş həddən yuxarı qalxması, fazın əks ardıcıllığı neytralın qırılması, cərəyanların və gərginliklərin qeyri-simmetrikliyiBundan əlavə, faza nəzarət relesinin bəzi konstruksiyaları maksimal və minimal gərginliyə görə işləmə qiymətlərinin, həmçinin işləmə vaxtının (dözmə müddəti) tənzimlənməsini təmin edir. Adətən, faza nəzarət relesində çıxış elementi kimi rele kontaktları dəstindən (normal bağlı və normal açıq) istifadə olunur. Rele həmçinin fazaların mövcudluğunu və qeyri-normal rejimin növünü göstərən indikasiya elementləri ilə təchiz oluna bilər. == İş prinsipi == Faza nəzarət relesinin iş prinsipi fazanın itməsi zamanı şəbəkədə meydana çıxan əks ardıcıllıqlı harmoniklərin təcrid edilməsinə əsaslanır. Əks ardıcıllıqlı gərginlikləri ayırmaq üçün əks ardıcıllıqlı filtrlərdən istifadə olunur, ən sadə halda bunlar çıxışında elektromaqnit relesi qoşulmuş aktiv və reaktiv elementləri olan (aktiv-tutum dövrələri) olan passiv analoq filtrlərdir. == Sənaye növləri == Faza nəzarət relesinin növlərindən biri, adətən "faza itkisi relesi" adlandırılan E - 511 (SSRİ) relesidir. Onun modifikasiyaları 100 V, 220 V və 380 V xətt gərginliyinə hazırlanırdı, buna görə də qoyuluş qiymətləri gərginliyə görə tənzimlənirdi. Müasir faza nəzarət releləri (məsələn, "Rele və Avtomatika" MMC tərəfindən istehsal olunan EL-11, 12, 13, 15 seriyaları) gərginliyə və zamana görə parametrlərlə təchiz edilirlər. == Ədəbiyyat == «Справочник по наладке электроустановок», под ред. А. С. Дорофеюка, А. П. Хечумяна, М., «Энергия», 1975 г Чернобровов Н.В. «Релейная защита», М., «Энергия», 1974 г.
Rəqqasə
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Xələfşə
Xələfşə — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Tarixi == Xələfşə kəndi Füzuli rayon mərkəzindən 6 km çənub-qərbdə, düzənlikdə yerləşir. Kəndi Xələf şah adlı şəxs saldığına görə kəndə də onun adı verilmişdir. Azərbaycan dilində "şah"titul bildirən söz ilə şəxs adı olan Xələf sözü birləşərək, Xələfşə oykonimini əmələ gətirir. "H" səsi burada düşmüşdür. Bəzi ehtimallara görə toponim XVIII əsrdə Qarabağ xanının vəkili olmuş Mirzə Xələfin adı ilə əlaqədardır. XVIII əsrdə (1727-cı il) aid "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə kəndin adı Xəlifəşahlı kimi yazılmışdır. Xələfşə (Xələfşah) oykonimi dərviş Səfəvi ordeni ilə bağlıdır. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Xələfşa oyk.
Do Ya Do Ya (Wanna Please Me)
Do Ya Do Ya (Wanna Please Me) – Samanta Foks tərəfindən 1986-cı ildə ifa edilmiş mahnıdır.
Qeleşe
Qeleşe (alb. qeleshe, plis, qylaf) -Baş geyimi. Albanların yaşadığı ərazilərdə geniş yayılmışdır və hal hazırda Albaniya xalq geyimlərinin tərkib hissəsidir. Baş geyiminin hündürlüyü və ölçusu bölgədən bölgəyə dəyişir . Əsasən Albaniya dağlılarının ənənəvi geyiminin bir hissəsini təşkil edir . Qeleşe Albaniyanın milli simvollarından biri kimi qəbul edilir. == Etimologiya == Baş geyimi Alban dilində qeleshja və plisi adlanır. Qeleşe adı alban dilində olan "lesh" (tərcümədə yun deməkdir) sözundəndir. Baş geyiminin digər adı "plis" adlanır. Plis qədim alban dilində olan p(i)litja sözundəndir və buda öz növbəsində Alman dilində olan filiz, Latın dilindəki pellis və Yunan dilində olan πῖλο ilə əlaqəlidir.
Xələfşə kəndi
Xələfşə — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Tarixi == Xələfşə kəndi Füzuli rayon mərkəzindən 6 km çənub-qərbdə, düzənlikdə yerləşir. Kəndi Xələf şah adlı şəxs saldığına görə kəndə də onun adı verilmişdir. Azərbaycan dilində "şah"titul bildirən söz ilə şəxs adı olan Xələf sözü birləşərək, Xələfşə oykonimini əmələ gətirir. "H" səsi burada düşmüşdür. Bəzi ehtimallara görə toponim XVIII əsrdə Qarabağ xanının vəkili olmuş Mirzə Xələfin adı ilə əlaqədardır. XVIII əsrdə (1727-cı il) aid "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə kəndin adı Xəlifəşahlı kimi yazılmışdır. Xələfşə (Xələfşah) oykonimi dərviş Səfəvi ordeni ilə bağlıdır. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Xələfşa oyk.
Elviyə-yi Səlasə
Elviyə-yi Səlasə — Osmanlı dövründə Batum, Qars və Ərdahan livalarının ortaq adı. "Üç liva" deməkdir.Bu ifadə xüsusilə 1878-ci ildən sonra istifadə olunmağa başlanmışdır. Bu üç vilayət 1877–1878-ci il Rusiya–Osmanlı müharibəsindən sonra bağlanmış müqavilə ilə Rusiya imperiyasına verilmişdi. 3 mart 1918-ci ildə imzalanan Brest-Litovsk müqaviləsi ilə yenidən Osmanlı nəzarətinə keçmişdir, lakin 30 oktyabr 1918-ci ildə imzalanan Mudros müqaviləsinə uyğun olaraq Osmanlı ordusu bu regionu tərk etmək məcburiyyətində qalmışdır.Bir müddət Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin nəzarətində qalan Batum, Qars və Ərdəhan daha sonra Gürcüstan və Ermənistanın nəzarətinə keçmişdir. 16 mart 1921-ci il tarixli Moskva müqaviləsinin və 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin müddəalarına uyğun olaraq Batumi Gürcüstana, Qars və Ərdahan Türkiyəyə verilmişdir.
14 yaşlı kiçik rəqqasə
14 yaşlı kiçik rəqqasə (fr. La Petite Danseuse de Quatorze Ans) — Fransız rəssamı və heykəltəraşı Edqar Deqanın hazırladığı məşhur heykəl.