SƏLAS
SƏLASƏT
OBASTAN VİKİ
Elviyə-yi Səlasə
Elviyə-yi Səlasə — Osmanlı dövründə Batum, Qars və Ərdahan livalarının ortaq adı. "Üç liva" deməkdir.Bu ifadə xüsusilə 1878-ci ildən sonra istifadə olunmağa başlanmışdır. Bu üç vilayət 1877–1878-ci il Rusiya–Osmanlı müharibəsindən sonra bağlanmış müqavilə ilə Rusiya imperiyasına verilmişdi. 3 mart 1918-ci ildə imzalanan Brest-Litovsk müqaviləsi ilə yenidən Osmanlı nəzarətinə keçmişdir, lakin 30 oktyabr 1918-ci ildə imzalanan Mudros müqaviləsinə uyğun olaraq Osmanlı ordusu bu regionu tərk etmək məcburiyyətində qalmışdır.Bir müddət Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin nəzarətində qalan Batum, Qars və Ərdəhan daha sonra Gürcüstan və Ermənistanın nəzarətinə keçmişdir. 16 mart 1921-ci il tarixli Moskva müqaviləsinin və 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin müddəalarına uyğun olaraq Batumi Gürcüstana, Qars və Ərdahan Türkiyəyə verilmişdir.