Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Krevu
Krevu (fr. Crévoux, oks. Crevós) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambryon kantonuna daxildir. INSEE kodu — 05044. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 129 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. 1937-ci ildə xizək kurortu açıldı.
Menyu
Menyu — ictimai iaşə zallarının işlədiyi bütün vaxt ərzində müəssisədə (restoran, kafe, bar və s.) olan qəlyanaltıların, yeməklərin və içkilərin müəyyən ardıcıllıqla düzülmüş siyahısıdır. Menyunun aşağıdakı növləri vardır: Menyu a lya kard (a la carte) — hər biri üçün ayrıca qiymətlərlə porsiya yeməklərini göstərir; Menyu tabl d'ot (table d'hote) — hər bir yeməyin sabit qiymətlərlə bir və ya bir neçə seçimini təklif edir. Onun üstünlüyü qənaətli və sabit qiymətli olmasıdır; Menyu dü cur (du jour) — həmin gün hazır olan yeməklərin siyahısını sadalayır və göstərir; Turist menyusu — bu menyular elə tərtib olunurlar ki, ucuzluq və qidaların keyfiyyəti ilə turistləri cəlb edə bilsin; Kaliforniya menyusu — Kaliforniyanın bəzi restoranlarında istənilən yeməyi günün hər hansı vaxtında sifariş etmək mümkün olduğundan belə adlandırılmışdır; Dövri menyu — müəyyən dövrdən sonra təkrarlanan menyu.
Remya
Remya (lat. Remya) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Remya kauaiensis Hillebr. Remya mauiensis Hillebr.
Reryo
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Revak
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Revda
Revda — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Seyyu
Seyyu (声優, seiyū) — Yaponiya səs aktyoru. Seyyular filmlər, video oyunlar və animelərdə personajları səsləndirirlər. Seyyular üçün hətta xüsusi kurslar tərtib olunur. Bəzən animedəki mahnıları da özləri oxuyur, anime bitdikdə disk buraxırlar. Uşaq və oğlan yeniyetmələrini də səsləndirmək mümkün olduğu üçün daha çox qadın seyyulara ehtiyac var.
Trevu
Trevu (fr. Trévoux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivyo-syur-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01427. Kommuna Paris şəhərinin 380 km cənub-şərqində, Lion şəhərindən 21 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 50 km şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 6768 nəfər təşkil edirdi. XIX əsrin sonundan 1950-ci illərə qədər Trevu süni brilyant istehsal edən bir mərkəz idi 2007-ci ildə əmək qabiliyyətli 4597 nəfər (15-64 yaş) arasında 3371 nəfər iqtisadi fəal, 1126 fəaliyyətsiz (fəaliyyət göstərici 75.0%, 1999-cu ildə 72.2%) olmuşdur. 3371 aktiv adamdan 3009 nəfəri (1627 kişi və 1382 qadın), 362 nəfəri işsiz (176 kişi və 186 qadın) idi.
Keşyu
Keşyu (lat. Anacardium occidentale) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin anakardium cinsinə aid bitki növü. Keşyunun təbii çeşidi nisbətən kiçikdir və əsasən Braziliyanın şərqini əhatə edir. Sonradan onun becarildiyi ərazilərə, ilk növbədə, bütün Hindistan , Qərbi Afrika, Cənub-Şərqi Afrika, Cənub-Şərqi Asiya (ilk növbədə Vyetnam ) aid edildi. Həmçinin, anakardiya İranda, və Azərbaycanın cənubunda becərilir. İnsanların təxminən 6% -ində keşyu və ya anakardiya həyatı üçün təhlükə yarada biləcək ağırlaşmalara və ya allergik reaksiyalara səbəb ola bilər. Bu allergiyaya keşyu tərkibində olan zülallar səbəb olur və keşyunu qovurmaqla bu zülalları məhv olmur. Anakardiyaya reaksiyalar həmçinin qida emalı və ya istehsal zamanı təsadüfən daxilə qəbul edilmiş gizli inqrediyentlər nəticəsində baş verə bilər, xüsusən də Avropa mənşəli insanlarda.
Ekyu
EKU (ing. European Currency Unit (₠ or ECU)) — Avropa ölkәlәri tәrәfindәn yaradılmış kollektiv Avropa valyuta (hesab) vahidi. EKU, real valyutanın bir çox xüsusiyyətlərinə sahib idi: tam hüquqlu bir ölçü standartı idi; AVS ilə əlaqəli hər şeyin, habelə iqtisadi və maliyyə fəaliyyətlərinin və İcmada mühasibat uçotunun vahidi idi; ehtiyat dəyəri varlığı idi; valyuta ehtiyatlarının təhlükəsizliyinə qarşı çıxarılan və faiz ödəmə obyekti olan; AVS üzvü ölkələrin mərkəzi bankları arasındakı əməliyyatlarda hesablaşma vasitəsi idi. == Haqqında == 10 Avropa ölkәsi EKU-nu öz valyutaları әsasında dәyәrlәndirir, onlar EKU-nu tәmin etmәk üçün 2800 t qızıl (sadәcә qeydlәrdә) vә Amerika dollarını depozitә qoymuşlar. Tәdricәn vahid statusu ilә yanaşı, EKU beynәlxalq hesablaşmaların tәnzimlәnmә alәti olan real pul vәsaitlәri statusunu da qazanır. Qızılın dünya pulu kimi müxtәlif surroqatlarla әvәz olunmasına gәtirәn dünya valyuta sistemi böhranından sonra kollektiv valyuta vahidlәri yayılmağa başlamışdır. Belә valyuta vahidlәrinin daxil edilmәsinin vacibliyi, milli valyuta kursunun (hesablaşma pulu kimi) müqayisәsi mәqsәdilә onlardan istifadә olunması ilә müәyyәn edilir. Kolletiv valyutalar kağız әsginazlar vә ya metal sikkәlәr formasında buraxılmaması, sadәcә hesablarda (book money) pul şәklindә qeyd edilmәsi ilә milli valyutalardan fәrqlәnirlәr. Belә pulların mәzәnnәsini qeyri-mәhdud kreditorlara malik tәsisçi ölkәlәr müәyyәn edirlәr. 1970-ci illәrin sonlarından ölkәlәrin kollektiv valyutaları sayәsindә beynәlxalq hesablara xidmәt etmәk mümkün olan dünya puluna çevirmәyә çalışdıqları daha dәqiq tendensiyalar yaranmağa başlamışdır.
Reya
Reya (yun. Ῥέα, Ῥείη) – qədim yunan mifologiyasına görə titan ilahə, Uran, və Geyanın qızı, titan tanrı Kronun həm bacısı həm də arvadı, İllahə Hestiya, Demetra, Heranın və tanrı Aid, Poseydon və Zevsin anasıdır.
Reyd
Reyd (film, 1985) — təbiəti mühafizə problemləri barədə film. Reyd (termin) — dənizçilik termini.
Reyn
Reyn (alm. Rhein‎, fr. Rhin, nid. Rijn) — Avropanın əsas çaylarından biri. Çay mənbəyini İsveçrənin cənub-şərqindəki Alp dağlarının Qraubünden kantonundan götürür. İsveçrə-Lixtenşteyn, İsveçrə-Avstriya və İsveçrə-Almaniya sərhədlərinin bir hissəsini təşkil edir. Bundan sonra Reyn Fransa-Almaniya sərhədinin çox hissəsini təşkil edir, bundan sonra Almaniyanın Reyn bölgəsindən əsasən şimala doğru axır. Almaniyada Reyn əsasən qərb istiqamətinə çevrilir və Hollandiyaya axır və orada isə Şimal dənizinə tökülür. Çayın adını daşıyan iki alman torpağı mövcuddur: Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz. Reyn Hövzəsinin Hidrologiyası üzrə Beynəlxalq Komissiya və EUWID, iqlim böhranı nəticəsində çayın növbəti 30-80 il ərzində həcmində kütləvi azalma və ya hətta tamamilə quruya biləcəyini iddia edir.
Reyx
Reich (alm. ‎ [ˈʁaɪç]) — Azərbaycan dilində Reyx olaraq oxunur. Hərfi mənası imperatorluq, krallıq, dövlət və zənginlikdir; tarixdə isə Almanların dünyada söz sahibi olduğu dövrlərə verilən ad. Tarixdə üç ədəd Reyx dövrü olmuşdur. Rəsmi adı: Müqəddəs Roma İmperatorluğu (Heiliges Römisches Reich), Alman Millətinin Müqəddəs İmperatorluğu (1512-ci il qərarnaməsi ilə belə adlandırılmışdır; Heiliges Römisches Reich Deutscher Nation) Mövcud olduğu tarix: 962 – 1806 Paytaxt: Roma (962–1448), Vyana (1448–1806) Yaradıcısı: I Otto (962–973) 962-ci ildə yaradılıb 1806-cı ildə məhv olub və Qərbi Roma İmperiyasının varisi olduğu deyilən Müqəddəs Roma German İmperatorluğu adı ilə dünyada tanınır. Rəsmi adı: Alman İmparatorluğu (Deutsches Reich) Mövcud olduğu tarix: 1871 – 1918 Paytaxt: Berlin (1871–1918) Yaradıcısı: Otto fon Bismark (1871–1890) Otto fon Bismarkın 1871-ci ildə Almaniya kansleri olması ilə başlayan və II Vilhelmin Birinci Dünya müharibəsindəki məğlubiyyəti ilə nəticələnən, Prussiyanın başçılığı altında qurulmuş olan Almaniya İmperiyası dövrüdür. Rəsmi adı: Alman İmperatorluğu (1933–43), Böyük Alman İmperatorluğu (1943–45; Großdeutsches Reich) Mövcud olduğu tarix: 1933 – 1945 Paytaxt: Berlin (1933–1945) Yaradıcısı: Adolf Hitler (1933–1945) Adolf Hitler tərəfindən yaradılmış olan, rəsmî adı Alman İmperatorluğu olan Nasional Sosialist Almanya '​dır. 1943-cü ildə sərhədlərinin həddindən artıq böyüməsi ilə Böyük Alman İmperatorluğu adını almışdır. Nasional Sosialist Almaniya, "Üçüncü Reyx" (Drittes Reich) adı ilə də tanınır. Adolf Hitler, Üçüncü Reyxin ilk rəhbəri olmuşdur.
Reyv
Reyv (ing. to rave — "coşmaq", "cinlənmək, "sərsəmləmək") — elektron rəqs musiqisinin daimi səsləndirilməsini təmin edən diceylərin iştirakı ilə təşkil olunmuş diskoteka. Reyv diskotekaları üçün yerlər gecə klubları, açıq festivallar və ya digər ictimai yerlər ola bilər. Xüsusi təyin edilmiş yerlərə əlavə olaraq, onlar çox sayda iştirakçının yerləşdiyi səhra ərazilərində, məsələn, keçmiş fabriklərin, anqarların, anbarların və digər sənaye sahələrinin ərazisində keçirilə bilər. Danışıq dilində "reyv" bu cür tədbirlərdə ifa olunan faktiki elektron rəqs musiqisinin sinonimi kimi də istifadə olunur (əvvəlcə diskoteka mənasını verən "disko" kimi). 2015-ci ildə aparılan bir araşdırmaya görə, amerikalı reyv həvəskarlarının 35,5 faizi marixuanadan başqa narkotiklərdən, o cümlədən MDMA-dan istifadə edirlər. Klabbinq (altmədəniyyət) Олег Азелицкий, Кирилл Иванов, Илья Стогов. Рейв. Шесть поколений. СПб.: ТИД Амфора.
Equus grevyi
Qrevi zebri (lat. Equus grevyi) — Təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin at cinsindən növ. Belə ki, 1880-i ildə Həbəşistan hökumətinin bir baş səhra zebri hədiyyə etdiyi Fransa prezidenti Jül Qrevinin şərəfinə belə adlandırılmışdır. == Görünüşü == Yetkin Qrevi zebrinin kütləsi 350-430 kq, bədəninin uzunluğu 3 m, quyruğu 50 sm-dək olur. Hündürlüyu 1,4 m-ə çatır. Zolaqlarının eni digər növlərdə olduğundan nazikdir.
Gardenia remyi
Gardenia remyi (lat. Gardenia remyi) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qardeniya cinsinə aid bitki növü.
Hippotigris grevyi
Qrevi zebri (lat. Equus grevyi) — Təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin at cinsindən növ. Belə ki, 1880-i ildə Həbəşistan hökumətinin bir baş səhra zebri hədiyyə etdiyi Fransa prezidenti Jül Qrevinin şərəfinə belə adlandırılmışdır. == Görünüşü == Yetkin Qrevi zebrinin kütləsi 350-430 kq, bədəninin uzunluğu 3 m, quyruğu 50 sm-dək olur. Hündürlüyu 1,4 m-ə çatır. Zolaqlarının eni digər növlərdə olduğundan nazikdir.
Jelyu Jelev
Jelyu Mitev Jelev (Желю Митев Желев, 3 mart 1935[…] – 30 yanvar 2015[…], Sofiya) — bolqar filosof, siyasi xadim, Bolqarıstanın demokratik yolla seçilmiş ilk prezidenti (1990–1992, 1992–1997). == Həyatı == Jelyu Jelev 3 mart 1935-ci ildə Bolqarıstanın Şumen vilayətinin Veselin kəndində anadan olub. 1954-cü ildə Müqəddəs Oxrodski adına Sofiya Universitetinin fəlsəfə fakültəsini bitirib. 1974-cü ildə fəlsəfə elmləri doktoru adını alıb. 1960–1965-ci illərdə Bolqarıstan kommunist partiyasının üzvü olub. Siyasi baxışlarına görə partiyadan təlxis olunub. Bir çox kitab və məqalə müəllifidir. Ən məşhur əsəri 1982-ci ildə çap olunan "Faşizm" kitabıdır.
Kenyu Suqimoto
Kenyu Suqimoto (18 noyabr 1992, Osaka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib, 1 qol vurub.
Menyu (informatika)
Menyu(ing. menu, ru. меню) - proqramın parametrlərinin, komandalarının və s. elə strukturlaşdırılmış yığınıdır ki, istifadəçi lazım olan əməliyyatı yerinə yetirmək üçün onlardan birini seçə bilər. Tətbiqi proqramların əksəriyyəti, xüsusən, qrafik interfeysi (şəkillər əsasında) olan proqramlar öyrənməyi, işləməyi və düzgün istifadəni asanlaşdırmaq vasitəsi kimi menyudan istifadə edir. Menyuda bir adın seçilməsi çox zaman “aşağıda yerləşən” (növbəti səviyyəli) menyunun və ya yerinə yetirilən əməliyyatın xarakterini dəqiqləşdirən müəyyən parametrlər yığınından ibarət dialoq boksunun açılmasına səbəb olur. Menyu ilə işləmək üçün həm siçandan, həm də klaviaturadan istifadə olunur. Siçandan istifadə edərkən menyuda olan komandaları göstərmək üçün menyunun adını çıqqıldatmaq lazımdır. Klaviatura ilə menyu zolağını (MENU BAR) aktivləşdirmək üçün <Alt> və ya <F10> klavişindən istifadə olunur. Hər hansı menyunu, yaxud onun bəndini seçmək üçün altından xətt çəkilmiş hərf klavişini basmaq olar.
Menyu informatika
Menyu(ing. menu, ru. меню) - proqramın parametrlərinin, komandalarının və s. elə strukturlaşdırılmış yığınıdır ki, istifadəçi lazım olan əməliyyatı yerinə yetirmək üçün onlardan birini seçə bilər. Tətbiqi proqramların əksəriyyəti, xüsusən, qrafik interfeysi (şəkillər əsasında) olan proqramlar öyrənməyi, işləməyi və düzgün istifadəni asanlaşdırmaq vasitəsi kimi menyudan istifadə edir. Menyuda bir adın seçilməsi çox zaman “aşağıda yerləşən” (növbəti səviyyəli) menyunun və ya yerinə yetirilən əməliyyatın xarakterini dəqiqləşdirən müəyyən parametrlər yığınından ibarət dialoq boksunun açılmasına səbəb olur. Menyu ilə işləmək üçün həm siçandan, həm də klaviaturadan istifadə olunur. Siçandan istifadə edərkən menyuda olan komandaları göstərmək üçün menyunun adını çıqqıldatmaq lazımdır. Klaviatura ilə menyu zolağını (MENU BAR) aktivləşdirmək üçün <Alt> və ya <F10> klavişindən istifadə olunur. Hər hansı menyunu, yaxud onun bəndini seçmək üçün altından xətt çəkilmiş hərf klavişini basmaq olar.
Meolan-Revel
Meolan-Revel (fr. Méolans-Revel, oks. Meulans e Revèl) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Yubey kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04161. 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 237 nəfərdən (15-64 yaş) 164 nəfəri iqtisadi cəhətdən fəal, 73 nəfər hərəkətsiz (fəaliyyət göstərici 69.2%, 1999-cu ildə 77.4%) idi. Fəal olan 164 nəfərdən 151 nəfəri (88 kişi və 63 qadın), 13 nəfəri işsizdir (9 kişi və 4 qadın).
Metyu Basbi
Metyu Basbi (26 may 1909, Belshill[d] – 20 yanvar 1994, Mançester) — Şotlandiya futbolçusu və meneceri. O, 1945-1969-cu illərdə və 1970-71 mövsümünün ikinci yarısında "Mançester Yunayted"i idarə etmişdir. Müharibəyə qədərki illərdə "Mançester Siti" və "Liverpul" komandalarında oynayıb. "Mançester Yunayted" klubunun meneceri vəzifəsində daha çox məşhur olub. Burada 25 il çalışıb. Basbinin rəhbərliyi altında "Mançester Yunayted" komandası beş dəfə İngiltərə çempionu olmuş, iki dəfə İngiltərə Kubokunu və bir dəfə UEFA Çempionlar Kubokunu qazanmışdır.
Seyü
Seyyu (声優, seiyū) — Yaponiya səs aktyoru. Seyyular filmlər, video oyunlar və animelərdə personajları səsləndirirlər. Seyyular üçün hətta xüsusi kurslar tərtib olunur. Bəzən animedəki mahnıları da özləri oxuyur, anime bitdikdə disk buraxırlar. Uşaq və oğlan yeniyetmələrini də səsləndirmək mümkün olduğu üçün daha çox qadın seyyulara ehtiyac var.
Elize Reklü
Jan-Jak Elize Reklü (1830–1905) — Fransız səyyahı, tədqiqatçısı == Həyatı == Elize Reklü 1830-cü ildə Fransada kəndli ailəsində anadan olmuşdur. Anası kənd müəllimsə olduğundan ilkin təhsilini ev şəraitində almışdır. 12 yaşında ikən Elize Almaniyanın Neyvid şəhərinə oxumağa göndərilir. Gediş haqqı olmadığından alman dilində bir kəlmə belə bilməyən Elize Reklü Almaniyaya piyada yola düşməyə məcbur olur. Bu onun ilk, lakin plansız səyahəti olur. Neydendə yaşamaqla o, tez-tez şəhər ətrafına çıxar, Reyn çayının sahillərini gəzər, müxtəlif süxur və bitki nümunləri toplayardı. 848-ci ildə Fransada başlanan inqilab onun həyatında və dünya görüşündə böyük dəyişiklik yaratdı. 1849-cu ildə Reklü Almaniyada oxuyan böyük qardaşı ilə bərabər vətəni Fransaya səyahətə yola düşərkən insanların ağır həyat tərzini görməkdə onları istismarçılara qarşı mübarizədə fəal olmağa çağırır. Bu çağrışlar onun və qardaşının həbs olunmasına səbəb olur. Həsbdən azad olduqdan sonra Reklü Neyvid şəhərinə qayıdaraq fransız dilindən dərs deməyə başlayır.