Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rinka
Rinka adası (ind. Pulau Rinca) — İndoneziyanın ərazisinə daxil olan ada. Sahəsi 198 km² təşkil edir. Kiçik Zond adalarına daxil olan Komodo və Sumbava adaları arasında yerləşir. Birincisindən Lintax boğazı, ikincisindən isə Molo boğazı ilə ayrılır. Adanın təbiəti rəngarəngdir. Burada meymun koloniyaları, vəhşi öküzlər, marallar və qartallar yaşayır. Komodo varanının adada sayı 1300 baş təşkil edir. Ada Komodo Milli Parkı ərazisinə daxildir.
SV Real Rinkon
"Real Rinkon" — Boneyrin Rinkon şəhərini təmsil edən futbol klubudur. Klub hal-hazırda Boneyrin əsas liqası olan Boneyr Liqasında mübarizə aparır. Klub 1957-ci ildə təsis edilmişdir.
Rinkon-Hill
Rinkon-Hill (ing. Rincon Hill) — ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən məhəllə.
Edqar Rinkeviç
Edqars Rinkēvičs (d. 21 sentyabr 1973, Yurmala, Latviya SSR, SSRİ) — Latviyalı siyasətçi və dövlət xadimi, 8 iyul 2023-cü ildən Latviya Prezidenti. 2011-2023-cü illərdə Latviyanın Xarici İşlər Naziri vəzifəsini icra etmişdir. Rinkēvičs, Latviya Seymi tərəfindən 31 may 2023-cü ildə prezident seçilmiş və 8 iyul 2023-cü ildə and içərək vəzifəsinin icrasına başlamışdır. O, Latviya tarixində ən uzun müddət xarici işlər naziri vəzifəsini tutan şəxsdir. Rinkēvičs, 2014-cü ildən "Birlik" partiyasının üzvüdür. Latviya Seymində 2008-2011-ci illərdə Müdafiə, Daxili İşlər və Korrupsiyanın Qarşısının Alınması Komissiyasının sədri vəzifəsini icra etmişdir. Edqars Rinkēvičs, Latviyanın Avroatlantik inteqrasiyasını dəstəkləyən və Rusiyanın Ukraynaya təcavüzünü qınayan siyasətçilərdən biri kimi tanınır. O, həmçinin Latviyada LGBT hüquqlarının müdafiəçisidir və açıq şəkildə homoseksual olduğunu bildirmişdir. 2023-cü ildə Latviya prezidenti seçilməsi ilə Avropa Birliyi ölkələri arasında açıq şəkildə homoseksual olan ilk dövlət başçısı olmuşdur.
Link
Link və ya hiperlink yaxud keçid ya da bağlantı — hipermətn sənədinin bu sənəddəki elementə (əmr, mətn, şəkil, qeyd) və ya başqa obyektə (fayl (sənəd), kataloq, proqram) aid olan hissəsi yerli diskdə və ya kompüter şəbəkəsində ya da bu obyektin elementlərində yerləşir . HTML sənədinin istənilən elementinə hiperlink əlavə edilə bilər. Mətnin əlavə edilmiş keçidi olan hissəsi əvvəlki cümlədə olduğu kimi, standart olaraq mavi rənglə vurğulanır. Siz keçidi olan mətnin üzərinə siçan kursorunu sürdükdə mətn ya rəngini dəyişir, ya da altdan xətt çizilir.Klaviaturadan istifadə edərək brauzerdə naviqasiya edərkən, keçidləri olan mətn və qrafik elementlər düzbucaqlı nöqtəli çərçivə ilə vurğulanır. Əvvəllər ziyarət edilmiş link, adətən, ziyarət edilməmiş linkdən fərqli rəngdə vurğulanır. “Yarasa” keçidi, məsələn, sənəd və ya fayl yerləşdiyi resursun inzibatçısı tərəfindən silinib və ya köçürülübsə ya da resursun özü mövcud deyilsə çatışmayan obyektə istinad edən hiperlinkdir. Adətən bu vəziyyətdə səhifədə səhv kodu olan bir mesaj görünür, lakin bu həmişə baş vermir. Tam adı ilə hiperlink hissələri http://www.example.com/test-papka/index.html Hiperlink HTML sənədinin və onun əsas elementinin fraqmentidir: İnternetdə yerləşə bilən başqa bir fayla işarə etmək; bu faylın tam yolunu (URL) ehtiva edir. İstifadəçi üçün hiperlink veb-saytda, e-poçtda və ya hər hansı elektron sənəddə link yaradan və İnternetdəki digər obyektlərə keçməyə imkan verən qrafik təsvir, video və ya mətndir. HTML-də bir keçid müəyyən etmək üçün <a> etiketi istifadə olunur, strukturu <a href="filename">Bağlantı mətni</a>, burada fayl adı keçid ediləcək fayl adı və ya İnternet ünvanıdır və LinkText HTML sənədində birbaşa göstəriləcək hipermətn keçid mətnidir.
Pink
Alisya Bet Mur (ing. Alecia Beth Moore, və ya bilinən adıyla Pink və P!nk; 8 sentyabr 1979) ABŞ-lı bir pop musiqi müğənnisidir. Pink, 8 sentyabr 1979 tarixində ABŞ'ın Pensilvaniya əyalətinin Doylestown bölgəsində dünyaya gəldi. Müğənninin Pink adını almasının səbəbi, düşünüldüyü kimi musiqi dünyasına ilk addım atdığında saçlarının bənövşəyi rəngli olması deyildi. Dostları ona bu adı, Reservoir Dogs filmindəki Mr. Pink xarakterinə bənzədiyi üçün taxmışlar idi. Pinkin musiqiyə olan marağının başlıca səbəbi, atasının onu yatırtmaq üçün bəstələdiyi mahnılardı. Yaşı irəlilədikcə bu mahnılar duetlərə çevrildi və Pink lisey illərində atasıyla birlikdə ilk bəstələrini etməyə başladı. Yerli bir rep qrupuyla səhnəyə çıxdığında isə hələ 13 yaşında idi. Olduqca problemli bir gənclik dövrü keçirdikdən və anası ilə atası ayrıldıqdan sonra, anasıyla dalaşmaqdan pis vəziyyətə düşərək 14 yaşında evi tərk etdi və musiqi həyatına daha ciddi bir şəkildə davam etmək məcburiyyətində olduğunu anladı.
Rind
Rind (erm. Ռինդ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Rinə
Rinə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsinin adı Rünə adından təhrifdir. Oykonimin tərkibindəki Rünə talış dilində "çay kənarı", "çay sahili" deməkdir (Çaykənarı kənd).
Risk
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.
Sink
Sink (Zn), köhnə mənbələrdə Ruf və Tutiya adlar ilə tanınırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 30-cu element. Rus dilinə metalın adını Mixail Lomonosov alman dilindəki zink sözündən yaradaraq daxil edib. Metalın almanca adı ehtimal ki, qədim alman tinka – “ağ” sözündəndir. Geniş yayılmış sink preparatı – ZnO (əlkimyaçıların “fəlsəfi yunu”) ağ rənglidir. Digər ehtimala görə almanca adı zinke sözündəndir – “diş, tiyə” (çəngəldə, qrabeldə və s.): sink bərkidikdə dişəbənzər kristallar əmələ gətirir. Alman dilində oxşar sözlər var: zinne – “divarın dişləri”, zahn – diş (ağızda), zant – “diş” (altlıqda). Sinkit (əlavələrə rəng almış sink oksid) kristalları da dişlər əmələ gətirir. Sinkin xeyli geniş yayılmış mineralı sfaleritdir (sink sulfiddir). Digər metallarla müqayisədə çox sayda ərinti quruluşuna malikdir. Avtomobil, elektrik və təchizat sənayələrində istifadə olunan tökmə qəliblərinin istehsalında da sink vardır.
RANK
RANK (ing. receptor activator of nuclear faktor kappa B) – preosteoklastların üzərində yerləşən reseptordur, RANK-L birləşib, osteoklastları formalaşdırır.
Wink
İnk
İnk imperiyası — Cənubi Amerikanın And dağlarında yaranan ən böyük imperatorluq olmuşdur. İnklərin imperatorluğu və sivilizasiyası 1438-ci ildən 1533-ci ilədək indiki Peru, Ekvador, Boliviya, Cənubi Kolumbiya, Çilinin şimal ilə orta bölümləri, və şimal-qərbi Argentina da yerləşib. Paytaxtı Kusko adlanıb. İnklərin əhalisi 1438-dən 1533-ci ilə qədər 12.000.000 nəfərdən 20.000.000 nəfərə və ərazisi 800.000 km²-dən 2.000.000 km²-ə qədər olmuşdur. İnklərin bir çox həyat aspektləri sirr olaraq qalır, buna səbəb isə onlar haqqında bütün məlumatların ispan fatehləri tərəfindən bildirilməsindədir. İspanlar məhz onların sonunun gəlməsinə səbəb olmuşlar. Konkistador Fransisko Pissaro 1532-ci ildə cəmi bir neçə adamın köməkliyi ilə ink ordusunu məğlub etdi. Lakin İnk imperiyasına əsl zərbəni bundan 10 il əvvəl avropalı qəsbkarlar vurmuşlar. Onlar heç fərqində olmadan burada çiçək epidemiyasını yaymışlar və bu xəstəlik səbəbindən inklərin 90%-i həlak olmuşdu. Bir çoxları İnk imperiyasını avtoritar monarxiya adlandırdığı halda, bəzi tədqiqatçılar buranı ideal sosioloji dövlət hesab edirdilər.
Ekoloji risk
Ekoloji risk — ətraf mühitdəki mənfi dəyişikliklərin ehtimalı və ya bu dəyişikliklərin ətraf mühitə mənfi təsirindən yaranan uzaq mənfi nəticələr. Ekoloji risk təbii, antropogen və texnogen fövqəladə hallara səbəb ola bilər. Elmi ədəbiyyatda ekoloji risk haqqında dedikdə hər hansı bir obyektə neqativ ziyan vuran obyektlər nəzərdə tutulur. Neqativ ziyan anlayışına, bir qayda olaraq, obyektin normal işinin pozulması, hətta həmin obyektin dağılması,məhv olması və müxtəlif itki ilə nəticələnən bir hadisə kimi baxmaq lazımdır. Əlavə edək ki,ekoloji riski xarakterizə edən əsas amillər içərisində qorxulu halların yaranmasının aniliyini,qeyri-müəyyənliyini və qəflətən təhlükəli vəziyyətin meydana gəlməsini də nəzərdən qaçırmaq olmaz. Qeyd etmək lazımdır ki,insanlar hər gün düşünülmüş və ya düşünülməmiş formada kiçik və böyük həcmli risklərlə üzləşirlər. Həyatda insan üçün risk ibtidai icma qEkoloji ruruluşunda olan fəaliyyətindən(ovçuluq riski,dənizdə üzmək riski və s.)indiki zamana qədər (iqtisadi risk,istehsal riski,ekoloji risk və s.) praktiki olaraq obyektiv şəkildə onunla çiyin- çiyinə addımlamışdır. Ekoloji riskə aşağıda göstərilən kəmiyyət göstəriciləri daxildir: itkinin(ziyanın) miqdarı (kəmiyyəti) təhlükəli amillərin yaranması ehtimalı itkinin miqddarının və yaranması ehtimalının qeyri-müəyyənliyi. İtki termini dedikdə faktiki və mümkün ola bilən sosial və iqtisadi zərər və ətraf mühitin çirklənməsi başa düşülür. Sosial zərər — əhaliyə dəyən ziyanın qaytarılmayan əvəzi, insanların ömrünün qısalması,sağlamlığının pisləşməsi,rifah halı deməkdir.
Hrant Dink
Hrant Dink (erm. Հրանդ Տինք; 15 sentyabr 1954, Malatya – 19 yanvar 2007, İstanbul) — erməni əsilli Türkiyəli jurnalist, Aqos qəzetinin baş redaktoru. 2007-ci ilin 19 yanvar tarixində, yerli vaxtla saat 15:00 — də İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülmüşdür. Hrant Dink 1954-cü ildə Malatya şəhərində anadan olmuşdur. Atası və anası Sivas ilindən olan Hrant ailəsi 1961-ci ildə İstanbul şəhərinə köçmüşdür. Ailə daxili münaqişələr səbəbindən, Hrant ailəsi 1961-ci ildə dağılmışdır. Valideynlərinin ayrılması səbəbindən Hrant Dink və digər iki qardaşı ilə birlikdə Gedikpaşa Erməni Uşaq Evinə verilmişdir. Hrant Dink gənclik illərində siyasətlə maraqlanırdı. Əsasən solcu qüvvələri müdafiə edən Hrant Kommunist Partiyası ilə əlaqə yaratmağa başladı. Orta təhsilini bitirdikdən sonra, Hrant İstanbul Universitetinə daxil olur.
Klaus Zink
Klaus Zink (20 yanvar 1936 – 9 fevral 2024) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. Zinkin gənclik komandası onun doğulduğu şəhəri təmsil edən "Qlühlampenverk Plauen" idi. 1955-ci ilin avqust ayında o, "Vizmut Karl-Marks Ştadt" klubuna keçdi. Ancaq ilk oyununu 12 may 1957-ci ildə "Motor Cena" klubuna qarşı keçirtdi. 1957-ci ildən 1971-ci ilə qədər o, "Ertsgebirge"nin heyətində 279 liqa oyunu ərzində 82 qol vura bilmişdir. Onun sonuncu liqa oyunu 1971-ci il 30 oktyabr tarixinə təsadüf etdi, oyun "Maqdeburq" qarşı keçirilirdi. O, Çemnits şəhərində yaşayır. Klaus Zink's league games and goals season after season in the RSSSF archive. Accessed on January 7, 2013.
Link (botanik)
Henrix Fridrix Link (alm. Heinrich Friedrich Link‎; 2 fevral 1767, Hildeshaym[d], Aşağı Saksoniya – 1 yanvar 1851, Berlin) — Alman təbiətçisi və botaniki. "Elementa philosophiae botanicae", Berlin, 1824. "Handbuch zur Erkennung der nutzbarsten und am häufigsten vorkommenden Gewächse" 3 т., Берлин, 1829—33. "Jahresbericht über die Arbeiten für physiologische Botanik im Jahre 1840", 1842. "Vorlesungen über die Kräuterkunde", Berlin, 1843—45. "Flore portugaise", Берлин, 1809—40. "Icones plantarum selectarum horti regii botanici Berolinensis" Kristof Fridrix Otto ilə birlikdə, Berlin, 1820—28. "Enumeratio plantarum horti regii botanici Berolinensis" 2 c., Berlin, 1821—22. "Ueber die Gattungen Melocactus und Echinocactus", Berlin, 1827.
Mark Link
Mark Link (27 fevral 1995) — Niderlandlı peşəkar kişi BMX velosipedçisi. Mark Link Niderlandı beynəlxalq yarışlarda təmsil edir. Mark Link 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.823 saniyəlik nəticəsi ilə 48-ci yeri tutdu.
Nils Brink
Nils Brink (24 sentyabr 1974, Orhus) — danimarkalı müğənni. Nils Brink 17 may 1983-cü ildə Danimarkanın Arhus şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı "Believe Again" (azərb. Yenidən inan‎) mahnısı ilə təmsil etmişdir. II yarımfinalda xal toplayaraq 8–ci olmuş və finala keçmişdir. Finalda isə 74 xal toplayaraq 13-cü olmuşdur.
Page Rank
Page Rank, Google-un veb səhifələrə 0-dan 10-a qədər verdiyi dəyər şkalasıdır. Bu dəyər ümumi olaraq xüsusi bir məzmuna bağlantı və keçid verən səhifə keyfiyyətinə bağlıdır. Page Rank dəyəri saytınızın Google axtarış mühərrikində internet istifadəçiləri tərəfindən axtarış aparıldığında ilk 10 nəticənin daxilində olmasını təmin edir. Google axtarış mühərriki, Stendford Universitetində doktoranturanı müdafiə edən iki tələbə Larri Peyc və Sergey Brin tərəfindən 1998-ci ildə qurulduğu zaman axtarış nəticələrini patentli Page Rank texnikası üzərində inkişaf etdirdilər, buna görə də Page Rank patenti də Google-a deyil Stendford Universitetinə məxsusdur. Google Page Rank A səhifəsindən B səhifəsinə keçid olduğunda bunu qeyd edər. Eyni zamanda səhifənin haqqının yeyilməməsi üçün bəzi məzmun analizləri də edər. Page Rank yəni səhifə dəyəri saytın təbii quruluşuna və link məzmununa uyğun olaraq saytın dəyərinin bir göstəricisidir. Google, eyni zamanda spam məqsədli saytları Google ban ilə cəzalandırıb bütün indexlərini silərkən, yeni açılan saytlarında sürətli bir şəkildə axtarış nəticələrində yüksəlməsinə maneə törədən Google Sandbox sistemlərini də istifadə etməkdədir. Sandbox-a girən bir veb səhifə 3–6 ay boyunca nə qədər yaxşı olursa olsun, Google tərəfindən sınanır və müəyyən bir müddətin sonunda axtarış nəticələrində daha yaxşı bir yerə gətirilir.
Petsi Mink
Petsi Matsu Takemoto Mink (ing. Patsy Matsu Takemoto Mink; 6 dekabr 1927, Paia[d] – 28 sentyabr 2002, Honolulu) – ABŞ-nin Havay ştatını təmsil etmiş yaponəsilli siyasətçi. O, ABŞ Nümayəndələr Palatasına seçilmiş (1964) və ABŞ prezidentliyinə namizəd olmuş (1972) ilk asiyalı amerikalı qadın olmuşdur. Mink Demokrat Partiyanın nümayəndəsi kimi 1965–76, daha sonra isə 1991–2002-ci illərdə vəzifədə olmuşdur. O, Cimmi Karter administrasiyasında ABŞ dövlət katibinin köməkçisi və Demokratik Hərəkat üçün Amerikalılar qrupunun prezidenti vəzifələrini yerinə yetirmişdir. Petsi Mink 6 dekabr 1927-ci ildə Havay adalarının Maui adasında yerləşən Paia yaşayış məntəqəsində doğulmuşdur. O, ikinci nəsildən olan yaponəsilli amerikalı ailəyə mənsub idi. 1944-cü ildə Maui liseyindən valediktor kimi məzun olmuş, daha sonra Havay adaları və kontinental ABŞ-də yerləşən kolleclərdə təhsil almışdır. Nebraska Universitetində təhsil alarkən universitetin seqreqasiyaçı yataqxana siyasətinə qarşı kampaniya başlatmışdır. Daha sonra Havay Universitetinə transfer olmuş, 1948-ci ildə zoologiya və kimya sahələri üzrə bakalavr dərəcəsi əldə etmişdir.
Pink Floyd
Pink Floyd 1965-ci ildə gitara və vokalda Sid Barrett, bateridə Nick Mason, basda və vokalda Roger Waters, elektronik piano və vokalda Riçard Rayt adlı universitet tələbələri tərəfindən yaradılmışdır. 1960-ların sonunda Londonun yeraltı musiqi dünyasında verdikləri konsertlərlə məşhurluq qazandılar və Barrett-in liderliyi ilə iki ədəd top listlərə girən single və müvəffəqiyyətli bir albom olan The Piper at the Gates of Dawn-ı yayınladılar. Gitarist və vokalist Devid Gilmor 1967-ci ilin dekabrında qrupa qatıldı. Psixoloji olaraq problemlər yaşayan Barrett, vəziyyətinin pisləşməsi ilə 1968-ci ilin aprelində qrupdan ayrıldı. Waters qrupun mahnı yazarı və lideri oldu, The Dark Side of the Moon(1973), Wish You Were Here(1975),Animals(1977),The Wall(1979) və The Final Cut(1983) kimi konsept albomlara öz imzasını atdı. The Dark Side of the Moon və The Wall bütün zamanların ən çox satan albomlarından oldu. Qrupun simvolu halına gəlmiş The Dark Side of the Moon, bütün zamanların ən çox zirvədə qalmış albomu olaraq Billboard 200 listində 741 həftə qalmışdır. Yaşanan bir sıra mübahisələrin ardından Wright, 1979-cu ildə qrupu tərk etdi. Bunun ardınca 1985-ci ildə Waters də qrupdan ayrıldı. Gilmour və Mason Pink Floyd olaraq musiqi həyatlarına davam etdilər, Wright isə öncə studiya musiqiçisi olaraq, sonra isə qrup üzvü kimi təkrar qrupa qayıtdı.
Pink gölü
Pink gölü (ing. Pink Lake; fr. Lac Pink) — Kanadanın Kvebek əyalətində, Qatino şəhərinin yaxınlığındakı Qatino Parkda yerləşən meromiktik tipli göl. Yay dövründə gölün səthi suda yaşayan yosunların sayına görə yaşıl görünür. İnsan fəaliyyətinə göl evtrofikasiyalaşmış və göl təhlükəli hala düşmüşdür. Qatino Park idarəsi göldə çimməyi, gölə daş atmağı, yanında ev heyvanları ilə gəzməyi qadağan edib. Göl adını 1826-cı ildə bu bölgədə yaşamış və ferma təsərrüfatı ilə məşğul olmuş irland ailədən almışdır. Meromiktik xüsusiyyətlərinə görə Pink gölündə qədim bakteriya formaları yaşayır. Bu bakteriya formaları fotosintez etmək üçün oksigendən deyil, kükürddən istifadə edir. Oksigenlə zəngin olmayan hissələrdə səthdən 7 metr qalınlığında bu bakteriya formalarından ibarət qat yaranmışdır.
Rina Savayama
Rina Savayama (ing. Rina Sawayama yap.リナ・サワヤマ, 16 avqust 1990) — Yapon əsilli Briyaniyalı müğənni-bəstəkar, model. Yaponiyanın Niiqata şəhərində anadan olub, beş yaşında valideynləri ilə birlikdə Londona mühacirət edib. 2017-ci ildə Rina adlı debüt mini albomunu buraxdı. 2020-ci ildə leybl Dirty Hit ilə müqavilə bağladıqdan sonra o, tənqidi bəyənmələr alan debüt studiya albomu Sayawama-nı buraxdı. Onun ikinci studiya albomu Hold the Girl 2022-ci il sentyabrın 16-da işıq üzü gördü. Musiqi karyerası xaricində Savayama bir neçə moda kampaniyası üçün modellik etdi, filmdə aktrisalıq debütünü Con Vik 4-də etməyə hazırlaşır. Savayama 16 avqust 1990-cı ildə Yaponiyanın Niiqata şəhərində anadan olub. O, beş yaşına qədər orada yaşadı, bundan sonra ailəsi onun böyüdüyü və hazırda yaşadığı Londona köçmək qərarına gəldi. İngiltərədə qalmaq üçün qeyri-müəyyən məzuniyyətə, vizaya malikdir (ILR).
Rino Harniş
Rino Harniş (1949) — ABŞ-nin Azərbaycandakı səfiri (2003–2006). Rino Harniş San-Dieqo Ştat Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1975-ci ildə Amerika Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini alıb. R. Harniş iqtisadiyyat elmləri üzrə də magistr dərəcəsinə malikdir. Təhsilini başa vurandan sonra ən əvvəl Amerika Sənaye Universitetində tədqiqatçı köməkçisi vəzifəsində çalışıb. Bundan sonra ABŞ-nin Xəzinədarlıq Departamentində beynəlxalq iqtisadçı vəzifəsini tutub. Daha sonra Nebraska ştatından seçilmiş konqresmen Deyv Martinin köməkçisi olub. Karyerasının növbəti illərində R. Harniş ABŞ-nin İtaliyadakı səfirliyində ətraf mühit, elm və texnologiya məsələləri üzrə, ABŞ-nin Almaniya Demokratik Respublikasındakı səfirliyində isə iqtisadiyyat və ticarət məsələləri üzrə müşavir vəzifələrində işləyib. Sonrakı dövrdə Dövlət Departametinin İnkişaf Etmiş Ölkələrlə Ticarət üzrə Departamentində çalışıb, ABŞ-nin Avstriyadakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir işləyib. R. Harniş ABŞ-nin Nigeriyadakı səfirliyində də müşavir qismində çalışıb.
Rinə (Mazandaran)
Rinə — İranın Mazandaran ostanının Amul şəhristanının Larican bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 860 nəfər və 259 ailədən ibarət idi.
Rinə bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Risk (iqtisadi)
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.