Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Docker (proqram)
Docker — əməliyyat sistemi səviyyəsində virtuallaşdırma (başqa sözlə konteynləşdirmə) tətbiq edən proqram. İlk versiyası 2013-cü ildə Docker, Inc tərəfindən yaradılmışdır . Docker proqram təminatını "konteynerlər" vasitəsi ilə işə salır. Sadə bir misal göstərsək, bir konteyner veb servisi və veb tətbiqi işə salır, digər bir konteyner isə bu tətbiq tərəfiindən istifadə edilən verilənlər bazası servisini işə salır. Konteynerlər bir-birindən izolyasiya olur və hər birinin öz alətləri, kitabxanaları və konfiqurasiya faylları olur, amma bu konteynerlər bir-biri ilə xüsusi ayrılmış kanallar vasitəsi ilə əlaqə yarada bilir. Bütün konteynerlər sadəcə bir əməliyyət sisteminin nüvəsi üzərində işlədiyi üçün virtual maşınlardan daha az resurs istifadə edir.
Joe Cocker
Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[…], Şeffild, İngiltərə – 22 dekabr 2014[…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri. Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır. 2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır. Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir. == Diskoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Co Koker ilə əlaqəli mediafayllar var.
Rocket Lab
Rocket Lab — Yeni Zelandiyada bir filialı olan Amerikan özəl kosmik şirkətidir. Şirkət Atea adlı bir suborbital səsləndirici raket hazırladı və hazırda kiçik peyklər və CubeSats üçün xüsusi buraxılış təmin edən Electron kimi tanınan yüngül orbital raket kimi fəaliyyət göstərir. Şirkət 2006-cı ildə Yeni Zelandiyada Piter Bek tərəfindən təsis edilmişdir. 2013-cü ildə isə ABŞ-nin Kaliforniya ştatında baş ofisini açmışdır. Elektron test proqramı 2017-ci ilin may ayında başlayıb. 2018-ci ilin əvvəlində şirkətin 5,7 milyon ABŞ dolları dəyərində olan bir qiymətlə uçuşlar keçirdiyi açıqlandı. Mahia yarımadasından (Yeni Zelandiya) raket sınaq uçuşları 25 May 2017 və 21 Yanvar 2018 tarixlərində reallaşdı və ilk kommersiya uçuşu 11 Noyabr 2018 tarixində reallaşmışdır. 16 Dekabr 2018-ci ildə Rocket Lab ilk NASA missiyası olan ELANA proqramını təqdim etdi. Şirkət ilk buraxılışını 2020-ci ildə Virciniyadakı Orta Atlantika Regional Kosmik Mərkəzindən etməyi planlaşdırır. Şirkətin əsas məqsədi CubeSat peykləri kimi kiçik yüklərin orbitə çıxarılması üçün yüngül, kommersiya baxımından səmərəli buraxılış vasitələri(raketlər ) inkişaf etdirməkdir.2010-cu ilin dekabr ayında şirkət ABŞ hökumətindən nanosellitləri orbitlərə çatdırmaq üçün bir vasitə hazırlamaq üçün taktiki kosmik sistemlərin operativ yerləşdirilməsi proqramı çərçivəsində bir müqavilə aldı.
Corc Rocer
Corc Rocer (19 Mart 1908 - 24 İyul 1995) — Afrikadakı işləri və İkinci Dünya Müharibəsinin sonundakı Bergen-Belsen düşərgəsindəki kütləvi ölüm hadisələrinin fotoşəkillərini çəkməsi ilə məşhur olan ingilis fotojurnalist idi. == Həyatı və Kariyerası == Hale, Cheshire adlı ərazidə anadan olan Corc, əslən alman və şotlandiya mənşəlidir. O, məktəbi bitirdikdən sonra Britaniya tacir donanmasına qoşulur və beləcə dünyanı gəzir. Bu illər ərzində, Rocer səyahətlərinin hesabatını aparır və onları sənədləşdirmək üçün öz-özünə fotoqrafiyanı öyrənir. Lakin səyahət haqqında yazılarını çap etdirə bilməyən Rocer, Böyük Depressiya dövründə iş tapa bilmir və 1936-cı ildə Britaniyaya qayıdır. Londonda o, BBC-nin "Listener" adlı jurnalında fotoqraf olaraq iş tapır. 1938-ci ildə "Black Star Agency" adlı yerdə qısamüddətli bir işə də olur. İkinci Dünya müharibəsi başladıqdan sonra Rocer müharibəni fotolar çəkərək sənədləşdirmək istəyir. Alman düşərgəsi olan The Blitz ərazisində çəkdiyi fotolar ona Amerikanın "Life" jurnalında müharibə fotoqrafı işi qazandırır. Rocer Qərbi Afrikadakı müharibəni geniş şəkildə əhatə etdi və müharibənin sonuna qədər müttəfiqlərin Fransa, Belçika və Hollandiyadan azad edilməsi prosesini yaxından izlədi.
III Rocer
III Rocer — Apuliyanın beşinci hersoqu. II Rocerin oğlu idi. Atası ilə birgə üsyançılara və Papalıq ordusuna qarşı döyüşmüşdü. 1139-cu ildə Neapol şəhərini ələ keçirərək qardaşı Alfonsonu taxta çıxartmışdı. Heç vaxt evlənməsə də, qeyri-qanuni 2 oğlu var idi. 1148-cu ildə, 30 yaşında bilinməyən bir səbəbdən qəflətən vəfat etdi. Yerinə daha sonra kral olacaq olan qardaşı III Vilyam keçdi.
II Rocer
II Rocer (22 dekabr 1095 – 26 fevral 1154, Palermo) — Siciliyanın ilk kralı. 1105-ci ildə Siciliya qraflığının III qrafı olmuşdu. 1127-ci ildə isə Apuliya hersoqu olmuşdu. 1130-cu ildə Siciliya krallığının ilk hökmdarı elan edilmişdi. 9 yaşında taxta çıxmışdı. == Gəncliyi == I Rocer və Adelheyd del Vastonun kiçik oğlu idi. 9 yaşında taxta çıxmışdı və anasının qəyyumluğu altında hakimiyyətdə idi. 1110-cu ilin yayında, 14 yaşında ikən Norveç kralı I Siqurd onu ziyarət etmişdi. 1112-ci ildən bəri tək hakimiyyətə başlamışdı. 1127-ci ildə Apuliya hersoqu II Vilyamın ölümündən sonra onun torpaqlarını ələ keçirdi.
I Rocer
I Rocer (1031 – 22 iyun 1101 və ya 29 iyun 1101) — Siciliyanın ilk qrafı. Tankred Hoytvillin oğlu idi. Normanların nəslindən gələn Rocer 1055-ci ildə İtaliyaya gəlmişdi. Qardaşları ilə birlikdə uzun illər Siciliya əmirliyinə qarşı müharibə aparmışdı. 1071-ci ildə Palermonun ərəblərdən alınmasından sonra Siciliya qrafı elan edilmişdi. 1091-ci ildə Malta adasını almışdı. == Ailəsi == 1061-ci ildə Normandiya hersoqu I Vilyamın böyük nəvəsi Juditlə evlənmişdi. Ondan ancaq qızları olmuşdu (Matilda, Adelisa və Emma). 1077-ci ildə Eremburqa adlı başqa bir norman qadınla evlənmişdi. Ondan olan övladları: Mauger — Troyana qrafı Matilda Muriel Konstansiya — II Konradla evlənmişdi.
Rocer Bekon
Rocer Bekon (ing. Roger Bacon; təq. 1220 – təq. 1292 və ya 1294, Oksford) — ingilis filosofu və təbiətşünası. Sxolastik metodlarla elmin insanlara fayda verməli olduğunu irəli sürdü. Bekon Aristotelin baxışlarına istinad edərək göstərirdi ki, duyğular mühüm psixi proseslərin daha vacibi olmaqla, biliklərin yaranmasına material verir.
Rocer Federer
Roje Federer (8 avqust, 1981, İsveçrə, Bazel) – isveçrəli tennisçi. == Karyerası == İlk olaraq 1998-ci ildə peşəkar turnirində iştirak etmişdir. Gələcəyin 1 nömrəli tennisçisi ilk turnirində 1/16 finalda Lukas Arnold Kerə məğlub olmuşdur. İlk finalını 2000-ci ildə Marsel Açıq turnirində Marc Rossetə qarşı oynamışdır və bu final oyununda 3 setdə məğlub olmuşdur. === 2001-ci il === 2001-ci ildə Milan İndoor turnirində ilk çempionluğunu əldə etmişdir. Həmin il o, 2 Böyük Dəbilqə serialı tennis turnirlərində - Roland Garros və Uimbldonda - 1/4 finala çıxmağa nail olmuşdur. === 2002-ci il === 2002-ci ildə Hamburq Master Series turnirində finalda Marat Safini udaraq çempionluğu əldə etmişdir. Bu çempionluq Rogerin 2002-ci ildə əldə etdiyi ən böyük nəaliyyəti olmuşdur. === 2003-cü il === 2003-cü il Rogerin ilk Böyük Dəbilqə serialı turnirində çempion olmağı ilə yadda qaldı. O, Uimbldon finalında Mark Filippoussisi məğluq etmişdir.
Rocer Fenton
Rocer Fenton ( 28 mart 1819 – 8 avqust 1869[…], London) — bilinən ilk rəsmi müharibə fotoqrafı.
Rocer Mayerson
Rocer Mayerson (ing. Roger Bruce Myerson; d. 29 mart 1951) — amerikalı iqtisadçı. 2007-ci ildə Leonid Qurvits və Erik Meskin ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafatı qazanma səbəbləri "Mexanizm dizaynı nəzəriyyəsinin əsasını qoymaları" olaraq açıqlanmışdır. == Həyatı == Rocer Mayerson 29 mart 1951-ci ildə yəhudi bir ailənin övladı olaraq anadan olmuşdur. Harvard Universitetində magistr və doktorluq dərəcəsinə yüksəlmişdir. Doktorluq dissertasiyasının mövzusu Kooperativ oyunlar nəzəriyyəsi (ing. A Theory of Cooperative Games) idi.Rocer Mayerson 1976-2001-ci illərdə Şimal-Qərb Universiteti Kelloq Menecment məktəbinin iqtisadiyyat bölməsində müəllim heyətinin tərkibinə daxil idi. 1978-1979-cu illərdə Baylefeld Universitetində qonaq tədqiqatçı olmuşdur.
Rocer Mur
Ser Rocer Corc Mur (ing. Sir Roger George Moore; 14 oktyabr 1927[…], Stokuell, London qraflığı[d] – 23 may 2017[…]) — Britaniyalı kinoaktyor, ssenarist və prodüser. Əsasən Ceyms Bond rolu ilə məşhurlaşmışdır. == Həyatı == === Gənclik illəri === Rocer Mur 14 oktyabr 1927-ci ildə London yaxınlığındakı Stokuelldə (Stocwell) anadan olub. Atası Corc Mur polis, anası Lilian Mur evdar qadın olub. Rocer 18 yaşında ikən milli orduya gedib və kapitan rütbəsinə qədər qalxıb. Hərbi xidmətini başa vurduqdan sonra Dramatik İncəsənət Kral Akademiyasında (ing. Royal Academy of Dramatic Art (RADA)) oxuyub. === Ceyms Bond obrazı === Rocer Mur daha çox Ceyms Bond haqqında lentə alınan filmlərin qəhrəmanı kimi tanınmışdır. Aktyor "Yaşa və ölməyə imkan ver" (Live and Let Die, 1973), "Qızıl tapançalı adam " (The Man with the Golden Gun, 1974), "Məni sevən casus" ("The Spy Who Loved Me, 1977), "Ay yarışçısı" (Moonraker, 1979), "Ancaq sənin gözlərin üçün" (For Your Eyes Only, 1981), "Səkkizayaqlı ilbiz" (Octopussy,1983) və "Öldürməyə baxış" (A View to a Kill,1985) filmlərində 007 nömrəli agent rolunu oynayıb.
Rocer Seyvori
Rocer Mervin Seyvori (ing. Roger Mervyn Savory 27 yanvar 1925, Piterboro[d], Kembricşir qraflığı[d] – 17 fevral 2022) — iranşünas və Səfəvilər dövrü üzrə mütəxəssis. == Həyatı == Rocer Seyvori Londonda Vladimir Minorskinin yanında oxumuşdu. İngilis dilinə tərcümə edilmiş şərq mənbələri sırasına ("Tarixi Aləm-arayi Abbasi" və "Təzkirat-əl-Mülük"ü də aid etmək İsgəndər bəy Münşinin "Tarixi Aləm-arayi Abbasi" əsərini fars dilindən ingiliscəyə Rocer Seyvori tərcümə etmişdir. O, iki cildlik bu tərcüməni 1979-cu ildə işıq üzü görmüş "İran irsi" seriyasında nəşr etdirmişdir. Özünün dediyi kimi. R. Seyvori, fars dilini bilməyən tədqiqatçılara Səfəvi dövrü tarixşünaslığının ən əhəmiyyətli mənbələrindən biri olan adı çəkilən əsərlə tanış olmaq imkanı vermək istəyi ilə bu tərcüməni etmişdir. Səfəvi dövlətinin tarixinə dair ən məşhur əsərlər sırasında Toronta Universitetinin professoru Rocer Seyvorinin "İran Səfəvilərin hakimiyyəti altında" əsəri və "Səfəvi İranının tarixinə dair hekayələr" adlanan məqalələr toplusu xüsusi yer tutur. Bu əsərlərdə müəllif müxtəlif mənbələr — Qərbi Avropa və Amerika tarixşünaslığında toplanmış faktiki materiallardan və şərq mənbələrindən istifadə edərək Səfəvi dövlətinin yaranışı, dövlət quruluşu, hüquqi və inzibati idarəçiliyi, xarici siyasət məsələlərini, xüsusilə Qərblə əlaqələrini geniş işıqlandırmış, sülalənin mövcudiyyatının müxtəlif mərhələlərində sosial, iqtisadi, siyasi tarixini, intellektual həyatını araşdırmışdır. Müəllifın Səfəvi dövlətinin tənəzzül və süqutu ilə bağlı fikir və mülahizələri Azərbaycan tarixi üçün xüsusilə önəmlidir, lakin R. Seyvorinin Səfəvilərin türk mənşəli olmasını şübhə altına alması, əlbəttə ki, qeyri-məqbuldur.
Rocer Teylor
Rocer Teylor (26 iyul 1949) — Məşhur Rok qrupu Queen in üzvü İngiltərədə dünyaya gəlmişdir. Qrupun albomlarında ən əvvəldən bəri iştirak etmişdir və bəstələrin bir çoxunu özü səsləndirmişdir. Musiqi həyatına 8 yaşında başlamışdır. Musiqini çox sevsə də, peşəkar həyatına diş həkimi olaraq davam etmək istəmiş və 1967-ci ildə Londona köçərək ''London Hospital Medical School" da oxumağa başlamışdır. Lakin qısa vaxt ərzində buradan ayrılmış və "London Polytechnic" məktəbində biologiya öyrənməyə başlamışdır. 1968-ci ildə Brayan Mey və Tim Stafel ilə birlikdə Smile qrupunu qurmuş, lakin Stafelin qrupdan ayrılmasından sonra Freddi Merkyuri və Con Dikonla birlikdə Queen qrupunu qurmuşdur.
Rocer Ver
Rocer Kit Ver (ing. Roger Keith Ver; 27 yanvar 1979, San-Xose, Kaliforniya) – "bitcoin" startaplarına erkən investor. Rocer Ver aşağı kriptovalyuta ötürmə qabiliyyəti və yüksək əməliyyat xərcləri kimi problemləri həll etməyi qarşısına məqsəd qoyan "Bitcoin Cash" kriptovalyutasının əsas tərəfdarlarından biridir.Rocer Ver ABŞ-də, Kaliforniyanın San-Xose şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Rocer bir il De Anza Kollecində oxumuş, lakin sonra biznes maraqlarını həyata keçirmək üçün təhsilini yarımçıq qoymuşdur. 2005-ci ildə o, qeyri-qanuni yollarla partlayıcı satdığı üçün 10 ay həbsdə yatdıqdan sonra Yaponiyaya köçmüşdür. 2014-cü ildə Rocer Sent-Kits və Nevis vətəndaşı olmuş, ABŞ vətəndaşlığından imtina etmişdir.
Şən Rocer
Şən Rocer (ing. Jolly Roger) — ingilis dilində ənənəvi olaraq XVIII əsrdə dəniz quldurlarının bayrağına deyilən ad. Bayraqda adətən kəllə sümüyü və iki çarpazlaşmış sümükdən ibarət olan simvol əks olunurdu.
Rocer Ceyms Hnatyuk
Rocer Ceyms Hnatyuk (ing. Roger James Hnatiuk; 1946) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Rocer Ceyms Hnatyuk bitkilər üzrə ixtisaslaşmışdır.
Broker
Broker (ing. broker — dəllal, broker, vasitəçi) — satıcı ilə alıcı arasında, yaxud sığorta olunanla sığorta edən arasında (sığorta brokeri), eləcə də əmlak sahibi ilə kirayəniş arasında vasitəçəlik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxs. Broker — qiymətli kağızlar bazarında birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin adından onun hesabına, müştərinin adından öz hesabına, yaxud öz adından müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisidir. Broker, müştəri ilə broker xidməti haqqında müqavilə bağlayır. Əqdin yerinə yetirilməsi haqqında broker əqdin əks tərəfə göndərilən təsdiqnaməsini tərtib etməklə dərhal müştərini məlumatlandırmalıdır. Brokerlər tərəfkeşlik etməməli və öz vəzifələrini heç kəsə ötürə bilməz. Brokerin kurtaj adlanan xidmət muzdu onun vasitəçiliyilə bağlanmış hər bir əqdin ümumi məbləğinin müəyyən faizindən, yaxud əvvəlcədən müəyyən edilmiş məbləğdən ibarətdir. Həmçinin, broker birjadakı hər bir alqı-satqını təsdiqləyən və bordero adlanan haqq-hesab qeydləri edir. Borderonu əqdin hər iki tərəfi imzalayır. Brokerlər hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərə bilər.
Brooker
İen Bruker (ing. Murray Ian Hill Brooker; 2 iyun 1934, Adelaida – 25 iyun 2016, Kanberra) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == İen Bruker daha çox evkalipt cinsi üzrə mütəxəssis kimi tanınıb. == Əsərləri == Field Guide to Eucalypts, Melbourne, 1983—1994, 3 volumes: South-Eastern Australia, South-western and Southern Australia, Northern Australia. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == Hall, Norman (1978). Botánicos de los Eucalypts. Australia: CSIRO. ISBN 0-643-00271-5.
Hacker
Haker (ing. hacker, hack - yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər. == Yaranma tarixi == Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
Rockley
Alisiya Amxerst (ing. Alicia Amherst; 30 iyul 1865, Pul, Dorset[d] – 14 sentyabr 1941, Pul, Dorset[d]) — Böyük Britaniya botaniki, bağban və ingilis bağçılığın tarixinə dair ilk elmi kitabın müəllifi. == Elmi fəaliyyəti == Alisiya Amxerst toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == "The History of Gardening in England" (1896) "Children'S Gardens" (1902) "London Parks and Gardens" (1907) "Children and Gardens" (1908) "Wild Flowers of the Great Dominions of the British Empire" (1935) "Some Canadian Wildflowers: Being the First Part of Wild Flowers of the Great Dominions of the British Empire" (1937) "Historic Gardens of England" (1938) == Şərəfinə adlandırılmalar == 1918-ci ildə Alisiya Amxerst Britaniya İmperiyası Ordeninə layiq görülmüşdür. "Hebe" cinsinə aid 'Alicia Amherst' (sinonim "H. veitchii") sortu .
Ronjer
Ronjer (fr. Rongères) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03215. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 551 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 359 nəfər (15–64 yaş arasında) arasında 258 nəfər iqtisadi cəhətdən, 101 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,9%, 1999-cu ildə 65,2%). Fəal olan 258 nəfərdən 246 nəfər (135 kişi və 111 qadın) işləyir, 12 nəfər işsizdir (6 kişi və 6 qadın). 101 hərəkətsiz 31 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 36 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Volker
Volker — soyad. Pol Volker — Aktyor, Model. Corc Herbert Volker Buş — Corc Buş (ata) - ABŞ-nin 41-ci prezidenti. Corc Volker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
Router
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. == İş prinsipi == Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Coker
Coker (personaj)
Poker
Poker — Şans, bacarıq, risk və taktikaya söykənən bir kart oyunudur. Pokerin bir çox növü vardır: 3 card poker, omaha və s. Bunlardan ən çox bilinəni isə Texas Hold'em Pokerdir. Pokerdə ümumi olaraq hər bir oyununda ən yaxşı beşliyi sıralamaq əsasdır. Yəni hər bir oyunçu üçün oyunun əsas məqsədi paylanılan 2 kartla yerdəki kartları tamamlayıb ən yaxşı 5-li yığıb rəqib və ya rəqiblərin çiplərini (oyun pulu) toplamaqdır. Poker, ən az 2, ən çox isə 10 nəfərlə və 1 ədəd 52-lik dəstəylə oynanır. Oyunun masadakı istiqaməti saat istiqamətindədir. ↻ {\displaystyle \circlearrowright } Masada kafi iştirak sayı olduğu müddətcə davam edən oyunda kart sıralaması isə belədir: A, K, Q, J, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2 == Pokerin qaydaları == Bütün rənglərin dəyəri bərabərdir. Ancaq 5 fərqli və ya bərabər əllər gəldiyində "Ürək, Qara Ürək (Pik də deyilir), Kərpic, Xaç (Gəşniş də deyilir)" sıralaması tətbiq olunur. Oyunun başlanğıcında maksimum məbləğ müəyyən edilir.
Nökər
Nökər (peşə) — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Nökər (Monqolustan) — orta əsrlərdə monqol əyanlarının silahlı dəstəsinin üzvləri.