Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lasianthus rostratus
Lasianthus rostratus (lat. Lasianthus rostratus) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin lasianthus cinsinə aid bitki növü.
Leopold Rostropoviç
Leopold Rostropoviç (rus. Леопо́льд Ростропо́вич; 26 fevral 1892, Voronej, Rusiya imperiyası — 31 iyul 1942, Orenburq, SSRİ) — sovet violonçelisti, pedaqoqu və dirijoru, Saratov və Azərbaycan konservatoriyalarının professoru. Mstislav Rostropoviçin atası. Leopold Rostropoviç Voronej şəhərində pianoçu və pedaqoq Vitold Rostropoviçin ailəsində anadan olub. Atası Voronejə 1870-ci illərin sonunda gəlmişdi. Anası — Matilda Aleksandrovna Pule. Leopold hələ kiçik yaşlarından atasından fortepianoda çalmağın, bəstələməyin yollarını öyrənirdi, lakin onun peşəkar gələcəyini violonçelist Aleksandr Lukiniçlə görüşü təyin etdi. Milliyyətcə çex olan Lukiniç Vitold Rostropoviçlə ansamblda çalırdı. Məşqlərdə iştirak edən kiçik Leopold violonçel alətinə vurulur. Lukiniç Leopoldla ciddi məşğul olur.
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi — dünya şöhrətli violonçelist, Mstislav Rostropoviçin anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə yerləşən muzey. Muzey 2002-ci il mart ayının 4-də açılmışdır. Muzeyin ekspozisiyasında M. Rostropoviçin uşaqlıq, gənclik, həyat və yaradıcılıq illərinin çiçəkləndiyi dövrləri əks etdirən maraqlı materiallar nümayiş etdirilir. Muzeyin ekspozisiyası iki hissədən ibarətdir. Birinci hissədə Rostropoviçlər ailəsinin yaşadığı evin ab-havası, o dövrkü mühit əks etdirilmişdir. Muzeydə nümayiş olunan eksponatlar arasında Leopold Rostropoviç tərəfindən oğluna yazdığı (1942-ci il) məktub da vardır. Bu məktub M. Rostropoviç üçün hər bir zaman mənəvi dayaq olmuşdur. Ekspozisiyanın ikinci hissəsində M. Rostropoviçin həyat və yaradıcılığının mühüm anları, onun Bakı ilə əlaqələrini təsdiqləyən materiallar nümayiş olunur. Muzeydə M. Rostropoviç haqqında filmlər, maestronun ifası ilə yazılmış audio kasetlər və disklər vardır. Muzeydə daima olaraq Rostropoviçin ifasında musiqi (Bax, Bethoven) və onun dirijorluğu altında simfonik musiqilər səslənir.
Lygodesmia juncea var. rostrata
Shinnersoseris (lat. Shinnersoseris) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Shinnersoseris rostrata (A.Gray) Tomb Sinonim Lygodesmia juncea var.
Lygodesmia rostrata
Shinnersoseris (lat. Shinnersoseris) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Shinnersoseris rostrata (A.Gray) Tomb Sinonim Lygodesmia juncea var.
Mstislav Rostropoviç
Mstislav Leopoldoviç Rostropoviç (27 mart 1927[…], Bakı – 27 aprel 2007[…], Moskva) – violenç ifaçısı və dirijor. SSRİ xalq artisti (1966). Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violençel ifaçılarından biri sayılır. Lenin mükafatı (1964), 2-ci dərəcəli Stalin mükafatı (1951), Rusiya Federasiyasının Dövlət mükafatı (1995), RSFSR adına Dövlət Mükafatı laureatı, beş dəfə Qremmi mükafatı laureatı. SSRİ xalq artisti Qalina Vişnevskayanın həyat yoldaşı olub. 1974-cü ildən ailəsi ilə birlikdə xaricdə yaşayıb; 1978-ci ildə SSRİ vətəndaşlığından məhrum edilib, 1990-cı ildə Sovet vətəndaşlığına bərpa edilib. Mstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir. Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir.
Ophrys rostrata
Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır.
Penstemon rostriflorus
Penstemon rostriflorus (lat. Penstemon rostriflorus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Psychotria rostrata
Psychotria rostrata (lat. Psychotria rostrata) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü.
Rostral sütun (Sankt-Peterburq)
Rostral sütun (rus. Ростральные колонны) – Sankt-Peterburqun mərkəzində, Vasilevski adasında yerləşən memarlıq abidəsi. XIX əsrdə Rusiyanın şimal paytaxtının liman mayakı kimi istifadə olunmuşdur. Rostral sütunlar 1810-cu ildən etibarən, sütunları gəmi rostrları ilə bəzəyən fransız memar Jan Toma de Tomonun layihələri əsasında inşa edilməyə başlanmışdır. Bu cür dizayn ölkənin donanmasının gücünü göstərməklə yanaşı, həm də sütunları məhv edilmiş düşmən gəmilərinin rostrları (lat. Rostra, cəm şəklində lat. Rostrum, gəminin burnu) ilə bəzəmək kimi Qədim Roma adətinə əsaslanır. Sütunun layihəsi üzərində həm dəVoloqod quberniyasında kasıb kəndli ailəsindən çıxmış məşhur bənna Samson Suxanov işləmişdir. Sütun altlığındakı heykəllər İ. Jamberlen və J. Tibo tərəfindən işlənmişdir. Sütunun açılışı 1815-ci ildə baş tutmuş və mayak 1885-ci ilə kimi gecələr və dumanlı havalarda yandırılmışdır.
Rostratulidae
Rəngbərəng tənbəlcüllütlər (lat. Rostratulidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Rostroconchia
Rostroconchia (lat. Rostroconchia) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi.
Salvia pratensis var. rostrata
Çəmənlik adaçayı (lat. Salvia pratensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. Gallitrichum clusii Timb.-Lagr. Gallitrichum pratense (L.) Fourr. Plethiosphace leistneriana Opiz Plethiosphace pratensis (L.) Opiz Plethiosphace stenantha Opiz Salvia agrestis L. Salvia arnassensis Gand. Salvia barrelieri Ten. [Illegitimate] Salvia ceratophylla Ten. Salvia ceratophylloides Ard. Salvia clusii Timb.-Lagr. Salvia dubia K.Koch Salvia exasperata Cav.
Salvia rostrata
Çəmənlik adaçayı (lat. Salvia pratensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. Gallitrichum clusii Timb.-Lagr. Gallitrichum pratense (L.) Fourr. Plethiosphace leistneriana Opiz Plethiosphace pratensis (L.) Opiz Plethiosphace stenantha Opiz Salvia agrestis L. Salvia arnassensis Gand. Salvia barrelieri Ten. [Illegitimate] Salvia ceratophylla Ten. Salvia ceratophylloides Ard. Salvia clusii Timb.-Lagr. Salvia dubia K.Koch Salvia exasperata Cav.
Sesbania rostrata
Sesbania rostrata (lat. Sesbania rostrata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sesbaniya cinsinə aid bitki növü.
Shinnersoseris rostrata
Shinnersoseris (lat. Shinnersoseris) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Shinnersoseris rostrata (A.Gray) Tomb Sinonim Lygodesmia juncea var.
Solanum rostratum
Solanum rostratum (lat. Solanum rostratum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Tracyina rostrata
Tracyina (lat. Tracyina) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Viola rostrata
Viola rostrata (lat. Viola rostrata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Lophion rostratum (Muhl. ex Pursh) Nieuwl. Viola rostrata var. japonica (W.Becker & H.Boissieu) Ohwi Viola rostrata var.
Vitold Rostropoviç
Vitold Rostropoviç (rus. Витольд Ростропович; 22 aprel 1856, Varşava quberniyası, Rusiya imperiyası — 25 sentyabr 1913, Voronej, Rusiya imperiyası) — pianoçu, pedaqoq, bəstəkar, naşir və fortepiano üçün pedaqoji pyeslər toplusunun tərtibçisi. Violonçelist Leopold Rostropoviçin atası, violonçelist Mstislav Rostropoviçin babası. Vitold 1870-ci ildə Leypsiqə köçür və orada mühəndis işini öyrənir. Eyni zamanda konservatoriyanın professorları Reyneke və Yadassonun rəhbərliyi altında musiqi təhsili alır. Musiqiyə olan hədsiz məhəbbət onu təmamilə özünə cəlb edir və artıq 1870-ci illərin axırlarında Vitold Rostropoviç Voronejda müəllim kimi fəaliyyət göstərməyə başlayır. 1880-ci ilin sentyabr ayında Voronej oğlanlar gimnaziyasında fortepiano üzrə müəllim işləyir. 16 il gimnaziyada müəllimlik fəaliyyət göstərən Rostropoviçin rəhbərliyi altında çoxlu gənc istedadlar təhsil almışlar. 1880-ci illərin əvvəllərində Voronejda musiqi həyatının canlandığı bir zamanda musiqiçilərin qastrol səfərləri, gecə konsertləri, şəxsi məktəblərin açılması bütün qüvvə və həvəslə işləyən yerli insanlardan güc tələb edirdi. Belə ki, 1883-cü ildə "Rus musiqi cəmiyyəti" şöbəsinin Voronejda yaradılmasında zəhməti olanlar sırasında xüsusilə pianoçu Vitold Rostropoviçin də böyük rolu olmuşdur.
Astragalus rostratus
Astragalus rostratus (lat. Astragalus rostratus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Məlumat azlığı" – DD. Qafqazın endemik növüdür. Kiçik Qafqazın cənub sahəsi (Yuxarı Qarabağ, Zəngilan rayonu – Pirçevan kəndinin ətrafında). 16 sm-dək hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqcıqlar 7-11 cüt, sivriləşmiş, 13 mm-dək uzunluqda, 1-1,5 mm enində, üst hissədə zəif, aşağı hissədə isə sıx sıxışdırılmış boz-tükcüklüdür. Salxım çiçək qrupu boş, 6-12 çiçəklidir. Kasacıq sıxışdırılmış ağımtıl və qara tükcüklü; dişlər bizvari; 2-3 dəfə borucuqdan qısadır. Paxlalar düz, silindrik, 4,5-6 sm uzunluğunda, nazik, 10 mm-dək uzunluqda buruncuqludur. Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-iyun-iyul aylarına təsadüf edir.
Lophion rostratum
Viola rostrata (lat. Viola rostrata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Lophion rostratum (Muhl. ex Pursh) Nieuwl. Viola rostrata var. japonica (W.Becker & H.Boissieu) Ohwi Viola rostrata var.
Salix livida var. rostrata
Bebb söyüdü (lat. Salix bebbiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix bebbiana var. perrostrata (Rydb.) C.K.Schneid. Salix livida var. occidentalis A.Gray Salix perrostrata Rydb. Salix rostrata Richardson Salix rostrata var. perrostrata (Rydb.) Fernald Salix starkeana subsp.
Salix vagans rostrata
Bebb söyüdü (lat. Salix bebbiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix bebbiana var. perrostrata (Rydb.) C.K.Schneid. Salix livida var. occidentalis A.Gray Salix perrostrata Rydb. Salix rostrata Richardson Salix rostrata var. perrostrata (Rydb.) Fernald Salix starkeana subsp.
Tragacantha rostrata
Astragalus rostratus (lat. Astragalus rostratus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Məlumat azlığı" – DD. Qafqazın endemik növüdür. Kiçik Qafqazın cənub sahəsi (Yuxarı Qarabağ, Zəngilan rayonu – Pirçevan kəndinin ətrafında). 16 sm-dək hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqcıqlar 7-11 cüt, sivriləşmiş, 13 mm-dək uzunluqda, 1-1,5 mm enində, üst hissədə zəif, aşağı hissədə isə sıx sıxışdırılmış boz-tükcüklüdür. Salxım çiçək qrupu boş, 6-12 çiçəklidir. Kasacıq sıxışdırılmış ağımtıl və qara tükcüklü; dişlər bizvari; 2-3 dəfə borucuqdan qısadır. Paxlalar düz, silindrik, 4,5-6 sm uzunluğunda, nazik, 10 mm-dək uzunluqda buruncuqludur. Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-iyun-iyul aylarına təsadüf edir.
Rosto
Rosto 500 gr qıyma 1 ədəd soğan 5–6 cəfəri 3 dilim çörək içi 1 ədəd yumurta 2 yemək qaşığı qırmızı şərab Duz, qara bibər Sous üçün : 1 yemək qaşığı ərinmiş şit yağı 1 ədəd soğan 2 diş sarımsaq 3–4 ədəd pomidor Yarım su stəkanı ət suyu 5–6 cəfəri Duz, qara bibər Soğan və cəfərini nazik-nazik doğrayın, çörək içini didin. Yumurtaları kiçik bir kasaya çırpıb yaxşıca qarışdırın. Qıyma, soğan, cəfəri, çörək içi, yumurta, qırmızı şərab, duz və qara bibəri yaxşıca qarışdırıb, yoğurun. Yastı bir tavanın dibini yağlı kağızla örtün. Qıymalı qarışığı tavaya tökün, 180 dərəcədə 1 saat 15 dəqiqə bişirin. Sousu hazırlamaq üçün ; 1 yemək qaşığı ərinmiş şit yağını qazanda qızdırın. Soğan və sarımsaqları çox incə doğrayıb yağda qovurun. Dilimlənmiş pomidor, ət suyu, cəfəri, duz və qara bibəri əlavə edib qarışdıraraq qızardın. Arada atəşi azaldın və qarışdıraraq 15 dəqiqə daha bişirin. Peçdən çıxarandan sonra hazırladığınızi dərin qaba tərs çevirərək qoyun.
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü. Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Roser Tarraqo
Roser Tarraqo (d. 25 mart 1993) — İspaniyanı təmsil edən su poloçusu. Roser Tarraqo, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Roser Tarraqo, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Rosir Kalderon
Rosir Kalderon — kubalı qadın voleybolçu. 1984-cü ildə dekabrın 28-i paytaxt Havanada anadan olmuşdu. 1978-ci il dünya çempionatında çempionluq yaşamış Erenia Diazın qızıdır. Hal-hazırda Dinamo Krasnodarın şərəfini qoruyur. Rosir 2002-ci ildən etibarən Kuba millisinə düzənli olaraq çağrılır. 2009-cu ildən etibarən isə milli komanda ilə demək olar ki, heç bir matça çıxmır. Voleybolçu bu müddətdə 65 dəfədən çox milli komandasının formasını tərlətmişdi. Onun millidəki ən böyük uğuru 2004 Yay Olimpiya Oyunlarında olmuşdu. Afinada keçirilən turnirdə komandasının yaşadığı üçüncülük sayəsində olimpiya bürüncünü boynundan asmışdı. 2011-ci ildə Qalatasaray ilə anlaşan voleybolçu karyerasında ilk dəfə olaraq Türkiyədə legioner həyatı yaşamışdı.
Qayıdış – rastr displeyində
Retrace ~ обратный ход ~ geri akma ~ qayıdış – rastr displeyində: elektron şüasının ekranda sağdan sol qırağa, yaxud aşağıdan yuxarı qırağa qayıdarkən getdiyi yol. Qayıdış elektron şüasını eninə daramanın yeni dövrəsi üçün başlanğıca, yaxud ekranın aşağısına yerləşdirir; bu müddətdə şüa ani olaraq sönür ki, onun ekranda izi görünməsin. Qayıdış hər saniyədə dəfələrlə yerinə yetirilir və həm də ciddi sinxronlaşdırılmış siqnallardan istifadə olunur ki, qaydış zamanı elektron şüasının sönməsi təmin edilsin. Bax: HORIZONTAL RETRACE, VERTICAL RETRACE. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Röşti
Röşti (alm. Rösti‎, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.
Vilhelm Roşer
Vilhelm Roşer(alm. Georg Friedrich Wilhelm Roscher‎; 21 oktyabr 1817, Hannover — 4 iyun 1894, Leypsiq) — Almaniya iqtisadçısı. Köhnə tarix məktəbinin banilərindən biri də Vilhelm Roşer (1817–1894-cü illər) idi. Roşer 1843-cü ildə buraxılmış "Tarixi metod" nöqteyi-nəzərindən siyasi iqtisad kursunun qısa əsasları" əsərində ilk dəfə tarixi metodun ümumi cizgilərini vermişdir. Roşerin "Xalq təsərrüfatının əsasları" (1854–1894) kitabı da maraq doğurur. Burada o, tarixi metoda müvafiq olaraq, hər bir millətin inkişafını aşağıdakı amillərin: təbiətin, əməyin və kapitalın, dəyişən hökmranlığı ilə əlaqələndirərək, J. B. Seyin üç istehsal amili nəzəriyyəsini şərh edir. Fridrix Listin ardınca Roşer müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını və deməli, iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi. Roşer xalqların təbii fərqlərini, həmçinin onun rəyincə müxtəlif millətlərdə ümumi təsərrüfat tipinin mümkünlüyünü istisna edən qabiliyyətlərinin və inkişaf dərəcələrinin fərqlərini ön plana çəkirdi. Roşer belə hesab edirdi ki, "donun eyni ölçü üzrə tikilmədiyi kimi, bütün xalqlar üçün də eyni iqtisadi ideal ola bilməz". Roşer cəmiyyətin inkişafının inqilabi yolunu rədd edərək, inkişafın yalnız təkamül formasını qəbul edirdi.
Aosta
Aosta — İtaliyanın Aosta Valley muxtar vilayətinin paytaxtı.
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir. Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır.
Lüstr
Lüstr, çilçıraq , qəndil və ya avizə — şaxələnmiş, dekorativ tavandan quraşdırılmış işıq qurğu. Çilçıraqlar ümumiyyətlə təmtəraqlıdırlar və onlarla lampa, kompleks şüşə serialları və ya kristal prizmalardan istifadə edərək işığın sınması ilə otağı işıqlandırırlar.
Mostar
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Reestr
Windows Reestr (Windows Registry) – Kompüterdə sistemin bütün sazlanmalarını, quruluşunu özündə saxlayan bazadır. Burada işləyərkən çox ehtiyatlı olmaq lazımdır. Reestri görmək üçün Start – Run sətrində regedit yazıb Enter vurmaq lazımdır. Reestr 6 bölmədən ibarətdir: HKEY_CLASSES_ROOT – fayl genişlənmələri haqqında məlumatları özündə saxlayır, HKEY_CURRENT_USER – müəyyən istifadəçinin sazlanmaları, HKEY_LOCAL_MACHINE – kompüterdə olan proqramlar, drayverlər haqqında və digər əsas sazlanmalar, HKEY_USERS – bütün istifadəçilər haqqında məlumatlar, HKEY_CURRENT_CONFIG – kompüterin konfiqurasiyası. Reestrdə hər hansı dəyişiklik sistemin işinə təsir edir, buna görə də öz işində arxayın olmayanlara reestrdə işləmək məsləhət görülmür. Ehtiyat üçün reestrin kopyasını götürmək olar. Bunun üçün Start – Run sətrində regedit yazıb Enter vurmaq, File menyusundan Export seçmək, ad yazmaq və Save vurmaq lazımdır.
Quercus robur subsp. robur
Devid Foster
Devid Foster (ing. David Foster) — dünya şöhrətli Kanada musiqiçisi.
Droste effekti
Droste Effekti — holland terminidir və 1904-cü ildə "Droste" kakao markasının şərəfinə ilk dəfə istifadə olunub. Droste effektli şəkildə həmin şəklin kiçildilmiş variantı yerləşdirilir. Kiçildilmiş şəklin özündə də həmin şəklin özünün daha da kiçildilmiş variantı əks etdirilir. Nəzəri olaraq bu proses sonsuz olaraq davam edə bilər, ancaq praktiki cəhətdən bu proses şəklin imkanları ilə məhdudlaşdırılır.
III Rocer
III Rocer — Apuliyanın beşinci hersoqu. II Rocerin oğlu idi. Atası ilə birgə üsyançılara və Papalıq ordusuna qarşı döyüşmüşdü. 1139-cu ildə Neapol şəhərini ələ keçirərək qardaşı Alfonsonu taxta çıxartmışdı. Heç vaxt evlənməsə də, qeyri-qanuni 2 oğlu var idi. 1148-cu ildə, 30 yaşında bilinməyən bir səbəbdən qəflətən vəfat etdi. Yerinə daha sonra kral olacaq olan qardaşı III Vilyam keçdi.
II Rocer
II Rocer (22 dekabr 1095 – 26 fevral 1154, Palermo) — Siciliyanın ilk kralı. 1105-ci ildə Siciliya qraflığının III qrafı olmuşdu. 1127-ci ildə isə Apuliya hersoqu olmuşdu. 1130-cu ildə Siciliya krallığının ilk hökmdarı elan edilmişdi. 9 yaşında taxta çıxmışdı. I Rocer və Adelheyd del Vastonun kiçik oğlu idi. 9 yaşında taxta çıxmışdı və anasının qəyyumluğu altında hakimiyyətdə idi. 1110-cu ilin yayında, 14 yaşında ikən Norveç kralı I Siqurd onu ziyarət etmişdi. 1112-ci ildən bəri tək hakimiyyətə başlamışdı. 1127-ci ildə Apuliya hersoqu II Vilyamın ölümündən sonra onun torpaqlarını ələ keçirdi.
Cudi Foster
Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. Hollywood-un məşhur aktrisalarından olan Alicia Christian Jodie Foster 1962-ci ilin 19 noyabrında ABŞ-nin Kaliforniya ştatının, Los-Anceles şəhərində anadan olub. Jodie aktrisalıq fəaliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə “Walt Disney” studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu “Napoleon and Samantha” (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Scorsesenin“Alice Doesn't Live Here Anymore” filmində rol alır. Daha sonra isə elə bu rejissorun “Taxi Driver” (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oscar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən John Hinckley adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reaganı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Jodie Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir.
Dieqo Kosta
Dieqo Kosta- Braziliya əsilli ispan futbolçu.İspaniya millisinin və Atletiko Madridin heyətində çıxış edir.
Emma Frost
Emma Frost (ing. Emma Frost) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlar komandası ilə tanınır. 1980-ci ildə Kris Klermont və Con Brin tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 129-cu sayında yer almışdır. Ağ kraliça adı ilə də tanınır. İlk əvvəllər bir super cinayəkar olsa da, yaxşıların tərəfinə keçib İks-adamların əhəmiyyətli üzvlərindən biri olmuşdur. Emma Frost bir telepatdır. Bununla yanaşı dərisi almaz qədər sərt ola bilir. 2011-ci ildə çəkilən "İks-adamlar: Birinci dərəcə" filmində Emma Frost əhəmiyyətli personajlardan biri olmuşdur. Bundan əvvəl 1996-cı ildə "Nəsil X" və 2009-cu ildə "İks-adamlar: Başlanğıc.
Eria rosea
Cryptochilus roseus (lat. Cryptochilus roseus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cryptochilus cinsinə aid bitki növü.
I Rocer
I Rocer (1031 – 22 iyun 1101 və ya 29 iyun 1101) — Siciliyanın ilk qrafı. Tankred Hoytvillin oğlu idi. Normanların nəslindən gələn Rocer 1055-ci ildə İtaliyaya gəlmişdi. Qardaşları ilə birlikdə uzun illər Siciliya əmirliyinə qarşı müharibə aparmışdı. 1071-ci ildə Palermonun ərəblərdən alınmasından sonra Siciliya qrafı elan edilmişdi. 1091-ci ildə Malta adasını almışdı. 1061-ci ildə Normandiya hersoqu I Vilyamın böyük nəvəsi Juditlə evlənmişdi. Ondan ancaq qızları olmuşdu (Matilda, Adelisa və Emma). 1077-ci ildə Eremburqa adlı başqa bir norman qadınla evlənmişdi. Ondan olan övladları: Mauger — Troyana qrafı Matilda Muriel Konstansiya — II Konradla evlənmişdi.
Kastr (rayon)
Kastr (fr. Castres) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Tarn. Suprefektura — Kastr. Rayon əhalisi 2006-cı ildə 187 455 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon sahəsi — 2195 km².
Kontr-admiral
Kontr-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-mayor rütbəsidir.
Kosta, Lorenzo
Lorenzo Kosta (it. Lorenzo Costa; 1460, Ferrara – 5 mart 1535, Mantova[d], Mantova əyaləti), və ya Lorenzo Kosta Böyük (il Vecchio) — İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin görkəmli nümayəndəsi. Ferrarada Kozimo Turanın şagirdi olmuşdu. 1483-cü ildə Bolonyaya köçərək, Françesko França ilə əməkdaşlıq etməyə başlamış və orada işləmişdi. Bolonyada olduğu dövrdə, Lorenzo Françanın üslubunu və texnikasının təsiri altına düşmüşdü. Kosta 1506-cı ildə Izabella d'Estenin dəvəti ilə Mantuyaya köçür və İzabellanın saray rəssamı olur. Lorenzo, Kastello di San Corcioda yerləşən Izabellanın Kabineti üçün A. Mentenyanın stilinə əsaslanaraq iki tablo çəkmişdi — "Harmoniya Krallığında Izabella d'Este" (ital. Isabella d'Este nel regno di Armonia, 1506, Luvr) və "Komusun Krallığı" (ital. Regno di Como, 1511, Luvr). Mantenya da əvvəllər həmin kabinet üçün rəsmlər yaratmışdı.
Kosta-Rika
Kosta Rika - Latın Amerikasında dövlət. Paytaxtı San-Xose şəhəridir.Ərazisi- 51,1 min kv.km; əhalisi -4 760 min nəfərdir (2014-cü ilin təxmini). Suveren dövlət vahid prezident konstitusiya respublikasıdır. Uzun müddət davam edən və sabit demokratiyası və əksəriyyəti ingilis dilində danışan yüksək təhsilli işçi qüvvəsi ilə tanınır. Ölkə büdcəsinin (2016) təxminən 6,9% -ni təhsilə xərcləyir, bu isə dünya üzrə orta hesabla 4,4% -dir. Bir vaxtlar kənd təsərrüfatından çox asılı olan iqtisadiyyatı, maliyyə, xarici şirkətlər üçün korporativ xidmətlər, əczaçılıq və ekoturizm kimi sektorları əhatə etmək üçün şaxələnmişdir. Bir çox xarici istehsal və xidmət şirkətləri Kosta Rikanın Sərbəst Ticarət Bölgələrində (FTZ) fəaliyyət göstərir və burada investisiya və vergi güzəştlərindən faydalanırlar. Mərkəzi Amerikada Kosta-Rika adlı ispan dilindən tərcümədə "varlı sahil" mənasını bildirən bu balaca respublikaya belə adı 1502-ci ildə Xristofor Kolumb vermişdir. Yerli əhalinin qızıl zinət əşyalarının miqdarından heyrətə gələn ispanlar güman edirlər ki, bu ölkə qızılla zəngindir. Lakin onlar yanılırdılar.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Poştə
Poştə (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Nəhre Poştə — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd.
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.
Domokoş Koşar
Domokoş Koşar (mac. Kosáry Domokos; 31 iyul 1913, Banska Ştyavnisa – 15 noyabr 2007, Budapeşt) — 1990-1996-cı illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışmış macar tarixçisi və yazıçısı. Domokoş Selmecbanyada anadan olmuş və İkinci Dünya müharibəsi zamanı Macarıstanın Almaniya ilə əməkdaşlıq etməsinə qarşı çıxmışdır. 1956-cı ildə uğursuz Macarıstan inqilabından sonra kommunist rejiminə qarşı çıxdığı üçün həbs olunmuşdu. Domokoş 1990-cı ildə Macarıstan Elmlər Akademiyasının (MEA) prezidenti seçilmiş və 1993-cü ildə ikinci dəfə üç il müddətinə yenidən seçilmişdir. MEA-da daha yeni, daha demokratik qanunlar həyata keçirtmək üçün səy göstərmişdi. MEA-nı tənzimləyən yeni qanunlar 1994-cü ildə Macarıstan Parlamenti tərəfindən qəbul edilmişdir. Domokoş Koşar 15 noyabr 2007-ci ildə 95 yaşında Budapeşt şəhərində vəfat etmişdir.
Gösta Agren
Sven Gösta Ågren - (3 avqust 1936 – 24 iyun 2020), Fin yazıçısı və şairi. Ågren 1936-cı ildə Finlandiyanın Ostrobothnia şəhərində anadan olub. 1988-ci ildə "Jär" əsəri ilə Finlandiya Mükafatını qazandı. Əsərlərini İsveç dilində yazan Gösta Egren, Mark İncilini ədəbi dəyərlərinə görə təriflədi. "Dülgər" adlı kolleksiyasını buraxdı. Sol tərəfə yaxın fikirləri ilə tanınıb, bunu kənd "proletariatı" ndakı avtobioqrafik əsərlərində görmək olar. Qardaşları Leo və Erikdə özü kimi yazdılar. Şeirlər, oçerklər və tərcümeyi-hallarını nəşr etdirdi. Verilən ədəbi mükafatlar arasında 1989-cu ildə Jär ('Burada') adlı şeir toplusuna görə Finlandiya Mükafatında iştirak etdi. Avstriyanın şeirlərində tez-tez doğulduğu Ostrobotniya, Finlandiyanın qərb sahillərindən danışdı.
Gösta Åqren
Sven Gösta Ågren - (3 avqust 1936 – 24 iyun 2020), Fin yazıçısı və şairi. Ågren 1936-cı ildə Finlandiyanın Ostrobothnia şəhərində anadan olub. 1988-ci ildə "Jär" əsəri ilə Finlandiya Mükafatını qazandı. Əsərlərini İsveç dilində yazan Gösta Egren, Mark İncilini ədəbi dəyərlərinə görə təriflədi. "Dülgər" adlı kolleksiyasını buraxdı. Sol tərəfə yaxın fikirləri ilə tanınıb, bunu kənd "proletariatı" ndakı avtobioqrafik əsərlərində görmək olar. Qardaşları Leo və Erikdə özü kimi yazdılar. Şeirlər, oçerklər və tərcümeyi-hallarını nəşr etdirdi. Verilən ədəbi mükafatlar arasında 1989-cu ildə Jär ('Burada') adlı şeir toplusuna görə Finlandiya Mükafatında iştirak etdi. Avstriyanın şeirlərində tez-tez doğulduğu Ostrobotniya, Finlandiyanın qərb sahillərindən danışdı.
Göstər özünü
Göstər özünü (ing. Shake It Up) — Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-cu ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orijinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orijinal serialıdır.