Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kotte
Şri Cayavardenepura Kotte (sinh. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, tam. ஸ்ரீ ஜயவர்த்தனபுரம் கோட்டே) — Kolombonun cənub hissəsində yerləşir, əhalisi 115 min nəfər. (2008-ci il).Şri-Lanka'nın qanunverici paytaxtıdır. Cayavardenepura ifadəsi sinhal dilində "gələcək qələbələr şəhəri" deməkdir. Bu ad şəhərə qurucusu Alaqakkonaray tərəfindən verilib və keçmiş prezident Cunius Riçard Cayavardeneyə aidiyyatı yoxdur. "Kotto" tamil dilində "qala" deməkdir. Kotte sinhal dövlətinin 1415—1565ci illərdə paytaxtı olub. Ada Portuqaliya tərəfindən tutulandan sonra paytaxt Kolomboya köçürülüb. 1979-cu ildə paytaxt köhnə yerə köçürülür, müasir adı da saxlanmaqla köhnə adı qaytarılır.
Bonate Sopra
Bonate Sopra (it. Bonate Sopra) — İtaliyada, Lombardiya regionunun Berqamo vilayətində yerləşən kommuna. Əhalisi 7537 nəfərdir (2008), əhalinin sıxlığı 1269 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 035. Kommunanın hamisi Theotokos Dormition hesab olunur.
Bonate Sotto
Bonate-Sotto (it. Bonate Sotto), İtaliyada, Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan bir kommunadır. Əhalisi 6010 nəfər, əhali sıxlığı 903 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 035. Müqəddəs Sebastyan kommunanın hamisi sayılır. Kommuna bayramı hər il 20 yanvarda qeyd olunur. Qonşu kommunalar: Dalmine, Madone, Filago, Bonate Sopra, Treviolo.
Clash Royale
Clash Royale — "Supercell" şirkəti tərəfindən yaradımış və nəşr edilmiş real zamanlı, pulsuz, çox oyunçulu videooyun. Oyun stolüstü kart oyunları, qala müdafiəsi və MOBA oyunlarından olan elementləri özündə birləşdirir. Oyun dünya miqyasında 2 mart 2016-cı ildə buraxılıb. "Clash Royale" oyun bazarında bir ildən az müddətdə 1 milyard dollar gəlir əldə edib. "Sensor Tower" şirkətinin məlumatına görə "Clash Royale" oyunun üç il ərzində qazandığı gəlir 2.5 milyard dollardır. Bu "Clash of Clans" oyunun ilk spin-off seriyasıdır. == Oynanış == Oyunda gümüş, qızıl, nəhəng, sehrli, epik, əfsanəvi kral sandığı, tac sandığı, turnir sandığı əfsanəvi sandıq var. Bu sandıqlar oyunun sonunda tapıla bilər və ya qiymətli daşlarla satın alına bilər. Bu sandıqlardan alacağınız kartlarla 8 kart destesi yaradaraq digər onlayn oyunçularla eyni vaxtda döyüşə biləcəyiniz bu oyunda maksimum 50 nəfərlik klanlar da var.Döyüş kuboklarını toplaya bilərsiniz. Oyunda 5 növ kart növü var: Ümumi, Nadir, Epik Əfsanəvi və Çempion.
Renate Linqor
Renate Linqor — Qadın futbolu üzrə dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı == Həyatı == Renate Linqor Almaniyanın Karlsrue şəhərində doğulub. == Karyerası == === Klub karyerası === O, futbol oynamağa 1981-ci ildə "SV Blankenloch" klubunda başlayıb, 1983-cü ildən "Karlsrue SC" klubunun gənclərdən ibarət komandasında çıxış edib. Almaniya Bundesliqasında peşəkar karyerasına 14 yaşında "SC Klinge Seckach" klubu ilə müqavilə imzaladıqdan sonra başlayıb. Almaniyanın bir sıra aparıcı klublarından təklif almasına baxmayaraq, o, adıçəkilən klubda 1997-ci ilə qədər çıxış edib. Həmin il Renate Linqor "FFC Frankfurt" klubunda mərkəz yarımmüdafiəçi mövqeyində oynamağa başlayıb. Linqor 2 dəfə UEFA Kubokunun qalibi (2002, 2006), 5 dəfə Almaniya çempionu (1999, 2001, 2002, 2003, 2005), 5 dəfə Almaniya Kubokunun qalibi (1999, 2000, 2001, 2002, 2003) olub. 2007-2008-ci il mövsümündən sonra futbolçu karyerasını başa vurub. === Milli karyerası === 1995-ci ildə Almaniya milli komandasına dəvət olunan Renate Linqor buna qədər Almaniyanın 20 yaşlı futbolçulardan ibarət yığmasının tərkibində 19 oyunda meydana çıxıb. 2006-cı ildə Marta (Braziliya) və Kristin Lilli (ABŞ) ilə bərabər Dünyada İlin Ən Yaxşı Qadın Futbolçusu adına Renate Linqorun da namizədliyi irəli sürülüb. Linqor Milli komandada 2 dəfə dünya çempionu (2003, 2007), 2 dəfə Avropa çempionu (2001, 2005) və 2 dəfə Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2000, 2004) olub.
Rosane Evald
Rosane Evald (27 avqust 1973) — Braziliyalı atıcı. Rosane Evald Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rosane Evald birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 396.9 xal toplayaraq 51-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Rotator manjeti
Rotator manjeti — çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə bilrəşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür. == Funksiyası == Rotator manjeti çiyinin hərəkətində və oynağın stabilliyində böyük rol sahibidir. Bu əzələlər kürək sümüyündən başlanıb, bazu sümüyün proksimal hissəsinə birləşərək çiyin oynağında manjet əmələ gətirir. Onlar bazu sümüyünün başlığını (oynağı) kürək sümüyündə (oynaq çuxurunda) saxlayır. Qolun abduksiyası zamanı rotator manjeti çiyin oynağını compresləşdirir ki, bu da deltayabənzər əzələnin qolun daha da uzağa hərəkətini təmin etməyə imkan verir. Yəni ilk 10-15 dərəcə abduksiyanı rotator manjeti həyata keçirdir, 30 dərəcədən sonra isə deltayabənzər əzələnin effektivliyi daha da artır.
Rotten Tomatoes
Rotten Tomatoes (azərb. Çürümüş pomidorlar‎) — kinematoqrafiya haqqında bütün informasiyaların toplandığı sayt. Sayt 19 avqust 1998-ci ildə ABŞ-də Sen Dionq tərəfindən yaradılmışdır. Saytın məhdudlaşdırılan formaları Böyük Britaniya və Avstraliyada mövcuddur.
Sofiya Rotaru
Sofiya Mixaylovna Rotaru (mold. Sofia Rotaru, ukr. Софiя Ротару; 7 avqust 1947, Marşintsı[d], Çernivtsı vilayəti) — SSRİ, Rusiya, Ukrayna, Moldova pop müğənnisi, musiqiçi, kino və musiqi prodüseri, aktrisa, uğurlu iş adamı və moda yaradıcısı. Rotarunu məşhurlaşdıran onun lirik səsi, mehriban qadın xarici görünüşü və qazandığı nüfuzudur. Onun karyerası Şərqi Avropada və keçmiş SSRİ-də musiqi səhnəsində cəsarətli addımları ilə müşayiət olunmuşdur. Mətbuat onu "Pop kraliçası" və "Bu bizim dünyamızdır!" adlandırmışdı. 1988-ci ildə keçmiş SSRİ-də pop-müğənnilər arasında "SSRİ Xalq artisti" adı almış ilk şəxs olmuş, 2000-ci ildə isə XX əsrin müğənnisi elan edilmişdi. Bu gün Sofiya Rotaru Ukrayna vətəndaşı, Krım və Yaltanın fəxri sakinidir. Sofiya Rotaru əsasən Yaltada yaşasa da , tez-tez Kiyevdə, Baden-Badendə və Moskva şəhərində də məskən salır. Məşhur müğənni Ukrayna SSR-nin Xalq Artisti, Moldova SSR-nin Xalq Artisti, SSRİ Xalq artisti fəxri adlarına layiq görülmüş, Lenin Komsomolu mükafatı laureatı olmuşdur.
Tiefinq Konate
Tiefinq Konate — Mali Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2017-ci ildən)
Vladimir-Rasate
Vladimir-Rasate (təq. 850, Birinci Bulqar dövləti – ən tezi 893 və ya 893, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin Tenqriçi son imperatoru. == İlkin həyatı == Vladimir-Rasate atasının dövründə sərkərdə idi. Serbiya knyazının Vlastimirin ölümündən sonra oğulları Mutimir,Stroyimir və Qoynik arasında müharibə başlamışdı. Serbiya knyazlığındakı ara müharibələrindən istifadə edən Boris oğlu Vladimir-Rasate başçılığında ordu göndərsə də qələbəyə nail ola bilməmişdi. Vladimir və 12 boyar əsir düşmüşdü. Daha sonra əsirlikdən qurtulmuşdu və evinə qayıtmışdı. == Hakimiyyəti == 892-ci ildə Müqəddəs Roma imperiyası hökmdarı Arnulf ilə saziş imzalamışdı. Vladimir-Rasate xristianlığı Bizansın təsiri olaraq görür və Tenqriyə inamı geri qaytarmaq istəyirdi. Sadəcə bir hissə boyar tərəfindən dəstəklənən Vladimir 893-cü ildə atası Boris tərəfindən devrildi və kor edildi.
İosif Rotter
İosif Rotter (rus. Иосиф Роттер) — XIX əsrin ikinci yarısı — XX əsrin birinci yarısında yaşamış alman rəssamı. == Həyatı == Münhen Rəssamlıq Akademiyasında oxumuşdur. Bir müddət Tiflisdə yaşamış, burada nəşr olunan jurnallara karikaturalar (1903-1905) çəkmişdir. 1906-1914-cü illərdə "Molla Nəsrəddin" jurnalında əməkdaşlıq etmişdir. Jurnalın fəailiyyətinin ilk dövründən Oskar Şmerlinqlə birgə işləyən İosif Rotter, "Molla Nəsrəddin" səhifələrində onun ideya ruhuna, dərin məzmunlu felyetonlarına uyğun ştrix rəsmli illüstrasiya və kəskin karikaturalarla çıxış etmişdir ("İbadət", "Yalançı alimlər", "Kənd yasavulu qeyri-mövsüm zamanı və məhərrəmlikdə", "Şeyx və çəyirtkələr"). İosif Rotter rusca çox zəif bilirdi. Mirzə Cəlil çəkiləcək rəsmlərin mövzusunu işarə ilə ona başa salar, Tiflisin müsəlman hissəsində, "Şeytanbazar" məhəlləsində yaşayan əhali arasından tiplər seçib ona göstərərək, bunlardan istifadə etməyi məsləhət görərdi. Firdovsinin "Şahnamə" poemasındakı "Rüstəm və Söhrab" dastanına və bir sıra erməni xalq dastanlarına illüstrasiyalar çəkmişdir. == Dəsti-xətti == İosif Rotterin qrafik dəsi-xətti aydın və anlaşıqlı olmaqla, rəsmlərində xırda ştrixlərə xüsusi əhəmiyyət verir, təsvirin, həcm və ölçülərin real alınmasına nail olurdu.
Royaye Ma
A dream or Dream Or Our Dream (Fars: یک رؤیا یا رؤیای ما) Abi və Shadmehr Aghilinin sinqlidir, bu onların Navaş və Badebin mahnılarından sonra üçüncü iş birliyidir. Bu mahnının müharibə əleyhinə mövzusu var və Martin Lüter Kinqin məşhur nitqindən ilhamlanıb. Bu mahnı Abi və Şadmehr tərəfindən müxtəlif konsertlərdə ifa olunub və bu əsərin klipi də bizim xəyal turumuzda Siros Kordoni tərəfindən çəkilib. 10 milyondan çox baxışla bu mahnı YouTube-da ən çox baxılan fars musiqi videoları arasındadır. Sözsüz "Arzumuz" musiqisi 2-Sima kanalında yayımlanıb və bəzi medianın reaksiyasına səbəb olub. == Bizim Arzumuz (canlı versiya) == Bu versiya Şadmehr Aqilinin 1401-ci il inqilabi üsyanına dəstək konsertində canlı ifa olunub və 1402-ci il aprelin 22-də sinql olaraq buraxılıb.
Rota
Bölük — quru qüvvələrində inzibati baxımdan ən kiçik hərbi-taktiki vahiddir. Artilleriya qüvvələrində Batareya, sərhəd qüvvələrində Zastava, hava qüvvələrində Eskadrilya, dəniz qüvvələrində isə Eskadron adlanır. Bölüklər, bir bölük qərargahı və ən az iki (ümumiyyətlə üç, dörd) taqımdan ibarətdir. Şərtlərə və ehtiyaclara görə dəyişməklə birlikdə ən az 100 əsgərdən ibarət olan bir hərbi birlikdir. Komandiri Baş leytenant, ya da kapitandır. İkinci dünya müharibəsi ərəfəsində bölüklərin heyətləri genişlənmişdir, üç tüfəngli müharibə batalyonunun yanında yaxın dəstək atəşi təmin edən qrup silahlarını: minaatan, pulemyot, top istifadə edən bir sıra olaraq təşkil edilməyə başlanmışdır. Bu cür bölüklər 6 zabit, 187 əsgərdən meydana gəlir. İndiki vaxtda bölüklər müəyyən funksiyaları yerinə yetirmək üzrə müharibə, istehkam, kəşf kimi, və ya müəyyən bir sinif silahın: tank, minaatan, zenit, topçu təməlində olaraq təşkil edilir.
Tate
Ralf Teyt (ing. Ralph Tate; 11 mart 1840 – 20 sentyabr 1901, Cənubi Avstraliya) — Böyük Britaniya və Avstraliya botaniki və geoloqu. == Elmi fəaliyyəti == Ralf Teyt toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Samuel Peckworth Woodward, Ralph Tate, Joseph Wilson Lowry, A.N. Waterhouse. A Manual of the Mollusca, Being a Treatise on Recent and Fossil Shells. Harvard University, London, 1880. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == Serle, Percival (1949). «Tate, Ralph (1840—1901)». Dictionary of Australian Biography. Sydney: Angus and Robertson.
Amblyopsis rosae
Amblyopsis rosae (lat. Amblyopsis rosae) — amblyopsis cinsinə aid heyvan növü.
Loik Notte
Loik Notte (fr. Loïc Nottet d. 10 aprel 1996, Kursel, Belçika) — Belçika müğənnisi, rəqqası və bəstəkarı. Loik Notte 2014-cü ildə Belçikanın The Voice səs yarışmasında iştirak edərək 2-ci yerdə qərarlaşmışdır. Müğənni eyni zamanda Belçikanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 217 xalla dördüncü yeri qazanmışdır. == Musiqi karyerası == Belçika tamaşaçıları Loik Notte ilə ilk dəfə ölkədə keçirilən The Voice səs yarışmasında tanış olmuşdur. Gənc müğənni yarışmanın münsifləri və ümumilikdə Belçika tamaşaçılarından əsasən müsbət rəylər qazanmış və yarışmanın finalına yüksələrək, ikinci yerdə qərarlaşmışdır. Loik Notte yarışmada Beverli Co Skottun komandasına yer almışdır. Belçikanın səs yarışmasında qazandığı uğurdan sonra Loik Notte Belçikanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır.. Gənc müğənni müsabiqədə ifa etdiyi "Rhythm Inside" mahnısı ilə müsabiqənin final mərhələsinə uğurla yüksəlmiş və finalda isə 217 xalla 27 iştirakçı arasında 4-cü yerdə qərarlaşmışdır.
Mark Rutte
Mark Rutte (nid. Mark Rutte; doğ. 14 fevral 1967, Haaqa, Niderland) — Niderlandın baş naziri. == Həyatı == 14 fevral 1967-cı il tarixində Haaqada anadan olmuşdur. 1984 -cü ildə Haaqada orta məktəbi bitirmişdir. 1984-1992 -ci illərdə Leyden Universitetində Niderland tarixi üzrə təhsil almışdır. 1988-1991 -ci illərdə “İnsanların Azadlığı və Demokratiyası Partiyası”nın (VVD) gənclər təşkilatının milli sədri olmuşdur. 1992-1997 -ci illərdə “Unilever” şirkətində kadrlar üzrə menecer vəzifəsində çalışmışdır. 1993-1997 -ci illərdə VVD partiyasının icra aparatının üzvü olmuşdur. 1997-2002 -ci illərdə “Unilever” şirkətinin “Van den Bergh Nederland” bölümündə kadrlar üzrə menecer vəzifəsində çalışmışdır.
Nami Otake
Nami Otake (d. 30 iyul 1974) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 29 qol vurub.
Naoto Otake
Naoto Otake (d. 18 oktyabr 1968) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Roytte fransiskan monastırı
Roytte monastırı ― Avstriyanın Tirol torpağında, İnsbrukdan 100 kilometr qərbdə yerləşən Roytte şəhərində Katolik dininin fransiskan təriqətinə dini icma və kilsə. Bir hissəsi olduğu kilsə və kilsə kompleksi Avstriya qanunlarına əsasən Qorunan Abidə statusunu almışdır. Sos fransiskanlar binanı 2014-cü ildə tərk etmişdir. == Tarix == Fransiskanlara məxsus yaşayış məntəqəsinin əsası 15 mart 1628-ci ildə Avstriya şahzadəsi V Leopard Ferdiand və həyat yoldaşı Klavdiya Mediçinin iştirakı ilə qoyulmuşdur. Məntəqənin yaradılması haaqında siyasi kontekst Katolik kilsəsinin XVI əsr Protestant reformasiyası qarşısında mübarizəsi ilə təmin edilmişdir. Binanın tikintisi 1630-cu ildə tamamlanmış, lakin 1632-ci ilin iyul ayında həm monastır, həm də bitişik kilsə həm Otuzillik müharibə səbəbilə zərər görmüş, həm də İsveç əsgərləri tərəfindən talan edilmişdir. Kompleks 1703-cü və 1846-cı illərdə yanmış, lakin hər iki halda yerli icmanın maliyyə dəstəyi ilə yenidən qurulmuşdur. Bina on səkkizinci əsrdə fransiskan ilahiyyat təhsil mərkəzinə ev sahibliyi etmişdir. Roytte monastırı 1820-1861-ci illərdə yeni başlayanlar üçün icma kimi xidmət etmişdir. Bölgədəki əhali dəyişikliyi səbəbilə Roytte fransiskan monastırı 1945-ci ildə öz əyani nazirini işə götürdü.
Achillea erba-rotta
Achillea erba-rotta (lat. Achillea erba-rotta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Golden State Warriors
Qolden Steyt Uorriorz — NBA-da Sakit okean qrupunda yer alan Oklənd, Kaliforniyanı təmsil edən basketbol klubu. 1946-cı ildə Filadelfiya, Pensilvaniyada "Filadelfiya Uorriorz" adıyla qurulmuşdur. NBA-də 1947, 1956, 1975, 2015 və 2017-ci illərndə 5 dəfə çempion olmuşdur. Üç çempionluğun ardından 40 il sonra 2015-ci il finallarında "Klivlend Kavalers" üzərində qalib gələrək çempion olmuşlar. 2015-16 mövsümündə 73 qalibiyyət 9 məğlubiyyət alaraq NBA tarixinin normal mövsümündə ən çox qalib gələn komandası ünvanını almışdır. == Tarixi == === 1946–1962: Filadelfiya Uorriorz === Warriors, Peter A. Tyrrell tərəfindən 1946-cı ildə "Filadelfiya Warriors" adıyla quruldu. 1946-47 mövsümündə "Çikaqo Stags"i 4-1 məğlub edərək çempion oldu. Bu uğur NBA rəhbərliyi tərəfindən ilk çempionluq olaraq qəbul edilir. Bir il sonra 1947-48 mövsümündə də final oynamağa nail oldular, lakin Baltimor Bullets qarşısında 4-2 məğlub oldular. İkinci çempionluğu isə 1955-1956 mövsümündə oldu, Warriors bu dəfə "Fort Wayne Piston"s ilə 5 oyundan sonra 4-1 hesabı ilə qalib gəldilər.
Şri Cayavardenepura Kotte
Şri Cayavardenepura Kotte (sinh. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, tam. ஸ்ரீ ஜயவர்த்தனபுரம் கோட்டே) — Kolombonun cənub hissəsində yerləşir, əhalisi 115 min nəfər. (2008-ci il).Şri-Lanka'nın qanunverici paytaxtıdır. Cayavardenepura ifadəsi sinhal dilində "gələcək qələbələr şəhəri" deməkdir. Bu ad şəhərə qurucusu Alaqakkonaray tərəfindən verilib və keçmiş prezident Cunius Riçard Cayavardeneyə aidiyyatı yoxdur. "Kotto" tamil dilində "qala" deməkdir. Kotte sinhal dövlətinin 1415—1565ci illərdə paytaxtı olub. Ada Portuqaliya tərəfindən tutulandan sonra paytaxt Kolomboya köçürülüb. 1979-cu ildə paytaxt köhnə yerə köçürülür, müasir adı da saxlanmaqla köhnə adı qaytarılır.
Nino Rota
Covanni Rota Rinaldi (Nino Rota) (it. Nino Rota; 3 dekabr 1911, Milan – 10 aprel 1979[…], Roma) — İtaliya bəstəkarı, bir çox kinofilmlərin musiqi müəllifi. == Həyatı == Nino Rota 1911-ci ildə Milanda musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq illərində Romaya gəlmiş, həmin şəhərdə konservatoriyaya daxil olmuş və 1929-cu ildə oranı bitirmişdir. Hələ konservatoriyada təhsil alarkən Nino Rota fövqəladə qabiliyyətli uşaq – vunderkind hesab olunurdu. O, özünü bəstəkar və orkestr dirijoru kimi təsdiq etmişdi. Hətta onun ilk oratoriyası olan "L’infanzia di San Giovanni Battista" artıq 1923-cü ildə Milanda və Parisdə səsləndirilmişdi. 1930–1932-ci illərdə o, ABŞ-də yaşamışdır. İtaliyaya qayıdandan sonra Milan Universitetində ədəbiyyatı öyrənmişdir. 1937-ci ildə isə Nino Rota müəllimlik fəaliyyətinə başlamışdır.
Ibrahima Konaté
İbrahima Konate — Premyer Liqa klubu "Liverpul FK"da müdafiəçi kimi çıxış edən fransız peşəkar futbolçudur. Sochaux ilə başlayan Konate 2017-ci ildə Leypsiqə, 2021-ci ildə isə Liverpula keçdi.
Röyalə Nəcəfova
Röyalə Yaqub qızı Nəcəfova, həmçinin Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Ağdam rayonu və ya Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019). Azərbaycan müasir estrada qurucularından biri hesab olunur. == Həyatı == Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib.
Haynz Rötke
Heinz Röthke (alm. Heinz Röthke‎; 19 yanvar 1912, Angermünde, Alman İmperiyası -14 iyul 1966, Volfsburq, Almaniya) — SS Obersturmführeri, 1940-cı ildən işğal olunmuş Fransadan yəhudiləri deportasiyasa edən liderlərindən biri. == Haqqında == Haynz Rötke 19 yanvar 1912 ci ildə anadan olub. Berlin Humboldt Universitetində hüquq təhsili alıb. Haynz Rötke Münhendə hökumət şurasında məmur vəzifəsində çalışıb. Fransanın işğalından sonra Brestdə hərbi məsləhətçi olub. 1942-ci ilin yazından o, Fransadakı gestaponun qondarma yəhudi hakiminin rəhbəri, Teodor Dannekkerin müavini olub və 1943-cü ilin iyulunda bu vəzifədə onu əvəz etdi. Yəhudilərin ölüm düşərgələrinə sürgün edilməsində fəal iştirak edib. Rötkenin 5 noyabr 1942-ci ildə İmperator Təhlükəsizlik Baş İdarəsinə göndərdiyi teleqram qorunub saxlanılmışdır: .}} == Müharibədən sonra == Müharibə bitdikdən sonra Rötke Volfsburqda yaşayıb və hüquq məsləhətçisi işləyib. O, Fransada qiyabi ölüm cəzasına məhkum edilib.