rota

is. hərb. compagnie f ; sapyor ~sı compagnie du génie ; atıcı ~ compagnie de fusilleurs-voltigeurs ; pulemyot ~sı compagnie de mitrailleuses: rabitə ~sı compagnie des transmissions

Roşel
rotasiya
OBASTAN VİKİ
Rota
Bölük — quru qüvvələrində inzibati baxımdan ən kiçik hərbi-taktiki vahiddir. Artilleriya qüvvələrində Batareya, sərhəd qüvvələrində Zastava, hava qüvvələrində Eskadrilya, dəniz qüvvələrində isə Eskadron adlanır. Bölüklər, bir bölük qərargahı və ən az iki (ümumiyyətlə üç, dörd) taqımdan ibarətdir. Şərtlərə və ehtiyaclara görə dəyişməklə birlikdə ən az 100 əsgərdən ibarət olan bir hərbi birlikdir. Komandiri Baş leytenant, ya da kapitandır. İkinci dünya müharibəsi ərəfəsində bölüklərin heyətləri genişlənmişdir, üç tüfəngli müharibə batalyonunun yanında yaxın dəstək atəşi təmin edən qrup silahlarını: minaatan, pulemyot, top istifadə edən bir sıra olaraq təşkil edilməyə başlanmışdır. Bu cür bölüklər 6 zabit, 187 əsgərdən meydana gəlir. İndiki vaxtda bölüklər müəyyən funksiyaları yerinə yetirmək üzrə müharibə, istehkam, kəşf kimi, və ya müəyyən bir sinif silahın: tank, minaatan, zenit, topçu təməlində olaraq təşkil edilir.
Nino Rota
Covanni Rota Rinaldi (Nino Rota) (it. Nino Rota; 3 dekabr 1911, Milan – 10 aprel 1979[…], Roma) — İtaliya bəstəkarı, bir çox kinofilmlərin musiqi müəllifi. Nino Rota 1911-ci ildə Milanda musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq illərində Romaya gəlmiş, həmin şəhərdə konservatoriyaya daxil olmuş və 1929-cu ildə oranı bitirmişdir. Hələ konservatoriyada təhsil alarkən Nino Rota fövqəladə qabiliyyətli uşaq – vunderkind hesab olunurdu. O, özünü bəstəkar və orkestr dirijoru kimi təsdiq etmişdi. Hətta onun ilk oratoriyası olan "L’infanzia di San Giovanni Battista" artıq 1923-cü ildə Milanda və Parisdə səsləndirilmişdi. 1930–1932-ci illərdə o, ABŞ-də yaşamışdır. İtaliyaya qayıdandan sonra Milan Universitetində ədəbiyyatı öyrənmişdir. 1937-ci ildə isə Nino Rota müəllimlik fəaliyyətinə başlamışdır.
Rotadan çıxma
Rotadan çıxma ümumiyyətlə istiqamət dəyişdirmə deməkdir. Hər hansı bir istinad nöqtəsinə nisbətdə bir bucaqda hərəkət edən bir obyektin hərəkət bucağı dəyişdikdə o obyekt rotadan çıxmış sayılır. Aviasiya sahəsindəki “yaw” ifadəsinin Azərbaycanca ekvivalenti ilə uyğun gələn hərəkət adıdır, ancaq yalnız təyyarələrdə deyil, bütün nəqliyyat vasitələrində sağa və ya sola dönməyə aiddir. Təyyarələr quyruqlarındakı sükanları ilə və gəmilər isə gövdələrinin aşağı hissəsində olan sükanla dönürlər. Elmi dünyada qəbul edilən hər hansı bir nəzəriyyə və ya qanunu pozmaq və ya səhvini sübut etmək üçün də bu addan istifadə olunur. Məsələn, zamanda səyahət fizikanın iki əsas qanunu olan Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsinə ziddir. Həmçinin səbəb prinsipi ilə də ziddiyyət təşkil edir. Günlərin bir günündə kimsə zamanda səyahət etmiş olarsa, bu bütün məlum fizika qanunlarının əsasını təşkil edən kvant mexanikası və ümumi nisbilik nəzəriyyəsini məhv edəcək, beləliklə də bütün məlum fizika qanunları da etibarsız olacaqdır. Bunun sonunda Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsi rotadan çıxacaq, başqa sözlə etibarını itirəcəkdir.
Rotator manjeti
Rotator manjeti — çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə bilrəşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür. Rotator manjeti çiyinin hərəkətində və oynağın stabilliyində böyük rol sahibidir. Bu əzələlər kürək sümüyündən başlanıb, bazu sümüyün proksimal hissəsinə birləşərək çiyin oynağında manjet əmələ gətirir. Onlar bazu sümüyünün başlığını (oynağı) kürək sümüyündə (oynaq çuxurunda) saxlayır. Qolun abduksiyası zamanı rotator manjeti çiyin oynağını compresləşdirir ki, bu da deltayabənzər əzələnin qolun daha da uzağa hərəkətini təmin etməyə imkan verir. Yəni ilk 10–15 dərəcə abduksiyanı rotator manjeti həyata keçirdir, 30 dərəcədən sonra isə deltayabənzər əzələnin effektivliyi daha da artır.
Rotatorilər
Rotatorilər (lat. Rotifera və ya lat. Rotatoria) — 1500-ə qədər növü olub, əksəriyyəti şirin sularda, bir qismi isə dənizlərdə yaşayır. Bədən ölçüləri 0.04-2.5 mm-ə qədərdir. Rotatorilər qabarıq, yumurtaşəkilli və ya iyşəkilli bədən formasına malikdir. Plankton formaların bədən örtüyü üzərində müxtəlif çıxıntılar vardır.Bəzi rotatorilərin örtüyü həlməşikşəkilli maddədən ibarətdir. Bu canlıların əksəriyyəti sərbəst hərəkətlidir, bəziləri isə oturaq həyat tərzi keçirir. Rotatorilərin bədəni baş, gövdə, quyruq şöbə və ya ayaqdan ibarətdir. Ağız dəliyi baş şöbənin qarın hissəsində yerləşir. Ağızın önündə və arxa tərəfində iki kirpik həlqəsi yerləşir.
Sofiya Rotaru
Sofiya Mixaylovna Rotaru (mold. Sofia Rotaru, ukr. Софiя Ротару; 7 avqust 1947, Marşintsı[d], Çernivtsı vilayəti) — SSRİ, Rusiya, Ukrayna, Moldova pop müğənnisi, musiqiçi, kino və musiqi prodüseri, aktrisa, uğurlu iş adamı və moda yaradıcısı. Rotarunu məşhurlaşdıran onun lirik səsi, mehriban qadın xarici görünüşü və qazandığı nüfuzudur. Onun karyerası Şərqi Avropada və keçmiş SSRİ-də musiqi səhnəsində cəsarətli addımları ilə müşayiət olunmuşdur. Mətbuat onu "Pop kraliçası" və "Bu bizim dünyamızdır!" adlandırmışdı. 1988-ci ildə keçmiş SSRİ-də pop-müğənnilər arasında "SSRİ Xalq artisti" adı almış ilk şəxs olmuş, 2000-ci ildə isə XX əsrin müğənnisi elan edilmişdi. Bu gün Sofiya Rotaru Ukrayna vətəndaşı, Krım və Yaltanın fəxri sakinidir. Sofiya Rotaru əsasən Yaltada yaşasa da , tez-tez Kiyevdə, Baden-Badendə və Moskva şəhərində də məskən salır. Məşhur müğənni Ukrayna SSR-nin Xalq Artisti, Moldova SSR-nin Xalq Artisti, SSRİ Xalq artisti fəxri adlarına layiq görülmüş, Lenin Komsomolu mükafatı laureatı olmuşdur.
Tripanasoma rotatorium
Trypanosoma rotatorium (lat. Trypanosoma rotatorium -Mastigophora tipinə aid olan növ. Trypanosoma rotatorium Bədən uzunsov, ön hissə dairəvaridir. Nüvə uzunsovdur və ya dairəvaridir. Kinetoplast kiçik ölçülü, ellips formasındadır. Titrək memranı enlidir, 5-6 büküş əmələ qətirir. Qamçının sərbəst hissəsinin uzunluğu bədənin ½ hissəsinin uzunluğunu keçmir. Sitoplazma dənəvərdir, bənövşəyi rəngə boyanır. Bədənin uzunluğu 35.0-46.5, eni – 8.8–13.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.3-9.8, kinetoplastdan nüvəyə qədər olan məsafə - 3.5-6.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 0.7-2.2, nüvənin uzunluğu 11.0-18.0, nüvədən ön qutaracağadək 13.0- 16.0, qamçının uzunluğu 16.0-29.0 mkm-dir. Kür çayı, Araz çayı, Şəmkirçay, Qarayazı gölü, Çınqıl karxanası, Ağgöl, Naxalıqçala gölü, Şəmkir, Nohurqışlaq, Aşıqbayramlı, Yekəxana su anbarlarında yayılmışdır.
Trypanosoma rotatorium
Trypanosoma rotatorium (lat. Trypanosoma rotatorium -Mastigophora tipinə aid olan növ. Trypanosoma rotatorium Bədən uzunsov, ön hissə dairəvaridir. Nüvə uzunsovdur və ya dairəvaridir. Kinetoplast kiçik ölçülü, ellips formasındadır. Titrək memranı enlidir, 5-6 büküş əmələ qətirir. Qamçının sərbəst hissəsinin uzunluğu bədənin ½ hissəsinin uzunluğunu keçmir. Sitoplazma dənəvərdir, bənövşəyi rəngə boyanır. Bədənin uzunluğu 35.0-46.5, eni – 8.8–13.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.3-9.8, kinetoplastdan nüvəyə qədər olan məsafə - 3.5-6.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 0.7-2.2, nüvənin uzunluğu 11.0-18.0, nüvədən ön qutaracağadək 13.0- 16.0, qamçının uzunluğu 16.0-29.0 mkm-dir. Kür çayı, Araz çayı, Şəmkirçay, Qarayazı gölü, Çınqıl karxanası, Ağgöl, Naxalıqçala gölü, Şəmkir, Nohurqışlaq, Aşıqbayramlı, Yekəxana su anbarlarında yayılmışdır.
Beynəlxalq Rotary Təşkilatı
Beynəlxalq Rotary Təşkilatı (ing. Rotary International) — dünyanın ən böyük xidmət təşkilatlarından biridir. Təşkilatın saytında da qeyd edildiyi kimi, Rotarinin missiyası: "Başqalarına xidmət göstərmək, dürüstlüyü təşviq etmək, biznes, peşəkarlar və icma liderlərinin dostluğu vasitəsilə dünya anlayışını, xoş niyyəti və sülhü inkişaf etdirməkdir". Siyasi və dini olmayan bir təşkilatdır. Beynəlxalq Rotary Təşkilatına üzvü olan dünya üzrə 46000-dən çox Rotary Klubu olduğu bilinir var və bu klubların1.4 mliyon nəfərdən çox üzvü var. Klub üzvlərinə eyni zamanda Rotarian da deyilir. Rotarianlar həftədə bir dəfə rəsmi və ya qeyri-rəsmi görüşlər təşkil edib insanlığa faydalı ola biləcək layihələrin təşkili və onların gedişi barədə bir-birlərini məlumatlandırırlar. == Tarix == İlk Rotary Klubu 23 fevral 1905-ci ildə Çikaqoda Pol Harris tərəfindən təsis edilmişdir. Pol 1896-cı ildə vəkil işləmək üçün Çikaqoya getdi. Bir gün o, dostuna baş çəkməyə gedir və birlikdə nahar edirlər.

Digər lüğətlərdə