Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ruhullah Xomeyni
Ruhullah Mustafavi Musəvi Xomeyni (17 may 1900[…], Xomeyn, Mərkəzi ostanı – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir. Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir. 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi. Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.
Ruhullah Zam
Ruhullah Zəm (fars. روح‌الله زم‎; 27 iyul 1978, Tehran – 12 dekabr 2020, Tehran) — İran ictimai fəalı və jurnalisti. O, hökumət korrupsiyası haqqında sənədləri yayımlamaqla tanınır. Zəm 2009-cu ildə İran İnqilab Keşikçiləri tərəfindən həbs edilmişdi. Həbs edilməsindən və İranı tərk etməsindən sonra 2015-ci ildə "Amad News" adlı "Telegram" kanalı açan Zəm 2017–2018-ci il İran etirazları zamanı əhəmiyyətli jurnalistik fəaliyyət göstərmişdir. "Voice of America" portalının farsdilli bölməsi onu tez-tez buraxılışlarına dəvət edir. Ruhullah Zəm 1978-ci ildə İranın paytaxtı Tehran şəhərində, ruhani ailəsində anadan olmuşdur. Onun atası Məhəmmədəli Zəm 1980–1990-cı illərdə müxtəlif dövlət vəzifələrində çalışmış bir islahatçı idi. Ruhullah Zəm 2009-cu ildə keçirilən etiraz aksiyalarına qoşulmuş, bir müddət Evin həbsxanasında saxlanılmışdır. O, 2011-ci ildə Əli Xameneiyə göndərdiyini açıq məktubda işgəncəyə məruz qaldığını bildirmişdir.
Ruhullah Zəm

Ruhullah Musəvi Xomeyni
Ruhullah Mustafavi Musəvi Xomeyni (17 may 1900[…], Xomeyn, Mərkəzi ostanı – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir. Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir. 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi. Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.
Ruhulla Axundov
Ruhulla Əli oğlu Axundov (1 (13) yanvar 1897 və ya 1897, Şüvəlan, Bakı qəzası – 21 aprel 1938 və ya 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Azərbaycan Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının I katibi (1925–1926). Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlayıb. Latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib. Azərbaycan SSR xalq artisti Nəcibə Məlikovanın dayısıdır.
Ruhulla Xomeyni
Ruhullah Mustafavi Musəvi Xomeyni (17 may 1900[…], Xomeyn, Mərkəzi ostanı – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir. Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir. 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi. Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.
Sidqi Ruhulla
Sidqi Ruhulla (tam adı: Ruhulla Fətulla oğlu Axundov; 28 mart (9 aprel) 1886, Buzovna, Bakı qəzası – 5 may 1959, Bakı) — Azərbaycan teatr aktyoru və rejissoru, SSRİ xalq artisti (1949). 1886-cı ilin aprel ayının 9-da Bakı qəzasının Buzovna kəndində müəllim ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Atası Molla Fətulla Axundov oğlunun mənəvi inkişafında böyük rol oynamışdır. Elmə, sənətə, poeziyaya böyük həvəsi olan Molla Fətulla qış aylarında Bakıda, yayda isə Buzovna kəndində müəllimliklə məşğul olardı. O, klassik Azərbaycan poeziyasının vurğunu idi. Oxuduğu şerləri oğlu Ruhullaya izah edərdi. Uşaqlıq və gənclik illərini Buzovna kəndində keçirən Ruhullanı atası 1903-cü ildə Bakıda tacir dükanına şagird verdi. O, istəyirdi ki, oğlu ticarətçi olsun. Lakin atasından aldığı bilik onun mənəviyyatını tamam başqa istiqamətdə tərbiyələndirmişdir.
Molla Ruhulla Məmmədzadə
Axund Molla Ruhulla Məmmədzadə və ya Molla Ruhulla Axundov (1850, Novxanı, Bakı qəzası – yanvar 1912, Bakı) —— Azərbaycanlı ruhani, ictimai xadimi. Axund Molla Ruhulla Məmmədzadə 1850-ci ildə Novxanı kəndində anadan olmuşdur. On beş yaşında ikən Qəzvin şəhərinə gedir. Burada on dörd il təhsil aldıqdan sonra 28 yaşında Novxanıya qayıdır. Əvvəllər Novxanıda, sonralar isə 18 il Bakının Hacı İmaməli məscidində prixod mollası işləyir. Camaatın xahişi ilə eyni zamanda rus-müsəlman məktəblərində şəriət dərslərini aparır. Elm və maarifin yayılmasında, cəmiyyətdə qadın rolunun təbliğində mühüm rol oynamış ruhanilərdən biri də Axund Molla Ruhulla millətin həyat və məişətində zərərli mövqe tutan din xadimlərinin ilahiyyatla əlaqəsi olmayan möizələrinin mahiyyətini təhlil edərək, belə qərara gəlmişdi ki, millətə yalnız tərəqqi və mədəni inkişaf baxımından yanaşan, öz moizə və çıxışları ilə yalnız insan qəlbinin saflığına çalışan ruhanilər zəmanəmizdə düzgün həqiqət yolunu tuta bilərlər. Xürufata uyan mollalardan, onların düzgün insanlıq yolundan saparaq, camaata ancaq zərərli fikirlər təbliğ etməsindən bilmərrə narazı idi. Çünki məhz belə mollalar camaatın əbədül-dəhr cəhalətdə qalmasına səbəb olur. Bu fikirlər onun fəal bir publisist kimi M. R. Məmmədzadə imzası ilə çıxış etdiyi "Həyat", "İrşad", "Tərəqqi", "Dəbistan" kimi qəzet və jurnallarda, Hindistanın Kəlküttə şəhərində nəşr edilən "Hübbülvətən", İstanbulun "Məlumat" qəzetlərində tez-tez çap olunan məqələlərində öz əksini tapırdı.
Ruhulla Axundov (dəqiqləşdirmə)
Molla Ruhulla Axundov (1850—1912) — Bakı "Hacı İmaməli" məscidinin axundu Ruhulla Axundov (1897—1938) — Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim Sidqi Ruhulla (1886—1959) — Azərbaycan teatr aktyoru və rejissoru.
Ruhulla Musəvi Xomeyni
Ruhullah Mustafavi Musəvi Xomeyni (17 may 1900[…], Xomeyn, Mərkəzi ostanı – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir. Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir. 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi. Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.
Həsənov İbrahim Ruhulla oğlu
Rutullar
Rutullar — Azərbaycanda və Dağıstanda etnik qrup. İslam dininə etiqad edirlər. İslam dini rutullar arasında 7-ci əsrdən etibarən, ərəblərin Qafqaza gəlişi ilə yayılmağa başlamışdır. Əsas dilləri rutul dilidir. Bununla bərabər rutullar yaşadıqları ölkələrin də dillərini çox yaxşı səviyyədə bilirlər (müvafiq olaraq azərbaycan və rus dillərini). Rutullar yazılı olaraq uzun müddət ərəb hərflərindən istifadə ediblər. Kiril hərfləri əsasında yazılı olaraq rutul dili 1990-cı ildə nəşr olunmuşdur. 1989-cü ildə həyata keçirilmiş son əhali siyahıyaalınmasına əsasən bütün SSRİ-də 20.388 nəfər etnik rutul yaşayırdı ki, onlardan 14.955 nəfəri Dağıstan MSSR-də, 336 nəfəri isə Azərbaycan SSR-də məskunlaşmışdı. Rutulların bir çoxunun əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Azərbaycanda 17.000 Rutul yaşayır.
Rufulla Abdullayev
Rufulla Fətulla oğlu Abdullayev (d.21 yanvar 1947, Neftçala ş.) — Həkim-kardioloq, Tibb elmləri doktoru (1992), Professor (1996). Rufulla Fətulla oğlu Abdullayev 1947-ci il yanvarın 21-də Neftçala şəhərində ziyalı ailəsində anadan olmuşdur. Rufulla Abdullayev Neftçala şəhəri 1№li orta məktəbini 1964-cü ildə qızıl medalla bitirmiş və həmin ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1970-ci ildə R.F. Abdullayev bu universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1972 ci illərdə Rusiyanın Leninqrad şəhərində ( indiki Sankt-Peterburq) SSRİ Silahlı Qüvvələri sıralarında hərbi həkim işləmişdir. 1973-1975-ci illərdə R.F.Abdullayev Bakıya qayıdaraq Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının klinik ordinatoru olmuşdur. 1975-ci ildən 1980-ci ilə qədər Bakı şəhəri 5№li klinik xəstəxanasında həkim-terapevt və şöbə müdiri vəzifəsində çalışmışdır. R.F.Abdullayev 1980-ci ildən başlayaraq indiyə qədər yeni yaradılmış C.Abdullayev adına ET Kardiologiya İnstitutunda kiçik elmi işçi, sonra isə böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir. Hal-hazırda həmin institutun Ürəyin xronik işemik xəstəliyi və aritmiyalar şöbəsinin müdiridir. 1973-1994-cü illərdə Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklərin propedevtikası-2 kafedrasında tədis işi ilə məşğul olmuş, 1996-2005-ci illərdə isə həmin kafedrada professor vəzifəsində çalışmış, mühazirələr oxumuş və praktik məşğələlər aparmışdır.
Hacı Mustafa Sunullah Əfəndi
Hacı Cəfər Mustafa Sunullah Əfəndi (1553, İskilip, Çorum ili – 10 aprel 1612, Konstantinopol) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. == Həyatı == 1553-cü ildə İstanbulda dünyaya gəlmişdir. Sultan Süleyman dövrünün başqazılarından İskilipli Molla Cəfər Çələbinin oğludur. Atasından və Zənbillizadə Fudayl Çələbidən dərslər aldı və daha sonra əmisi oğlu Əbussuud Əfəndinin müridi olaraq 1569-cu ildə mədrəsə təhsilini tamamladı. Müdərris olaraq 1571-ci ilin fevralında Beşiktaşdakı Xeyrəddin Paşa mədrəsəsinə təyin edildi. 1576-cı ilin aprelində Mahmud Paşa mədrəsəsinə, 1580-ci ildə Şah Sultan mədrəsəsinə, 1580-ci ilin sentyabrında Hangah mədrəsəsinə, 1582-ci ilin sentyabrında Sahn-ı səman mədrəsəsinə müdərris təyin olundu. Sonuncu vəzifəsində 3 il qaldıqdan sonra 1585-ci ilin oktyabrında Şahzadəbaşı mədrəsəsinə, 1588-ci ilin iyulunda Üsküdardakı Validə-i Atik mədrəsəsinə müdərris oldu. Sunullah Əfəndi bundan sonra ənənəvi olaraq qazılığa keçdi və Bursada çıxan böyük yanğından sonra Əbussuudzadə Mustafa Əfəndinin yerinə 1590-cı ilin sentyabrında Bursa qazısı oldu. Ardından 1591-ci ilin aprelində Ədirnə və 2 may 1592-ci ildə İstanbul qazılığına gətirildi. Həmin il 19 iyulda Anadolu başqazısı, 13 iyul 1593 tarixində isə Rumeli başqazısı seçildi.
İncə-i Nurullah (Maku)
İncə-i Nurullah (fars. اينچه نوراله‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (7 ailə).
Şeyx Nurullah Nəcəfi-İsfahani
Şeyx Nurullah Nəcəfi-İsfahani (tam adı: Şeyx Nurullah Məhəmməd Baqir oğlu Nəcəfi-İsfahani, fars. نورالله نجفی اصفهانی‎; 17 dekabr 1859, İsfahan – 1927, Tehran) — Məşrutə inqilabının tərəfdarı, üləma. Son dövrlərin böyük fəqih və müctəhlərindən biri də Nurullah Nəcəfi-İsfahanidir. O, "Nur" və "Siqətülislam" adları ilə də tanınmışdı. Azadlığın vurğunu olan bu alim şeir və ədəbiyyatda da ustad idi. Atası Məhəmməd Baqir, qardaşları Məhəmmədtəqi İsfahani və Şeyx Məhəmmədəli vəfat etdikdən sonra Şeyx Nəcəfi "Siqətülislam" adlanmağa başladı. Ondan öncə qardaşı Məhəmmədtəqi İsfahani bu ləqəblə tanınırdı. Babası Şeyx Məhəmmədtəqi və onun atası Mirza Əbdürrəhim, İyvanəki və Vəramin məntəqələrində sakin olmuş, sonralar İsfahana köçmüşdülər. Hacı Nurullah da hicri təqivimlə 1278-ci ildə İsfahanda dünyaya göz açdı. Ədəbiyyat, sərf, nəhv, ərəb dili kimi ibtidai fənləri və üsuli-fiqhin bir hissəsini atasından öyrəndi.
Şeyx Nurullah Əfəndi Ziyarətgahı
Şeyx Nurullah Əfəndi ziyarətgahı — Şəki rayonu Baş Layısqı kəndində yerləşən ziyarətgah. Şeyx Nurullah Əfəndi ziyarətgahı Nəqşibəndi təriqətinin şeyxi olan və övliyalıq məqamına yüksələn Şeyx Mahmud Əfəndinin müridlərindən olan Hacı Nurullah əfəndinin adı ilə bağlıdır. Belə ki, Hacı Nurullah əfəndi 1896-cı ildə vəfat edib və bu ziyarətgahın olduğu ərazidə dəfn edilmişdir. Zaman keçdikdən sonra yerli bölgə əhalisi bu ərazini ziyarətgaha çevirmişlər.