Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ruasar
Ruasar (fr. Roissard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38342. Kommunanın 1999-cu il üçün əhalisi 193 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km cənubda yerləşir.
Ruhsar Pekcan
Ruhsar Pekcan (1958) — Türkiyəli bürokrat və Türkiyənin keçmiş Ticarət naziri. == Həyatı == Ruhsar Pekcan 1958-ci ildə Manisanın Dəmirçi rayonunda anadan olub. İstanbul Texniki Universitetinin Elektrik fakültəsini bitirdikdən sonra magistratura təhsilini də burada tamamlayıb. == Karyerası == Əmək fəaliyyətinə 1981-ci ildə Türkiyə Sənaye İnkişaf Bankında başlamış və özəl sektorda müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildə o, Karon Engineering-in qurucu ortaqlarından biri oldu. O, nazirliyə gələnə qədər bu şirkətin icraçı direktoru olub. Pekcan üç dövr DEİK-Türkiyə-Suriya İş şurasının sədri vəzifəsində çalışıb. O, həmçinin Xarici İqtisadi Əlaqələr şurasının Türkiyə-İordaniya İş şurasının sədri və Türkiyə-İraq və Türkiyə-Liviya İş şuralarının icraçı heyətinin üzvü kimi fəaliyyətini davam etdirib. O, 9 iyul 2018-ci ildə Ruhsar Pekcan ticarət naziri təyin edilib. Pekcan Zehra Zümrüd Səlcuqla qurulan yeni hökumətdə iki qadın nazirdən biri olub.
Şəmsi Ruhsar Xatun
Şəmsi Ruhsar Xatun (osm. شمسى روحار هاتون) (v. ən geci 1613, Konstantinopol) — Osmanlı imperiyasının 12. padşahı və 91. İslam xəlifəsi III Muradın hasəkilərindən biri. == Həyatı == Şəmsi Ruhsar Xatunun əsli haqqında dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə yunan, bəzilərinə görə isə Qafqaz əsilli zadəgan ailəsinə mənsubdur. Hərəmxana dəftərlərində Hātun binti Abd-ül-Gaffar (yəni, Əbdül Qaffaq qızı) olaraq qeyd olunur. Erkən yaşda hərəmxanaya alınaraq III Murada təqdim olunmuş, ardından onun ən sevimli hasəkilərindən biri olmuşdur. Çox keçmədən yeganə qızı Ruqiyə Sultanı dünyaya gətirmişdir.Saray ənənələrinə görə, yalnız şahzadə anaları hasəki hesab olunurdu.
Rüxsarə Ağayeva
Rüxsarə Ağayeva (20 fevral 1915, Bakı – 26 noyabr 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR Əməkdar artisti.
Rüxsarə Mirzəbəyova
Rüxsarə Hadi qızı Mirzəbəyova (1909 - 1977)—pianoçu. == Həyatı == Otuzuncu illərdə qadınlar arasında pianoda gözəl muğam ifaçıları vardı. Rüxsarə Mirzəbəyova da onların sırasında idi. == Ailəsi == Mahir pianoçu Gülşən Mirzəbəyovanın 70 illik yubleyi olub. Tədbiri Yaradıcılıq Fondunun sədr müavini, əməkdar incəsənət xadimi Rafiq Kaşanlı açaraq Gülşən Mirzəbəyovanın yaradıcılığından bəhs edib. Onun “Ər və arvad” operettasının musiqi notlarının yenidən bərpa edilməsində göstərdiyi xidmətlərindən danışıb, Fondun idarə heyətinin təbrik məktubunu səsləndirib. Xalq artisti Flora Kərimova öz çıxışında bildirib ki, onun yenidən səhnəyə qayıtmasına Gülşən Mirzəbəyovanın da çox böyük təsiri olub: “Hər bir insan istedadlı sənətkar ola bilər. Ancaq həm yaxşı insan, həm də istedadlı sənətkar olmaq hər adama qismət olmur. Gülşən Mirzəbəyova çox istedadlı musiqiçi olmaqla yanaşı, eyni zamanda da səxavətli dost, mehriban insan, gözəl anadır”. Tədbirdə çıxış edən əməkdar artist Rəsmiyyə Sadıqova Gülşən Mirzəbəyova yaradıcılığında, onun musiqilərində hər zaman bir fərqlilik duyulduğunu qeyd edib.
Kuhsar
Kuhsar— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Çendar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,757 nəfər və 2,075 ailədən ibarət idi.
Muxtar
Muxtar — Azərbaycan kişi adı və təxəllüs. Muxtar Səqəfi — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı Muxtar Qasımov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Muxtar Maniyev — Azərbaycanın görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Muxtar Həmzəyev (alim) — psixologiya elmləri doktoru, professor. Muxtar Şaxanov — tanınmış qazax yazıçısı, hüquqşünası, Qazaxıstanın Qırğızıstandakı səfiri Muxtar İbadov — aktyor, inzibatçı.Yaşayış məntəqələriMuxtar (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Pulsar
Pulsarlar(döyünən radio ulduz)-Qütblərindən radiodalğalardan rentgen şüalarına qədər böyük bir diapozonda şüalar yayan və öz oxu ətrafında yüksək sürətlə dövr edən neytron ulduzdur.Bu ulduzlar öz qütbləri ilə Yer kürəsinə tərəf döndükdə biz bu şüaları müşahidə edə bilirik. Bu obyektlər bir növ mayaka bənzəyirlər,yəni mayak çox istiqamətdə işıq saçır, lakin yalnız istiqaməti bizə tərəf olanda onu görürük.Pulsarlar yüksək sıxlığa və sürətli fırlanma perioduna malikdirlər.Onlar öz xəyali fırlanma oxları ətrafında bir saniyəyə bir neçə dövr edə bilərlər.Bəzi pulsarlar isə saniyəyə bir neçə yüz dövr edə bilirlər və belə pulsarları millisaniyə pulsarları adlandırırlar.Hesab olunur ki, pulsarlar yüksək və ultra-yüksək enerjili astrohissəciklərə namizəd ola bilərlər. Pulsarların dəqiq dövrləri onları faydalı edir. İkili neytron ulduzu sistemində pulsarın müşahidəsi dolayısı ilə qravitasiya dalğalarının mövcudluğunu təsdiq etmək üçün istifadə edilmişdir. İlk ekzoplanet PSR B1257 +12 pulsarının ətrafında kəşf edilmişdir. Pulsarların müəyyən növləri zamanı ən dəqiq ölçən atom saatlarına rəqib ola bilirlər. == Müşahidə tarixi == === Kəşf === İlk pulsar Cokelin Bell Bernell və Entoni Xyoiş tərəfindən 28 Noyabr 1967-ci ildə müşahidə edilmişdir. Onlar başlanğıcını səmanın eyni yerindən götürmüş və ulduz sutkasında saxlanmış bir-birindən 1.33 saniyə fərqlə ayrılmış iki döyünməni müşahidə edirdilər. İmpulslar üçün izah axtarır, qısamüddətli döyünmələr üçün ulduzlar kimi astrofiziki radiasiya mənbələrini istisna edirdilər və impulslar ulduz saatını izlədiyindən bu, texnogen radio tezlik müdaxiləsi də ola bilməzdi. Daha bir teleskopla aparılan müşahidələr şüalanma hadisəsini təsdiq etdi və hər hansı bir cihaz xətasının olmadığını göstərdi.Bu zaman Bernell və Xyoiş öz qeydlərində deyirdilər: "Biz həqiqətən də inanmırdıq ki, başqa bir sivilizasiyadan siqnalları qəbul etmişik, lakin açıq-aydın idi ki bizim ideyamız ağlımızı keçmişdi və bizdə bunun təbii radio dalğa şüalanması olmasına aid heç bir sübut yox idi.
Rudbar
Rudbar — İranın Gilan ostanında yerləşən şəhər. Rudbarın əhalisinin əksəriyətini tatlar təşkil edir.
Rudsər
Rudsər — İranın Gilan ostanında yerləşən şəhər. Rudsər şəhərinin əhalisinin əksəriyyəti giləklərdir.
Ruhlar
Ruh — dilimizdə vətəndaşlıq haqqı qazanmış "ruh" anlamının fərqli mənaları var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur- "ruh". Məsələn, rus dilində "dux", "duşa" sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz bunları birləşdirib ümumilikdə hər ikisinə "ruh" deyirik. == İslamda ruh barədə == Quranda belə bir ayə var: «Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş» (İsra- «Gecə aparılma» surəsi, 85-ci ayə). İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir.
Ruslar
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Ruysat
Ruysat‎ (ərəb. الرويسات‎) — Əlcəzairin şərqində, Uarqla vilayətind' şəhər və kommuna. Uarqla dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimal vahələrindən birinin ərazisində, Uarqla şəhərindən cənub-şərqdə, ölkənin paytaxtı Əlcəzairdən təxminən 562 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 138 metrdir.Ruysat kommunası Uarqla, ƏynBəyda və Hassi-Məsud kommunaları, həmçinin Qardaya vilayətinin ərazisi ilə həmsərhəddir. Sahəsi 7331 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,8 °C, ən isti ay (iyul) 34,2 °C-dir.
Buxar
Buxar və ya buğ — fizika, kimya və mühəndislikdə buxarlaşmış suyu ifadə edir. 100 dərəcə ətrafındakı istilikdə və standart atmosferik təzyiqdə buxar, safdır, şəffaf qaz halındadır və maye haldakı sudan 1600 qat daha həcimlidir. Buxar suyun qaynama nöqtəsindən daha istidir. Daha yüksək temperaturlardakı buxara qızdırlmış buxar deyilir. Maye haldakı su, çox isti maye bir maddə ilə təmas etdiyində (məsələn lava və ya ərimiş metal), çox tez olaraq buxar halına gələ bilər. Buna buxar partlaması deylir. Bu partlayış xüsusilə bağlı sahələrdə ani təzyiq dəyişikliyi səbəbiylə, son dərəcə böyük ziyanlara səbəb ola bilər. Buxar maşınında buxar vasitəsi ilə turbin və ya porşenin hərəkətini təmin etmək mümkün olur. Digər sənaye proseslərində buxar borular vasitəsi ilə yığdığı enerjini istilik transferi ilə köçürür. Buxardakı yığılmış təzyiqin səbəbi suyun yüksək buxarlanma istiliyidir.
Exsar
== Coğrafi mövqe == Şəhər tipli Esxar qəsəbəsi Çuqevdən yeddi km məsafədə, Severski Donets çayının sağ sahilində, yuxarı axınında 1 km məsafədə Uda çayının Severski Donets çayına qovuşduğu yerdir, 5 km - şəhər. Çuguevin aşağı axınında 7 km məsafədə Moxnaç kəndi (Zmiyovski rayonu) yerləşir . Uda çayının yuxarı axınında, düz xətt üzrə 4 km məsafədə Staraya Pokrovka kəndi yerləşir. Kəndə böyük bir meşə (palıd) bitişikdir. == Hekayə == 8-10-cu əsrlərdə müasir kəndin yaxınlığında Alanların məskunlaşdığı və Xəzər xaqanlığının mühafizə postu kimi xidmət edən Kaqanovo qəsəbəsi var idi. Bu yaşayış yeri Alanların ən qərb yaşayış məntəqəsi idi [1] . Dövlət rayon elektrik stansiyası tikilməzdən əvvəl kəndin yerində təsərrüfatlar var idi: Karpovski, Pavlov və Rojdestvenski . 1924 -cü il - Esxar kəndinin ( Esxar adı Xarkov İnzibati Dairəsinin ( XAR ) Elektrik Stansiyasının ( ES ) abbreviaturasından gəlir) yaranma tarixi. 1924 -cü ildə Donetsdə kooperativ pulu ilə Donetsdəki dəyirman zavodunun işləməsi üçün 500 kVt alternativ cərəyan generatoru və 230 volt gərginlikli Donetsdə Kharkivskaya SES-1 su elektrik stansiyası tikildi. Üç kilovolt gərginlikli stansiyadan elektrik enerjisi gücləndirici transformatordan istifadə edərək Çuguev, Malinovka, Vvedenka, Novaya və Staraya Pokrovoka ötürüldü.
Qusar
Qusar — Azərbaycanın şimalında kiçik şəhər, eyniadlı inzibati rayonun mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Qusarçay vadisində, Qusar çayı üzərində yerləşir. Ərazisi 1542 km² olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur. Rayon əhalisinin sayı 1 noyabr 2011-ci il tarixində 90438 nəfərdən ibarət olmuşdur. Rayonun əhalisinin 21%-i şəhərdə, 79%-i kəndlərdə yaşayır. Relyefinə görə Qusar rayonu ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlarından ibarətdir. Rayon ərazisində çoxlu minerallara; mərmər, limonit, xalkopirit, əhəngdaşı və s.
Azərbaycanda ruslar
Azərbaycanda ruslar – Azərbaycanda üçüncü böyük etnik qrup (azərbaycanlılardan və talışlardan sonra) və müasir Rusiyanın hüdudlarından kənarda rusların ən böyük diasporlarından biridir. Sayları 141,7 min nəfərdir (27 yanvar 1999-cu il siyahıyaalmasına əsasən). Əksəriyyəti ölkənin iri şəhərləri olan Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaşayır. Kompakt halda İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk (indiki Daşbulaq) və Slavyanka kəndlərində, Lənkəran rayonunun Alekseyevka (indiki Bürcəli), Goranboy rayonunun Rus Borisi kəndində, Şamaxı rayonunun Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində yaşayırlar. == Məskunlaşma tarixi == === Çarizm dövrü === Ruslar Azərbaycanda 1830-cu illərdən məskunlaşmağa başlamışlar. Çar Rusiyası dövründə minlərlə rus ailəsi Azərbaycanda məqsədli surətdə məskunlaşdırılmışdır. İlk rus məskənləri sektantların yerləşdirilməsinə ehtiyac duyulduğu üçün yaranıb. Onların köçürülməsi 1838-ci ildən başlayıb. Köçürülməyə sanksiya verən ilk qanunvericilik aktı 20 oktyabr 1830-cu ildə raskolnik və sektantların "Zaqafqaziya əyalətləri"nə köçürülməsi barədə hökumət sərəncamının nəşri olub. Ruslar imperiyanın daxili quberniyalarından köçürülürdülər.
Kəlate Rudbar
Kəlatə Rudbar və ya Kəlatə— İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,826 nəfər və 711 ailədən ibarət idi.
Kəlatə Rudbar
Kəlatə Rudbar və ya Kəlatə— İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,826 nəfər və 711 ailədən ibarət idi.
Mirzə Muxtar
Mirzə Muxtar Ağa Mirzə Əli Əsgər oğlu Məmmədov (ən tezi 1841 və ən geci 1859, Şuşa, Şuşa qəzası – təq. 16 yanvar 1929, Bakı) — Azərbaycanın ilk peşəkar aktyorlarından və Şuşada Azərbaycan teatrının yaradıcılarından biri, xanəndə, pedaqoq, musiqişünas. Mirzə Muxtar 1870–1883-cü illərdə Şuşada bir sıra tamaşaları səhnələşdirmiş, Gəncə və Tiflisdə müəllimlik etmiş, 1899-cu ildən isə Bakıda fərqli teatr truppalarında çıxış etmişdir. O, "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu", "Əsli və Kərəm" operalarında müxtəlif rolların ilk ifaçısı olmuşdur. == Həyat və yaradıcılığı == === Şuşa dövrü === Mirzə Muxtar Mirzə Ələsgər oğlu Şuşa şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Atası Mirzə Əli Əsgər Qarabaği xanəndə, tarzən və kamança ifaçısı olmuş, Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında saray musiqiçisi vəzifəsinə layiq görülmüşdür. Mirzə Muxtar ilk təhsilini elə atasının yanında almış, muğamları ondan öyrənmişdir. Onun doğum ili müxtəlif mənbələrdə 1841, 1842, 1852 və 1859 kimi verilmişdir.Mirzə Muxtar əvvəlcə mədrəsədə, iki il sonra isə türk-rus (rus-tatar) mütərəqqi məktəbində təhsil almış, fars və rus dillərini mənimsəmişdir. Yeniyetmə yaşlarından Azərbaycan və fars dillərində lirik şeirlər, qəzəllər müəllifi kimi tanınmışdır. Bundan əlavə, Xarrat Qulunun muğam məclislərində yaxından iştirak etmiş, "Segah", "Mahur-Hindi", "Qatar bayatısı" muğamlarını ifa etmişdir.
Muxtar (Xocalı)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hazırda Rusiya Federasiyası Sülhməramlı Qüvvələrinin nəzarəti zonasındadır. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Muxtar (Əsgəran)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hazırda Rusiya Federasiyası Sülhməramlı Qüvvələrinin nəzarəti zonasındadır. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Muxtar Abdullayev
Muxtar Nağı oğlu Abdullayev (1896, Nuxa – 13 oktyabr 1937, Bakı) — Nuxa (Şəki) şəhər sovetinin sədri, repressiya qurbanı. == Haqqında == 16.08.1937-ci ildə "vətən xaini" kimi həbs olunub. Kommunist partiyanın rəhbərlərindən biri kimi "Stalin güllələnmə siyahi"nda idi.13 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmənini Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən "vətən xaini" kimi I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. 20 ildən sonra, 6 iyun 1957-ci ildə SSRİ Ali Məhkəmənini Hərbi Kollegiya ona bəraət verildi.Ailə tərkibi: həyat yoldaşı :Həyat Abdullayeva, oğlanları Məmməd — 13 yaş, Əhməd — 9, Firidun — 5 yaş,Rafiq, qızları :Zümrüd - 17 yaş, Yaqut - 15 yaş, Barat — 10 yaş, Qüdrət — 8 yaş,Rəna — 6 aylıq.
Muxtar Abduyev
Muxtar Abduyev - kənd təsərrüatı elmləri doktoru (1966), professor (1971). == Həyatı == Muxtar Abduyev 1926-cı ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. 1941-ci ildə Ağdaş rayon 3 saylı orta məktəbini, 1944-cü ildə isə Ağdaş Pedaqoji Məkətbini bitirmişdir. M. Abduyev 1951-ci ildə ADU-nun geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra torpaqşünaslıq ixtisası üzrə Azərbaycan SSR EA-nın aspiranturasına daxil olmuş və 1956-cı ildə "Şirvan düzünün şərq hissəsi torpaqlarında şorluğunun dinamikası" mövzusunda dissertasiya müdafiə ederək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır. 1955-1965-ci illərdə apardığı gərgin elmi tədqiqatlar müsbət nəticəsini vermişdir. Abduyev ilk dəfə olaraq "Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri" mövzusunda doktorluq dissertasiyası (1966) müdafiə etmişdir. 1971-ci ildə ona professor dərəcəsi verilmişdir. 16 iyul 1979-cu ildə vəfat etmişdir. == Fəaliyyəti == M. Abduyev 1954-1956-cı illərdə kiçik elmi işçisi, 1956-1968-ci illərdə baş elmi işçi vəzifələrində, 1968-1979-ci illərdə isə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə müavin vəzifəsində çalışmışdır. M. Abduyev həmçinin Azərbaycan SSR EA Rəyasət Heyətinin Torpaqşünaslıq və Meliorasiya Problemlərinin Koordinasiya Şurasının üzvi kimi respublikada elmi-tədqiqat işlərinin təşkilində və inkişafında fəal iştirak etmişdir.
Muxtar Auezov
Muxtar Omarhan oğlu Əvəzov ( qaz. Мұхтар Омарханұлы Әуезов, rus. Мухтар Омарханович Ауэзов; 28 sentyabr 1897 — 27 iyun 1961) — qazaxıstanlı pedaqoq, yazıçı, tərcüməçi, tənqidçi, siyasətçi, mütəfəkkir. == Həyat və fəaliyyəti == Qazaxstanın yazıçılarından biridir. Qazax dastanları və ümumi türk ədəbiyyatı ilə araşdırmalar etmiş, hekayə, tərcümə, sınaq, roman növlərində əsərlər yazmışdır. Özü üçün “Şərqin Şolohovu ” və ya “ İkinci Abay ” ləqəblərindən istifadə etmişdir. Qazax ədəbiyyatında qərb tərzində nəsr ənənəsinin ilk nümayəndəsi hesab edilir.О, qazaх məktəblərinin şagirdləri üçün ilk dərs vəsaiti olan “Qırğız müntəxabatı” kitabını hazırlayır. Kitabda pedaqoqun “Gəlin, uşaqlar, oxuyaq”, “Biliklərə yiyələnən xalqlar”. “Kasıb olsan da oğurluqla dost olma”, “Akının ədalətli sultana müraciəti”, “Yay”, “Çay” və digər şeirlərində müxtəlif səpkili ictimai-sosial, tarixi, etik-fəlsəfi, doğma təbiət səhnələri, aydın və sadə formadan istifadə edilməklə qələmə alınmışdır. Çoxsaylı pyeslər (“Enlik və Kebek”, “El ağası”, “Baybişə və tokal”, “Ayman-Şolpan”, “Sərhəddə”, “Xan Kenə”, “Ağ ağcaqayın”, “Oktyabr uğrunda”, “Abay” – L.Sobolevlə birlikdə və s.), hekayələr və povestlər (“Fırtına”, “Yetim nəsibi”, “Oxumuş vətəndaş”, “Çöl hekayələri”, “Evlənmə”, “Yaslı gözəl”, “Qanlı gecə”, “Karaş-karaşda olay” – Aşırımda atəş”, “Barımta”, “Gənc nəsil” və s.
Muxtar Avşarov
Muxtar Həsən oğlu Avşarov (14 fevral 1914, İrəvan – 6 dekabr 2004, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002). == Həyatı == 90 il insan həyatında dünyagörüşün tamam formalaşdığı, keçmiş həyat yolunun dolğunlaşaraq mənalı təsdiqi, həmçinin çəkdiyi əməyin və yaradıcılığın çiçəklənərək bəhrə verməsi üçün şərəfli, həm də uzun bir yoldur. Bu ömür yollarında püxtələşərək qüdrətli sənətkara çevrilən Muxtar Avşarovun sənət aləmində izləri bu gün də onu sevən minlərlə insanın qəlbindən silinməyib. Şablonçuluqdan uzaq, sənətə özünəməxsus dəsti-xəttini, istedadlı tapıntılarını, və əvəzolunmaz peşəkarlıq keyfiyyətlərini özündə təcəssüm etdirən M. Avşarov bu gün də unudulmayıb, ürəklərdə yaşayır. Əsərlərdəki oynadığı rolların böyük və kiçikliyindən asılı olmayaraq personayın fikrini, düşüncələrini özünəməxsus tərzdə təbii boyalarla vermək arzusu, rolun səciyyəvi xüsusiyyətlərinə uyğun davranış, əvvəldən axıradək bu xəttin düzgün aparılması M. Avşarovun sənət amalı olmuşdur. Belə ki, əsərlərdəki surətlərin müsbət və yaxud mənfi olmasından asılı olmayaraq onların daxili çalarlarını peşəkarcasına, düzgün tapdığına görə M. Avşarovu tamaşaçılara sevdirmişdir. O, böyük sənətkarlığı ilə bərabər, övladları üçün qayğakeş, mehriban ata, nəvələri üçün örnək baba, bütün xalqı və milləti üçün el ağsaqqalı idi. Ömrünün 90 ilinin 65 ilini peşəkar səhnəyə bağlamış, zəngin dünyagörüşünə malik, həyatının hər bir anında daima səhnəni düşünən, kiçik yaşlarımdan tanıdığım, tez-tez ünsiyyətdə olduğum, sənətinə pərəstiş etdiyim nurani sənətkarımız barədə ad günündə məqalə hazırlamağı özümə borc bildim. Etiraf edim ki, sənətkar barəsində keçmiş zamanda yazmağa çox çətinlik çəkirəm. Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olmuşdur.
Muxtar Aymaxanov
Muxtar Rabatoviç Aymaxanov — (qaz. Мұхтар Рабатұлы Аймаханов, 1 yanvar 1967-ci il təvəllüdlü) - Yuri Qaqarin adına Kosmonavtlar Tədqiqat İnstitutu dəstəsinin sınaq kosmonavtı. Milliyyətcə qazax olan Aymaxanov 2012-ci ildən — Rusiya kosmonavt korpusuna yazılmaq və kosmik uçuşlar həyata keçirə bilməsi üçün Qazaxıstan Respublikasının vətəndaşlığını dəyişdirərək Rusiya Federasiyası vətəndaşlığını qəbul edir. Kosmik uçuşlarda təcrübəsi yoxdur, kosmonavtlar korpusunun ixtisaslaşması və təkmilləşdirilməsi qrupunda təlim keçir. S. I. Vavilov adına Təbiət və Texnologiya Elmləri Tarixi İnstitutunun elmi işçisidir. == Həyatı == SSRİ, Qazaxıstan SSR-in Qızılorda vilayətinin, Cosalı kəndində anadan olmuşdur (indiki Qazaxıstan Respublikası, Qızılgül vilayəti).Məktəbdə oxuyarkən Alma-Ata uçan klubunda uçuş təlimini keçir. 1988-ci il Çerniqov Ali Hərbi Aviasiya Məktəbini bitirib "pilot-mühəndis" ixtisasına yiyələnir.1988-ci ildən bəri SSRİ Silahlı Qüvvələrinin Hava Qüvvələri sıralarında, daha sonra Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrində ehtiyat kapitanı olaraq xidmət etmişdir. 1993-1998-ci illərdə hərbi xidmətdən ayrıldıqdan sonra Qazaxıstan Fond Birjasında, Orta Asiya Depozit Sistemi Altın-Kazna ASC, Terminal LLP, MAAGBOL LLP-də çalışıb. 2002-ci ildə "Adilet" Ali Hüquq məktəbinin hüquqşünaslıq ixtisasını bitirib. Elə həmin il "Altın-Konsalt" LLP-nin baş direktoru olur.
Gülsar
Gülsar— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,013 nəfər və 2,775 ailədən ibarət idi. Gülsar şəhəri,Böyük Seyfabad və Xalisə Seyfabad kəndlərinin birləşməsindən yaranıb.
Rüzgar
Külək — havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Ruşan
Ruşan – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 13 km qərbdə, Alazan-Həftəran vadisində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 1002 nəfərdir ki onunda 484 nəfəri kişi, 518 nəfəri qadındır. === Şəhidləri === 1. Rafiq Gülmirzə oğlu Ağakişiyev 1964-22.04.1994 2. Qərib Mirzağa oğlu Məmmədov 1974-09.02.1993 3. Hidayət Əziz oğlu Mirzəyev 1943-05.03.1993 4. Ağasəf Ağaşirin oğlu Əmirov 1960-22.04.1994 5.