Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürfəsixordalılar
Sürfəsixordalılar, qişalılar və ya Tunikalılar (lat. Tunicata, Urochordata) — xordalılar tipinə daxil olan yarımtip. Bura 5 sinif aiddir. 100-dən çox növü məlumdur. Bu heyvanlarda xorda yalnız sürfə mərhələsində olur. Yarımtipin adı da buradan götürülmüşdür. Bunlar dənizdə oturaq həyat keçirir. Bəziləri zəif hərəkətlidir. Bədən pərdə və ya tunika adlanan xüsusi qatla örtülüdür. Suyu süzməkİə passiv qidalanır.
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Sürvə
Sürvə və ya adaçayı (lat. Salvia) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Sürxə
Sürxə — İranın Simnan ostanının şəhərlərindən və Sürxə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9 062 nəfər və 2 686 ailədən ibarət idi. Əhalisi sürxə dilində danışır.
Süfrə aksesuarları
Süfrə aksesuarları — insanların yemək yeyərkən istifadə etdikləri qaşıq, çəngəl, bıçaq və s. vasitələr. == Ən qədim süfrə aksesuarı bıçaq sayılır == Düşünülür ki, bacarıqlı insanlara ilk alətlər kimi onun əlləri deyil, sümükdən və daşdan hazırlanmış bıçaqları kömək etdi. Min illər boyunca bıçaq silah kimi istifadə edilirdi, Xüsusən ovçuluq və müxtəlif işlərlə məşğul olarkən bıçaq mühüm rol oynayırdı. Lakin 5000 il sonra spesefik formada olan və süfrədə istifadəsi yararlı sayılan bıçaqlar yarandı. Orta əsrlərə kimi bütün insanlar müəyyən yerlərə gedərkən öz bıçaqlarınəı özləri ilə birlikdə aparırdılar. Həmin bıçaqlar yalnız yemək zamanı deyil, eyni zamanda iş prosesində də istifadə edilirdi. XV – XVI əsrlərdə məşhur şəxslərin evlərində bahalı bıçaqlar meydana gəlməyə başladı. Bu bıçaqlar qızıldan hazırlanırdı və qulp hissələri bahalı ağaclardan düzəldilirdi. Vaxtın keçməsi ilə bıçaqların yalnız materiallarında dəyişikliklər oldu.
Sürxə (Bostanabad)
Sürxə (fars. سرخه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (11 ailə).
Sürxə (Mərənd)
Sürxə (fars. سرخه‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 376 nəfər yaşayır (90 ailə).
Sürxə dili
Sürxə dili — Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran qrupunun Simnan dilləridəndir. İranın Simnan ostanında, xüsusilə Sürxədə danışılır.
Sürxə şəhristanı
Sürxə şəhristanı — İranın Simnan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sürxə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 14,194 nəfər və 4,195 ailədən ibarət idi.
Vəzili sürvə
Salvia glutinosa (lat. Salvia glutinosa) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. Vəzili sürvə - (lat. Salvia glutinosa) == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 1-1,5 m, gövdəsi düz, sadə, uzun tüklənmişdir. Yarpaqları saplaqlı, yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 15 sm, eni 9 sm-ə kimi, kənarları diş-dişli, az tüklü və ya çılpaq, damarlar boyu yapışqanlı tüklərlə örtülmüşdür. Çiçəkyanı yarpaqları çox xırda, yumurtavari-elliptik, qıraqları bütövdür. Çiçəkqrupu sadə, 3-6 çiçəkli çoxsaylı topalardan təşkil olunmuşdur, yapışqanlıdır. Kasacıq (çiçəkləyən vaxt) 10–13 mm, vəzili-uzuntüklü, yapışqanlıdır. Tacı 3-4 sm, tüklənmiş, qırmızımtıl naxışlı və ləkəli sarı rəngdədir. Fındıqçaları 3 mm uzunluqda, elliptik formalı, qonurdur.
Ənbər sürvə
Müşk sürvəsi, Ənbər sürvə (lat. Salvia sclarea) və ya Dağ küncüdü — adaçayı cinsinə aid bitki növü. == Sinonim == Aethiopis sclarea (L.) Fourr. Salvia altilabrosa Pan Salvia calostachya Gand. Salvia coarctata Vahl Salvia foetida Lam. Salvia haematodes Scop. [Illegitimate] Salvia lucana Cavara & Grande Salvia pamirica Gand. Salvia sclarea var. calostachya (Gand.) Nyman Salvia sclarea var. turkestanica (Noter) Mottet Salvia simsiana Schult.
Əshabi-süffə
Əshabi-süffə və ya Əhli-süffə (ərəb. أهل الصفة؛ أصحاب الصفة‎ — Oturacaq sakinləri və ya Talvar əhli) — Mədinədə sığınacağı olmayan və Peyğəmbər məscidinin örtüyü altında yaşayan Məhəmməd peyğəmbərin yoxsul səhabələri. Ümumilikdə Əhli-süffədən olan 93 nəfərin adı məlumdur. “Talvar əhli” arasında Məhəmmədi görmək üçün Mədinəyə gələnlərdə var idi. == Tarix == Məhəmməd peyğəmbər şəxsən “Talvar əhlinin” qayğısına qalır, qənimətlərin bir hissəsini onlara verir və dövlət xəzinəsindən onlara vəsait ödəyirdi. Əhli-süffə sakinləri davamlı namaz və oruc tutmaqla yanaşı, yazıb-oxunaq və hədisləri intensiv şəkildə öyrənirdi. Onların müəllimləri arasında Məhəmməd peyğəmbərin Abdullah ibn Məsud, Əbu əd-Dərda, Ubeyy ibn Kəb, Muaz ibn Cəbəl və Ubadə ibn əs-Samit kimi tanınmış səhabələri var idi. Müsəlmanlar hesab edirlər ki, Əhli-süffə əslində ilk müsəlman təhsil müəssisəsini (mədrəsə) qurmuşdur. “Talvar əhli” arasından məşhur hədis rəvayətçiləri (Əbu Hüreyrə, İbn Ömər və Əbu Səid əl-Xudri), ilk müəzzinlər (Bilal Həbəşi və Abdullah ibn Ümmü Məktum) və peyğəmbərin digər görkəmli səhabələri (Əbuzər əl-Ğəffari, Hüzeyfə, Xəbbab, Salman Farsi, Şüheyb ər-Rumi, Uqbə ibn Əmir əl-Cuhani və İrbad ibn Səriyyə) çıxmışdır. == Sufizm (Təsəvvüf) == Əhli-süffə sakinləri davamlı olaraq namaz qılır və nadir hallarda lüzumsuz olaraq məscidi tərk edirdilər.
Sürə (Salmas)
Sürə (fars. سوره‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,506 nəfər yaşayır (387 ailə).
Levçay sürmə yatağı
Levçay sürmə yatağı — yatağın mərkəz hissəsində filiz kütləsi silisiumlaşmış, əhəng daşlarında civəli kütlələrlə yanaşı sürmə filizləşməsinində kifayət qədər olması müəyyənləşdirilmişdir. Filizdə sürmənin miqdarı 0,4-11,6 %, orta miqdarı isə 1,1%. təşkil edir.Yatağın öyrənilmiş hissəsində sürmənin ehtiyatı 2 min. ton olduğu müəyyən edilir.
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyat və karyerası == SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsi == SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.SuRie daha öncə 2015-ci ildə Belçika təmsilçisi Loik Notteni və 2017-ci ildə isə yenə də Belçikanı müsabiqədə təmsil edən Blanşı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir.Böyük Britaniya Böyük Beşlik ölkələrindən biri olduğu üçün SuRie 12 may tarixində keçirilən Avroviziya finalından mübarizəyə qoşulmuşdur.
Surə
Surə - müsəlmanların müqəddəs kitabı olan Quranın bölmələri. Quranda 114 surə var. Surələr ayələrə bölünür. Ən böyük surə əl-Bəqərə surəsidir.
Şərfə (Xudafərin)
Şərfə (fars. شرفه‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 697 nəfər yaşayır (219 ailə).
Sure-İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. == Fəaliyyəti == "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
Gürzə
Gürzə (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsi Gürzə patrul maşını — Azərbaycan istehsalı hərbi texnika. Gürzə (xörək) — Azərbaycan kulinariyasında xəmir xörək. Gürzələr — pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Qürvə
Qürvə (farsca: قروه) İranın Kürdüstan ostanında bir şəhərdir. Bu şəhər Qürvə şəhristanının inzibati mərkəzidir. Əhalisi 66.390 nəfərdir (1996).Qəsəbə Kürdüstan ostanının şərqində, ostan mərkəzi Sənəndəc şəhərindən 93 kilometr şərqdə yerləşir. Qürvə mineral bulaqlar ilə zəngindir. Əhalisi əsasən azərbaycanlılardan və kürdlərdən ibarətdir.
Storm (SuRie mahnısı)
Storm (azərb. Fırtına‎) — Böyük Britaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.SuRie "Storm" mahnısı ilə Böyük Britaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Britaniyalı bəstəkarlar Nikol Bler, Qil Lyuis və Şon Harqrivs tərəfindən yazılmışdır.
Kabudxani-yi Sülfa (Qürvə)
Kabudxani-yi Sülfa (fars. كبودخاني سفلي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (24 ailə). Əhalisini kürdlər təşkil edir.
Kakuy-i Sülfa (Qürvə)
Kakuy-i Sülfa (fars. كاكوي سفلي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 252 nəfər yaşayır (58 ailə). Əhalisini kürdlər təşkil edir.
Xoşkamrud-i Sülfa (Qürvə)
Xoşkamrud-i Sülfa (fars. خشكمرودسفلي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 321 nəfər yaşayır (88 ailə). Əhalisini kürdlər təşkil edir.
Sirkə
Sirkə – üzümdən, almadan, baldan və s.-dən hazırlanan turş maye. == Ümumi məlumat == Sirkə üzüm, xurma, əncir, bal və s.-dən çəkilir. Ən çox üzüm sirkəsi işlənir. == Hazırlanma qaydası == == Sirkə təbabətdə == Sirkə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir. Susuzluğu yatırır, həzmə kömək edir, iştahı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir. Acqarına bir müddət sirkə işlətmək bağırsaq qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaqla mədəni təmizləyirlər. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Ona duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir. Yaralı yerlərin kənarlarına sirkə sürtmək yaranın ətraflara yayılmasının qarşısını alır.
Sorxə
Sorxə (Bostanabad) — İranda kənd. Sürxə — İranın Simnan ostanının şəhərlərindən və Sürxə şəhristanının mərkəzidir. ‎Baba Sorxə (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Süldə
Süldə xan — türk və altay mifologiyasında döyüş tanrısıdır. Züldə xan da deyilir. İnsanın qoruyucu ruhudur (iyesidir). Onları başqa düşmən soyların zərərlərinə qarşı qoruyur. Onun tərəfindən qorunan insanlar güclü, düşüncəli və cəsur olarlar. Çox qüvvətli, ürküdücü tanrıdır. Çox qüvvətlidir. Orduları idarə etməkdə, döyüşləri qazanmaqda, düşməni yenmekte komandirlərə köməkçi olar. Qırmızı bayraqlıdır, sarı buğra kürəyində oturar. Sarı və ya ağ rəng ilə işarələniyər.
Sünnə
Sünnə (ərəb. سُنَّة‎; hərf. xüsusi; misal) — müsəlman icmasında (ümmət) islam peyğəmbəri Məhəmmədin həyatından nümunələr verən ənənə. Sünnə islam hüququnun (fiqh) Qurandan sonra ikinci mənbəyidir və onunla sıx bağlıdır. Ənənəçilər üçün Məhəmməd peyğəmbərin sünnəsinə əməl etmək müsəlmanın həyatının əsas məzmunudur. Müsəlmanların dini təhsilinin mühüm hissəsi sünnənin öyrədilməsidir. Heç bir islam hüquqşünası (fəqih) sünnədən kifayət qədər biliyə malik olmadıqda islam hüququ sahəsində nüfuz sahibi sayıla bilməz. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Пиотровский М. Б. ас-Сунна // Ислам: энциклопедический словарь / Отв. ред. С. М. Прозоров. — М. : Наука, ГРВЛ, 1991.
Süren
Süren (fr. Suresnes) — Parisin qərb sərhəddində O-dö-Sen departamentində kommuna. Əhalisi 48 565 nəfərdir (2015-ci il üçün).
Sürju
Sürju (fr. Surjoux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-sür-Valserin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01413. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 78 nəfər təşkil edirdi.
Sürət
Sürət — gedilən yolun zamana nisbətinə bərabər olan kəmiyyətdir. Düsturla ifadəsi isə belədir: v = s t {\displaystyle v={\frac {s}{t}}} Burada s-düzxətli bərabərsürətli hərəkətdə gedilən yol, t - həmin yolu getmək üçün sərf olunan zaman, v - isə sürətdir. Sürət vahidləri 1 s m s a n {\displaystyle 1{\frac {sm}{san}}} (SQS sistemində), 1 m s a n {\displaystyle 1{\frac {m}{san}}} (BS sistemində) -dir. Cismin hərəkət halı təkcə sürətin qiyməti ilə deyil, həm də hərəkətin istiqaməti ilə xarakterizə olunduğundan sürət vektorial kəmiyyətdir.
Süzmə
Süzmə - suyunu süzərək qatılaşdırılmış qatıq. Süzməni qurudaraq qurut hazırlamaq olar.
Durmə (Qürvə)
Durmə (fars. درمه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.
Burfi
Burfi — Hindistan mətbəxinin (həmçinin Banqladeş və Pakistan mətbəxləri) məşhur şirniyyatlarından biri. Burfi qatılaşdırılmış süddən hazırlanmış şirin, konfetə bənzər şirniyyat növüdür. Hindistan yaranmış bu şirniyyat adı "qar" mənasını verən "barf" sözündən yaranıb. Bir neçə növü mövcuddur:besan burfi (qoyunnoxudu unu qatılır), kaaji burfi (Braziliya fıstığından hazırlanır), pista barfi (yerpüstəsindən hazırlanır) və sing barfi (yer fındığından hazırlanır).
Burre
Burre (fr. bourrée, bourrer sözündən – gözlənilməz sıçrayışlar etmək) — qədim fransız rəqsi. == Haqqında == XVI əsrin ortalarında yaranmışdır. XVII əsrdən Burre səciyyəvi cüt ölçülü (alla breve), iti templi, dəqiq ritmli saray rəqsi olmuşdur. XVII əsrin ortalarında instrumental süitanın tərkibinə salınmış, J.B. Lülli B.-ni opera və baletə daxil etmiş dir. XVIII əsrin 1-ci yarısında Fransanın hüdudlarından kənarda da məşhur idi. Q. Muffat, G.F. Hendel, İ.S. Bax, A. Kampra, A.K. Detuş, J.F. Ramo öz yaradıcılıqlarında Burreyə müraciət etmişlər.
Kufrə
Kufrə Liviyanın Kirenaika ərazisində şəhər. Xüsusilə təcrid olunmuş bir ərazidə yerləşir, yalnız Saxara səhrasının ortasında olduğu üçün deyil, həm də üç tərəfdən çöllərin şərq-qərb quru nəqliyyatında keçidini üstün edən depressiyalarla əhatə olunduğu üçündür. Müstəmləkəçi italyanlar üçün bu, İtaliyanın Şərqi Afrikasına şimal-cənub hava yolunda bir stansiya kimi də vacib idi. Bu amillər, Kufrənin Liviyanın cənub-şərqi Kirenaika bölgəsinə hakim olması ilə birlikdə, vahidin strateji əhəmiyyətini və II Dünya Müharibəsi əsnasında qarşıdurma nöqtəsi olduğunu vurğuladı.
Kurse
Kurse (fr. Courçais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03088. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 294 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 186 yaşda olan (15–64 yaş arasında) 147 nəfər iqtisadi cəhətdən, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,0%, 1999-cu ildə 71,0%). Fəal olan 147 nəfərdən 133 nəfər (82 kişi və 51 qadın), 14 nəfər işsiz (2 kişi və 12 qadın) idi. 39 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Parfe
Parfe (от fr. parfait) -1894-cü ildən məşhur olan soyuq desertdir. == Haqqında == Qaymaq, şəkər tozu, vanildən ibarət olub, dondurulmuş metal formada olur. Bəzən parfeyə çalınmış yumurta da tökülr.Tarixən parfe fransız deserti olmuşdur. Bundan əlavə kulinarlar amerikan parfesi də hazırlayırlar ki, buna da dondurma və digər inqridiyentlər də qatılır. Aromatlışdırıcı kimi kofe, kakao, tünd şokolad, meyvə konservləri də qatılır. Parfeni stakanlardan da təqdim edirlər.
Serqe
Serqe (bur. сэргэ) — Buryatlar və yakutlar arasında yayılmış olan ayin ağac və dirəkləri. Serqe quraşdırıldığı ərazinin bir sahinin olması deməkdir. Alaçığın yanında, evin qapılarında yerləşdirilir ("serqe əgər dik durursa, demək ailə sağdır"). Serqeni dağıtmaq olmaz, o özü yararsız hala gəlməlidir. Serqe ata pərəstiş ilə əlaqələndirilir. Ev sahibləri və qonaqlar atları bu dirəyə bağlayırdılar. Bu dirək həm üç dünyanı birləşdirən dünya ağacının da simvoludur. Dirəkdə üç üfüqi yiv kəsilir. Yuxarı üst dünyadakı göylərin atlarını bağlamaq üçün, orta insanların atları üçün, alt hissəsi yeraltı atlar üçün nəzərdə tutulmuşdur.