Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siçanlı
Yaşayış məntəqələri ErmənistanSiçanlı (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Siçanlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd olmuşdur. Təzəkəndin yanında yerləşmişdir.TürkiyəSıçanlı (İğdır) — İğdır ilinin Merkez ilçesine bağlı bir kənd.ToponimSiçanlı (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Siçanlıdağ — Kəlbəcər rayonunda dağ. Siçanlı — Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində yer adı. Siçanlı yalı — Tovuz rayonunun Qaralar kəndində yer adı.
Siçanlı (Talin)
Sıçanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km şərqdə, Alagöz dağının cənub-qerbində Qafqazın 5verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuzlarin beydilli tayfasından olan sincan etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir Etnotoponimdir. Quruluşca düzəltmə toponimidir. Erm. SSR AS RH-nin 3 l 1925-ci fərmanı ilə adı dəyişdirilib Avtona qoyulmuşdur.
Siçanlı (Talın)
Sıçanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km şərqdə, Alagöz dağının cənub-qerbində Qafqazın 5verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuzlarin beydilli tayfasından olan sincan etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir Etnotoponimdir. Quruluşca düzəltmə toponimidir. Erm. SSR AS RH-nin 3 l 1925-ci fərmanı ilə adı dəyişdirilib Avtona qoyulmuşdur.
Ev siçanı
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Hind siçanı
Hind siçanı (lat. Nesokia indica) — Gəmiricilər dəstəsinə aid məməli heyvan növü. Yayılma arealı Əfqanıstan, Banqladeş, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkmənistan və Özbəkistandır.
Tarla siçanı
Tarla siçanı (lat. Apodemus agrarius) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 123, quyruğu 90 mm-ə qədərdir. Sifəti kütləşmiş, qulaqları və gözləri kiçikdir. Belindəki xəz kobud, ortasından tünd zolaq keçir. Bədənin aşağı tərəfı ağımsovdur. Döşündə ön pəncələri arasında xallar yoxdur. == Yayılması == Tarla siçanının arealı Avropanın meşə zonasını və Asiyanın mühüm hissəsini əhatə edərək sərhədləri şimalda Danimarka və Sankt-Peterdurqa, cənubda Zaqafqaziyaya, şərqdə Vladivostoka və Yuniana qədər çatır. Şimali Qafqazın dağətəklərindən Zaqafqaziya hüdudlarına iki yolla keçir: Qara dəniz sahili boyunca təqribən Suxumiyə qədər, Xəzər sahili boyunca Xaçmaza və Quba-Qusar maili düzənliyinə qədər.
Şirani (Səlmas)
Şirani (fars. شيراني‎‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 280 nəfər. yaşayır (45 ailə).
Şirani (Sərdəşt)
Şirani (fars. شيراني‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (17 ailə).
Miranti du Vali
Miranti du Vali (port. Mirante do Vale) — San-Pauluda göydələn. 1960-cı ildə inşa edilmişdir. Hazırda Braziliyada ən yüksək göydələndir. Hündürlüyü 170 metr, mərtəbələrinin sayı 51-dir. 75.000 kvadrat metrdir.
Adi çöl siçanı
Adi tarlasiçanı (lat. Microtus arvalis) ― Rodentia dəstəsindan bir məməli növü.
Apple Kompüter Siçanı
Apple Kompüter Siçanı — Apple tərəfindən əvvəl Apple seriyası üçün, daha sonra Macintosh kompüter seriyası üçün hazırlanan bir siçandır. İstehlakçılara təqdim olunan ilk kommersiya məqsədli siçanlardan biridir. İllər boyu Apple-n özünəməxsus dizaynını özündə əks etdirən siçanları fərqli bir forma və funksiyaya malik olmuşdur. Apple tərəfindən istehsal olunan siçanlar, adətən tək bir düymə ilə idarə olunurlar. 2005-ci ildə Apple bir sürüşmə topu və dörd proqramlaşdırılması mümkün "düymə" xüsusiyyətli bir siçan tanıtdı. Apple tərəfindən istehsal olunan bütün siçanlar, Appleın optik LED əsaslı nəzarət mexanizmləri 2000-ci ilə qədər sürüşmə topu mexanizmi ilə işləyirdi. Appleın ən yeni siçanları lazer texnologyasını istifadə edir == Tarixi == 1979-cu ildə Apple, bir iş kompüteri planlaşdırırdı və eksperimental texnologiyalarının bəzilərini görmək üçün "Xerox Parc" araşdırma mərkəzi ilə birgə layihə hazırlamışdı. Douglas Engelbart "SRI International"da çalışarkən siçanı icad etdilər. Ən böyük problemlərdən biri, istehlakçı əsaslı bir fərdi kompüter üçün istifadəyə yararlı olamayn siçanın xərcinin 400 ABŞ dollarından yuxarı olması idi. Əsl siçan təxminən on il boz rəng və profillərdən ibarət düzbucaqlı bir blok formasında qaldı.
Avropa qar siçanı
Avropa qar çöl siçanı (lat. Chionomys nivalis) - (Rodentia) dəstəsindan, az təhlükə altındadır, mühafizəyə baxımlı məməli növü. == Təsviri == Bədənin uzunluğu 130 - 150 mm, quyruq uzunluğu 60 - 70 mm (orta hesabla quyruq bədənin 50%-ni təşkil edir), yuxarı azı dişlərinin uzunluğu 5.5 — 7.6 mm, aşağı 5.6 — 7.6 mm. M1- 2.5 — 3.05 — 3.4 mm. M3 qısalmışdır. M1 nisbətən uzundur. Rəngi boz-küldən açıq rəng arasında dəyişir. Üst tərəfinin rəngi tünd, tükləri nisbətən coddur. Quyruğun üst hissəsi açıq olub, birrənglidir. == Yayılması == Qafqaz və ona bitişik Asiya sahəsi ilə məhdudlaşmışdır.
Dağıstan çöl siçanı
Dağıstan çöl siçanı (lat. Microtus dagestanicus) — gəmiricilər dəstəsinin (Rodentia) dağ siçanları fəsiləsinin boz siçanlar cinsindən heyvan növü. Baş Qafqaz silsiləsi və Kiçik Qafqazda Microtus dagestanicus (Dağıstan çöl siçanı) endemik hesab olunur.(Qromov, Erbaeva, 1995).
Ev siçanı (cins)
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Hirkan meşə siçanı
Hirkan meşə siçanı (lat. Sylvaemus hyrcanicus Vorontsov) — haqqında az məlumat olan və ya Azərbaycanda məhdud arealda yayılmış, nəsli kəsilmək üzrə olan gəmirici növüdür. == Təsviri və yayılması == Hirkan meşə siçanının bədəninin uzunluğu 92.0 – 96.6 mm, quyruğunun uzunluğu 85.0 – 94.0 mm, pəncənin uzunluğu 22.0 – 24.0 mm, qulağın hündürlüyü isə 17.3 – 18.0 mm-dir. Yuxarı diş sırasının uzunluğu 4.1 mm-dir. === Yayılması === Hirkan meşə siçanının arealı Lənkəran təbii vilayətinin dağətəyi və dağlıq meşə əraziləri ilə məhdudlaşır. 150 – 1000 m hündürlükdəki meşəlik ərazilərdə yayılmışdır. == Sayı və azalma səbəbi == Olduqca azsaylıdır. Hal-hazırda sayı barədə dəqiq məlumat yoxdur. === Məhdudlaşdırıcı amillər === Populyasiyada fərdlərin sayı hava şəraitindən (quraqlıq illərdən), antropogen amillərdən, o cümlədən, onların məskunlaşdığı sahələrdə torpaqların mənimsənilməsindən asılıdır. === Qorunması üçün qəbul edilmiş tədbirlər === Qorunması məqsədilə xüsusi olaraq qəbul edilmiş tədbirlər mövcud deyil.
Kiçik meşə siçanı
Kiçik meşə siçanı (lat. Apodemus uralensis) , (Rodentia) dəstəsindan bir Məməli növü.
Kəsəyən dağ siçanı
Kəsəyən dağ siçancığı (lat. Calomyscus urartensis) — gəmiricilər dəstəsinin Kəsəyən dağ siçancıqları fəsiləsinə (lat. Calomyscidae) aid növdür. == Xarici görünüşü == Ölçüləri xırda, quyruğu bədənindən uzundur (uyğun olaraq 101 və 85 mm-ə qədər). Xarici görünüşü siçanşəkilli, qulaqları uzun olub seyrək, zərif tüklərlə örtülmüşdür. Bığları uzundur. Başqa siçancıqlardan fərqli olaraq arxa ətrafları ön ətraflardan xeyli uzundur. == Yayılması == Azərbaycanda və şimal-qərbi İranda yayılmışdır. == Həyat tərzi == Yaşayış yerləri Naxçıvançayın sol sahili boyunca dağlıq çöllər 1660–1700 m hündürlüyə qədər bağlıdır. Dəyişkənliyi öyrənilməmişdir.
Meridian qum siçanı
Meridian qum siçanı (lat. Meriones meridianus) , (Rodentia) dəstəsindan bir Məməli növü.Araz boyunca (Naxçıvan MR-də) nadir rast gəlir.
Nazarov çöl siçanı
Dağıstan çöl siçanı (lat. Microtus dagestanicus) — gəmiricilər dəstəsinin (Rodentia) dağ siçanları fəsiləsinin boz siçanlar cinsindən heyvan növü. Baş Qafqaz silsiləsi və Kiçik Qafqazda Microtus dagestanicus (Dağıstan çöl siçanı) endemik hesab olunur.(Qromov, Erbaeva, 1995).
Nəzərov çöl siçanı
Nəzərov çöl siçanı (lat. Microtus nasarov) — gəmiricilər dəstəsi, Dağsiçanları fəsiləsinin boz çölsiçanları cinsindən heyvan növü. == Yayılması == Bu canlılar əsasən Kiçik Qafqaz dağlarının şərq ətəklərində, Azərbaycan və Ermənistan ərazilərində yayılmışdır. Çöllüklərdə yayılmışdır. Demək olar ki olduqca az öyrənilmişdir. Amma Dağıstan çöl siçanıları ilə ümumi oxşarlıqları vardır. == Qorunması == Xüsusi olaraq qorunması təşkil olnmamışdır. Bununla belə bir çox qoruqların ərazisində yayılmışlar. == Mənbə == Tsytsulina, K. 2008.
Qafqaz meşə siçanı
Sarıqarın siçan (lat. Apodemus ponticus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Azərbaycanda yaşayan sarıboğaz siçan Qafqaz sarıboğaz siçanı yarımnövünə (lat. Apodemus tauricus saxatilis) aiddir. Bu daha kiçik formadır. Bədəninin uzunluğu 100,0-115,0 mm (ortalama 106,4), quyruğu - 103,0-118,0 (107,9), arxa pəncəsi - 23,0-26,0 (23,9), qulağı - 15,0-20,2 (17,5) mm, kütləsi 24,2-40,5 q (31,8) çatır. Cüzi mi- qdarda Böyük Qafqazın cənub yamaclarında, xüsusi halda Zaqatala-Şəki, Qax, Oğuz və İsmayıllı rayonlarının orta dağlıq meşələrində, eləcə də Quba-Xaçmaz massivinin aran meşələrində və Qusar rayonunun dağətəyi meşələrində rast gəlinir. Tək-tək fərdləri Kiçik Qafqaz ərazisində (Laçın rayonu), eləcə də Kür-Araz ovalığında (Bərdə rayonunun Sultanbud meşəsi) tutulmuşdur . == Yayılması == Azərbaycan, Gürcüstan və Erməsnitan ərazisində yayılmışdır, həmçinin İran, İraq, Rusiya Federasiyası və Türkiyə ərazisində yayılması ehtimal olunur.
Qafqaz qar siçanı
Qafqaz qar çöl siçanı (lat. Chionomys gud) — Rodentia dəstəsindan bir məməli növü. Bütün Qafqaz və Kiçik Asiyan üçün endemikdir. == Təsviri və yayılması == Bədənin uzunluğu 126-150 mm, quyruq uzunluğu 75-80 mm, qulağının uzunluğu 22 mm, arxa pəncənin uzunluğu 22 mm-dir. Çəkisi 5.7 qr ətrafındadır. Üst tərəfinin rəngi noxudu-bozdan qonurumtul-boza qədərdir. Quyruğu iki rəngli, kəlləsi yuvenil xarakterlidir. === Yayılması === Bu növün yaşayış ərazisi Qafqaz və ona bitişik Kiçik Asiya (Türkiyə) ilə məhdudlaşır. Azərbaycanın şimal-şərq hissəsində rast gəlinir. O cümlədən, Quba, Qusar və Xaçmaz rayonlarında təsadüf olunur.
Qırmızıquyruq qum siçanı
Qırmızıquyruq qum siçanı (lat. Meriones libycus) , (Rodentia) dəstəsindan bir Məməli növü.Böyük Qafqazın dağətəklərində, Kür-Araz ovalığında çoxsaylıdır.
Svenson kisəli siçanı
Svenson kisəli siçanı (lat. Antechinus swainsonii) yırtıcı kisəlilər ailəsinin bir cinsidir. Avstraliyaya endemikdir. == Yayılması == Avstraliyanın şərq və cənub-şərq sahillərində yaşıyırlar. Üç alt cinsə ayırd edilir Antechinus Svenson insulanus (Davison, 1991). Grampians aralığında Viktoriyanın qərb hissəində rast gəlinir Antechinus Svenson Thomas, 1924). Queenslandın cənub-şərq hissəsində, Nyu- South Valesin şərq hissəsində, Viktoriyanın cənub hissəsində yaşıyrılar Antechinus svenson svenson (Vaterhouse, 1840). Tasmaniya adalarının çoxunda rast gəlinir .Təbii yaşayış mühiti, adətən, yüksək rütubətə və kolların qalın olduğu ərazilər, dağlıq zonalar və skleropik meşələrdir . == Görünüş == Bu növ cinsin demorfizmi var. Erkəklərin orta çəkisi – 65 q, dişilərin – 41 q, bəzi erkəkləri 130 qr ağırlığında, dişilər isə 70 q-dır.
Talış meşə siçanı
Sarıqarın siçan (lat. Apodemus ponticus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Azərbaycanda yaşayan sarıboğaz siçan Qafqaz sarıboğaz siçanı yarımnövünə (lat. Apodemus tauricus saxatilis) aiddir. Bu daha kiçik formadır. Bədəninin uzunluğu 100,0-115,0 mm (ortalama 106,4), quyruğu - 103,0-118,0 (107,9), arxa pəncəsi - 23,0-26,0 (23,9), qulağı - 15,0-20,2 (17,5) mm, kütləsi 24,2-40,5 q (31,8) çatır. Cüzi mi- qdarda Böyük Qafqazın cənub yamaclarında, xüsusi halda Zaqatala-Şəki, Qax, Oğuz və İsmayıllı rayonlarının orta dağlıq meşələrində, eləcə də Quba-Xaçmaz massivinin aran meşələrində və Qusar rayonunun dağətəyi meşələrində rast gəlinir. Tək-tək fərdləri Kiçik Qafqaz ərazisində (Laçın rayonu), eləcə də Kür-Araz ovalığında (Bərdə rayonunun Sultanbud meşəsi) tutulmuşdur . == Yayılması == Azərbaycan, Gürcüstan və Erməsnitan ərazisində yayılmışdır, həmçinin İran, İraq, Rusiya Federasiyası və Türkiyə ərazisində yayılması ehtimal olunur.