Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saracıq
Saracıq — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Saracıq kəndi öz adını "saraycıq" sözündən alıb. XVIII əsrin ikinci yarasında yaranıb. Öncə yurd yeri olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında kəndin adı Saraycıq kimi keçir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Saracıq kəndinin adı çəkilmir. XIX əsrin əvvəllərində Xırdapara-Dizaq mahalının başkəndi olub. Mahalın məliyi, qazısı və digər məmurları bu şenlikdə əyləşiblər. Mahalın məliyi Məlik Həsən Molla Səfi əfəndi oğlu idi. Onun vəfatından sonra oğlu Həmzə bəy mahala başçılıq etdi.
Saracıq (Urmiya)
Saracıq (fars. ساراجوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (30 ailə).
Mirvari sırğalı qız
Mirvari sırğalı qız (hl: Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar. Demək olar ki, Vermeerin əsərləri haqqında o qədər də geniş məlumat bizə gəlib çatmamışdır və bu məşhur əsər də istisna deyil. Belə ki, əsər "IVMeer" şəklində imzalanmış lakin heç bir tarix göstərilməmişdir. 1994-cü ildə rəsmin sonuncu bərpasından sonra rəsimdəki incə rəngli kombinasiya və qızın tamaşaçıya baxışının yaxınlığı çox artırılmışdır. Dörd il Vermerin nadir əsərlərinin hissə-hissə xaricə satılmasına mane olmağa çalışmış Victor de Stuersin məsləhəti ilə A.A. des Tombe 1881-ci ildə (bu dövrlər olduqca çətin dövrlər idi) tablolardan birini Haaqada keçirilən auksionda iki gilder 3 sentə aldımış və varisi olmadığından o, bu və aldığı başqa əsərləri 1902-ci ildə Mauritshuisa bağışlamışdı. 1937-ci ildə Vermerin əsərlərindən olduğu güman edilən, olduqca oxşar bir rəsm "Gülən qız" kolleksiyaçı Andrew W. Mellon tərəfindən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına bağışlanmışdır.
Mirvari sırğalı qız (dəqiqləşdirmə)
Mirvari sırğalı qız — Yan Vermeerin 1665-ci ildə çəkdiyi rəsm əsəri. Mirvari sırğalı qız (film) — 2003-cü ildə çəkilmiş film.
Şirvancıq
Şirvancıq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ərtik rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. Kəndin qədim adı Sirvancıq olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir. Toponim türk mənşəli şirvan etnoniminə -cıq şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lernakert qoyulmuşdur.
Şirvancıq məbədi
Şirvancıq məbədi - Qərbi Azərbaycanın (indiki Ermənistan) Şörəyel mahalının Ərtik rayonu ərazisində, Alagöz dağının Qərb yamacında, Şirvancıq (15.07.1948-dən Lernakert) kəndində türk-xristian məbədi. Məbəd V əsrə aid bazilka tavanını çıxmaq şərti ilə ilkin görünüşünü saxlayıb. Xarici divarlarının ölçüsü 22.4x8.2 m-dir. Məbədin yerləşdiyi əraziyə ilk ermənilər XIX əsrin əvvəllərində rus işğalından sonra köçürülüb. В.М.Арутюнян, С.А.Сафарян. Памятники армянского зодчества, Москва, 1951, стр.38, 86; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.109-112.