Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəddarə
Qəddarə —Hər iki tərəfi kəsən ağır qılınc. == Tarixi == Şərq aləmində qəddarədən istifadə edilib. Həm döyüş silahı kimi, həm də cəllad silahı kimi.
Səttarə Fərmanfərmaiyan
Səttarə Fərmanfərmaiyan — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Məsumə xanımın qızı idi. O, İranın Sosial iş anası kimi tanınır. Məryəm Fərmanfərmaiyan, onun ögey bacısı və Məhəmməd Musaddıq əmməsi oğlu idi.
Səyyarə Mollazadə
Mollazadə Səyyarə Məmməd qızı (22 fevral 1930, İlisu – 19 oktyabr 2015, Bakı) — Filologiya elmləri doktoru, Professor == Həyatı == BDU-nu bitirib, 1965-ci ildən ATU-da işləyir, 39 il Azərbaycan dili kafedrasının müdiri olub. 150 məqalənin, 8 kitabın müəllifidir, 12 elmlər namizədi yetişdirib, 50-dən çox dissertantın rəsmi opponenti olub. Səyyarə Mollazadə 42 ildir ki, böyük bir kollektivin üzvüdür; tibb kadrları hazırlayan, sağlamlığın təmin olunması üçün müstəsna elmi-metodiki, ictimai-təşkilati iş aparan Azərbaycan Tibb Universitetində çalışır. 1965-ci ildə baş müəllim kimi fəaliyyətə başladığı Azərbaycan və rus dilləri kafedrasına 1969-cu ildə müdir seçilib. Az qala 40 ildir ki, bu vəzifəni şərəflə yerinə yetirir. İşlədiyi uzun illər ərzində onun haqqında yalnız tərif eşidilib. Alimin işlədiyi dövrdə 4-5 rektor, neçə dekan və digər rəhbər vəzifə sahibləri dəyişmiş, lakin Səyyarə xanıma münasibət əvvəlki kimi qalmışdır. S.Mollazadə bu qocaman ali təhsil ocağında baş müəllimlikdən kafedra müdirliyinə, ali təhsilli mütəxəssisdən elmlər doktoru, professora qədər yol keçmiş, universitetin Böyük Elmi Şurasının, həmçinin fakültə elmi şurasının üzvü kimi nüfuz sahibinə, ağbirçək təhsil-tərbiyə təşkilatçısına qədər yüksəlmişdir. Maraq doğuran cəhət odur ki, Səyyarə Mollazadə təkcə özünün elmi yüksəlişini düşünməmiş, rəhbərlik etdiyi kollektivin üzvlərinin də elmi uğurlar qazanmasına, inkişafına ciddi yanaşmışdır. Onun rəhbərliyi ilə 12 nəfər filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Səyyarə Məmmədli
Səyyarə Oruc qızı Məmmədli (25 yanvar 1961, Kəsəmən, Basarkeçər rayonu) — şair-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Azərbaycan Milli Kitabxanasında şöbə müdiri (2003-indiyədək). == Həyatı == Səyyarə Məmmədli (İsmayılova) 25 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində müəllim ailəsində anadan olub. 1969-cu ildən Basarkeçər rayonu Kəsəmən kənd orta məktəbində oxuyub və 1978-ci ildə həmin məktəbi bitirmişdir. 1979-cu ildə indiki BDU-nun kitabxanaçılıq fakültəsinə qəbul olmuş, 1984-cü ildə isə universiteti bitirmişdir. 2003-cü ildən Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülmüş, 2014-cü ildə AYB-nin və Nəşriyyat-Poliqrafiya Birliyinin birgə keçirdiyi "Ən yaxşı şeir müsabiqəsi"ndə ilk onluqda yer tutmuşdur.Ailəlidir, 3 övladı var. == Yaradıcılığı == Şeir yazmağa orta məktəb illərindən başlamışdır. Əsasən qoşma, satirik və sərbəst janrlarda yazan Səyyarə Məmmədlinin şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədalət", "Kredo", "525-ci qəzet" və başqa qəzetlərdə dərc olunur. == Kitabları == "Zamanın əl ağacı", Bakı, "Yurd" NPB, 2007.
Səyyarə İbadullayeva
Səyyarə Cəmşid qızı İbadullayeva (22 fevral 1957, Naxçıvan) — biologiya elmləri doktoru, professor, AMEA Botanika İnstitutunun direktoru. == Həyatı == Səyyarə İbadullayeva 22 fevral 1957-ci ildə Naxçıvan şəhərində anadan оlub. 1980-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiət-Coğrafiya fakültəsini bitirib. Universiteti bitirdiyi il Azərbaycan Еlmlər Akademiyası Naхçıvan Regional Еlm Mərkəzində, daha sonralar isə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Həsən Əliyev adına "Araz" Elm-İstehsalat Birliyində kiçik elmi işçi kimi işləyib. 1993-cü ildə Bakı şəhərinə işə dəvət edilib və fəaliyyətini AMEA Eroziya və Suvarma İnstitutunda (Aqroekologiya Elm Mərkəzində) davam etdirib. === Təhsili === 1990–1994-ci illərdə AMEA Botanika İnstitutunun dissertantı olub və Botanika ixtisası üzrə "Naxçıvan MR florasında Baldırğan (Heracleum L.) növlərinin bioekoloji xüsusiyyətləri və efiryağlılığı" mövzusunda namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ildə AMЕA Bоtanika İnstitutunda əvvəlcə elmi fəaliyyət göstərib, daha sonra isə Botanika institutunun Еtnоbоtanika şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bakı Dövlət Universitetində "Azərbaycan florasının Kərəvüzkimiləri — Apiaceae Lindl" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir (2005). 2012-ci ildə artıq yüksək elmi fəaliyyəti layiqincə qiymətləndirilmiş və professor elmi adına layiq görülmüşdür. Oktyabrın 18-də AMEA Botanika İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında AMEA prezidentinin sərəncamı ilə biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Botanika İnstitutun icraçı direktoru vəzifəsinə təyin edilmişdir.
Səyyarə Əliyeva
Səyyarə Əliyeva (tam adı: Səyyarə Qulam qızı Əliyeva) — Azərbaycan alimi, texnika elmləri doktoru, AMEA Neft-Kimya Prosesləri İnstitutunun “Reaktiv və dizel yanacaqları” laboratoriyasının müdiri. == Həyatı == Səyyarə Qulam qızı Əliyeva 30 avqust 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakının Sabunçu rayonundakı 155 saylı orta məktəbi 1967-ci ildə bitirmiş və həmin ildə, Azərbaycan Neft - Kimya İnstitutunun (indiki ADNA) kimya-texnologiya fakultəsinə daxil olmuş və 1972-ci ildə kimyaçi texnoloq mühəndisi ixtisası ilə bitirmişdir. 1972-ci ildə akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Reaktiv və dizel yanacaqları” laboratoriyasında ali təhsilli laborant kimi işə başlamışdır. 1974-cü ildə mühəndis, 1980-cı ildə kiçik elmi işçi vəzifəsinə təyin edilib. 1982-ci ildə istehsalatdan ayrılmadan, Azərbaycan SSR EA-nın Y.H.Məmmədəliyev adına NKPI-nin nəzdində «Yanacaqların və qazın kimyəvi texnologiyası» ixtisası üzrə aspiranturaya daxil olub. 1990-cı ilin mayında «Azərbaycanın parafinli neftlərindən və katalitik krekinq məhsulları əsasında reaktiv yanacaqların alınması» mövzusunda «Məxfi» qriflə namizədlik dissertasiyası müdafiə edib. 1993-cü ildə attestasiyanın nəticələrinə görə elmi işçi, 1994-cü ildə attestasiyanın nəticələrinə görə baş elmi işçi vəzifəsinə təyin edilib. 1997-ci ildən baş elmi işçi elmi dərəcəsinə layiq görülüb. 2002-ci ildən etibarən, Əliyeva S.Q. aparıcı elmi işçi vəzifəsində reaktiv və dizel yanacaqların alınması, onların ehtiyatını öyrənmək, keyfiyyətini yaxşılaşdırmaq və hidravlik aviasiya yağının baza məhsulunun alınma, texnologiya-sının işlənməsi istiqamətində aparılan işlərə rəhbərlik etmişdir.
Sədayə Mustafayeva
Sədayə İsmayıl qızı Mustafayeva (15 iyul 1926, Nuxa – 13 avqust 2004, Gəncə) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (1981). == Həyatı == Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır. "Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S. Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S. Mustafayeva məktəbinin yetirməsidir.
Səvarə (Meşkinşəhr)
Səvarə (fars. سواره‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (38 ailə).
Şəbpərə
Şəbpərə (lat. Myotis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Ölçüləri xırdadan iriyə qədərdir. Qanadları enli və kütdür. Mahmızın əsasında epiblema adətən olmur və ya zəif ikişaf etmişdir. Quyruğun ucu omaarası pərdədən 1–3 mm kənara çıxır. Qulaqları zərif dərili, zirvəyə doğru daralmış, hündürlüyü enindən xeyli çoxdur. Düz və ensiz traqus aşağı 1/3 hissəsində daha enlidir. Sıx və hündür xəzin rəngi çox vaxt tutqun olub qonur, qəhvəyi və boz çalarlar üstünlük təşkil edir. Dişlərinin sayı dəstədə maksimal olub 38 –dir.
Bığlı şəbpərə
Bığlı şəbpərə (lat. Myotis mystacinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədənin uzunluğu 38-48 mm, quyruğun uzunluğu isə 32-46 mm-dir. Qulaqları nisbətən uzundur (13-17 mm). Qulağın arxa kənarının yuxarı hissəsində yaxşı hiss olunan kəsik vardır. Qulağın dəri çıxıntısının uzunluğu (6,5-9,0 mm) qulağın uzunluğunun təqribə yarısına bərabərdir. Xəzin rəngi adətən açıqdır. Yaşlı fərdlərin rəngi adətən parlaq olub, bədənin üst tərəfi parlaq sarıdansəməni və ya bozumtul açıq-sarı rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi ağla bozumtul-ağ arasında dəyişir. Bütün tüklərin əsası yaşıl-boz və ya tünd-boz rəngdədir.
Cırtdan şəbpərə
İtiqulaq şəbpərə
İtiqulaq şəbpərə (lat. Myotis blythii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. == Xariçi görünüş == Onların çəkisi 15–30 q, bədəninin uzunluğu 58–77 mm, quyruğu isə 45–60 mm, qanadlar arasında məsafə 38–40 sm təşkil edir. Qulaqları orta ölçüyə malik olurlar. Qanadları böyük və enlidir. Bel nahiyəsində boz və açıq boz rəngdə olur. == Yayıldığı ərazilər == Avropanın Aralıq dənizi hövzəsi, qərbi Ukrayna, Moldova, Krım, Qafqaz, Şimali Afrika, Ön, Kiçik və Mərkəzi Asiya, İran, Əfqanıstan, Mərkəzi Çinə qədər şimal-qərbi Altay və Himalay dağlarına qədər olan ərazilərdə yayılmışdır. Azərbaycanda isə bu növ daha geniş şəkildə Kiçik Qafqaz dağları bölgəsində yayılmışdır. == Yaşayış yeri və həyat tərzi == İtiqulaq gecə şəbpərəsi aran zonasında, həm də 2350 metrə qədər hündürlükdə yerləşən dağlarda (Dağlıq Qarabağın İstisu ətrafında) (alp çəmənlərindən başqa) qeydə alınmışdır. Müxtəlif landşaftlarda məskunlaşa bilsələrdə, dağ meşələrində və dağətəyi çöllərdə sayı daha çoxdur.
Şepard lemması
Şepard lemması mikroiqtisadiyyatda mühüm bir anlayışdır, şirkət nəzəriyyəsi və istehlakçının seçimi üzrə tədbiq olunur. Lemmaya uyğun olaraq, əgər xərc funksiyasının fərqsizlik əyriləri qabarıqdırsa, onda p i {\displaystyle p_{i}} qiymətə olan müəyyən bir məhsulun xərclərini minimallaşdıran nöqtə yeganədir. İdeya ondan ibarətdir ki, verilmiş bazar qiymətləri ilə istehlakçı müəyyən bir fayda əldə etməyin xərcini minimallaşdırmaq üçün hər bir məhsulun ideal miqdarı alacaq. Lemma Ronald Şepard şərəfinə adlandırılmışdır, kim ki öz kitabında onun riyazi sübutunu göstərib. Eyni nəticə istehlak nəzəriyyəsi məzmununda Laynel V. Makkenzi (Lionel W. McKenzie) 1957-ci ildə də alınıb. Ona müvafiq olaraq, xərc funksiyasının məhsul qiymətləri üzrə xüsusi törəmələri münasib məhsullar üçün Hiks tələb funksiyaları ilə bərabərdir. Eyni nəticələr Con Hiks (John Hicks) (1939) və Pol Samuelson (Paul Samuelson) (1947) tərəfindən əldə olunub. == Təyin etmə == İstehlakçı nəzəriyyəsində Şepardın lemması deyir ki, verilmiş "u" fayda dərəcəsi və "p" qiymətlər üçün müəyyən bir i məhsula tələb xərc funksiyasının müəyyən məhsulun qəyməti üzrə törəməsinə bərabərdir. h i ( p , u ) = ∂ e ( p , u ) ∂ p i {\displaystyle h_{i}(\mathbf {p} ,u)={\frac {\partial e(\mathbf {p} ,u)}{\partial p_{i}}}} Harda ki hi(p,u) i {\displaystyle i} məhsulu üçün Hiks tələbidir, e(p,u) xərc funksiyasıdır, və funksiyaların ikisi p qiymətlərindən və u {\displaystyle u} faydasından asılıdırlar. Habelə şirkət nəzəriyyəsində lemma eyni cür şərtli faktor tələbi üçün hər bir sərf olunan faktor üzrə ifadə olunur: c(w,y) xərc funksiyasının faktorun qiyməti üzrə törəməsi: x i ( w , y ) = ∂ c ( w , y ) ∂ w i {\displaystyle x_{i}(\mathbf {w} ,y)={\frac {\partial c(\mathbf {w} ,y)}{\partial w_{i}}}} Harda ki xi(w,y) i {\displaystyle i} sərf olunan faktoru üçün şərtli faktor tələbinin funksiyasıdır, c(w,y) qiymət funksiyasıdır, və funksiyaların ikisi w faktorun qiymətləri və y {\displaystyle y} hasilatı üzrə təyin olunub.
Şepard yazısı
Şepard yazısı (ing. Shugborough inscription, azərb. Çoban yazısı‎) — İngiltərənin Staffordşir bölgəsində yerləşən Şepard Hall-ın ərazisindəki abidə. XVIII əsrə aid olduğu təxmin edilən abidənin üzərində O U O S V A V V hərf və rəqəmləri yazılmışdır. Bu rəqəmlərin hansı mənanı ifadə etdiyi bu gün belə müəyyənləşdirilməyib.
Leopold Sedar Senqor
Leopold Sedar Senqor (fr. Léopold Sédar Senghor, 9 oktyabr 1906, Joel-Fadiut, Seneqal – 20 dekabr 2001, Normandiya, Fransa) — Seneqallı şair və yazıçı, filosof, siyasətçi; Seneqalın ilk prezidenti. == Mükafatları == Qızıl çələng mükafatı (1975).
Il cielo è sempre più blu