Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səfəvilər
Səfəvilər dövləti — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. == Səfəvilər sülaləsinin mənşəyi == Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Qızılbaş dövləti" adlandırılmışdır.Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür. Paytaxtın İsfahana köçürülməsindəki səbəblər: "Böyük sürgün" siyasətinə əsaslanaraq Osmanlı ilə müharibə sərhəddindən uzaqlaşmaq Ticarət yollarının istiqamətini İran körfəzinə keçirməklə Osmanlılara iqtisadi cəhətdən zərbə vurmaq.Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycan türkcəsi olmuşdur.
Səfəvilər Dövləti
Səfəvilər dövləti — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. == Səfəvilər sülaləsinin mənşəyi == Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Qızılbaş dövləti" adlandırılmışdır.Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür. Paytaxtın İsfahana köçürülməsindəki səbəblər: "Böyük sürgün" siyasətinə əsaslanaraq Osmanlı ilə müharibə sərhəddindən uzaqlaşmaq Ticarət yollarının istiqamətini İran körfəzinə keçirməklə Osmanlılara iqtisadi cəhətdən zərbə vurmaq.Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycan türkcəsi olmuşdur.
Səfəvilər imperiyası
Səfəvilər dövləti — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. == Səfəvilər sülaləsinin mənşəyi == Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Qızılbaş dövləti" adlandırılmışdır.Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür. Paytaxtın İsfahana köçürülməsindəki səbəblər: "Böyük sürgün" siyasətinə əsaslanaraq Osmanlı ilə müharibə sərhəddindən uzaqlaşmaq Ticarət yollarının istiqamətini İran körfəzinə keçirməklə Osmanlılara iqtisadi cəhətdən zərbə vurmaq.Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycan türkcəsi olmuşdur.
Səfəvilər sülaləsi
Səfəvilər (farsca. صفویان — Səfəviyan; ərəb əlifbası ilə azərbaycanca. صفوی‌لر — Səfəvilər) — indiki İran və Azərbaycan ərazisində hökm sürmüş şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər.İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi.Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu.Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi. Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.Təbriz şəhəri Səfəvi dövlətinin paytaxtı oldu; daha sonra paytaxt Qəzvinə, oradan da İsfahana köçürüldü. Səfəvilər özlərini "şahənşah" (krallar kralı) adlandırırdılar. Bununla yanaşı, Şiə İslamı dövlət dini elan edərək ön plana çıxardılar. Səfəvi dövründə şiəlik hakim cərəyan kimi quruldu.
Dağıstan vilayəti (Səfəvilər)
Dağıstan vilayəti (fars. ولایت داغستان‎ Velāyat-e Dâghestân ) — indiki Dağıstan Respublikasının (Şimali Qafqaz, Rusiya) ərazisində mərkəzləşmiş Səfəvi dövlətinin vilayəti. Çox sayda yüksək rütbəli Səfəvi xadimləri ya bu vilayətdən gəlmə idilər ya da kökləri bura gəlib çıxırdı. == Tarixi == Dağıstandakı Səfəvi idarəsi təxminən iki əraziyə bölünə bilər: Aralarında Dərbəndin də olduğu və birbaşa Səfəvi cərgəsindən gələn hakimlər tərəfindən idarə olunan Dağıstanın cənubundakı bölgələr və əsasən, Səfəvilərə tabe olan yerli sülalələr tərəfindən idarə olunan, müxtəlif Dağıstan bölgələrini və feodal ərazilərini özündə birləşdirən şimal və qərb bölgələr. Bunlar ən əhəmiyyətliləri Terek çayının ətrafında yerləşən Qumuq Şamxalı və Xəzər dənizi sahillərində yerləşən, Usmi titulu ilə idarə olunan Qara Qaytaq idi. Terekin cənubunda yerləşən kiçik Endirey krallığı Terekdən bir qədər şimala doğru "tampon bölgə" yaradırdı. Müasir mənbələrdə onun əhalisi ümumi olaraq "Ləzgi" adlanırdı.Səfəvi şahları şamxalı özü təyin etsə də, namizəd həmişə yerli şahzadələrdən olmalı idi. Engelbert Kempferə görə şamxal da hakim adına sahib idi, ancaq bu simvolik bir titul kimi qəbul edilirdi. Qumuq şamxal ailəsinin üzvü Fətəli xan Dağıstani Sultan Hüseynin hakimiyyəti dövründə Səfəvi dövlətinin ən güclü şəxslərindən biri sayılan baş vəzir vəzifəsinə yüksələ bilmişdi.Şamxal və Usmi Səfəvi, Osmanlı və Rusiya İmperiyasını çox vaxt qarşı-qarşıya gətirsə də, uzun illər ərzində Səfəvilərə tabe hökumdarlar tərəfindən idarə olunurdu Usmilər 1606-cı ildən 1719-cu ilə qədər, şamxallar isə 1636-cı ildən 1719-cu ilə qədər Səfəvi başçılarına xərac vermişdi.1651-1653-cü illər Səfəvi-Rusiya müharibəsi zamanı uğurlu Səfəvi hücumu Terekin Azərbaycan tərəfindəki rus qalasının dağıdılması və qarnizonunun qovulması ilə nəticələndi. Ruslarla problem həll olunduqdan sonra o dövrün Səfəvi hökmdarı II Şah Abbas (1642-1666) "ov ustası" (mir şikar-başı) Allahverdi xana qızılbaş döyüşçülərin məskunlaşması və təhlükəsizliyi üçün Dağıstanda yeni qalalar inşa etməyi əmr etdi.
Həşt-Behişt (Səfəvilər)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.
Səfəvilər dövlətinin bayraqları
Səfəvilər dövlətinin bayraqları — Səfəvi dövlətinin yaranışından süqutuna kimi mövcud olan bayraqlar. == Bayraq anlayışı == Bayraq sözü, qədim türk dilinə aid “batrak” sözünün deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” sözündən yaranmışdır. Mahmud Kaşğari “Divan-i Lüğət-it Türk” əsərində “torpağa sancılan mizraq” (nizə) mənasını verən batraq (bayraq) kəliməsi işlənmişdir. Görünür müxtəlif ipək parçalardan hazırlanmış bayraqlar nizələrin ucuna bərkidildiyinə görə dövlətçiliyin əsas atributlarından biri kimi “dalğalanan milli simvol”a çevrilmişdir. Hələ İslama qədərki dövrdə yazılmış və XIV əsr əlyazması ilə dövrümüzə qədər gəlib çatmış olan möhtəşəm “Kitabi-Dədə Qorqud” eposunda “Qılıncla məhv edərək, düşmənin tuğ və bayrağını endirin” ifadəsinin qeyd edilməsi bir daha göstərir ki, o dövrdə hakimiyyət simvolu kimi bayraqlara xüsusi önəm verilmişdir. == Səfəvilər dövlətində bayraqların təkamülü == Azərbaycanda tarixi ənənələr üzərində qurulan və sırf milli məfkurəyə söykənən dövlət kimi tarixə düşən Səfəvilər dövlətinin bayraqları ayrı-ayrı hökmdarlar dövründə fərqlənmişdir. Səfəvilər dövlətinə məxsus arxiv sənədləri dövrümüzə qədər saxlanmadığı kimi, Səfəvilər dövründən qalma əşyalar da müxtəlif ölkələrdəki şəxsi və ya dövlət muzeylərində saxlanılır. Səfəvilər dövlətinin rəmzləri ilə bağlı məlumatları dövrün salnamələrindəki qeydlərdən, Səfəvi şahlarının fərmanlarındakı möhürlərdən, Səfəvilər dövründə yazılmış səyahətnamələrdən və Qərbi Avropa səyyahlarının gündəliklərindən əldə etmək mümkündür. J.Şardenin verdiyi məlumata görə, Səfəvilərin bayrağı fransızların hərbi bayraqları kimi üçbucaq şəklində müxtəlif bahalı parçalardan hazırlanmışdır.
Səfəvilər sülaləsinin şəcərəsi
Səfəvilər dövründə inzibati-ərazi vahidləri
Səfəvilər dövlətinin inzibati ərazi vahidləri — Səfəvilər dövlətinin inzibati ərazi bölgüsü. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü.Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və Qazı başçılıq edirdi.Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı.
Bəylərbəylik (Səfəvilər)
Bəylərbəylik — Səfəvilər imperiyasında böyük inzibati qurum. Hər bir bəylərbəyliyi bir bəylərbəyi (baş komandan) idarə edirdi. Bu termin ilk olaraq Osmanlı imperiyasında istifadə edilmişdir. XVII əsrdə Səfəvi dövləti on üç bəylərbəyliyinə bölünmüşdü. Səfəvilər dövlətində şahın və ya hökmdarlıq edən sülalənin şəxsi mülkiyyətində olan torpaqlar bəylərbəyliklərinə daxil deyildi. Adətən xan titulunu daşıyan bəylərbəylər inzibati hakimiyyətə sahib idilər və yerli qoşunlara başçılıq edirdilər. XVII əsrin əvvəllərində Səfəvi şahları bəylərbəylərinin hakimiyyətini məhdudlaşdırmağa çalışsalar da, buna nail ola bilməmişdilər.
Vilayət (Səfəvilər)
Vilayət (fars. ولایت‎) — Səfəvilər dövləti daxilində yarımmuxtar əyalət kimi fəaliyyət göstərən inzibati bölgü növü.Vilayətlər ölkənin sərhəddində, əsasən dağlıq ərazilərində yerləşirdi. Əhəmiyyət sırasına görə beş vilayət Ərəbistan, Luristan, Gürcüstan, Kürdüstan və Bəxtiyari torpaqları idi.Vilayəti, demək olar ki, müstəqil qubernator olan "vali" ("canişin", "qubernator") idarə edirdi. Valilər, ümumiyyətlə, tanınmış yerli ailələrə mənsub idi və rəsmi olaraq şah tərəfindən regional muxtariyyətin kompromisi kimi seçilirdi. Buna baxmayaraq, onlar irsi şəkildə hökmranlıq edirdilər. Nadir hallarda vali heç bir əlaqəsi olmayan bir vilayətə təyin olunurdu. Bu, 1680-ci illərin Kürdüstanında baş tutmuş problemlərə səbəb ola bilər ki, burada Şah Süleyman (1666–1694) tərəfindən təyin edilmiş qeyri-kürd vali yerli əhali tərəfindən qovulmuşdu.Rəisləri yaxşı rəftarda saxlamaq üçün onların ailə üzvlərindən biri (çox vaxt oğul olur) İsfahanda girov saxlanılırdı. Valilər şaha sədaqətlərini rəsmən göstərir və onun adına sikkələr zərb edirdilər. Valilər adi bir qubernatorun malik olmadığı hüquqlardan istifadə edirdilər, o cümlədən: öz bölgələrinin idarə edilməsinə mütləq nəzarət, öz büdcələrinə və milislərinə malik olmaq və öz vassal münasibətlərini idarə etmək. Şah nadir hallarda bu işlərə qarışırdı.Vəlilərin şaha ödəməli olduğu xəraclar vəziyyətə görə dəyişirdi.
Vəkil (Səfəvilər)
Vəkil — Səfəvilər imperiyasının iyerarxiyasında ən yüksək vəzifələrdən biri, səltənətin inzibati və bəzi dini işlərində canişin. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. ISBN 978-0857716613. == Əlavə ədəbiyyat == Mitchell, Colin P. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric. I.B.Tauris. 2009. ISBN 978-0857715883.
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri (1667-1668)
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri - XVII əsrin ikinci yarısında Xəzərsahili bölgələrə Don kazaklarının yürüşləri baş vermişdir. Onlardan 1668-ci ilin yayında Stepan Razinin başçılığı ilə Azərbaycan ərazisinə təşkil edilmiş kazak yürüşləri xüsusilə qeyd olunmalıdır. Bu yürüş zamanı kazaklar Dərbənddə sahilə çıxdılar, Niyazabadı, Şabranı qarət və talan etdilər. Lakin onların Bakıya yürüşü uğursuzluqla nəticələndi. Stepan Razin güclü müqavimətdən ehtiyat edərək şəhəri təcili surətdə tərk etməli oldu. Bu yürüşlərin nəticəsində Səfəvilər dövlətində ticarətə və sosial vəziyyətə böyük zərbə vuruldu.
Sultan Süleymanın Səfəvilər üzərinə yürüşü (1554–1555)
Sultan Süleymanın Səfəvilər üzərinə yürüşü — əsası hələ Sultan Səlimlə Şah İsmayıl dövründə qoyulan müharibənin ardı mahiyyətində olan yürüşdür. 1532-ci ildən yenidən aktiv şəkildə başlayan müharibədə son mərhələni təşkil etməklə, 1554-cü ilin iyun ayında başlamış və 1555-ci ilin may ayına qədər davam etmişdir. == Arxa plan == Yürüş Səfəvi ordusunun 1550–1552-ci illəri əhatə edən Anadolu yürüşünə cavab mahiyyətində olmuşdur. 1550–1552-ci illə yürüşü zamanı qələbə qazanan Səfəvi ordusu Van və Ərzurumu ələ keçirib dağıtmışdı. 1554-cü ilin iyul ayının sonlarında Osmanlı imperiyası Səfəvi imperiyasını döyüşə çağırdı və bunun ardınca İbn Kamalın fətvası yayımlandı. Yürüş müharibədəki Scherbergerə görə III, Oqtay Əfəndiyevə görə isə IV yürüş idi və şəxsən Sultan Süleyman özü komandanlıq edirdi. Onun köməkçisi Rumelinin canişini Sokollu Mehmed paşa idi. Süleymanın ordusuna Balkanlardan olan qüvvələr də daxil idi. Balkandan olan qüvvələr 1553–1554-cü ilin qışını Tokatda keçirdikdən sonra 1554-cü ilin iyununda Hələbdəki Suşehrində sultanın ordusuna qatıldı. Balkandan gəlmiş qüvvələr yürüşdə axıra qədər iştirak etdilər.
Səfəviyyə ordeni rəhbərləri və Səfəvilər dövlətinin hökmdarları
== Həmçinin bax ==
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (kitab)
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi —kitabı 2018-ci ildə rus dilində nəşr olunub. Kitabda Qərb dövlətləri və Rusiyanın Səfəvilər dövlətinə qarşı Qriqorian kilsəsindən istifadə etməkləri haqqında tarixi məlumatlar öz əksini tapıb. == Haqqında == Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitabda Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətindən bəhs edilir.Kitabın birinci hissəsində erməni tarixçiləri tərəfindən guya Səfəvi hökmdarları arasında "erməni fobiyası"nın mövcud olması, onların erməni əhalini məhv etməsi, ermənilərə İslam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri sıxışdırması barədə irəli sürülən tezisin də əsassız olduğunu göstərir. Müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən orta əsr salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Kitabın ikinci hissəsində Səfəvilər dövlətinin ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyalarının yaranması tarixi izlənilir. Kitabın üçüncü hissəsində Vatikan emissarları və onların erməni əlaltılarına qarşı mübarizədə Səfəvilərin strategiyası və uğurları barədə, dördüncü hissəsində isə Səfəvilərin tənəzzülü dövründə Qriqorian kilsəsinin vəziyyətindən bəhs edilir.Sonradan kitab ingilis dilinə tərcümə olunaraq nəşr edilib.
Təbriz bəylərbəyilərinin siyahısı (Səfəvilər dövrü)
Təbriz bəylərbəyilərinin siyahısı ― Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri olan Təbriz bəylərbəyliyində müəyyən statusla hökm sürmüş əsas səlahiyyətli şəxslərin siyahısı. "Təbriz bəylərbəyliyi" adlanan inzibati vahid XVI əsrin əvvəllərində formalaşdırılmışdır. Geosiyasi cəhətdən olduqca strateji əhəmiyyətə malik region qərbdən Osmanlı impersiyası, şimaldan Çuxursəəd, Qarabağ və Şirvan bəylərbəylikləri ilə, cənubdan və şərqdən isə bir sıra İran əyalətləri ilə həmsərhəd idi. Bununla yanaşı, iqtisadi həyatın canlı, ictimai proseslərin də olduqca dinamik olduğu Təbriz bəylərbəyliyi Səfəvi dövlətinin mərkəzi idarəetmə strukturunun daim diqqət mərkəzində olmuşdur. Yerli icra orqanı kimi inzibati və kargüzarlıq işlərinin aparılması, habelə müdafiə məsələlərinin təşkili çərçivəsində idarəetmə Səfəvi hökmdarları tərəfindən "bəylərbəyi" xüsusi statusu altında fəaliyyət göstərən imtiyazlı şəxslərə həvalə olunmuşdur.
Şirvan bəylərbəyilərinin siyahısı (Səfəvilər dövrü)
Şirvan bəylərbəyilərinin siyahısı ―Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri olan Şirvan bəylərbəyliyində müəyyən statusla hökm sürmüş əsas səlahiyyətli şəxslərin siyahısı. Səvəfi hökmdarı I Tәhmasib 1538-ci ildә Şirvanşahlar dövlәtinin varlığına son qoyduqdan sonra inzibati idarəetməni təmin etmək məqsədilə Şirvan bəylərbəyliyinin əsasını qoydu. Şirvanın geosiyasi və geoiqtisadi əhəmiyyətinə görə yerli icra orqanı kimi inzibati və kargüzarlıq işlərinin aparılması, habelə müdafiə məsələlərinin təşkili çərçivəsində idarəetmə Səfəvi hökmdarları tərəfindən "bəylərbəyi" xüsusi statusu altında fəaliyyət göstərən imtiyazlı şəxslərə həvalə olunmuşdur. Sözügedən vahidin ilk rəhbəri, yəni "bəylərbəyi" adlanan statusa malik ilk idarəçisi I Təhmasibin qardaşı Əlqas Mirzə olmuşdur. Bütövlükdə, Şirvan bəylərbəyliyinin hüdudları daxilində tәsәrrüfat hәyatı, ticarәt vә sәnәtkarlıq dinamik inkişaf etmiş və bu baxımdan da mərkəzi hakimiyyətin daima diqqət mərkəzində olmuşdur.
Səfəvilərin sikkələri
Səfəvilərin sikkələri - Səfəvilər dövründə istehsal edilmiş və dövriyyədə olmuş gümüş pullar. == Ümumi məlumat == AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan və ekspozisiyasında nümayiş olunan Səfəvilər dövrünə (907-1169 = 1502 - 1755) aid gümüş (şahi, abbası, muhəmmədi, larin) və mis sikkələr (qazıbəyi) - uyğun dövrün Azərbaycan zərbxanaları (Təbriz, İsfahan, Şamaxı, Dərbənd, Naxçıvan,Ərəş, Zəyəm, Marağa, Ərdəbil, Şabran, İrəvan, Ordubad, Tiflis, Gəncə və s.) və pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edən faktiki tapıntılardır. == Sikkələrin səciyyəvi xüsusiyyətləri və iqtisadi əhəmiyyəti == Səfəvi sikkələrinə hicri-qəməri təqvimə müvafiq zərb ili (rəqəmlərlə),zərbxana, Səfəvi hökmdarlarının şərəfli titulları və müxtəlif dini ifadələr (İslam inancı ifadələri, 12 imam adları, dini şeirlər və s.) həkk edilmişdir.2014-cü ildə rus dilində nəşr edilmiş yeddi fəsildən ibarət “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi” əsərində (elmi redaktor: akademik Nailə Vəlixanlı; rəyçilər: AMEA-nın müxbir üzvü, professor İlyas Babayev, t.ü.e.d.,professor Şahin Fərzəliyev, mətnin texniki yığımı və tərtibatı: “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin əməkdaşları - t.ü.f.d. Aygün Məmmədova, böyük laborant Gülnar İsmayılova. Bakı: Ziya NPM, 232 s.) əsərində muzeyin fond materialarrına istinadən XVI – XVIII əsrin əvvəllərində Səfəvilər dövlətində pul təsərrüfatı, Azərbaycan Respublikası ərazisində aşkarlanan Səfəvi sikkələrinin topoqrafiyası, qızıl, gümüş, mis sikkələrin metroloji, tipoloji xüsusiyyətləri, zərb texnikası və d. məsələlər araşdırılmış, xarici ticarət əlaqələri nəticəsində Səfəvilər dövlətinə daxil olan Avropa sikkələri (Venesiya və d. qızıl dukatları,Burqundiya, Prussiya, Saksoniya, Avstriya, Moraviya, Tirol və Polşa gümüş talerləri)haqqında məlumat verilmişdir. == Səfəvi sikkələrinin etiketləri == Şəkil 1. Səfəvilər. I İsmayıl (907 – 930 = 1502 - 1524), Təbriz, 907 = 1502, gümüş şahi, 9,1 q Şəkil 2.
Səfəvilərin vəzirləri
Səfəvilərin vəzirlərinin siyahısı — I İsmayıldan III Abbasa qədər Səfəvilərin vəzirlərinin siyahısı. == Mənbələr == Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Roger Savory. Iran under the Safavids. Cambridge: Cambridge University Press, 1980, X+277 p. ISBN 0521224837 Roemer, H.R. The Safavid period // The Cambridge History of Iran, Volume 5: The Timurid and Safavid periods.
Səfəvilərin Avropa səfarəti (1599–1602)
Səfəvilərin Avropa səfarəti (1599–1602) — Şah I Abbas tərəfindən Osmanlı imperiyasına qarşı Avropadakı bəzi qüvvələr ilə müttəfiq olmaq üçün göndərilmiş diplomatik heyət. Demək olar ki, yarandıqları ilk dönəmdən etibarən Səfəvi imperiyası Osmanlı imperiyası ilə müharibə vəziyyətində idi. Müharibə fasilələrlə bir əsrə yaxın idi ki, davam etməkdə idi. Sonuncu dəfə 1590-cı ildə imzalanmış İstanbul müqaviləsi Səfəvilər üçün ağır şərtlərlə imzalanmışdı və I Abbas itirdiyi torpaqları geri qaytarmaq barədə planlar qurmaqda idi.Heyətin qarşısında qoyulmuş ən böyük məqsəd Osmanlıya qarşı Səfəvi imperiyası ilə ittifaq bağlayacaq, onunla eyni zamanda Osmanlı imperiyasına müharibə elan edəcək qüvvələr tapmaq idi. == Plan == Səfarət heyəti bir səfirdən və onun 4 katibindən ibarət idi. Heyətin səfiri Hüseynəli bəy Bayat, onun birinci katibi Oruc bəy, onun oğlu Sultanəli bəy, Hüseyn Əli bəyin qardaşı oğlu Əliqulu bəy və başqa iki nəfərdən ibarət idi. Heyətə ingilis macərapərəst Ser Antoni Şirli idi. O, 1599-cu ilin mayında 25 nəfər başqa ingilislə birlikdə Venesiyadan gəlmiş və Şah I Abbasın sevimlisi olmuşdu. Buna qədər də, İngiltərə ilə Səfəvilər arasında bir neçə əlaqə olmuşdu. Bu əlaqə Kraliça I Yelizavetanın 1562-cı ildə göndərilmiş səfiri Entoni Cenkinson vasitəsiylə olmuşdur.Heyətin 8 Avropa sarayına səfər etmələri planlanırdı.
Səfəvilərin Avropa səfarəti (1609–1615)
Səfəvilərin Avropa səfarəti (1609–1615) — Səfəvi şahı Şah I Abbas tərəfindən 1609-cu ildə Avropaya göndərilmiş elçilik nəzərdə tutulur. Diplomatik nümayəndə heyətinin göndərilməsində məqsəd Osmanlı imperiyasına qarşı Avropa dövlətlərinin dəstəyini qazanmaq idi. Heyətə ingilis olan Robert Şirli rəhbərlik etmişdir. == Arxa plan == Səfəvi imperiyası artıq bir əsrə yaxın idi ki, Osmanlı imperiyası ilə müharibə vəziyyətində idi, beləliklə onlar Osmanlı imperiyasına qarşı Avropanın dəstəyini qazanmaq üçün cəhd etmək qərarına gəldilər. Ərazi üzərində düşmənlikdən əlavə olaraq, Osmanlı ilə Səfəvi imperiyaları arasında dini zəmində olan düşmənçilik də mövcud idi. Beləki, Səfəvi imperiyası şiəliyin müdafiəçiləri kimi çıxış edirdilərsə, Osmanlı imperiyası da sünniliyin müdafiəçiləri kimi çıxış edirdilər. Səfəvilər xüsusilə Katolik Avropanın (Habsburqlar, İtaliya və İspaniya) dəstəyini qazanmaqla, Fransa-Osmanlı yaxınlaşmasını balanslamaq niyyətində idilər. Bu zaman Səfəvi imperiyası Osmanlı imperiyası ilə müharibə vəziyyətində idilər. Bu müharibə 1603-1618-ci illərdə davam etmişdir. Bu səfarət heyəti Səfəvilərin 1599-1602 Avropa səfarətinin ardı mahiyyətindədir.
Səfəvilərin Gürcüstan hakimlərinin siyahısı
Səfəvilərin Gürcüstan hakimlərinin siyahısı — Səfəvi imperiyasına tabe olan Gürcüstan torpaqlarını idarə edən Səfəvi canişinlərinin, hakimlərinin vassal xanlarının siyahısı. Bu siyahıda Səfəvi Gürcüstanının fərdi hakimləri göstərilmişdir. Bu əyalət iki şərqi Gürcüstan çarlığına bölünürdü — Kartli və Kaxetiya çarlığı. Bura həmçinin, Samtsxe knyazlığının da bir hissəsi daxil idi. Tiflis Səfəvi hakimiyyətinin mərkəzi idi. Bura həmçinin Kartlinin paytaxtı və Səfəvi zərbxanasının yerləşdiyi şəhər idi. Bölgədəki Səfəvi hakimiyyəti gürcü Baqrationi sülaləsindən hakimlərin təyin edilməsi vasitəsiylə həyata keçirilirdi. Bu hakimlər bəzən islamın şiə məzhəbinə keçirilirdi. Tiflisdə I Şah İsmayılın hakimiyyətinin əvvəlindən Səfəvi qarnizonu cəmləşdirilmişdi. Davud xan (XI David) Səfəvi tərəfindən təyin edilən ilk Səfəvi hökmdarıdır.
Səfəvilərin Təbriz bəylərbəyilərinin siyahısı
Təbriz bəylərbəyilərinin siyahısı ― Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri olan Təbriz bəylərbəyliyində müəyyən statusla hökm sürmüş əsas səlahiyyətli şəxslərin siyahısı. "Təbriz bəylərbəyliyi" adlanan inzibati vahid XVI əsrin əvvəllərində formalaşdırılmışdır. Geosiyasi cəhətdən olduqca strateji əhəmiyyətə malik region qərbdən Osmanlı impersiyası, şimaldan Çuxursəəd, Qarabağ və Şirvan bəylərbəylikləri ilə, cənubdan və şərqdən isə bir sıra İran əyalətləri ilə həmsərhəd idi. Bununla yanaşı, iqtisadi həyatın canlı, ictimai proseslərin də olduqca dinamik olduğu Təbriz bəylərbəyliyi Səfəvi dövlətinin mərkəzi idarəetmə strukturunun daim diqqət mərkəzində olmuşdur. Yerli icra orqanı kimi inzibati və kargüzarlıq işlərinin aparılması, habelə müdafiə məsələlərinin təşkili çərçivəsində idarəetmə Səfəvi hökmdarları tərəfindən "bəylərbəyi" xüsusi statusu altında fəaliyyət göstərən imtiyazlı şəxslərə həvalə olunmuşdur.
Səfəvilərin topçubaşılarının siyahısı
Səfəvilərin topçubaşılarının siyahısı — Səfəvi imperiyasının artilleriya korpusuna rəhbərlik edən komandanların siyahısı. Topçubaşı artilleriya batareyasına (topxana) nəzarət edirdi və onun səlahiyyətində olan məsələlərə artilleriya bölmələrini lazimi hissələrlə təmin etmək də var idi.Topçubaşına yardım edən və ona tabe olan aşağı rütbəli qərərgah da var idi. Topçubaşı terminindən bəzən imperiyanın müxtəlif vilayət və şəhərlərindəki lokal artilleriya bölmələrinin komandanları üçün də istifadə edilmişdir. == Topçubaşılarının siyahısı == === I İsmayılın hakimiyyəti dövrü === Həmzə bəy (1507) Mahmud bəy (1516) === I Təhmasibin hakimiyyəti dövrü === Ustad Şeyxi bəy (1528-1529) Şeyx Əli (1538-1529) Dərviş bəy (1551-1552) Süleyman bəy (1556-1557) === Məhəmməd Xudabəndə hakimiyyəti dövrü === Murad xan (1580-1581) === I Abbasın hakimiyyəti dövrü === Qeyçiqarı xan (1605-1606) Bərxudar bəy (1610) === I Şah Səfinin hakimiyyəti dövrü === Murtəzaqulu bəy (1637-1638) Murad bəy (1642) === II Şah Abbasın hakimiyyəti dövrü === Murad bəy (1642) Məhəmməd bəy (1649 Hüseynqulu xan Qələndər Soltan Çulə Çağatay (1660-1661) === I Şah Süleymanın hakimiyyəti dövrü === Nəcəfqulu bəy (1669-1679) Məhəmməd Hüseyn bəy (1679-?) Musa bəy (1692) Əbdülrəzzaq bəy (1693-1695) === Şah Sultan Hüseynin hakimiyyəti dövrü === Əbdülrəzzaq bəy (1693-1695) Əbdi Ağa (1697-1695) Əliqulu xan (1711-1714) Mohebbəli xan (1716-1721) Əhməd xan (1721) Məhəmmədəli xan (1722) Onun oğlu (adı məlum deyil, 1722) {{efn|Məhəmmədəli xanın 1722-ci ilin iyununda vəzifəsindən kənarlaşdırılmasından sonra onun əvəzinə bu vəzifəyə 7 yaşlı oğlu təyin edilmişdir.
Səfəvilərin vəzirlərinin siyahısı
Səfəvilərin vəzirlərinin siyahısı — I İsmayıldan III Abbasa qədər Səfəvilərin vəzirlərinin siyahısı. == Mənbələr == Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Roger Savory. Iran under the Safavids. Cambridge: Cambridge University Press, 1980, X+277 p. ISBN 0521224837 Roemer, H.R. The Safavid period // The Cambridge History of Iran, Volume 5: The Timurid and Safavid periods.
Səfəvilərin əhalini şiələşdirməsi
Səfəvilərin əhalini şiələşdirməsi — Səfəvi imperiyasının əhalisini (bəzən güc tətbiq etməklə) şiələşdirmə siyasəti. XVI əsrdən başlamış və XVIII əsrə qədər davam etmiş, proses nəticəsində Orta Şərqin müəyyən bir hissəsində şiəliyin dominant olduğu bölgələr meydana çıxmışdır. Prosesə Səfəvi imperiyasının sünni qonşuları, xüsusən Osmanlı ilə olan düşmənçilik münasibətləri təsir etmişdir. Bu prosesin sonu On iki imam şiəliyinin digər şiə cərəyanları olan Zeydilik və İsmaililik üzərində hegomonluğu ilə nəticələndi. Bu iki şiə cərəyanı buna qədər müəyyən dövrlərdə şiə dünyası daxilində hakim olmuşdular. 1501-ci ildə Səfəvi imperiyasının yaradılması ilə On İki imam şiəliyi imperiyanın rəsmi məzhəbi elan edildi və bu məqam İslam tarixində dönüm nöqtələrindən biri hesab edilir. Bu prosesin birbaşa nəticəsi kimi müasir İran və Azərbaycan (həm şimali, həm də cənubi Azərbaycan) şiəliyə keçid etdilər və bu hələ də belə qalmaqdadır. Bu ölkələr hələ də böyük şiə əhalisinə malikdirlər və dünyada əhalisinin şiəliyi nisbətinə görə birinci İran, ikinci isə Azərbaycan gəlməkdədir. == Səfəvilərdən öncə == Ərəblərin işğallarından və islamlaşdırma proseslərindən sonra Səfəvi imperiyasının yarandığı bölgənin sakinləri əsasən sünni məzhəbinin Şafi və Hənəfi qollarına mənsub idilər. Səfəvi sülaləsinin özü də əvvəllər Şafi sünni olmuşdular.
Səfəvilərlə əlaqədar döyüşlər
== Səfəvilər ilə bilavasitə və ya bilvasitə əlaqədar döyüşlərin, yürüşlərin, mühasirə və sair hərbi əməliyyatların hərfi düzümü: ==
Səfəvilərlə əlaqədar hərbi əməliyyatların düzümü
== Səfəvilər ilə bilavasitə və ya bilvasitə əlaqədar döyüşlərin, yürüşlərin, mühasirə və sair hərbi əməliyyatların hərfi düzümü: ==
Səfəvilərlə əlaqədar hərbi əməliyyatların siyahısı
== Səfəvilər ilə bilavasitə və ya bilvasitə əlaqədar döyüşlərin, yürüşlərin, mühasirə və sair hərbi əməliyyatların hərfi düzümü: ==
Səfərilər sülaləsi
Səfərlər sülaləsi (fars. سلسله صفاریان‎) İranın cənubi-şərqində, Əfqanıstanın cənubi-qərbində yerləşən Sistanda qurulmuş, 862–1003 illər arasında fəaliyyət göstərmiş qısa ömürlü bir xanədanlıqdır. == Tarixi == Səfərilərin mərkəzi bugünkü Əfqanıstan sərhədləri içində qalan Zərənc şəhəridir. Sülalə tarixi haqqında çox bilgi olmayan, fəqət Şərqi İranda misgərlik edən Yəqub ibn Leys Əs-Səfər (867–879) tərəfindən qurulmuş və adını ondan almışdır. Əs-Səfər topladığı güc sayəsində sərkərdə olmuş və Sistan bölgəsini, daha sonra da müasir İran və Əfganıstan torpaqlarının böyük bir qismini fəth etmişdir. Əs-Səfər ölümündən öncə Tahirilərin əlində olan Xorasanı ələ keçirərək, onlara son qoydu və Bağdad yaxınlarına qədər çatmışdır. Səfərilər İmperatorluğunun qurucusu Yaqubun ölümündən sonra çox yaşamadı. Ondan sonra taxta keçən qardaşı Əmr ibn Leys (879–902) 900-cü ildə Samanilər sülaləsinə bir döyüşdə məğlub oldu. Daha sonra Xorasanı vermək məcburiyyətində qaldı. Sonrakı illərdə tamamilə zəifləyən dövlətə 1003-cü ildə Samanilər tərəfindan son qoyuldu.
Bədəvilər
Bədəvilər — Ön Asiyada və Şimali Afrikada yaşayan köçəri ərəblər. Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar. Tayfanın otlaq yeri ümumi idi. Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi. Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri – toqquşmaları olurdu. Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu. Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı. Hər bir tayfa öz tanrısına inanırdı, səcdə edirdi. Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi. Hər bir tayfanın başçısı vardı, onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir, köç üçün yer seçir, nəsil üzvlərini mühakimə edirdilər.
Cəfərilər
Cəfərilik və yaxud İsna əşəriyyə, Azərbaycanca On ikiçilik (ərəb. اثنا عشرية‎ is̱nā ʿəşəriyyə) məzhəbi. On iki imam şiəliyi (əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə), İmamiyyə və yaxud İmamilik olaraq adlandırılır. Dünya şiələrinin ən böyük hissəsi məhz Cəfəri məzhəbinin nümayəndələridir. Hal hazırda İran İslam Respublikasının rəsmi məzhəbidir. İsmaililik və Zeydiliklə birlikdə İslam dinində, Şiə əqidəsinin fiqhi məzhəblərindən biri sayılır. == Tarixi == Cəfərilik şiələrin 6-cı imam olan İmam Cəfər-i Sadiqin adından alınmışdır və fiqhi məzhəblərin ortaya çıxdığı İmam Cəfər-i Sadiqin zamanında, yəni h.q. 2-ci yüzillikdə (m. 9–10-cu yüzillik) Cəfərilik o İmamın (ə) tərəfdarlarına verilən bir ad olaraq işlədilmişdir. Məsələn Kufədə Abbasi xəlifəsi Mehdi tərəfindən qazilik vəzifəsini tutan Şərik ibn Abdullah, İmam Cəfər-i Sadiq (ə) — in tələbələrindən Məhəmməd ibn Müslim və Əbu Kureybənin şahidliklərini "Cəfəri" günahlandırılması ilə rədd etmişdir.
Səfəvilik
Səfəvi təriqəti və ya Səfəviyyə — XIV əsrdə Cənubi Azərbaycanın Ərdəbil şəhərində sufi Şeyx Səfi əd-Din tərəfindən əsası qoyulmuş İslami təriqət. Zamanında Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqaz ərazilərində böyük siyasi təsirə malik olmuş Səfəvi təriqətinin müridləri ilk öncә Sünniliyә etiqad etsәlәr dә, daha sonra XVI əsrin əvvəlində Şiə məzhəbini rəsmi din kimi qəbul etmiş Səfəvilər dövlətinin əsasında durmuşdur.Ərdəbildə böyümüş Şeyx Səfi əd-Din İshaq, Şiraz gəzintisindən sonra Gilanda yerləşmiş və burada Şeyx Zahid Gilaninin tələbəsi olmuşdur. Daha sonra Zahidin qızı ilə ailə quran Şeyx Səfi əd-Din Zahidiyyə təriqətinin baş müridi olmuş və 1291-ci ildə Şeyx Zahidin vəfatından sonra təriqətin piri olmuşdur. O zamandan etibarən, təriqət Səfəviyyə adını daşımışdır. == Səfəviyyə şeyxləri == Şeyx Səfi Şeyx Sədrəddin Ərdəbili Şeyx Xacə Əlaəddin Əli Şeyx İbrahim Şeyx Cüneyd Şeyx Heydər Şeyx Sultan Əli Şah İsmayıl XətaiTəsəvvüf – (ərəbcə: تصوف) və ya Sufizm (ərəbcə: صوفية) — İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Təriqət qurucusu olan başlıca sufilər bunlardır: Əbdülqədir Geylani (Qadiriyyə), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik),Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik). Lüğəvi mənası "yol" anlamına gələn təriqət təsəvvüfi mənada Allaha (c.c.) yetişmək ünü riayət olunan və bir sıra qayda və ayinləri olan yol deməkdir.
Ələvilər
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Əməvilər
Əməvilər (ərəb. الأمويون‎) və ya bəni Üməyyə ‏(ərəb. بنو أمية‎) — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsi. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Ələvilər (Suriya)
Nüseyrilər, ya da Nusayriyyə (ərəb. النصيرية‎ - Al-Nusayrīyah, ya da ərəb. العلوية‎ - Al-Alawīya) — Suriyanın Lazkiyə, Baniyas və Tartus bölgələriylə Türkiyənin Hatay, Adana və Mersin illərində yaşayan, ismaililik, duruzilik, xristianlıq ilə birlikdə Suriyadakı mövcud digər yerli inancların İslamiyətin şiəlik məzhəbinin damı altında yaşaması nəticəsində ortaya çıxmış olan dini inanc toplumu. == Yaranması == Nusayrilik 883-cü ildə Məhəmməd bin Nusayri əl-Nəm tərəfindən yaradılmış və Suriyada geniş yayılmış batini şiə təriqətidir. Bəzi mənbələrdə Numeyrilər də adlanırlar. Batini xarakterli təriqət adlanmalarının səbəbi ikili (əslində, daha çox) inanc sisteminə malik olmaları ilə bağlıdır. Özlərini zahirən müsəlman adlandırsalar da, batində qarışıq bir dini sistemə mənsubdurlar. Yaradıcısı, özünü şiə-imamiliyinin onuncu imamı Əli əl-Hakinin sağlığında onun tərəfindən göndərilmiş peyğəmbər olduğunu iddia edirdi. Bir rəvayətə görə də, IBM Nusayri, on birinci imam Həsən əl-Asgərinin (873) "atası olduğunu irəli sürmüş və onun vəfatıyla da oğlu Məhəmməd b. əl-Həsənın Mehdiliyini qəbul etmişdir".Yalnız Suriya bölgəsində yayilmiş olan nüseyrilər 903-cü ildə Suriyada hakimiyyəti ələ keçirdilər.
Ələvilər (Təbəristan)
Təbəristan Ələviləri (maz. تبرستون علویون ərəb. علويون طبرستان‎) — həmçinin Zeydilər kimi də tanınan İranın Təbəristan regionunda qurulmuş ərəb əsilli və Zeydi Şiə əmirliyi idi. Onlar üçüncü Şiə İmamın (İmam Həsən ibn Əli)nəslindən idilər və İslamı Xəzərin cənubi regionuna yaydılar.Həsən ibn Zeyd, Daie Kəbir ləqəbiylə Təbəristan Ələviləri silsiləsinin təsisçisidir.Paytaxtları Amul şəhəri idi.
Ələvilər Məscidi
Ələvilər məscidi — İranın Həmədan ostanının mərkəzi Həmədan şəhərində yerləşən və Səlcuqlu memarlığının ən gözəl nümunələrindən sayılan məscid. Məscid dəfələrlə bərpa olunmuş və hər bərpa zamanı abidəyə dövrün memarlıq ənənələrinə uyğun dəyişikliklər edilmişdir. Ələvilər məscidi və ya Ələvilər günbədini Qəzvinin Səlcuqlu dövrünə aid məscidləri ilə yaşıd hesab edirlər. İlkin çağında bir səlcuq məscidi olan bu abidə sonralar ələvilərin xanəgahı, namaz və ibadət yeri edildiyindən abidə daha çox Ələvilər məscidi adı ilə tanınmışdır. XIX əsrin əvvəllərində aparılan yenidənqurma işləri zamanı məsciddə zəngin gəc bəzək işləri aparılmış, içərisində yeraltı sərdabə quraşdırılmışdır. Ona görə də bu abidəni bəzi mənbələr türbə kimi də təqdim edir. Başqa səlcuqlular dövrü məscidləri kimi Ələvilər məscidinin də plan biçiminin kvadrat olmasına baxmayaraq yan üzlərdə açırımın olması ilə onlardan seçilir. Abidəyə yalnız şimal tərəfdən bir qapı gözü açılmışdır. Belə məkan qapalılığına ola bilsin ki, XIX əsrin dəyişmələri müəyyən təsir göstərmişdir. Ələvilər məscidini onunla çağdaş olan məscidlərdən fərqləndirən başqa bir cəhət onun bayır künclərində ulduzvarı planlı qülləciklərin olmasıdır.
Əməvilər sülaləsi
Əməvilər (ərəb. الأمويون‎) və ya bəni Üməyyə ‏(ərəb. بنو أمية‎) — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsi. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Əməvilər xilafəti
Əməvi xilafəti və ya Dəməşq xilafəti ( 661-750; Böyük Britaniya : / ʊ ˈ m aɪ j æ d , uː ˈ - / , ABŞ : / uː ˈ m aɪ ( j ) ə d , - aɪ æ d / ; Ərəbcə : ٱلْخِلَافَة ٱلْأُمَوِيَّة , romanlaşdırılmış : əl-Xilafət əl-ʾUmawīyah ) dörd böyük xilafətdən ikincisi idi. Məhəmməd peyğəmbərin vəfatından sonra I Muaviyə tərəfindən quruldu . Xilafət Əməvilər sülaləsi tərəfindən idarə olunurdu ( ərəb : ٱلْأُمَوِيُّون , əl-ʾUmawīyūn , və ya بَنُو أُمَيَّة , Banū Umayyah , "övladları ). Ailə Birinci Fitnə başa çatdıqdan sonra altıncı xəlifə olmuş Böyük Suriyanın uzun müddət valisi olmuş Müaviyə ibn Əbi Süfyanla birlikdə sülalə, irsi hakimiyyət qurdu .661-ci ildə. 680-ci ildə I Muaviyənin vəfatından sonra varislik uğrunda ixtilaflar İkinci Fitnə ilə nəticələndi və hakimiyyət nəhayət qəbilənin başqa qolundan olan I Mərvanın əlinə keçdi . Böyük Suriya daha sonra Əməvilərin əsas güc bazası olaraq qaldı, onların paytaxtı Dəməşq idi. Əməvilər , Transoxiana , Sindh , Maqrib və Pireney yarımadasını ( Əndəlus ) İslam hakimiyyəti altına daxil edərək müsəlmanların fəthlərini davam etdirdilər. Ən böyük ölçüdə Əməvi Xilafəti 11.100.000 km 2 (4.300.000 sq mi) ərazini əhatə etdi və bu onu ərazi baxımından tarixin ən böyük imperiyalarından birinə çevirdi. İslam dünyasının əksər hissəsində sülalə 750-ci ildə Abbasilərin başçılıq etdiyi üsyan nəticəsində devrildi. Sülalədən sağ qalanlar Əmirlik şəklində olan Kordovada möhkəmləndilər.və sonra xilafət , İslam Qızıl dövründə dünya elm, tibb, fəlsəfə və ixtira mərkəzinə çevrildi.
Ələvilər sülaləsi
Ələvilər sülaləsi (ərəb. سلالة العلويين الفيلاليين‎‎) — Mərakeşin hakim sülaləsi. XVII əsrdən Sultan, 1957-ci ildən kral titulu daşıyırlar. Həmçinin Filialid və ya Filial şərifləri kimi də tanınır. Ələvilər sülaləsinin tarixi Səədi sultanlığının hakim sülaləsinin devrilməsindən sonra başlayır. Səədi sultanlığının hakimiyyəti dövründə dəniz quldurları Sale dəniz limanında bir növ muxtar respublika yaradırlar. Mərakeş tədricən Qərbi Afrikadakı qızıl mədənlərinə nəzarəti itirdi. XVII əsrin ortalarında Mərakeşdə hakimiyyət hələ də ölkədə iqtidarda olan Ələvilər sülaləsinə keçdi. Ələvilər sülaləsi Tafilaltdan Sigilmas şəhərindən gəlmişdilər. Onlar Məhəmməd Peyğəmbərin nəvəsi Həsənin soykökündən olan şerif ailəsinə mənsub idilər.
Selevkilər dövləti
Selevkilər dövləti — Makedoniyalı İskəndərin imperiyasının süqutu əsnasında yaranan Selevk və onun nəslinin yunan monarxiyasıdır. Diadokilərin razılığı nəticəsində I Selevk Babil satraplığını aldı və daha sonra bir sıra müharibələr zamanı Böyük İskəndərin Yaxın Şərq ərazilərinin bir hissəsini ona əlavə etdi. Dövlətin müasirləri onu həm imperiya, həm də krallıq adlandırırdılar. Dövlətin özəyi Orta Şərq idi; gücünün zirvəsində Kiçik Asiya, Suriya, Finikiya, Fələstin, Mesopotamiya, İran, Orta Asiyanın bəzi bölgələri və müasir Pakistanı əhatə edirdi. Eramızdan əvvəl I əsrdə Selevki dövlətinin ərazisi azaldı və müasir Suriya və Livanı işğal etdi. Selevkilər dövləti Yunanıstan və Fars mədəni ənənələri arasında əsas əlaqə olan Ellinizmin ən vacib mərkəzi idi. Yunanistana genişlənməyə başlayan imperiya, ona bir sıra məğlubiyyətlər verən Roma Respublikasının ordusu ilə qarşılaşdı. Nəticədə, e.ə. II əsrin ortalarında ölkənin şərq hissəsi. e.
Selevkilər imperiyası
Selevkilər dövləti — Makedoniyalı İskəndərin imperiyasının süqutu əsnasında yaranan Selevk və onun nəslinin yunan monarxiyasıdır. Diadokilərin razılığı nəticəsində I Selevk Babil satraplığını aldı və daha sonra bir sıra müharibələr zamanı Böyük İskəndərin Yaxın Şərq ərazilərinin bir hissəsini ona əlavə etdi. Dövlətin müasirləri onu həm imperiya, həm də krallıq adlandırırdılar. Dövlətin özəyi Orta Şərq idi; gücünün zirvəsində Kiçik Asiya, Suriya, Finikiya, Fələstin, Mesopotamiya, İran, Orta Asiyanın bəzi bölgələri və müasir Pakistanı əhatə edirdi. Eramızdan əvvəl I əsrdə Selevki dövlətinin ərazisi azaldı və müasir Suriya və Livanı işğal etdi. Selevkilər dövləti Yunanıstan və Fars mədəni ənənələri arasında əsas əlaqə olan Ellinizmin ən vacib mərkəzi idi. Yunanistana genişlənməyə başlayan imperiya, ona bir sıra məğlubiyyətlər verən Roma Respublikasının ordusu ilə qarşılaşdı. Nəticədə, e.ə. II əsrin ortalarında ölkənin şərq hissəsi. e.
Selevkilər sülaləsi
Selevkilər sülaləsi – Selevkilər dövlətində hakimiyyətdə olmuş çar sülaləsi (e.ə. 312 - 63). Əsası I Selevk Nikator tərəfindən qoyulmuşdur. == I Selevk == Selevk I – e.ə. 321-ci ildə diadoxların yığıncağında (Babilistan) Makedoniyalı İsgəndərin ən qabiliyyətli sərkərdələrindən birinə – I Selevkə çatmışdır. Digər diadoxlarla uzun sürən mübarizə nəticəsində e.ə. 312-ci ildə Selevk qəti olaraq Babilistanda möhkəmləndi, öz çarlığını və Selevkilər sülaləsini yaratdı. == Selevkilər dövlətinin əsasının qoyulması və didoxlarla vuruş == Selevkilər dövləti – Makedoniyalı İsgəndərin ölümündən sonra meydana gəlmiş ən böyük dövlət. E.ə. 321-ci ildə diadoxların yığıncağında Babilistan İsgəndərin ən qabiliyyətli sərkərdələrindən biri olan Selevkə verildi.