Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səlahət Ağayev
Səlahət Ağayev (4 yanvar 1991, Füzuli) — Misli Premyer Liqasında çıxış edən "Səbail"in və Azərbaycan milli futbol komandasının qapıçısı. == Həyatı == Səlahət Ağayev 1991-ci il yanvarın 4-ü Füzuli şəhərində anadan olmuşdur. == Karyerası == Futbolçu "İnter" (Bakı), MOİK , "Sumqayıt" , "Neftçi" və "Qəbələ" klublarında çıxış edib. 2023-cü ilin yayından "Səbail"in uğurları üçün çalışır. === Beynəlxalq === Səlahət Ağayev milli komandada debüt matçını 2010-cu ildə keçirib.
I Səlamət Gəray
I Səlamət Gəray (1558 – 1610) — 1608–1610-cu illər arasında Krım xanlığının hökmdarı idi. 1601-ci ildə Krım xanlığı daxilindəki daxili mübarizələrə görə Osmanlı imperiyasında qaçqın olaraq yaşamışdır. Daha sonra 1610-cu ildə Krımda öldü. Onun hakimiyyəti I Əhməd dövrünə təsadüf edir.
II Səlamət Gəray
II Səlamət Gəray (1691 – 1751, Bolqarıstan) — XXXVII Krım xanı. Krım xanı I Səlim Gərayın oğludur. Atasının vəfatından sonra sırayla qardaşlarının səltənətlərini gördü. Qardaşı I Qaplan Gərayın səltənətində Perekop qalasının idarəsinə gətirildi. Digər qardaşı II Məngli Gərayın səltənətində isə əvvəlcə nurəddin, daha sonra isə kalqay ünvanı aldı. Onun ölümünün ardından 1740-cı ilin yanvarında Krım xanlığına gətirildi. Qardaşı Qazi Gərayın oğlu Əzəməti kalqay, digər qardaşı Məngli Gərayın oğlu Toxtamışı isə nurəddin təyin etdi. Səlamət Gəray taxta çıxdığı dövrdə başda Bağçasaray olmaqla, Krımın bir çox iri şəhərləri ruslar tərəfindən darmadağın edilmişdi. Atasının topladığı böyük kitabxana yandırılmış, məscidlər yararsız hala salınmışdı. Bu səbəblə ilk iş olaraq bütün xanlıq ərazisində yenidən qurma işlərinə başlayan Səlamət Gəray qısa zamanda paytaxt Bağçasarayı abadlaşdırdı.
Elviyə-yi Səlasə
Elviyə-yi Səlasə — Osmanlı dövründə Batum, Qars və Ərdahan livalarının ortaq adı. "Üç liva" deməkdir. Bu ifadə xüsusilə 1878-ci ildən sonra istifadə olunmağa başlanmışdır. Bu üç vilayət 1877–1878-ci il Rusiya–Osmanlı müharibəsindən sonra bağlanmış müqavilə ilə Rusiya imperiyasına verilmişdi. 3 mart 1918-ci ildə imzalanan Brest-Litovsk müqaviləsi ilə yenidən Osmanlı nəzarətinə keçmişdir, lakin 30 oktyabr 1918-ci ildə imzalanan Mudros müqaviləsinə uyğun olaraq Osmanlı ordusu bu regionu tərk etmək məcburiyyətində qalmışdır. Bir müddət Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin nəzarətində qalan Batum, Qars və Ərdəhan daha sonra Gürcüstan və Ermənistanın nəzarətinə keçmişdir. 16 mart 1921-ci il tarixli Moskva müqaviləsinin və 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin müddəalarına uyğun olaraq Batumi Gürcüstana, Qars və Ərdahan Türkiyəyə verilmişdir.
Bəlağət
Bəlağət (ərəbcədən tərcümədə səlis, gözəl danışıq, natiqlik məharəti) — zəngin, gözəl, obrazlı, canlı, səlis danışıq qabiliyyəti, natiqlik istedadı və ya natiqlik sənətindən bəhs edən elm. Orta əsrlər ərəb filoloqlarının (əl-Cahiz, İbn əl-Mütəzz, əs-Səkkaki və başqaları) yaratdığı bəlağət elmi, əslində, nitqin gözəlliyi və səlisliyi haqqında üslubiyyat nəzəriyyəsi olub, üç bölməni əhatə edir: elm əl-məani, elm əl-bəyan, elm əl-bədi. Birinci bölmə nitqin qrammatika və məntiq qanunları baxımından düzgün qurulmasından bəhs edir. "Bəyan" elmi fikrin gözəl və aydın ifadə edilməsini və bu məqsədlə təşbeh, istiarə və kinayə kimi bədii təsvir vasitələrindən istifadə üsullarını öyrədir. "Bədi" istilahı altında isə bədii nitqin istər məzmun, istərsə də forma baxımından gözəlliyi üçün məcazi mənada işlənən söz və ifadələrin, həmçinin səs tərkibi etibarilə yaxın olan sözlərin bacarıqla seçilib, yerli-yerində işlədilməsi nəzərdə tutulurdu. Bəlağət elmi bütün bölmələri ilə birlikdə ilk dəfə əs-Səkkakinin "Miftəh ül-ülum" adlı ensiklopedik əsərində əsaslı şərh edilmiş və sistem halına salınmışdır. Azərbaycan alimləri Xətib Təbrizi, Şərəfəddin Həsən Rami Təbrizi, Vahid Təbrizi və başqaları bəlağət elmindən bəhs etmişlər. == Həmçinin bax == Ritorika Ritorik fiqurlar == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Fəlakət
Fəlakət — Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şəraitdir. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər, böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir.
Siyasət
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb.
Səyahət
Səyahət — adam və ya obyektlərin (təyyarə, gəmi, qatar, və s.) uzaq yerlər arasında reallaşdırdığı hərəkətdir. Əyləncə, turizm və tətilin yanında dini, mədəni və öyrədici məqsədli səfərlər də edilə bilər. Səfər — yerli, regional, milli və ya beynəlxalq miqyasda da baş verə bilər.
Məlahət
Məlahət — qadın adı. Məlahət İbrahimqızı — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət Əhmədova — Azərbaycan aktrisası. Məlahət Qəhrəmanova — araşdırmaçı-mütəxəssis, alim Məlahət Qurbanova Məlahət Nəsibova — Azərbaycan jurnalisti və hüquq müdafiəçisi. Məlahət Bağırova — tibb elmləri namizədi.
Sədaqət
Sədaqət — qadın adı Sədaqət Maarif — aktrisa. Sədaqət Vəliyeva — Azərbaycan Respublikası Milli Məclisinin depuatatı Sədaqət Zülfüqarova — aktrisa.
Əlamət
Əlamət dəqiq elmlərdə hansısa halın faktlarının təsviri.
Səadət
Səadət — qadın adı. Səadət Əliyeva — Azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru. Səadət Təhmirazqızı — sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Yusifova — hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.
Aqrar siyasət
Aqrar siyasət və ya kənd təsərrüfatı siyasəti — aqrar-sənaye kompleksi sahələrinin səmərəli fəaliyyətinə, ərzaq bazarının dayanıqlı yüksəlişinə yönəlmiş tədbirlər kompleksi. == Məsələlər == Aqrar siyasət qiymət, maliyyə, kredit və vergi alətlərinin məcmusunu əhatə edən, dövlətin kənd təsərrüfatı və onunla bilavasitə əlaqədar olan sahələrin inkişafını tənzimləmə sistemi ilə idarə edilməsini nəzərdə tutur. Aqrar siyasətin tətbiqi sahəsində istehsal-ticarət və sosial-ekoloji tədbirləri əhatə edir. Bu həm sənayeyə, xarici ticarətə, həm də regional və ekoloji sahələrə aid siyasətlə koordinasiyada və qarşılıqlı əlaqədə işlənib hazırlanır və həyata keçirilir. Dünya iqtisadiyyatının qloballaşması prosesi aqrar siyasətin milli dövlət çərçivəsindən kənara çıxmasının, ilk növbədə onun regionlaşdırılmasının şərtlənməsinə gətirib çıxarır. Kənd təsərrüfatı məhsullarının ticarətinin beynəlxalq tənzimlənməsi müəyyən dərəcədə ÜTT tərəfindən qəbul edilmiş əksər regional ticarət sazişləri əsasında həyata keçirilir. Kənd təsərrüfatı siyasətinin rayonlaşdırılmasının ən inkişaf etmiş və təkmil forması Aİ-nin ümumi aqrar siyasətidir. == Tarixi == Bazarın tənzimləyici və dövlətin yönəldici olduğu iqtisadiyyat modelinin aqrar siyasət üçün də universiallığını XX əsrin ikinci yarısı XXI əsrin əvvəllərindəki dünya təcrübəsi ilə təsdiqlənir. Köklü torpaq islahatları və bazar əsaslı kənd təsərrüfatı siyasətinə keçid 1960-cı illərdə Cənubi Koreya və Tayvanın, 1970-ci illərdə Malayziya, Tailand, Meksika və digər inkişaf edən ölkələrin sürətli sənaye inkişafı üçün zəmin yaratmış, onları çiçəklənən yeni sənaye ölkələrinə çevirmişdir. Eyni zamanda, bu cür islahatların və siyasətin ləngidilməsi, yaxud qeyri-ardıcıl aparılması üçüncü dünyanın ayrı-ayrı ölkələrində, xüsusilə də Afrikanın tropik ərazilərində kənd təsərrüfatı istehsalının tənəzzülünə, ərzaq şəraitinin pisləşməsinə və ümumi iqtisadi inkişafın ləngiməsinə səbəb olmuşdur.
Astral səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Avropada siyasət
Avropa siyasəti — Avropa qitəsində daim inkişaf edən siyasətlə məşğul olur. Bu, bir sıra amillərə, o cümlədən regionda milli dövlətlərin uzun tarixinə, eləcə də Avropa dövlətləri arasında siyasi birliyin artması istiqamətində mövcud tendensiyaya görə digər qitələrə nisbətən daha ətraflı mövzudur. Avropanın indiki siyasətini qitədə baş verən tarixi hadisələrdən götürmək olar. Eynilə, coğrafiya, iqtisadiyyat və mədəniyyət Avropanın hazırkı siyasi quruluşuna öz töhfəsini verib. Müasir Avropa siyasəti Dəmir Pərdənin süqutundan və kommunist dövlətlərin Şərq Blokunun dağılmasından sonra Avropa İttifaqının hökmranlığı altındadır. Soyuq Müharibə bitdikdən sonra AB keçmiş kommunist ölkələrini də əhatə etməklə şərqə doğru genişləndi. 31 yanvar 2020-ci il tarixinə Aİ-nin 27 üzvü var. Bununla belə, əsasən Avropa dövlətləri olan və ya açıq şəkildə Avropa mənşəli olduğunu iddia edən bir sıra digər beynəlxalq təşkilatlar var, o cümlədən 47 dövlətdən ibarət Avropa Şurası (müharibədən sonra Avropa İttifaqının sələfi hesab edilən ilk Avropa təşkilatı) və Təhlükəsizlik Təşkilatı və 57 ölkənin daxil olduğu Avropada Əməkdaşlıq (ATƏT). == Mövcud siyasi ab-hava == Soyuq Müharibə başa çatdıqdan sonra Rusiya ilə Qərbi Avropa dövlətləri arasında münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşmasına baxmayaraq, son vaxtlar "Qərb" təşkilatlarının, xüsusilə Aİ və NATO-nun şərqə doğru keçmiş SSRİ ölkələrinə genişlənməsi səbəbindən gərginlik artmışdır. Bir çox Avropa dövlətləri ya Avropa İttifaqına daxil olub, ya da ona qoşulmaq niyyətlərini bəyan ediblər.
Aya səyahət
Aya səyahət (film, 1902)
Daxili siyasət
Daxili siyasət — dövlət siyasətinin ölkə sərhədləri daxilində olan bütün problem və fəaliyyətlərə (qanunlar, hökumət proqramları, inzibati qərarlar və s.) birbaşa aid olan hissəsi. Bu, hökumətin dünya siyasətində olan maraqlarını ifadə edən xarici siyasətdən fərqlidir. Daxili siyasət biznes, təhsil, enerji, səhiyyə, kənd təsərrüfatı, hüquq-mühafizə, maliyyə və vergilər, təbii ehtiyatlar, sosial təminat və şəxsi hüquq və azadlıqlar kimi geniş sahələri əhatə edir.
Demoqrafik siyasət
Demoqrafik siyasət - dövlət orqanları və digər sosial institutlar vasitəsilə əhalinin artımının nizama salınması sahəsində məqsədyönlü fəaliyyətə əsaslanan, əhalinin sayı və strukturu dinamlkasını sabit saxlamağa və ya dəyişdirməyə xidmət edən siyasət. == Məqsəd və vəzifələri == Demoqrafik siyasət doğum sayı, nikahlılıq, boşanma, əhalinin yaş strukturu və onun ölüm miqdarına təsir edən siyasətdir. Geniş mənada demioqraflk siyasəti bəzən əhalinin artması ilə eyniləşdirilir, dar mənada isə onun tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. O, sosial və iqtisadi siyasətlə bağlı olsa da, özünəməxsus xüsusiyyətlərə də malikdir. Demoqrafik siyasətin obyekti kimi ölkələr, onların ayrı-ayrı bölgələri və eləcə də əhalinin ayrı-ayrı qrupları (koqortası - biriəşmiş dəstəsi) da çıxış edə bilər. Demoqrafik siyasət, əsasən müxtəlif tədbirlər kompleksinə əsaslanır; iqtisadi, inzibati-hüquqi, tərbiyəvi və təbliğati. Əsasən doğum sayının stimullaşdınlmasına yönəldilən iqtisadi tədbirlərin siyahısına ödənilən məzuniyyət və uşaqların doğulması zamanı müxtəlif müavinətlər, ailənin sayından, yaşından və tərkibindən asılı olaraq uşaqlara verilən müavinət - proqressiv şkala üzrə müxtəlif borclar, kreditlər, vergi və mənzil güzəştləri və s. aiddir. İnzlbati-hüquqi tədblrlər nikaha daxil olma yaşını, boşanmanı, abortlar və kontraseptlərin qəbuluna münasibəti, ailənin dağılması zamanı ananın və uşaqlann əmlak vəziyyətini, işləyən qadınların iş rejimini və s. nizama salan qanunverici aktları birləşdirir.
Ekoloji fəlakət
Ekoloji fəlakət (ing.
Ekoloji siyasət
Ekolojı siyasət (ing. environmental policy, rus. экологическая политика) — Ətraf mühit siyasəti təşkilatın və ya hökumətin ətraf mühitlə bağlı məsələlərlə bağlı qanunlara, qaydalara və digər siyasət mexanizmlərinə sadiqliyidir. Bu məsələlərə ümumilikdə hava və suyun çirklənməsi, tullantıların idarə edilməsi, ekosistemin idarə edilməsi, biomüxtəlifliyin qorunması, təbii ehtiyatların, canlı təbiətin və nəsli kəsilməkdə olan növlərin idarə edilməsi daxildir. Məsələn, ekoloji siyasətlə bağlı qlobal istiləşmə və iqlim dəyişikliyi problemlərini həll etmək üçün qlobal səviyyədə eko-enerji yönümlü siyasətin həyata keçirilməsinə diqqət yetirilə bilər. Pestisidlər və bir çox sənaye tullantıları da daxil olmaqla, enerji və ya zəhərli maddələrin tənzimlənməsi ilə bağlı siyasətlər ətraf mühit siyasətinin mövzusunun bir hissəsidir. Bu siyasət qəsdən insan fəaliyyətinə təsir göstərmək və bununla da biofiziki mühitə və təbii sərvətlərə arzuolunmaz təsirlərin qarşısını almaq, eləcə də ətraf mühitdə baş verən dəyişikliklərin insanlara qəbuledilməz təsirlər yaratmamasını təmin etmək məqsədilə həyata keçirilə bilər. == İstinadlar == == Ədəbiyyat == McCormick, John — Environmental Policy in the European Union.
Ekolojı siyasət
Ekolojı siyasət (ing. environmental policy, rus. экологическая политика) — Ətraf mühit siyasəti təşkilatın və ya hökumətin ətraf mühitlə bağlı məsələlərlə bağlı qanunlara, qaydalara və digər siyasət mexanizmlərinə sadiqliyidir. Bu məsələlərə ümumilikdə hava və suyun çirklənməsi, tullantıların idarə edilməsi, ekosistemin idarə edilməsi, biomüxtəlifliyin qorunması, təbii ehtiyatların, canlı təbiətin və nəsli kəsilməkdə olan növlərin idarə edilməsi daxildir. Məsələn, ekoloji siyasətlə bağlı qlobal istiləşmə və iqlim dəyişikliyi problemlərini həll etmək üçün qlobal səviyyədə eko-enerji yönümlü siyasətin həyata keçirilməsinə diqqət yetirilə bilər. Pestisidlər və bir çox sənaye tullantıları da daxil olmaqla, enerji və ya zəhərli maddələrin tənzimlənməsi ilə bağlı siyasətlər ətraf mühit siyasətinin mövzusunun bir hissəsidir. Bu siyasət qəsdən insan fəaliyyətinə təsir göstərmək və bununla da biofiziki mühitə və təbii sərvətlərə arzuolunmaz təsirlərin qarşısını almaq, eləcə də ətraf mühitdə baş verən dəyişikliklərin insanlara qəbuledilməz təsirlər yaratmamasını təmin etmək məqsədilə həyata keçirilə bilər. == İstinadlar == == Ədəbiyyat == McCormick, John — Environmental Policy in the European Union.
Firuz Səxavət
Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) (23 avqust 1972, Gülablı, Ağdam rayonu) — xanəndə, muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2005). Məşhur xanəndə Səxavət Məmmədovun qardaşıdır. == Həyatı == Firuz (Fehruz) Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. 1979–1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır. 1985–1990-cı illərdə ilk musiqi təhsiliniXan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur. 1984–1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir. 1990–1992-ci illərdə Hərbi xidmət keçmişdir. 1994–1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil almışdır. 2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Fiskal siyasət
İqtisadiyyat və siyasət elmində fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunur. Keyns iqtisadi məktəbinə görə, dövlət vergilərin səviyyəsini (dərəcəsini) və xərclərini dəyişdikdə bu məcmu tələbə və iqtisadi aktivliyə təsir göstərir. Fiskal siyasət biznes tsikllərində dəyişikliklər baş verdikdə iqtisadiyyatı sabitləşdirmək üçün tətbiq edilir. Fiskal siyasətin iki əsas aləti olan vergilər və dövlət xərcləri dəyişdikdə, bu aşağıdakı makroiqtisadi göstəricilərə təsir edir: Məcmu tələb və iqtisadi aktivliyin səviyyəsi; Yığım və investisiyalar; Gəlirlərin bölgüsü. Fiskal siyasət monetar siyasətdən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, fiskal siyasət qanunvericilik aktı ilə tənzimlənən dövlət gəlirləri və xərclərindəki dəyişiklik vasitəsi ilə iqtisadiyyata təsir göstərir. Monetar siyasət isə mərkəzi bank tərəfindən pul təklifinə, faiz dərəcəsinə və məcburi ehtiyat normasına təsir etməklə bunu həyata keçirir. == Fiskal siyasətin növləri == Fiskal siyasətin 3 əsas növü vardır: Neytral fiskal siyasət adətən iqtisadiyyat tarazlıq hökm sürən zaman tətbiq edilir. Bu zaman dövlət xərcləri tam olaraq dövlət gəlirləri hesabına maliyyələşir və iqtisadiyyata neytral təsir göstərir. Genişləndirici fiskal siyasət zamanı dövlət xərcləri gəlirləri üstələyir.
Fəlakət filmi
Fəlakət filmi, mövzusu qarşıdan gələn və ya davam edən təbii fəlakət və ya kataklizm olan film janrıdır. Belə fəlakətlərə daşqınlar, zəlzələlər, sunamilər və ya toqquşmalar kimi təbii fəlakətlər; gəmi və ya təyyarə qəzaları və ya dünya miqyasında xəstəlik epidemiyaları kimi fəlakətlər daxildir. Döyüş filmlərinin alt janrı olan bu filmlərin süjet xətti çox vaxt müəyyən bir personaj və ya onların ailəsinin, ya da müxtəlif insanların fəlakətin baş verdiyi ana qədərki dövrünü, fəlakətin baş verdiyi anı və bəzən də fəlakətdən sonrakı nəticələr zamanı həyatda sağ qalma taktikalarını təsvir edən hadisələri göstərir.
Makroiqtisadi siyasət
Makroiqtisadi siyasət adətən 2 istiqamətdə tətbiq edilir. Monetar və Fiskal. Hər iki istiqamət iqtisadi sabitliyin, ÜDM-in artım səviyyəsinin və resursların tam istifadəsinin qorunub saxlanılması məqsədi ilə istifadə edilir. === Pul-kredit (monetar) siyasəti === Mərkəzi Banklar monetar siyasəti müxtəlif mexanizmlər vasitəsi ilə pul təklifini tənzimləməklə tətbiq edirlər. Məsələn, mərkəzi bank istiqraz almaqla pul təklifini artırır və bu da faiz dərəcəsini aşağı endirir. Əksinə sərt pul siyasəti yerinə yerirəcəksə, qiymətli kağızlar satır, pul təklifini azaldır və faiz dərəcəsini azaldır. Adətən bu siyasət pul təklifinə birbaşa yox dolayı yolla təsir edilərək həyata keçirilir. Banklar davamlı olaraq, faiz dərəcəsini sabit saxlamaq məqsədi ilə pul təklifində dəyişikliklər edirlər. Bəzi banklar isə faiz dərəcəsində dəyişiklik etməklə inflyasiya dərəcəsin tənzimləyirlər. Mərkəzi bannkların əsas məqsədi yüksək səviyyəli inflyasiya başvermədən istehsalın artırılmasını təmin etməkdir.
Milli siyasət
Milli Siyasət — 1876-cı ildə Con A. Makdonald Mühafizəkarlar Partiyası tərəfindən tanıdılmış bir Kanada iqtisadi proqramı idi. McDonald 1878-ci ildə Kanada federal seçkilərində Mühafizəkarları qələbəyə aparandan sonra, 1879-cu ildə siyasətlərini davam etdirməyə başladı. inkişaf etməkdə olan sənayeləri olan bir iqtisadiyyat, 1880-ci illərdə inkişaf etmiş bir Kanada iqtisadiyyatı. Makdonald, konfederasiya sonrası bir iqtisadiyyat strategiyası olaraq üç elementi birləşdirərək, istehsalın qorunması üçün idxal olunan mallarda yüksək tariflər, infrastruktur və əhali artımını tələb edir. Kanada Pasifik Dəmir Yolunun tikintisi və Qərbi Kanadaya köçün təşviqi. Makdonald 1878 seçkilərində təşviqat apardı və sərbəst ticarəti dəstəkləyən Liberal Partiyanı məğlub etdi. Bu 1879-cu ildən 1950-ci illərin əvvəllərinə qədər davam etdi. == Mərkəzi siyasət == Daha əvvəl 1867-ci ildən 1873-cü ildə təqaüdə çıxana qədər Kanadanın Baş Naziri vəzifəsində çalışan Con A. Makdonald, həmin il bir seçki qazandıqdan sonra 1878-ci ildə milli siyasətini davam etdirməsinə imkan verərək hakimiyyətə qayıtdı. Siyasət Kanadanın gələcəyini yaxşılaşdıran və genişləndirən üç hissədən ibarət idi: === Kanada sənayesinin inkişafı === Makdonald, Kanadalıları Kanada iqtisadiyyatını inkişaf etdirmək üçün Kanada məhsulları almağa razı etdi. Problem dəmir yollarının ABŞ-dən asanlıqla Kanada istehsalı olan mallara nisbətən daha ucuz mal və məhsulları idxal etməsi idi.
Şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Selket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Sevast
Sevast (yun. σεβαστός, mənası – hörmətli) və ya sevasta (yun. σεβαστή; qadın variantı) — latınlara aid Avqust titulunun yunan variantı kimi istifadə edilən termin. Bu termin, eləcə də sevastokrator kimi törəmələri XI əsrin sonlarından Komninlər dövrünə qədər Bizans imperiyasının titul sisteminin əsasını təşkil etmişdir. == Mənbə == Kajdan, Aleksandr. The Oxford Dictionary of Byzantium (ingilis). Oksford və Nyu-York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8. Maqdalino, Pol.
Şəfaət
Şəfaət kəlməsinin kök mənası "bir şeyi digərinə yapışdırmaq"dır. Bu kəlmə qüvvətli fərdin zəif bir fərdə köməyi mənasında da işlədilmişdir. Bu sözün adi dildə və şəriətdə iki müxtəlif mənası vardır. 1. Ümumi dildə, şəfaət edən şəxs öz nüfuzundan istifadə edərək, qüdrət sahibinin cəza sahibinə qarşı fikrini dəyişir. Bəzən öz nüfuzundan istifadə edərək, bəzən də qorxudaraq bu işi görür. Bəzən isə insan səhvən cəzalandırılır. Burada şəfaət şəfaətçinin fikri və istəyi ilə baş tutur. Bu növ şəfaət heç bir məzhəbdə qəbul olunmur. Çünki Allah Təala heç kəsdən qorxmur, nə də səhvən birinə cəza vermir ki, kiminsə təsiri ilə öz səhvini başa düşə.
Şəlalə
Şəlalə — Çay yatağı boyu bərk süxurları yuyub keçə bilmədiyi hissələrində əmələ gəlmir. Su bir neçə çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gəlir. Yer kürəsində ən hündür şəlalələr Anhel (1054 m, Venesuela, Çurun çayı), Tugela (933 m, CAR, Tugela çayı) və Yosemitidir (727.5 m, ABŞ, Mersed çayı). Viktoriya şəlaləsinin (120m) eni 1800 m, Niaqara şəlaləsinin (51 m) eni 1100 m-dir.Stenli və Lvinqston şəlaləsi-konqo çayı, İquasa şəlaləsi - parana çayı Azərbaycanda bir neçə kiçik şəlalə (Mucuq, Afurca və s.) vardır. Şəlalənin əsas iki tipi vardır: Niaqara tipli şəlalə — bu tip şəlalənin eni hündürlüyündən xeyli artıq olur. Məsələn, Şimali Amerikada Niaqara şəlaləsi. Josemiti tipli şəlalə — bu tipdə olan şəlalədə su xeyli ensiz zolaqla çox hündürdən tökülür. Məsələn, Kaliforniyada Josemiti, Cənubi Amerikada Anhel və s.