Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sənai
Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (fars. حکیم ابوالمجد مجدود ‌بن آدم سنایی غزنوی‎; 1080, Qəzni – 1131, Qəzni) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir. == Həyatı == Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı.
Məcdud Sənai
Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (fars. حکیم ابوالمجد مجدود ‌بن آدم سنایی غزنوی‎; 1080, Qəzni – 1131, Qəzni) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir. == Həyatı == Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı.
Sənai Qəznəvi
Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (fars. حکیم ابوالمجد مجدود ‌بن آدم سنایی غزنوی‎; 1080, Qəzni – 1131, Qəzni) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir. == Həyatı == Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı.
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Möhsün Sənani
Möhsün Sadıq oğlu Cəfərov (Sənani) (19 iyun 1900, Tiflis – 11 fevral 1981, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1949). == Həyatı == Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olmuşdur. 4–5 yaşında ikən ata-anasını itirmiş, nənəsinin himayəsində qalmışdır. 1906-cı ildə nənəsi onu mədrəsəyə qoyur. Nənəsinin məqsədi nəvəsini mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət, Azərbaycanın xalq artisti Əli Qurbanovun anasıdır. Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə şəxsən məşğul olur.
Ofeliya Sənani
Ofelya Hacağa qızı Sənani (26 may 1941, Bakı) — televiziya aparıcısı, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1991). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü == Həyatı == Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirmişdir (1966). Gültəkin Cabbarlının yetirməsidir. Teleradio Verilişləri Şirkətinin diktorudur. 1959–1975 illərdə radioda işləmiş, bir sıra radio tamaşalarında baş rollarda çıxış etmişdir. 1975-ci ildən televiziyada fəaliyyət göstərir. 1960–1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirmişdir. Kinofilmlərdə də çəkilmişdir ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri). 2002-ci ildən prezident təqaüdçüsü olub.Ssenarist Valid Sənaninin həyat yoldaşıdır.
Ofelya Sənani
Ofelya Hacağa qızı Sənani (26 may 1941, Bakı) — televiziya aparıcısı, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1991). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü == Həyatı == Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirmişdir (1966). Gültəkin Cabbarlının yetirməsidir. Teleradio Verilişləri Şirkətinin diktorudur. 1959–1975 illərdə radioda işləmiş, bir sıra radio tamaşalarında baş rollarda çıxış etmişdir. 1975-ci ildən televiziyada fəaliyyət göstərir. 1960–1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirmişdir. Kinofilmlərdə də çəkilmişdir ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri). 2002-ci ildən prezident təqaüdçüsü olub.Ssenarist Valid Sənaninin həyat yoldaşıdır.
Pərinuş Sənii
Pərinuş Sənii İran əsilli yazıçı, sosyoloq və psixoloqdur. Tehran Universitetinin psixologiya fakultəsində təhsil almışdır. Yazar kimi məşhurlaşmağına səbəb isə 2003-cü ildə qələmə aldığı "Mənim payım" (irn: Sahm-e man) avtobioqrafik romanıdır. == Mənim Payım == Əsər 2013-cu ildə Sara Xəlili tərəfindən ingilis dilinə "The book of fate" adı ilə tərcümə edilmişdir. 26 Dilə tərcümə olunan əsər həmçinin "World Literature Today" tərəfindən 2013 -cü ildə "ilin ən dəyərli 75 tərcüməsi" siyahısında yer almışdır. Əsərin italyan dilinə olan tərcüməsi 2010-cu ildə məşhur "Covanni Bokkaçço" mükafatına layiq görulmuşdur. Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı.
Sənan Abdullayev
Sənan Abdullayev (tam adı: Sənan Şahin oğlu Abdullayev; 1 noyabr 1998; Bakı, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Abdullayev 1998-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. 2005-2016-cı illərdə M. Məmmədov adına 37 nömrəli tam orta məktəbində təhsil alıb. İdmanın güləş növü ilə məşğul olub, Azərbaycan daxili yarışlarda bir sıra uğurlara imza atıb. Hərbi xidmətini başa vurduqdan sonra əvvəlcə Azersun Holdinqin "Bazarstore" mağazasında, daha sonra isə bir sıra Kitab Evlərində çalışıb. Subay idi. == Hərbi xidməti == Sənan Abdullayev 2017-2018-ci illərdə əvvəlcə Xüsusi Dövlət Mühafizə Xidmətinin "N" saylı hərbi hissəsinin "Kəşfiyyat" briqadasıda, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olub. Sənan Abdullayev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-yə müraciət edib və sentyabrın 30-da döyüşlərə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Sənan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Abdullayev oktyabrın 5-də snayper gülləsi nəticəsində Füzulinin azad edilməsi zamanı şəhid olub.
Sənan Axundov
Sənan Səməndər oğlu Axundov (28 mart 1932, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin rəisi, SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi (1987–1989), Azərbaycan SSR yerli sənayesi naziri (1982–1987). == Həyatı == Sənan Səməndər oğlu Axundov 28 mart 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1950-ci ildə Bakıda orta məktəbi, 1955-ci ildə Moskvada Avtomexanika İnstitutunu bitirmişdir.Əmək fəaliyyətinə 1958-ci ildə Bakı Elektrik Maşınqayırma zavodunda başlayan Sənan Axundov burada usta, sahə, sonra isə sex rəisi, zavodun baş mühəndisinin müavini işləmişdir. 1968–1972-ci illərdə SSRİ Avtomobil Sənayesi Nazirliyi Avtomobil Ehtiyatları Hissələri zavodunun direktoru, 1972–1976-cı illərdə Bakı Məişət Kondisionerləri zavodunun direktoru, 1976–1982-ci illərdə İttifaq Elektrik Maşınqayırma BİB Məişət Kondisionerləri zavodunun direktoru işləmişdir.Sənan Axundov 1982–1987-ci illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1987–1989-cu illərdə SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi vəzifələrində işləmişdir. 1989-cu ilin iyun ayından SSRİ Dövlət Standartları Komitəsi Azərbaycan respublika idarəsinin rəisi, Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin rəisi vəzifəsində işləmiş, eyni zamanda standartlara və ölçü vasitələrinə nəzarət üzrə Azərbaycan Respublikası baş inspektoru olmuşdur.Sənan Axundov 1962-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (9–11-ci) deputatı olmuşdur. "Lenin", "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, bir sıra medallarla və iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. 1991-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
Sənan Ağazadə
Sənan Nizami oğlu Ağazadə (1 may 2000; Lənkəran, Azərbaycan — 14 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Ağazadə 1 may 2000-ci ildə Lənkəran şəhəri Göyşaban kəndində anadan olmuşdur.2006-cı ildə M.F Səhban adına Göyşaban kənd məktəbinin 1-ci sinifinə gedib, 2017-ci ildə S.Kazımbəyov adına Lənkəran şəhər 6-nömrəli məktəbi bitirmişdir. == Hərbi xidməti == 22 iyul 2019-cu ildə hərbi xidmətə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Sənan Ağazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı savaşıb. Fizuli döyüşlərində iştirak edib. Minatan batareyanın tuşlayıcısı olmuşdur. Hədəfi sərrast nişan alması sayəsində düşmənin bir neçə hərbi texnikasını və 35 əsgərini məhv edib. Sənan Ağazadə oktyabrın 14-də Füzuli istiqamətində şəhid olub. Lənkəranda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Ağazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Ağazadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Ağazadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Sənan Eynullayev
Sənan Eynullayev 1956-cı ildə Bakıda anadan olan rəssam-heykəltaraş Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Universitetini bitirib. O, 1992-ci ildən bəri İstanbulda yaşayır. Türkiyədə çalışan azərbaycanlı rəssam və heykəltaraş Sənan Eynullayev Türkiyənin dövlət adamları və siyasətçilərinin bal mumundan heykəllərini hazırlayıb. Heykəlləri hazırlanan siyasətçi və dövlət adamları arasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, İstanbul valisi Müəmmər Gülər, İstanbul əmniyyət müdiri (baş polis idarəsinin rəisi) Cəlaləddin Cərrah və başqaları var. Bal mumundan olan heykəllər İstanbul Əmniyyət Müdirliyinin şəhərin Mərtər səmtindəki Polis Mərkəzində nümayiş etdiriləcək.Türkiyədə buraxılan 2008-ci il təqvim-kataloquna azərbaycanlı rəssam Sənan Eynullayevin son illərdə çəkdiyi yağlı boya əsərləri də daxil edilib. Təqvim-kataloqun əsas sponsoru "Azərbaycan Hava Yolları" Dövlət Konserni, sifarişçiləri isə "Sontek inşaat", "Hamle petrol" şirkətləri və "APA Uniprint" nəşriyyatıdır. S. Eynullayev iri həcmli kitabının çapa hazırlandığını da bildirib: "Bir çox firma kitabımın çapına sponsorluq etmək üçün mənə müraciət etsə də, üstünlük kataloq-təqvimə sponsorluq etmiş şirkətlərə veriləcək".İstanbulun Əsənyurd bələdiyyəsinin "Türk böyükləri" mövzusunda heykəllər ucaldıllması üçün elan etdiyi tenderdə azərbaycanlı rəssam-heykəltaraş Sənan Eynullayev qalib gəlib.
Sənan Hüseynov
Sənan Vidadi oğlu Hüseynov (1 aprel 1996, Qazaxıstan – 7 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Hüseynov 1 aprel 1996-cı ildə Qazaxıstanda anadan olmuşdur. Əslən Füzuli rayonunun Qacar kəndindəndir. 2008-ci ildə Azərbaycana köçmüşdür. Subay idi. == Hərbi xidməti == Sənan Hüseynov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun əsgəri olan Sənan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq vuruşmuşdur. Füzulinin, Qubadlının, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sənan Hüseynov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Sənan Kərimov
Kərimov Sənan Hüsi oğlu == Həyatı == Kərimov Sənan Hüsi oğlu 1954-cü ildə 18 dekabrda Bakı şəhərində məşhur cərrah Kərimov Hüsi Məmmədxan oğlunun ailəsində anadan olub. 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olub, 1978-ci ildə bitirib. İnstitutu bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyində həkim dermatoveneroloq vəzifəsində işləmiş və dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur. 1982-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən Moskvaya, Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutuna məqsədli aspiranturaya göndərilmişdir və burada “Sarkoma Kapoşi” mövzusunda elmi araşdırmalar apararaq 1985-ci ildə bu mövzu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1990-cı ildə onun tərəfindən Psoriazla Mübarizə Mərkəzi yaradılmışdır. Bu mərkəzin məqsədi Azərbaycanda Psoriaz probleminin hərtərəfli öyrənilməsi və xəstələrə yüksək ixtisaslı müalicənin, profilaktik və mənəvi köməyin göstərilməsi olmuşdur. Bu araşdırmanın elmi nəticəsi “Psoriazm. Epidemiologiya və genetika” monoqrafisaında öz əksini tapmışdır. Belə ki, bu elmi əsər ağır xəstəliyin kliniki epidemiologiyasının, etiopotagenezinin və müalicəsinin bütün aspektlərini özündə əks etdirir. 1983-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının dosenti vəzifəsinə təyin olunmuşdur.
Sənan Miriyev
Sənan Arif oğlu Miriyev (1 mart 1998; Allahyarlı, Beyləqan rayonu, Azərbaycan — 28 sentyabr 2020 (dəfn tarixi); Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Miriyev 1 mart 1998-ci ildə Beyləqan rayonunun Allahyarlı kəndində doğulmuşdur. Əslən Xocalıdan və Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindəndir. 2004-cü ildə orta təhsilinə başlamışdır. == Hərbi xidməti == Sənan Miriyev orta təhsilini aldıqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini bitirdikdən sonra sürücü olmuşdur. 8 sentyabr 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Sənan Miriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Talışın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Sənan Musayev
Sənan Hüseynoviç Musayev (13 aprel 1923, Qusar, Quba qəzası – 1983) — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1957–1962). == Həyatı == Sənan Hüseynoviç Musayev 1923-cü ildə Qusar şəhərində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1941–1942-ci illərdə istehsalatda işləmiş, 1942–1944-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1949-cu ildə oranı bitirmişdir. 1949–1951-ci illərdə Azərbaycan Dövlət Universitetində elmi katib və mülki hüquq kafedrasının baş müəllimi vəzifələrində işləmişdir. Sənan Musayev 1951–52-ci illərdə Azərbaycan KP MK-nın mühazirəçilər qrupunun rəhbəri, 1952–1954-cü illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur. 1954–57-ci illərdə Azərbaycan Respublikası Prokurorunun müavini, 1957–1962-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri, 1974–1980-ci illərdə isə Bakı şəhər Nərimanov rayon xalq məhkəməsinin sədri vəzifələrində işləmişdir. 1962–1974-cü illərdə Sənan Musayev Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda direktor müavini vəzifəsində çalışmışdır. Dəfələrlə Bakı şəhər Sovetinə, Bakı Vilayət Sovetinə, Nərimanov rayon Sovetinə deputat seçilmişdir. Sənan Musayev məhkəmə ekspertizasının təşkili və metodikası sahəsində çoxsaylı elmi məqalə və məcmuələrin müəllifidir.
Sənan Mustafayev
Sənan Mustafayev — Əməkdar elm xadimi. == Həyatı == Sənan Mustafayev 1929-cu ildə İsmayıllıda müəllim ailəsində anadan olub.1946-cı ildə Tibilisi Dəmir yol Mühəndisləri İnstitutunun Bakı filialına daxil olub, 1951-ci ildə tərkibinə birləşdirilmiş Azərbaycan Politexnik İnstitutu fərqlənmə diplomu ilə bitirərək institutda saxlanılıb, baş lobarant, assistent vəzifəsində işləyib.1953-cü ildə Azərbaycan Neft və Kimya institutunun aspiranturasına daxil olub və 1956-cı ildə aspiranturanı bitirdikdən sonra assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 1971-ci ildə professor elmi adını alıb.S.Mustafayev 1961-1963-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirliyində elm idarəsinin rəisi, 1963-1964-cü illərdə Ali məktəblər idarəsinin rəisi, 1964-1974-cü illərdə nazirin birinci müavini, 1975-ci ildə yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rektoru,1978-1983-cü illərdə Əfqanıstanda təhsil məsələləri üzrə müşavirlər qrupunun rəhbəri, 1983-1984-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirinin beynəlxalq əlaqələr üzrə müavini, 1984-cü ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının “Materialşünaslıq və materialların texnologiyası” kafedrasının müdiri olub.Əməkdar elm xadimi fəxri adına layiq görülüb, “Şöhrət” ordeni, SSRİ medalları və Əfqanıstanın “Dostluq” ordeni ilə təltif edilib.
Sənan Məmmədli
Sənan Səlim oğlu Məmmədli (14 sentyabr 1997, Qaradağlı, Tərtər rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Məmmədli 14 sentyabr 1997-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Sənan Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin, azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Məmmədli oktyabrın 15-də Hadrut istiqamətində gedən döyüşləri zamanı şəhid olub. Tərtər rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Sənan Məmmədov
Sənan Tehran oğlu Məmmədov (27 iyul 2000, Göyçay rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Məmmədov 2002-ci il iyulun 27-də Göyçay rayonunun Çaxırlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Sənan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Sənan Məmmədov oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sənan Quliyev
Quliyev Sənan Qeyrət oğlu (1991; Xocavənd rayonu, Azərbaycan – 1 avqust 2014, Ağdam rayonu Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == Sənan Quliyev 1991-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. Sənan Quliyev öz əmisi qızı ilə ailəli idi, ölümünə qədər bir qız övladı var idi. Ölümündən sonra isə daha bir övladı dünyaya gəldi. == Hərbi xidməti == Əsgər Sənan Quliyev 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Sənan Quliyev Ağcabədi rayonunun Xocavənd qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Sənan Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə tətlif oldu.
Sənan Qurbanov
Sənan Qurbanov (rus. Курбанов, Санан Шамиль оглы; azərb. Sənan Şamil oğlu Qurbanov‎; 12 avqust 1938, Bakı – 24 dekabr 1999, Bakı) — Azərbaycanlı heykəltaraş və qrafika ustası, Azərbaycan və SSRİ Rəssamlar İttifaqlarının üzvü. Sənan Qurbanov eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanmış tamaşaların səhnə tərtibatı ilə də məşğul olmuşdur. == Həyatı == Sənan Qurbanov 1938-ci ilin 12 avqust tarixində Bakı şəhərində anadan olub. 1955 - 1959-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin heykəltaraşlıq faklütəsi üzrə təhsil almışdır. 1960 - 1963-cü illərdə təhsilini Sankt-Peterburq şəhərində yerləşən Rəssamlıq məktəbində davam etdirmişdir. 1963-cü ildə təhsil aldığı dövrdə qərb burjua mədəniyyətini ali təhsil müəssisəsində yayması ittihamı ilə universitetdən xaric edilmişdir. 1963-1967-ci illərdə geridə qalan təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tamamlamışdır. == Ekspozisiyalar == 1992-ci ildə Vyana şəhərində yerləşən Arik Brauer Qalereyasında sərgi.
Sənan Rüstəmov
Sənan Əkbər oğlu Rüstəmov (11 yanvar, 1973, Ağdam, Azərbaycan SSR, SSRİ – 15 may 1992, Ağdam, Abdal-Gülablı) — Qarabağ müharibəsində şəhid olub. == Həyatı == Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olmuşdu. Sənan 1980-cı ildə Ağdam şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdu. 1983-cü ildə 3-cü sinifdə oxuyarkən musiqiyə həvəsi olduğu üçün Qurban Primov adına 2 saylı musiqi məktəbinin tar şöbəsinəsənədlərini verir. Enerjisi çox olduğundan idmana da maraq göstərir və atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşq edir. 1984-cü ildən "Qarabağ bülbülləri" ansamblının ən fəal üzvü olur və 1988-ci ilə kimi ansanblda özünə məxsus yer tutur. Dəfələrlə müxtəlif konsertlərdə və respublika televiziyasında ansanblla birlikdə çıxış edir. 1988-ci ildə 2 saylı musiqi məktəbini əla qimətlərlə bitirir. Sənan Rüstəmov 1 sentyabr 1987-ci ildən 23 may 1989-cu ilə kimi Ağdam şəhər Texniki İstehsalat Kursunda təhsil almış və çilingərlik peçəsinə yiyələnmişdir. O, 1989-cu ildə 16 yaşı olmasına baxmayaraq kişilər arasında ,,Sambo,, güləşi üzrə Respublika çempionu olub, SSRİ idman ustası normasını yerinə yetirib.
Sənan Seyfullayev
Sənan Mətləb oğlu Seyfullayev (26 sentyabr 1998; Ərkivan, Masallı, Azərbaycan — 30 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Seyfullayev 1998-ci il sentyabrın 26-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2015-ci ildə Cəfər Cabbarlı adına qəsəbə 1 nömrəli tam orta məktəbini bitirib. 2016-cı ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub. Subay idi. == Hərbi xidməti == Sənan Seyfullayev İkinci Qarabağ müharibəsinin ilk günündən torpaqlarımızı düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanıb. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində böyük şücaət göstərib.O, oktyabrın 30-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsi zamanı şəhid olub. 71 gün itkin kimi axtarılan Sənan Seyfullayev bu ilin yanvarın 10-da şəhid olaraq tapılıb.
Sənan Sultanov
Sənan Sultanov (rejissor) — rejissor, Qızıl dərviş mükafatı laureatı (2012) Sənan Sultanov (memar) — Azərbaycanın mühəndis-memarı.
Sənan Syuqirov
Sənan Syuqirov (rus. Сюгиров Санан Вячеславович, 31 dekabr 1993, Elista, Rusiya) — rusiyalı şahmatçı, qrosmeyster (2009). == Naliyyətləri == 2003-cü ildə 10 yaşadək oğlanlar arasında Dünya Çempionu olmuşdur. 2007-ci ildə 14 yaşadək gənclər arasında Dünya Çempionu olmuşdur. 2008-ci ildə o, Budapeştdə Birinci Şənbə Qrossmeyster turnirinin qalibi olmuşdur. 2009-cu il Dünya Kubokunda iştirak etmiş, lakin ilk raundda rəqibi Laurent Fressinet tərəfindən məğlub edilmişdir. 2011-ci ildə Taqanroqda keçirilən Yüksək Liqa Rusiya Çempionatında 4–12 yerləri bölüşdürmüşdür. == Xarici keçidlər == Sanan Sjugirov. Chess-DB.com Arxivləşdirilib 2016-09-16 at the Wayback Machine (ing.) Sanan Sjugirov. 365chess.com (ing.) Sanan Sjugirov.
Senaki
Senaki (gürc. სენაკი) – Gürcüstanın şimal-qərbində, Sameqrelo-Yuxarı Svaneti bölgəsində yerləşən şəhərdir. Şəhərdə yaşayan 21.596 nəfər əhalinin (2014-ci il) böyük əksəriyyəti gürcülərdən və meqrellərdən ibarətdir. Senaki bələdiyyəsində yerləşir.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Senki
"Senki" (戦旗, azərb. "Döyüş bayrağı"‎) – 1920-ci illərin sonunda və 1930-cu illərin əvvəlində nəşr olunmuş Yaponiya proletar ədəbi jurnalı. Aylıq nəşr olunurdu. == Tarixi == Jurnal 1928-ci ilin mayından 1931-ci ilin dekabrına qədər nəşr olunmuş və Yaponiyada proletar ədəbiyyatının əsas jurnalına çevrilmişdir. 1930-cu ilin sentyabrına qədər Yaponiya Proletar İncəsənəti Federasiyasının (NAPF) orqanı olmuşdur. "Senki" jurnalının müxalif qarşılığı proletar ədəbi hərəkatının başqa bir fraksiyasının orqanı olan "Bengei Sensen" idi.Jurnalın idarəçiləri, eləcə də, redaktorları Şiqeci Tsuboy və Seyzaburo Yamada idilər. Korehito Kurahara, Şiqeharu Nakano, Takici Kobayaşi, Sunao Tokunaqa və İneko Sata kimi şəxslər jurnala töhfələrini vermişdirlər. Kobayaşinin "Fabrik gəmisi" və Tokunaqanın "Gün işığı olmayan küçə" əsərləri 1929-cu ildə bu jurnalda nəşr olunmuşdur.Jurnalın maksimum tirajı 26.000 olmasına baxmayaq, təşkilat jurnalı fabriklərə, fermalara və məktəblərə payladığı üçün geniş oxucu kütləsi toplamışdır. Jurnal populyarlaşdığı üçün Yaponiya Kommunist Partiyasının üzvlərini tərəfindən redaktə olunmağa başlamış və siyasi jurnala çevrilərək ədəbi əhəmiyyətini itirmişdir. Siyasi tona keçməkdə 1930-cu ilin avqustunda Moskvada olmuş Kuraharanın da böyük təsiri olmuşdur.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. == Hidroqrafiya == Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. == İqtisadiyyat və ekologiya == Sendən gəmiçilik üçün geniş istifadə edilir.
ABŞ Senatı
ABŞ Senatı (ing. the United States Senate) — ABŞ Konqresinin yuxarı palatası.
Antonio Senyi
Antonio Senyi (2 fevral 1891, Sassari[d], Sardiniya – 1 dekabr 1972[…], Roma) — İtaliyanın dördüncü prezindenti (11 may 1962 – 6 dekabr 1964). Xristian-Demokrat Partiyasını təmsil edib. == Həyatı == Kənd Təsərrüfatı və ticarət hüququnda ixtisaslaşmış vəkil olan Senyi, 1919-cu ildə İtalyan Xalq Partiyasına, sonra da Xristian Demokrat Partiyaya daxil olub. 1924-cü ildə partiyasının milli şurasının üzvü olub. O, eyni zamanda Sassari Universitetində rektorluq edib.
Halil Sezai
Halil Sezai, tam adı ilə Halil Sezai Paracıkoğlu (16 Avqust 1979, Əskişəhər) — Türk aktyor, müğənni. Atasının ailəsi Bolqarıstanın Pazarcıq rayonunun Paracıq kəndindən olub, soyadını buradan almaqdadır. Əskişəhər Atatürk Liseyindən və 2003-cü ildə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Teatr fakultəsindən məzun oldu. 2012-ci ildə Kral Tv Musiqi Mükafatlarında "ən yaxşı çıxış edən sənətçi" mükafatını almışdır. 2010-cu ildə ekranlara girən əncir mürəbbəsi filmi ilə ağ pərdədə yer alan Sezai, seriyalın davam filmi olan 2014-cü il istehsalı əncir mürəbbəsi 2-də də baş rolda oynamışdır. 2014-cü il tarixli Çiyələk filminin isə prodüserliyini də öhdəsinə götürmüşdür. Yapışıq Qardaşlar filmində İmam rolunu oynamışdır. Halil Sezainin Cenk adlı qardaşı və Duyğu adında bacısı var. Böyük qardaşı Cenk Paracıkoğlu bir vaxtlar modelyerlik və musiqiçiliklə məşğul olmuşdur. Bacısı Duyğu Paracıkoğlu isə aktirisadır.
Proprioseiopsis penai
Proprioseiopsis penai (lat. Proprioseiopsis penai) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis penai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qazaxıstan Senatı
Qazaxıstan Senatı (qaz. Қазақстан Республикасы Парламентінің Сенаты) — Qazaxıstan Respublikası parlamentinin yuxarı palatası. Senatın qurulması qaydası Qazaxıstan Konstitusiyasının 50-ci maddəsi ilə müəyyən edilir. Senat, hər bölgədən, respublika əhəmiyyətli şəhərdən və Qazaxıstan Respublikasının paytaxtından iki nəfəri təmsil edən deputatlar tərəfindən qurulur. Senatın on beş deputatı, cəmiyyətin milli, mədəni və digər əhəmiyyətli mənafelərinin Senatda təmsil olunmasının təmin edilməsi zərurəti nəzərə alınaraq Qazaxıstan Prezidenti tərəfindən təyin edilir. == Tarixi == 7 oktyabr 1998-ci ildə Qazaxıstan Konstitusiyasına düzəlişlər qəbul edildi, ona görə Senat deputatının səlahiyyət müddəti 6 ilə qaldırıldı, seçilən deputatların yarısı hər 3 ildən bir yenidən seçilir. 1995-ci ildə 4 il müddətinə seçilmiş Senat deputatlarının səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, 17 sentyabr 1999-cu ildə 6 il müddətinə Senat millət vəkilləri seçkiləri baş tutdu. 1997-ci ildə seçilmiş Senat deputatlarının səlahiyyətləri II çağırışda 2002-ci ilin dekabrına qədər davam etdi. 21 May 2007-ci ildə Qazaxıstan Konstitusiyasına dəyişikliklər qəbul edildi. Qazaxıstan Prezidenti tərəfindən təyin olunan Senat deputatlarının sayı 7-dən 15-ə yüksəldi.
Roma senatı
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Sendi qasırğası
Sendi qasırğası (ing. Hurricane Sandy) - Atlantik okeanında yaranmış və indiyə qədər qeydə alınmış ən güclü qasırğa. Yamayka, Haiti, Kuba, Dominikan Respublikası, Baham adaları, Kanada və ABŞ-də Sendi qasırğası nəticəsində ciddi dağıntılar yaranmışdır. 2012-ci ilin oktyabr ayında Karib hövzəsində başlanan qasırğa, oktyabrın sonlarına doğru daha da şiddətlənmişdir. Hal-hazırda qasırğa ABŞ sahillərinə çatmışdır. Sendi qasırğası nəticəsində onlarla insan həlak olmuşdur, ümumi dəymiş ziyanın 50 milyard dolları keçəcəyi ehtimal olunur.
Senyi (En)
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Sezai Aydın
Sezai Aydın (15 fevral 1952, Ankara – 20 dekabr 2021, İstanbul) — türk teatr, kino, serial aktyoru və səs aktyoru. O, daha çox Con Rembo, Rokki Balboa, Bill Kosbi və Fred Flintston obrazlarını səsləndirməsi ilə tanınır. Sezai Aydın 1952-ci il fevralın 15-də Ankarada anadan olub. Ankara Universiteti İqtisadiyyat və Ticarət Elmləri Akademiyasının məzunu olan Aydın şəhər teatrı sənətçisidir və bu günə qədər bir çox tamaşada çalışıb. Keçiören Bələdiyyəsində bir müddət “Şənbə şənbəsi” adlı uşaq əyləncə proqramına rəhbərlik edən, eyni zamanda kamera qarşısına keçərək film və seriallarda rol alan Aydın illərdir bir çox yerli və xarici obrazları səsləndirib. Başkent Rabitə Elmləri Akademiyasında səs və aktyorluq təhsili də verib. Aydın 20 dekabr 2021-ci ildə İstanbulun Ümraniye rayonunda şəkərli diabetlə bağlı ürək çatışmazlığından dünyasını dəyişib. 22 dekabr 2021-ci ildə Şakirin məscidində qılınan cənazə namazından sonra Qaracaəhməd qəbiristanlığında dəfn edilib. Oğlu Arda Aydın atasının ölümündən 8 ay əvvəl şəkər xəstəliyinə bağlı səbəblərə görə sağ ayağının amputasiya edildiyini bildirib.
Stefano Sensi
Stefano Sensi (5 avqust 1995, Urbino[d], Marke) İtaliyalı yarımmüdafiəçidir.İtaliya klubu olan Monzanın və İtaliya milli futbol komandasının üzvüdür. == Karyerası == === San Marino === Karyerasına 2013-cü ildə İtaliya klubu Cesena ilə başladı və daha sonra kluba dönməzdən əvvəl iki mövsüm San Marinoya icarəyə verildi. === Sassuolo === 2016-cı ilin yanvarında Sassuolo -ya qoşuldu, lakin mövsümün qalan hissəsini keçmiş klubu Cesena ilə icarədə keçirdi və yayda rəsmi olaraq Sassuolo -ya qatıldı. === İnter === 2019-cu ilin yayında "İnter" ə icarəyə verildi və 2020 ci ildə onlara qoşuldu. == Oyun Tərzi == Keçmiş hücumçu və ya mərkəz yarımmüdafiəçisi , görmə qabiliyyəti, yaxşı texnikası olan Stefano Sensi, indi adətən komandası üçün müdafiə və ya yaradıcı yarımmüdafiə rolunu oynayır. Topu idarə etməsi, yayılma diapazonu və təbii olaraq əsas ayağı sağ ayağı olmasına baxmayaraq hər iki ayağı ilə uzun ötürmə qabiliyyəti sayəsində arxa xətt qarşısında tez-tez dərin bir oyun qurucusu rolunu oynayır . komanda yoldaşları; o, bir neçə digər yarımmüdafiədə və hücum mövqeyində oynamağı bacarır və cinah oyunçusu , mezzala və ya dəstəkləyici hücumçu kimi yerləşdirilib. Artıq onun nəsil ən perspektivli gənc İtalyan futbolçulardan biri hesab edilir, Sensi böyük klubların diqqətini cəlb edir və onun ifa tərzi, kiçik biçimdə və çəkisi aşağı mərkəzi tərtib müqayisə edib Marco Verratti , eləcə də Andrea Pirlo , əsas təsirinin İspan oyun qurucusu Xavi olduğunu şəxsən bildirsə də . Sensi, İtaliya meneceri Roberto Mancini tərəfindən də tərifləndi : "… yaxşı, texniki cəhətdən istedadlı və sürətli", "… xarakterinə sahibdir". Top üçün daha çox fiziki çətinliklər qazanmaqda təsirsiz hala gətirən incə quruluşuna baxmayaraq, taktiki zəkası və məkanı şərh etməsi səbəbindən müdafiədə də təsirli olur.
Super Sentai
Super Sentai Seriyası (yap. スーパー戦隊シリーズ, tərcüməsi: Super Eskadra Seriyası, oxunuşu: Supa Sentai Shirizu) — Toei və Bandai-nin istehsal etdiyi və TV Asahi-nin yayımladığı, uzun müddətdir davam edən Yaponiyanın "superqəhrəman komandası" janrına verilən addır. ("Super" mecha istifadə etmələrini ifadə edir və "Sentai" Yapon dilində "işçi qüvvəsi" və ya sözün əsl mənasında "döyüş eskadronu" mənasını verir və eyni zamanda II Dünya Müharibəsində Yapon eskadronları üçün istifadə edilən bir termin idi.) Bu seriya Ultra Seriyası, Kamen Rider Seriyası və Metal Hero Seriyası ilə yanaşı, Yaponiyanın ən məşhur tokusatsu istehsallarından biridir. Power Rangers-ə uyğunlaşdırılan ilk Sentai, bütün 50 bölümün görüntülərindən istifadə edilən Kyoryu Sentai Zyuranger oldu. ildönümü, onları xatırlamaq üçün xüsusi loqotiplərdən istifadə edirlər. İndiyə qədər bunlardan beşi seriyanı xatırlamaq üçün bundan istifadə etdi: 25-ci Hyakuju Sentai Gaoranger, 30-u Gogo Sentai Boukenger, 35-i Kaizoku Sentai Gokaiger, 40-ı Doubutsu Sentai Zyuohger və 45-i Kikai Sentai Zenkaiger. Mövsüm ərzində Doubutsu Sentai Zyuohger-in 29-cu bölümü, Super Sentai Seriyasının 2.000-ci bölümüdür. 6 Noyabr 2020-ci ildə Toei Tokusatsu World Youtube kanalında bir neçə Sentai Seriyası (Himitsu Sentai Goranger-dən) yayımlanır. Bununla birlikdə, Toei Tokusatsu World Youtube kanalında olan bütün Sentai seriyaları lisenziyaya görə bir neçə ölkədə bloklanır. == Ümumi Baxış == Bu seriya Toei tərəfindən istehsal olunan və TV Asahi-də yayımlanan, xüsusi effektli bir super qəhrəman proqramıdır.
Pənah kəndi (Poldəşt)
Pənah kəndi (fars. پناه كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 248 nəfər yaşayır (69 ailə).