Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təngistan şəhristanı
Təngistan şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Əhrəm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 63 276 nəfər və 14 620 ailədən ibarət idi.
Kəndistan
Dehistan (fars. دهستان‎) — İranda inzibati ərazi vahidi. Bəxşlərin tərkibinə daxildir və bir neçə kənddən ibarət olur. İranın azərbaycandilli əhalisi arasında kəndistan da adlandırılır.
Ləzgistan
Ləzgistan — Lezgistan və ya Lekiya (ləzg. Leӄi) aşağıdakılara istinad edə bilər: Ləzgilərin yaşadığı Qafqazın bir parçası. Şərq yazarları eyni ərazini Dağıstan adlandırıblar.. Sadval separatçı təşkilatının irredentist konsepsiyası, Rusiya Dağıstan Respublikası və Azərbaycanın Ləzgilərlə həmsərhəd əraziləri üzərində vahid bir etnopolitik qurum yaratmağa yönəlmişdir. == Tarixi anlayışı == Herodot, Strabon və Yaşlı Pliniy də daxil olmaqla qədim yunan tarixçiləri Qafqaz Albaniyasında yaşayan Legoy xalqına istinad edərkən, 9–10-cu əsrlərin ərəb tarixçiləri müasir Dağıstan ərazisindəki Lakz krallığını qeyd edirlər Əl Məsudi bu bölgənin sakinlərini Lakzamlar adlandırmışdır.Rusiyada inqilabdan əvvəl "Ləzgin" termini müasir Rusiya Dağıstan Respublikasının ərazisində yaşayan bütün etnik qruplara şamil edilirdi. == Siyasi konsepsiyası == Ləzgi milli hərəkatı Sadval (Birlik) 1990-cı ilin iyulunda Rusiyada (o vaxt Sovet İttifaqı) Dağıstanın Dərbənd şəhərində yaradıldı. Ləzgilərin (Azərbaycan və Dağıstanda) birləşməsini tələb etdilər, çünki sovet hakimiyyəti dövründə onlara "mədəniyyətlərini inkişaf etdirmək imkanı verilmədi". Sadval Azərbaycanda dəstək tapmadı, üstəlik, 19 mart 1994-cü ildə Bakı metrosunda 27 adamın öldüyü partlayışın Sadval tərəfindən edildiyi irəli sürüldü.. Sadvalın yaradılmasında, silahlılarını maliyyələşdirməkdə, təlim verməkdə və silahlandırmaqda Ermənistan xüsusi xidmət orqanlarının iştirak etdiyinə dair sübutlar var idi.
Sərvistan
Sərvistan- İranın Fars ostanının şəhərlərindən və Sərvistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,846 nəfər və 4,094 ailədən ibarət idi.
Sərvistan xalçaları
Sərvistan xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).
Sərvistan şəhristanı
Sərvistan şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sərvistan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 34,452 nəfər və 8,308 ailədən ibarət idi.
Vənistan (Vərziqan)
Vənistan (fars. ونستان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (58 ailə).
Şəhristan
Şəhristan (fars. شهرستان‎) — İranda ostan daxilində inzibati bölgü. Şəhristanlar öz növbəsində bəxşlərə, bəxşlər isə dehistanlara bölünür. Bütün İran ərazisində 30 ostana daxil 324 şəhristan var. Şəhristanların icra səlahiyyətləri fərmandar tərəfindən yerinə yetirilir.
Registan
Registan — qumlu səhra Əfqanıstanın cənubunda yerləşir. Şimaldan və qərbdən Qilmend çayı, cənubdan Çaqai dağı, şərqdən isə Kvetto-Pişinski alçaq dağlığı ilə əhatələnir. Burada hündürlüyü 60 metr olan barxanlar vardır. Səhranın sahəsi 40 000 km²-dir. Hündürlük şərqdə 1500 metr, şərqdə isə 800 metr təşkil edir. Subtropik kontinental iqlimə malikdir. Havası quru olub, illik yağıntının miqdarı 100 mm-dir. Yağıntı əsasən qış və yaz ayları düşür. Səhradan qoyunçuluq, dəvəçilik və davarçılıqda istifadə edilir. Cənub-qərbindən Əfqanıstan-Pakistan dövlət sərhədi keçir.
Şəhristan (Piranşəhr)
Şəhristan (fars. شهرستن‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 501 nəfər yaşayır (57 ailə).
Şəmistan Həsənli
Həsənli Şəmistan Mahmud oğlu (15 dekabr 1938, Yuxarı Qoşakilsə, Lüksemburq rayonu) — azərbaycanlı fizik, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Şəmistan Həsənli 15 dekabr 1938-ci ildə Gürcüstan SSR-in Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. 1957-1962-ci illərdə Leninqrad Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışdır. İlk əmək fəaliyyətini Leninqrad "Morfizpribor" İnstitutunda başlamış və orada sovet hərbi sualtı qayıqlarının idarəedici qurğularının yaradılmasında fəal iştirak etmişdir. Aspirant hazırlığını Leninqrad A.F.İoffe adına Fizika-Texnika İnstitutunun Dövlət və Lenin mükafatı laureatı prof. D.N. Nasledovun rəhbərlik etdiyi "Elektron yarımkeçiriciləri" laboratoriyasında keçmişdir. 1971-ci ildə dissertasiya müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1971-1990-cı illərdə Leninqrad Politexnik Universitetinin "Polimerlər və dielektriklər Fizikası" kafedrasında pedaqoji fəaliyyətlə bərabər elmi tədqiqat işləri ilə də məşğul olmuşdur. Hazırda AMEA-nın Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyir. Onun rəhbərliyi altında iki aspirant və iki dissertant fizika üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəsi almışdırlar.
Şəmistan Nəzirli
Nəzirli Şəmistan Əmiraslan oğlu — Azərbaycanın tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist, nasir, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), H.Zərdabi adına mükafatın laureatı (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. Əsli Qazaxlıdır. Burada kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçmüşlər. Dəvəçi şəhərində orta məktəbi bitirmişdir (1960). 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur. Sovet Ordusu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1962-1965). ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1967-1972). Ədəbi fəaliyyətə 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxan kiçik bir məqaləsi ilə başlamışdır. Lakin 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir.
Şəmistan Sadıxov
Şəmistan Əbdulağa oğlu Sadıxov (1994; Əvilə, Lerik rayonu, Azərbaycan — 12 sentyabr 2022; Laçın, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin baş çavuşu, şəhid. == Həyatı == Şəmistan Sadıxov 1995-ci ildə Lerik rayonu, Əvilə kəndində anadan olmuşdur. 2013-cü ildə Əfqanıstanda Sülhməramlı qüvvələrin sıralarında xidmət aparıb. Ölümündən 84 gün əvvəl ailə həyatı qurmuşdur. == Hərbi xidmətləri == Şəmistan Sadıxov 13 sentyabr 2022-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi "Azərbaycan-Ermənistan sərhəd toqquşması" zamanı şəhid olub.
Şəmistan Əlizamanlı
Şəmistan Əlizamanlı — Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri. == Həyatı == Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. Ailəlidir, bir qızı və bir oğlu var. 1977-79-cu illərdə sovet ordusu sıralarında Moskva şəhərində yerləşən V. V. Kuybışev adına Hərbi Akademiyasında həqiqi xidmətdə olub.1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib. 1985-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirmişdir.Azərbaycan Dövlət Radiosunda diktor kimi çalışmağa başladığı dövrdə onu Moskvaya ixtisasartırma kursuna göndərmişdilər. Moskvada keçirilən diktorluq kursunu fərqlənmə ilə bitirmişdir. Özü bu bəradə belə deyirdi : "Tale elə gətirdi ki, 1986-cı ildə Azərbaycan Dövlət Radiosundan Moskvada SSRİ Dövlət Teleradio Verilişləri Şirkətində diktor kimi təcrübə keçməyə göndərildim. Artıq Levitan dünyasını dəyişmişdi, mənim müəllimimsə Levitanın yaxın dostu İlya Prudovski di. Levitan haqqında çox şey öyrəndim."1992-ci ildə onu Azərbaycan Dövlət Televiziyasına keçirdilər. O zaman Müdafiə Nazirliyindən səsi xalqı səfərbərliyə səsləyən diktor axtarırdılar və onun səsi üzərində dayandılar.
Şəmistan Əyyubov
Şəmistan Mahmud oğlu Əyyubov – Azərbaycan Kommunist Partiyasının fəalı, inqilabçı-bolşevik. Xalq arasında Sarı Şəmistan adı ilə məşhur olmuşdur. == Həyatı == Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. 1918-ci ilin oktyabr ayında 23 yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olub. 1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı kimi tanınıb. İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan Şəmistan Əyyubov könüllü olaraq Qızıl Ordu sıralarına qoşulub. Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak edib. 30-cu illərdə Qazax rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışıb. Şəmistan Əyyubov 20-ci illərdə ölkədə hökm sürən dərəbəylik və cinayətkar quldur dəstələrə qarşı mübarizədə aktiv iştirak edib. Sarı Şəmistanın fəallığı və cinayət törədən şəxsləri kimliyindən asılı olmayaraq həbs elətdirməsi, partiya daxilində bir çoxlarını narahat edirdi.
Şəmistan Əzizov
Şəmistan Əzizov (tam adı: Şəmistan İlyas oğlu Əzizov; 6 dekabr 1993; Göyçay, Azərbaycan — 15 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəmistan Əzizov 1993-cü il dekabrın 6-da Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şəmistan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Şəmistan Əzizov oktyabrın 15-də şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmistan Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Registan meydanı (Səmərqənd)
Registan meydanı — Orta Asiya Türk memarlığının nadir nümunələrindən biridir. Əsası XV əsrdə Uluqbəy tərəfindən qoyulan, üzəri möhtəşəm kaşılarla bəzədilmiş nəhəng qapılara malik 3 ayrı mədrəsənin əhatə etdiyi bir sahədir. == Tarixi == Registan meydanı (qum ölkəsi) Səmərqəmdin mərkəzi idi. Meydan 3 mədrəsədən ibarətdir: Uluqbəy mədrəsəsi (XV əsr), Şir-Dor mədrəsəsi (XVII əsr) və Tilla-Kari mədrəsəsi (XVII əsr). İlk mədrəsənin qurulması ilə birlikdə bütün bayramlar, festivallar və Bazar günü bazarı burada qurulmağa və qeyd olunmağa başlamışdır. Mədrəsə İslam dininin ali məktəbləri sayılır. Uluqbəy mədrəsəsi 1417-1420-ci illər tarixlərində Uluqbəy tərəfindən qurulmuş və şəxsən özü burada, ölümünə qədər riyaziyyat və astronomiyadan dərs keçmişdir. Uluqbəyin ölümündən 200 il sonra, Səmərqəndin hakimi olan Yalangtuş Bahadurın əmri ilə birinci mədrəsənin eynisi olaraq, ikinci bir mədrəsə inşa etdirilmiş və Şir-Dor mədrəsəsi adı verilmişdir. Aralarındakı yeganə fərq yeni mədrəsədə artıq iki dənə qışın istifadə edilmək üçün hazırlanmış təhsil dəhlizi olmasıdır. Bunun xaricində baş quruluş birinci mədrəsə ilə eynidir.