KƏNDİSTAN

is.
1. Kənd, kənd yeri.
[Vaqif:] Xeyr, yanıldınız, ona dil verən; Kəndistan yeridir, bəli, kəndistan. S.Vurğun.
[Hacı Rəsul:] Belə də səs, belə də məlahət olarmı? Düşünürsən ki, [Əntiqə] bəşər cinsi deyil nədi, özü də kəndistan yerində. Mir Cəlal.
…Daima qardaşdır Bakı kəndistan. Z.Xəlil.

2. Kənd əhli, kəndlilər. [Nizami:] Mən istəyirəm ki, min il bundan sonra da bir nəfər Gəncə üsyanının tarixini oxuduğu zaman desin ki, “üsyan olduqca ağıllı, düşüncəli və tədbirli bir surətdə təşkil edilmiş üsyan idi.
Orada yalnız şəhər xalqı deyil, bütün kəndistan da iştirak etmişdi”. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏNDİSTAN kəndistan bax kənd
KƏNDİRQAYIŞ
KƏNDİSTANLI
OBASTAN VİKİ
Kəndistan
Dehistan (fars. دهستان‎) — İranda inzibati ərazi vahidi. Bəxşlərin tərkibinə daxildir və bir neçə kənddən ibarət olur. İranın azərbaycandilli əhalisi arasında kəndistan da adlandırılır.

Digər lüğətlərdə