Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səreyn
Səreyn (Sarıqaya) — Cənubi Azərbaycanın Ərdəbil ostanında, Savalan dağının ətəyində yerləşən şəhər. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir; adın mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır.Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə məhşurdur. Səreyn müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xassəyə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir. Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Camışgölü, Qəhvəsuyu, Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Səreyn yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.
Ağqala (Səreyn)
Ağqala (fars. اق قلعه‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (65 ailə).
Səin (Səreyn)
Səin (fars. سيين‎) və ya Simin — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 839 nəfər yaşayır (179 ailə).
Səreyn (Xudabəndə)
Səreyn (fars. سرئين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 447 nəfər yaşayır (79 ailə).
Səreyn şəhristanı
Səreyn şəhristanı - Ərdəbil ostanının (vilayətinin) şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Səreyn (Sarıqaya) şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,197 nəfər və 3,937 ailədən ibarət idi.Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir, mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır. Əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Şəmsabad (Səreyn)
Şəmsabad (fars. شمس اباد‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (63 ailə).
Sergey
Sergey — Rus kişi adı. Sergey Senyuşkin — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Murtuzəliyev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Mironov — Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri. Sergey Namyotkin — görkəmli üzvi kimyaçı, SSRİ Elmlər Akademiyasının akademiki (1939) Sergey Ojeqov — Məşhur rus linqvisti, leksikoqraf, filologiya elmləri doktoru, professor. Sergey Trubetskoy — Dekabristlər hərəkatının təşkilatçılarından. Sergey Çerenkeviç — Sovet və Belorus biofiziki. Sergey Filippov — Aktyor Sergey Ratnikov — rejissor Sergey Kirov — sovet dövlət xadimi Sergey Kozlov — SSRİ partiya xadimi, Sov.İKP üzvü (1947) Sergey Prokofiyev — rus bəstəkarı, pianoçusu və dirijoru. Sergey Trotski — Ssenari Müəllifi. Aktyor.
Verxel
Verxel (isp. Vergel) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 8,16 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4858 nəfərə çatmışdır.
Sabiha Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Sergey Adyan
Sergey İvanoviç Adyan (erm. Սերգեյ Հովհաննեսի Ադյան, rus. Серге́й Ива́нович Адя́н; 1 yanvar 1931, Quşçu, Dəstəfur rayonu – 5 may 2020, Moskva) — erməni əsilli Rusiya riyaziyyatçı, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2000-ci ildən, 1991-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü). Riyazi məntiq, alqoritmlər nəzəriyyəsi və onların cəbrə tətbiqi üzərində işləmişdir. Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülmüşdür. == Müfakatlar == SSRİ Elmlər Akademiyasının Pafnuti Çebışev mükafatı (1963). Rusiya Federasiyasının Dövlət mükafatı (1999). "Şərəf" ordeni (2011). "Riyaziyyata həsr olunmuş həyat" adlı "Dinastiya" fondu mükafatı (2014). == İstinadlar == == Xarici keçidlər == Профиль С. И. Адяна на официальном сайте РАН С. И. Адян к 75-летию со дня рождения Биография (англ.) в проекте Mac Tutor History of Mathematics archive Фотопортрет С. И. Адяна в галерее выдающихся учёных МГУ «Портрет интеллекта», созданной в 2005 г.
Sergey Aksakov
Sergey Timofeyeviç Aksakov (1 oktyabr 1791 - 12 may 1859) — Rusiya yazıçısı. == Həyatı == Sergey Aksakov 1791-ci ildə Ufada qədim zadəgan ailəsində anadan olmuşdu. Bütün yaşadıqları və başı çəkənlər onun əsərlərinin mövzusuna çevrildi. "Ailə xronikası", "Nəvə Baqrovun uşaqlıq illəri" və "Xatirələr" bu mənada trilogiya adlanmağa layiqdi. Çünki bu kitablarda da Baqrovların (Baqrov da türk əsilli rus soy adlarındandır; baqrovıy rus dilində tünd qırmızı, "bağır, ciyər" sözündən yaranmış türkizmdir) əslində müəllifin öz ailəsinin nəsilbənəsil tarixi açılır. Yazıçı bilərəkdən adları dəyişmişdi, çünki hadisələri, əhvalatları dəyişdirmədən elə təfərrüatı ilə təsvir etmişdi ki, həmin adamlar özlərini görüb, tanıyıb inciyə bilərdilər. Onsuz da özünü burada tanıyan tapılmışdı; müəllifi qınayırdılar. Ailənin başçısı yazıçının babası özünün bütün qəddarlığı, zalımlığı ilə təsvir olunmuĢdu. Ailə sirrini açıb-ağartdığına görə yazıçıdan küsənlər var idi. O isə ata ocağının nağıllarını bədii yaddaşlara köçürürdü, bunu isə hələ gözdə bilib qiymətləndirən yox idi.
Sergey Aksyonov
Sergey Valeryeviş Aksyonov (ukr. Аксьонов Сергій Валерійович, 26 noyabr 1972, Belsı) — Krım Muxtar Respublikasının Nazirlər Şurasının Sədri. == Həyatı == 26 noyabr 1972-ci ildə Moldova SSR-in Belsı şəhərində anadan olub. 1993-cü ildə Simferopol Ali Hərbi-Siyasi İnşaat Məktəbini bitirib. 1993—1998-ci illərdə "Ellada" kooperativi direktorunun müavini işləyib, biznesini ərzaq mallarının satışı üzərində qurub. 1998-ci ilin oktyabr ayından 2001-ci ilin mart ayına qədər "Asteriks" ASC-nin direktor müavinidir. 2001-ci ildən 2014-cü ilin fevralına qədər "Eskada" firması" ASC-nin direktor müavini. 2008-ci ildən Krım rus icmasının üzvü, "Krım Vətəndaş Aktivi" ictimai təşkilatının üzvü. 2009-cu ilsən "Krım Vətəndaş Aktivi"nin idarə heyətinin üzvü, "Krımda rus birliyi uğrunda !" koordinasiya şurasının həmsədri, "Rus birliyi" Ümumkrım ictimai-siyasi hərəkatının lideri. 2010-cu ildən seçkilərdə 4 % səs toplamış "Rus birliyi"ndən Krım Muxtar Respublikasının Ali Radasının deputatı..
Sergey Alekseyev
Sergey Alekseyev — futbolçusu. Moldova milli komandasının hücumçusu Sergey Alekseyev əsas yığmada keçirdiyi 4 oyunda 3 qol vurub. "Şerif"in yetirməsi olan Sergey bu klubda keçirdiyi (2002-2004, 2007-2009) 66 görüşdə 22 qol vurub. "Tiraspol"da (48 oyun, 13 qol) iki il yarım oynayan hücumçu 2008/2009 mövsümünün ikinci dövrəsini "İskra-Stal"da (8 oyun) keçirib. Alekseyev həm "Şerif", həm də "Tiraspol"la komandalarımıza qarşı oynayıb. İmişlinin "MKT-Araz" klubu 2006-cı ildə İntertoto kubokunda çıxış etdiyi zamanı Sergey hər iki görüşdə "Tiraspol"un əsas heyətində meydana çıxıb. İmişlililərin avrokuboklarda debüt mövsümündə ilk mərhələdə mübarizənin dayandırmasının baiskarı elə Alekseyev olub. Belə ki, Tiraspoldakı matçda məhz onun dublu (16 və 36-cı dəqiqələr) ilə meydan sahibləri 2:0 hesablı qələbə qazanaraq, "MKT-Araz"ı turnirdən kənarlaşdırıb. Alekseyev 2008-ci ilin qışında "Xəzər-Lənkəran" "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku"nu qalibi olduğu turnirin 1/4 finalında "Şerif"in heyətində olub. 68-ci dəqiqədə meydana daxil olan Sergey komandasının oyun sonrası penaltilərlə uduzması ilə barışıb.
Sergey Aleynikov
Sergey Yevgeneviç Aleynikov (belar. Сяргей Яўгенавіч Алейнікаў; 7 noyabr 1961, Minsk, BSSR) — Sovet və Belarusiya SSRİ millisinin oyunçusu. Müdafiəçi və yarımmüdafiəçi mövqeyində oynamış. Oyun karyerasını başa vurduqdan sonra məşqçiliklə məşğul olmuşdur. == Bioqrafiyası == 11 yaşından etibarən Sergey bir çox məşhur futbolçunun oynadığı Minsk SDYŞOR-5-də futbol oynamağa başlamışdır. Tezliklə Minskin Dinamo klubunda düblunu həyata keçirdi. 1981-ci ildə 19 yaşlı Aleinikov əsas komandanın baş məşqçisi Eduard Malofeyevin rəhbərliyi altında məşq etmiş, ancaq mövsümün sonuna kimi bir neçə dəfə meydanda çıxa bilmişdir. 1982-ci ildə Minsk klubu tarixində ilk dəfə SSRİ çempionluğunu qazandı və Sergeyin bu uğurda əməyi böyük idi. Meydanda tez-tez görünməməsinə baxmayaraq (ümumilikdə 34 matçdan 21-də oynamışdı), 8 qol vurmağı bacarmışdır. "Spartak" klubuna qarşı keçirilən çempionatın son turunda qapıçı Rinat Dasayevin qoruduğu qapıya qol vuraraq hesabı 4: 1 çatdırdı.
Sergey Baqapş
Sergey Vasilyeviç Baqapş (abx. Сергеи Уасыл-иҧа Багаҧшь; 4 mart 1949, Suxumi – 29 may 2011, Moskva) — Abxaziyanın ikinci prezidentı (2005-2011).
Sergey Bağırov
Sergey Bağırov (rus. Сергей Владимирович Багиров) — Rusiyanın tanınmış prodüseri və rejissoru. == Həyatı == Sergey Bağırov Bakıda doğulub böyümüşdür. 18 yaşından Rusiyada yaşayır.S.Bağırov bir müddət “Kinotavr” festivalının baş prodüseri olub, müxtəlif telekanalların kino şöbəsinə rəhbərlik edib. Bir sıra filmləri beynəlxalq festivallarda mükafatlar qazanıb. Hazırda “NTV-KİNO”-nun baş prodüseri və “Üentral Partnerşip” kinokompaniyasının prodüseridir.
Sergey Bezrukov
Sergey Vitalyeviç Bezrukov — Rusiyanın tanınmış teatr və kino aktyoru.
Sergey Biryuzov
Sergey Biryuzov (rus. Серге́й Семёнович Бирюзо́в; 21 avqust 1904 – 19 oktyabr 1964, Belqrad) — İkinci dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı və Sovet İttifaqı Marşalı. == Bioqrafiya == Sergey Biryuzov 1904-cü ildə Ryazan rayonun Skopin şəhərində anadan olmuşdur. 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1922-ci ildə Qırmızı Orduya qatılaraq Frunze Hərbi Akademiyasına 1934-cü ildə gedənə qədər batolyon komandiri olmuşdur. 1937-ci ildə məzun olduqdan sonra silah diviziyasının rəisi olmuşdur. 1939-cu ildə Xarkov Hərbi Bölgəsində vəzifələndirilmişdir. Həmin ilin avqustunda 1932-ci Diviziyanın komandiri olmuşdur. Cənub-qərb və Bryansk cəbhələrində komandanlıq etmişdir. Döyüşlərdə özü diviziyaya əmrlər vermişdir.
Sergey Bodrov
Sergey Bodrov (ata) — sovet və Rusiya kinorejissoru, ssenarist, prodüser. Sergey Bodrov (oğul) — rusiyalı aktyor, televiziya aparıcısı, rejissor, ssenarist, tarixçi-mədəniyyətşünas.
Sergey Bondarçuk
Sergey Bondarçuk (25 sentyabr 1920[…], Belozorka[d], Xerson quberniyası[d] – 20 oktyabr 1994[…], Moskva) — Sovet aktyoru, rejissor və ssenarist, SSRİ xalq artisti (1952).
Sergey Borodin
Sergey Borodin (rus. Сергей Петрович Бороди́н; 12 (25) sentyabr 1902 və ya 8 oktyabr 1902, Moskva – 22 iyun 1974, Daşkənd) — rus sovet yazıçısı, məşhur tarixi romanların müəllifi. 1941-ci ilə qədər "Amir Sarqican" (rus. Амир Саргиджан) təxəllüsü ilə ədəbi fəaliyyət göstərmişdi. Özbəkistan SSR-in Xalq yazıçısı (1973), 2-ci dərəcəli Stalin mükafatı laureatı. 1943-cü ildən ÜİK(b)P-nın üzvü idi. Ən məşhur əsəri "Dmitriy Donskoy" romanıdır. Bu romanın 1941-1994-cü illər arasındakı iyirmi beşə yaxın nəşrində ümumi tiraj milyon nüsxəni ötmüşdür. Sergey Borodin həm də tanınmış özbək, qazax, tacik yazıçılarının əsərlərini, o cümlədən, Özbəkistanın rəhbəri olmuş Şərəf Rəşidovun "Kəşmir əfsanəsi"ni rus dilinə tərcümə etmişdi. == Həyatı və yaradıcılığı == Sergey Borodin 25 sentyabr 1902-ci il tarixində Moskva şəhərində anadan olmuşdur.
Sergey Boyarski
Sergey Boyarski (rus. Боярский, Сергей Михайлович; d.24 yanvar 1980, Leninqrad, RSFSR, SSRİ) — Rus siyasətçisi. VII çağırış Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının üzvü, Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin birinci müavini, 5 oktyabr 2016-cı ildən "Vahid Rusiya" Partiyası Tərəfdarları Mərkəzi Şurasının həmsədri. == Həyatı == Sergey Boyarski 24 yanvar 1980-ci ildə Leninqradda aktyor və müğənni Mixail Boyarski və aktrisa Larisa Luppianın ailəsində anadan olub. S.Boyarski Nikolay Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası musiqi məktəbinin fortepiano sinfində oxuyub. Sankt-Peterburq Gimnaziyasını xarici dillərini oxuyub. Məktəbdən sonra Rusiya Federasiyası Prezidenti yanında Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasına daxil oldu, iqtisadiyyat və maliyyə fakültəsini bitirdi. Magistratura təhsilini Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetmə şöbəsində almışdır."Baltonexim" Bankda işləyib. Cənub Qütbü ticarət və əyləncə kompleksi, 2008-ci ildə açılan Promenade ticarət kompleksi kimi bir sıra iİvestisiya layihələrində iştirak edib. Bir qrup sahibkarla birlikdə idarəetmə fəaliyyəti ilə məşğul olan S.Boyarski eyni zamanda Modorama onlayn jurnalının həmtəsisçisidir.
Sergey Boçkov
Sergey Boçkov (20 avqust 1979) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Sergey Boçkov 1979-cu il avqustun 20-də anadan olub. == Karyerası == Sergey Boçkov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə uzunluğa tullanma turnirində 16.02 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 30-cu pillədə başa vurdu.Daha sonra Sergey Boçkov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Amma olimpiadada məşq zamanı zədə aldığına görə o, turnirdə mübarizə apara bilmədi.
Sergey Brin
Sergey Brin (21 avqust 1973[…], Moskva, SSRİ) — amerikalı biznesmen, Google veb axtarış sisteminin yaradıcılarından biri. == Həyatı == Sergey Brin hazırda Google-nin texnologiya sahəsi üzrə müdiridir. O, Forbes jurnalının 2017-ci ildə dərc etdiyi dünyanın ən zəngin şəxsləri reytinqində 39.8 milyard ABŞ dolları ilə 13-ci, ABŞ milyarderləri arasında isə 5-ci yerin sahibi idi. Sergey Brin həm də dünyanın 4-cü gənc milyarderidir.
Sergey Brızqalin
Sergey Nikolayeviç Brızqalin (rus. Сергей Николаевич Брызгалин; 1917, Moskva – 11 aprel 1977, Moskva) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1966), Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi (1970–1975), Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü. == Həyatı == Sergey Nikolayeviç Brızqalin 1917-ci ildə Voronej quberniyasının Voronej şəhərində kəndli ailəsində doğulmuşdur. Orta ixtisas təhsilli olmuşdur. 1938-ci ildən Qırmızı Ordu sıralarında hərbi xidmət keçmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1942-ci ildə ordudan tərxis edilmişdir.1943–1955-ci illərdə neft sənayesində işləmiş — SSRİ Neft Sənayesi Nazirliyi Qərb Rayonlarında Baş Tikinti İdarəsinin Bakı şəhərindəki tikinti idarəsində rəis müavini, sənaye müəssisələri tikintisi idarəsinin rəisi olmuşdur. 1955-ci ilin avqust ayında Masallı rayonundakı "1 May" kolxozunun, 1965-ci ilin yanvar ayında isə həmin rayondakı eyniadlı sovxozun sədri seçilmişdir.Sergey Brızqalin sonralar Voronej Dövlət Universitetini bitirmiş və 1970–1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışmışdır.Sergey Brızqalin 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, eləcə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.Sergey Brızqalin 1977-ci il aprelin 11-də vəfat etmişdir. Moskvadakı Vaqankovo qəbiristanlığında dəfn olunmuşdur.
Serqey Sirotkin
Serqey Oleqoviç Sirotkin (d. 27 avqust 1995, Moskva, Rusiya) — Rusiya avtoyarışçısı. Avropa Formula-Abarth 2011 çempionu, GP2 yarış seriyasının iki dəfə bürünc mükafatçısı. 2018-ci ildən Vilyams Formula-1 komandasının pilotu. == Şəxsi məlumatlar == Serqeiyin sponsorlarından biri Sauber Formula 1 komandası üçün hazırladığı test nümayişləri zamanı o dövrün direktoru Oleq Sirotkinin atası olan Aviasiya Texnologiyaları Milli İnstitutu idi. 2017-ci ildə MADİ-nin məzunu, avtonəqliyyat vasitəsi fakültəsini bitirib . == Karyera == Sirotkin karyerasına 2008-ci ildə kartinqlə başladı. Birincisi, bir sıra KF3 sinif çempionatlarında oynadı, Göteborg Stora Pris çempionu oldu. 2010-cu ildə Serge KF2 sinifinin üç seriyasına qatıldı. === Formula Abart === Sirotkin 2010-cu ildə Formula seriyasında ilk dəfə çıxış etdi: "Jenzer Motorsport" komandasında "Formula-Abart" yarışında İtaliyanın 6 yarışında iştirak etdi.
Serqey Xuqayev
Serqey Zverev
Sergey Zverev (saxa Сергей Афанасьевич Зверев — Кыыл Уола 8 iyul 1900, Tyubyay[d], Yakutiya MSSR – 7 mart 1973) — Yakut xalq müğənnisi və Olonqo dastançısı. SSRİ Yazıçılar Birliyinin üzvü (1939), Rusiya Sovet Federativ Sosialist Respublikası və Yakutiya Muxtar Sovet Sosialist Respublikası əməkdar mədəniyyət işçisi. == Bioqrafiyası == Sergey Zverev 1900-cü il iyunun 25-də (6 iyul) (digər mənbələrə görə 19 avqust 1891-ci ildə) Yakutsk vilayətinin Suntarski ulusundakı Tyubyat kəndində anadan olmuşdur. 20 ildən çox rəncbər kimi çalışmışdır. Sonra Bodaybin qızıl mədənlərində mədənçi, Kempendyay Duz Zavodunda dülgər kimi çalışır. Kolxoz təsərrüfatına qoşulur, kolxozun sədri olur. 1940-1945-ci illərdə Nyurbin kolxoz teatrının aktyoru kimi çalışır. Q. Vasiliev ilə birgə Yakutiyadakı almaz sənayesinin yaranmasına həsr olunmuş «Ayxal eyiexe aar tayka» ("Sənə şöhrət, boz tayqa") poemasını yazmışdır. 1953-cü ildə Sergey Zverevin "Min Sereqim" ("Ürəyim") şeirlər toplusu nəşr olunur. Sergey Zverev Yakut rəqs mədəniyyətinin banilərindən biridir.
Serqey İqnatyev
Sergey Mixayloviç İqnatyev (rus. Сергей Михайлович Игнатьев) — Rusiya dövlət xadimi, 2002-2013-cü illərdə Rusiya Mərkəzi Bankının sədri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona yüksək qiymət olan, "B+" qiymətini vermişdir.