Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səbailik
Səbailik — Abdullah ibn Səba adlı yəmənli bir yəhudi tərəfindən qulat ideyaları üzərində qurulmuş bir təriqətdir və ilk dəfə Allahı (с.с.) insanlara tanıtmaqla insanın ilahilik prinsipini İslam dininə daxil etmişdir. Bu gün Nusayrilik inancında hakim olan Əlinin ilahilik və ilahilik prinsipi ilk dəfə bu təriqət mənsubları tərəfindən Ələvi məzhəblərinə daşınaraq qarışdırılmışdır. == İnanclar == Etiqadın əsasları Əli ibn Əbu Talib üzərinə formalaşdırılmışdır. İbn Səba Tövratda hər peyğəmbərin bir nümayəndəsi olduğunu və Əli ibn Əbu Talibin İslam Peyğəmbəri Məhəmmədin (s.a.v) nümayəndəsi olduğunu gördüyünü; Məhəmmədin ən üstün peyğəmbər olduğunu, Əlinin isə üstün nümayəndə olduğunu bildirmişdir. O, həmçinin dedi: Sünni ilahiyyatçıları Səbailəri Əli ibn Əbu Talibin ilahiləşdirilməsini təbliğ edən ilk İslam hərəkatı hesab edirdilər. Rəvayətə görə, Əli ibn Əbu Talib, onu tanrı elan edən bir qrup səbainin yandırılmasını əmr etdi və onlar Əliyə dedilər: "İndi bildik ki, sən həqiqətən tanrısan, çünki odla cəza verən ancaq Allahdır". Səbailər Əlinin ölümünü inkar edirdilər. Onun qisas almaq və ədaləti bərpa etmək üçün qayıdacağına inanırdılar. Onlar Əlini Məhəmməd peyğəmbərin vəsiyyətinin davamçısı elan etmişlər və Əlinin imamətini “dayandırmaq” (təvəkkuf) və onun Məsih olaraq “qayıtması” ideyasını ilk dəfə irəli sürmüşdülər. Yenə bəzi səbailik mənsubları “Allah Əlidə və ondan sonra gələcək imamlarda təcəlli etdi” deyirlər.
Səvrilik
Səvri məzhəbi (ərəb. المذهب الثوري‎) və ya Səvrilik — islamın sünni qolunda ilkin hüquq məktəblərindən (məzhəblərindən) biri. Məzhəbin banisi-eponimi Kufədən (müasir İraq) olan məşhur müsəlman hüquq alimi (fəqih) və mühəddis Süfyan əs-Səvridir (716–778). İslman fiqh məktəbləri arasında qısa ömürlü olanlarındandır. Müsəlman İspaniyasına qədər yayılmış və oradan Maliki məzhəbi tərəfindən sıxışdırılmışdır. Səvrinin hüquq məktəbi 11-ci əsrin əvvəllərində tamamilə yox olmuş və onun ardıcılları dörd sünni məzhəbinə (Maliki, Hənəfi, Hənbəli və Şafii) qoşulmuşdur.
Seksilik
Cinsi cazibə, cinsi cəzb etmə və ya cinsi cazibədarlıq bir fərdin başqalarının cinsi və ya erotik maraqlarını cəlb etmək qabiliyyətidir. Bu, cinsi seçimdə və ya yoldaş seçimində bir amildir. Cazibə digər amillərdən əlavə bir insanın estetikasında, hərəkətlərində, səsində və ya qoxusunda da vurğulanır. Cazibədarlığı bir insanın bəzəkləri, geyimləri, ətri və ya tərzi ilə artırmaq mümkündür.
Şəhidlik
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. == İslam dinində şəhidlər == İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə). Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
Bədii şərtilik
Bədii şərtilik — Ədəbiyyat və incəsənətdə həyatı obrazlı əksetdirmə üsulu. Bədii təsvir prinsipi olmaqla, obrazın təsvir edilən obyektlə bütünlüklə eyni olmamasıdır. Bədii şərtilik anlayışı tarixən dəyişkəndir; məsələn, Homerin mifoloji obrazları öz dövrünə görə həyati olduqları halda, klassisizm ədəbiyyatında sırf şərtidir. Bədii ədəbiyyatda şərtilik, əsasən, bədii təsvir vasitələrinə, obraza və zamana münasibətdə təzahür edir. Dünya ədəbiyyatında İohann Volfqanq Hötenin "Faust", Frans Kafkanın "Çevrilmə", rus ədəbiyyatında Nikolay Vasilyeviç Qoqolun "Burun", Mixail Afanasyeviç Bulqakovun "Usta və Marqarita" əsərləri, Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin "İblis", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" pyesləri, Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı", Yusif Səmədoğlunun "Qətl günü", Elçinin "Ağ dəvə", Mövlud Süleymanlının "Köç" romanları və s. bədii şərtilik prinsipləri əsasında yazılmışdır. Azərbaycan təsviri sənətində də bədii şərtilik ünsürlərinə təsadüf edilir (Rasim Babayev, Mircavad Mircavadov, Cahid Camal və başqalarının yaradıcılığı). Bədii şərtiliyə təmsil, elmi fantastika və s. janrlar daha çox meyil edir. Ədəbiyyat və incəsənətdə bədii şərtiliyin üslub səviyyəsinə qalxması mifologiya və folklordan geniş istifadə olunması ilə bağlıdır.
Şəhidlik Fatima
Fatimiyə günləri — şiələr tərəfindən Cəmadiyələvvəl və Cəmadiyəlaxır aylarında 20 gün ərzində Məhəmmədin qızı Fatimənin şəhid olmasının ildönümü münasibətilə mərasimlərin keçirilməsi.
Ayrı-seçkilik
Ayrı-seçkilik və ya diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Ayrı seçkilik
Ayrı-seçkilik və ya diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Azərbaycanda şəhidlik
Azərbaycanda şəhidlik — Azərbaycan Respublikasında dini və hüquqi baxımdan "şəhid" anlayışının mənası. == Etimologiyası == "Şəhid" sözü Azərbaycan dilində ərəb dilində "شهيد" ([ʃahiːd], qad. شهيدة [ʃahiːdah], cəm. شُهَدَاء [ʃuhadaː]) sözündən keçmişdir. Sözün əsl mənası "şahid" və ya "tanıq" deməkdir. Bu, yunan dilində "martis" (μάρτυς, hərf. şahid) sözünün tərcüməsidir. Azərbaycan dilinin izahlı lüğətində "şəhid" sözünün mənası "yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən adam" kimi verilmişdir. Həm isim, həm də "olmaq" sözünün əlavə edilməsilə fel kimi istifadə oluna bilir. Qadınlar üçün "şəhidə" işlənir. == Hüquqi baxımdan == === Tərif === Azərbaycan qanunvericiylində "şəhid" anlayışı ilk dəfə Birinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin imzaladığı 3 sentyabr 1993-cü il tarixli "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun ilə tənzimlənmişdir.
Şəhidlik Məscidi
Şəhidlik Məscidi — Almaniyanın Berlin şəhərində yerləşən məscid. Dörd mərtəbəli binada 1500 nəfər ibadət edə bilər. Kompleksə mədəniyyət mərkəzi, məlumat və görüş mərkəzi də daxildir. Məscid Türk-İslam Dəyanət İşləri Birliyi tərəfindən idarə olunur. Məscid adını 1866-cı ildə diplomatik qəbiristanlıq kimi təşkil edilən türk qəbiristanlığından almışdır. Məsciddə Camal Əzmi bəyin, Bahəddin Şakirin və Cahangir bəy Kazımbəylinin də məzarları var. == Tarixi == 1999-cu ildə təməli qoyulan məscidin tikintisi 2005-ci ildə başa çatdırılıb. Məscid Hilmi Şenalp tərəfindən Osmanlı memarlıq üslubunda tikilmişdir. Məscid 2010-cu ildə dörd yanğına məruz qalmışdı. 2011-ci ildə cinayəti törədən şəxs tutuldu və ona iki il doqquz ay həbs cəzası verildi.
İrqi ayrı-seçkilik
İrqi ayrı-seçkilik — irq əsasında şəxslərə qarşı ayrı-seçkilik. İrqi seqreqasiya siyasəti irqi ayrı-seçkiliyi bir növ "qanuniləşdirsə" də, dünya dövlətlərinin qanunvericiliyində belə fəaliyyət qadağan olunur və onun dəstəklənməsi ədalətsizliyə səbəb olur. == Dünya üzrə == Dünya Dəyərləri Sorğusunun məlumatlarına əsasən, The Washington Post qəzetinin təhlil etdiyi kimi, dünyada irqçiliyə qarşı ən az tolerantlıq nümayiş etdirən ölkə İordaniyadır. Tədqiqata əsasən, irqi tolerantlıq etnik müxtəlifliyin olduğu Asiya ölkələrində də aşağı səviyyədədir, bununla belə Qərbi və Mərkəzi Avropa ölkələri və ABŞ nisbətən irqi tolerant dövlətlər hesab olunurlar. Bu sahədə 30 ildən çox müddətdə aparılmış tədqiqatlar 10 fərqli ölkədə əmək, mənzil və məhsul bazarlarında qeyri-ağlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik olduğunu aşkar etmişdir. === Hindistan === Dünya Dəyərləri Sorğusuna əsasən, ikinci ən irqçi dövlət Hindistandır. Burada Hindistan əhalisi tərəfindən digər dövlətlərin vətəndaşlarına qarşı həm dərisinin rəngi, həm də mənsub olduğu ölkəyə görə fərqli münasibət göstərilir. Hindistanda xüsusilə afrikalılar irqçilikdən əziyyət çəkirlər, hətta onlar hücuma məruz qalır və öldürülürlər. === Niderland === Niderlandda aparılmış və 2013-cü ildə yayımlanmış bir tədqiqat nəticəsində aşkar edilmişdir ki, ərəb dilində səslənən adları olan iş axtaranlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik edilir. === Liberiya === Liberiyanın Konstitusiyası qeyri-qaraların vətəndaşlıq üçün qeyri-məqbul olduğunu müəyyən edir.
Şəhidlik zirvəsi (film, 2001)
== Məzmun == Film Azərbaycanın 1990-cı il 20 Yanvar şəhidlərinə həsr olumuşdur. Burada müxtəlif dövrlərdə ölkəmizin azadlığı uğrunda mübarizə aparıb şəhid olan xalqımızın oğul və qızlarından söhbət açılır. Filmdə 1828-ci ildən bizim günlərə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr öz geniş əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Ssenari müəllifi: Xamiz Muradov, Eldar Quliyev, Oqtay Mirqasımov Operator: Sərdar Vəliyev, Nizami Abbas, Rəfael Salamzadə Musiqi tərtibatı : Rauf Əliyev Səs operatoru: Kamal Seyidov Məsləhətçi: Fatma Abdullazadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.