Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Renat Salavatov
Renat Salavat oğlu Salavatov (tatar. Ренат Салават улы Салаватов, 5 noyabr 1949-cu il, Çimkənd, Qazaxıstan SSR, SSRİ) — SSRİ dirijoru, bəstəkarı. Tatarıstanın xalq artisti və Qazaxıstanın əməkdar mədəniyyət xadimi, Rusiya Federasiyasının əməkdar artisti (2010). Musa Cəlil adına Tatarıstan Opera və Balet Teatrının baş dirijoru (2003-cü ildən). Renat Salavatov oğlu Salavatov 5 noyabr 1949-cu ildə Qazaxıstan SSR-in Çimkənd şəhərində anadan olub. 1969-cu ildə Moskva Mərkəzi Musiqi Məktəbinin violonçel (müəllim Alla Evgenievna Vasilieva), 1974-cü ildə Leninqrad Dövlət Konservatoriyasının (indiki N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) simfonik dirijorluq fakültəsini bitirmişdir. Konservatoriyada onun müəllimləri professorlar K.A.Simeonov və İ.A.Musin idilər. Orduda xidmətdən sonra təhsilini professor L.M.Qinzburgun kursunda P.İ.Çaykovski adına Moskva Konservatoriyasının aspiranturasında davam etdirmişdir. 1979-cu ildə aspiranturanı bitirdikdən sonra Kazan şəhərindəki Tatarıstan Dövlət Filarmoniyasının simfonik orkestrinin rəhbəri vəzifəsinə qəbul edilmişdir. 1985-ci ildə Abay adına Qazaxıstan Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsinə dəvət edildi.
Tulparxan Salavatov
Tulparxan Salavatov (Salavatov Tulparxan Şarabudinoviç; 13 oktyabr 1950, Bakı – 16 avqust 2021) — texnika elmləri doktoru (1990), professor (2003), AMEA-nın müxbir üzvü (2014). Tulparxan Salavatov 13 oktyabr 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mədən fakültəsini bitirib. Tulparxan Salavatov əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqlarının Problemləri İnstitutunda kiçik elmi işçi olaraq başlayıb. O, 1978-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft yataqlarının işlənməsi və istismarı kafedrasında ardıcıl olaraq böyük mühəndis, EHM rəisi, assistent, dosent, professor və kafedra müdiri vəzifələrini icra edib. Tulparxan Salavatov 2001-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub. 2009-2015-ci illərdə D.02.141 Dissertasiya Şurasının sədr müavini, 2017-2018-ci illərdə sədri, 2019-cu ildən isə ED 2.03 Dissertasiya Şurasının sədr olub. Tulparxan Salavatov "Azərbaycan neft təsərrüfatı", Rusiyanın "Нефтепромысловое дело", "Геология, геофизика и разработка нефтяных и газовых место-рождений", "Aктуальные проблемы нефти и газа" və "Нефтегазовое дело" jurnallarının redaksiya heyətinin və redaksiya şurasının üzvü idi. Tulparxan Salavatov 1981-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1990-cı ildə texnika üz­rə elmlər doktoru elmi dərəcələrini, 2003-cü ildə isə professor elmi adını alıb. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilən Tulparxan Salavatov, həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, eləcə də Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) üzvü idi.
Alim Paşa Salavatov
Alim Paşa Salavatov (rus. Алимпаша Салаватов;29 oktyabr 1901, Yaxsay, Xasavyurd rayonu – 1942, Sevastopol, SSRİ) — kumuk şairi və dramaturqu, Kumuk dramaturgiyasının banisi, SSRİ Yazıçılar İttifaqının üzvü (1936) == Həyatı == Alim Paşa Qanpolad oğlu Salavatov 29 oktyabr 1901-ci ildə Rusiyanın Dağıstan vilayətinin Aksay kəndində anadan olmuşdur. Milliyyətcə kumuk türküdür. Altı yaşında valideynlərini itirmiş, özgə insanların himayəsində yaşamağa məcbur olmuşdur. Orta məktəbi Teymuxanşurada bitirmiş, sonra Kazanda pedaqoji məktəbdə oxumuşdur. 1924-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. İnstitutu bitirdikdən sonra Buynaksk Pedaqoji Məktəbində dərs demişdir. Daha sonra Mahaçqalada Rusiya Elmlər Akademiyasının H. Sadasa adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunda elmi tədqiqiatçı kimi çalışmışdır. Eyni zamanda, Şərq Xalqları İnstitutunun aspiranturasına daxil olmuşdur. 1936-cı ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.