Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Almanca
Alman dili (alm. Deutsch, tələffüs olunur: [ˈdɔʏtʃ]; deutsche Sprache) — almanların, avstriyalıların, lixtenşteynlilərin, eləcə də isveçrəlilərin çoxunun dili, Almaniyanın, Avstriyanın, Lixtenşteynin rəsmi dili, İsveçrənin, Lüksemburqun və Belçikanın rəsmi dillərindən biri. Çin, ərəb, hindi, ingilis, ispan, benqal, portuqal, rus və yapon dillərindən sonra dünyada ən çox yayılmış dildir. Bu dil Avropa Birliyinin rəsmi və işçi dillərindən biridir. Alman dili hind-avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Latın əlifbası əsasında yaranan yazısına umlautlu üç sait (ä, ö, ü) və esset (ß) liqaturası əlavə edilib.
Almanca Vikipediya
Almanca Vikipediya (alm. Deutschsprachige Wikipedia‎) — Vikipediyanın Alman dilində olan bölməsidir. Bu günə gədər 2.842.329 məqalə yaradılıb.
Salamanka
Salamanka (İspaniya) — İspaniyada şəhər. Salamanka (Çili) — Çilidə şəhər. Salamanka Universiteti — İspaniyada universitet.
Salmanlı
Salmanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Salmanlı rayonun ucqar kəndidir, kənd ilə Sabirabad rayonunun mərkəzi arasındakı məsafəsi 70 km-dir və şimaldan rayonun Muğan Gəncəli kəndiylə sərhəddir. Kənd cənubdan Salyan rayonun Aşağı Noxudlu kəndiylə sərhədir , Salmanlı kəndinin Salyan şəhəri ilə olan məsafəsi 12-kilometrdir. == Təhsil == == İqlimi və coğrafiyası == Orta temperatur yanvarda 1,8 C, iyulda 36.5 C -dir. İllik yağıntı 300 mm-dir. Əsas çayı Kürdür. Əs asən, boz-çəmən torpaqları yayılmışdır. Kür çayı sahilində tuqay meşələri mövcuddur.[mənbə göstərin] == Təbiəti == Salmanlı kəndin ərazisində bir çox təbiətə uyğunlaşmış canlılar var, bunlardan dovşan , tülkü, canavar, çaqqal, çöl pişiyi,quşlardan turac. Sürünənlərdən ən zəhərli ilan gürzə və başqa növ ilanlar da çoxluq təşkil edir.[mənbə göstərin] == İqtisadiyyatı == Əsasən heyvandarlıq və bostançılıqla məşğul olan yerli əhali kənd təsərüffatı və əkinçiliklə də məşğul olur.Pamidor istixanaları və daha çox yonca, qarpız, yemiş, taxıl əkirlər. Son illər üzüm, xurma, badam, püstə və alça bağları salınmaqdadır.
Albanca
Alban dili (gjuha shqipe) — Hind-Avropa dilləri ailəsinə aiddir. Balkan yarımadasında, Kosovo, İtaliya və Yunanıstan ərazisində yayılmışdır. Alban dili iki əsas dialektə bölünür: cənub (tosk) və şimal (qek). Alban dilinin fonoloji sistemi 7 sait və 29 samit fonemdən ibarətdir. Qrammatik quruluşuna görə sintetik-flektiv dillərə aiddir. Sintaktik baxımdan sərbəst söz sırası üstünlük təşkil edir.
Salyana
Salyana — Qarabağ xanlığında vergi növü. Hərfi mənası farsca «illik» deməkdir. Bəzi müəlliflər qeyd edir ki, xanlıqlar dövründə xəzinənin xeyrinə toplanan malcəhət vergisi «salyana» adlanırdı. Verginin adına istinad etsək, bu verginin arpa və buğda şəklində illik yığılan vergi olduğunu aydınlaşdırmış olarıq.
Almanya
Almaniya (alm. Deutschland‎ [ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dən sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir. Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir.
Anar Salmanov
Anar Salmanov (Anar Salmanov;4 oktyabr 1980, Bakı) — Azərbaycanlı futbol hakimi, FİFA kateqoriyalı, Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunun müəllimidir. 2003-cü ildə futbol üzrə Azərbaycan çempionatının oyunlarına hakim təyin olunub. Beynəlxalq oyunlara 2010-cu ildən xidmət edir. . == Həyatı == Anar Salmanov 1980-ci il oktyabrın 4-də Bakıda anadan olub. Yeddi yaşında Bakının “Neftçi” klubunun nəzdindəki futbol məktəbində futbol oynamağa başlayıb. 16 yaşında “Neftçi”də oynayıb, lakin zədə səbəbindən futbolçu karyerasını tərk edərək hakimlik edib. 1997-ci ildə Salmanov Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olub. Ordudan qayıtdıqdan sonra magistraturaya daxil oldu. 2003-cü ildən həmin institutda dərs deyir.
Arif Salmanov
Arif Salmanov Hənifə oğlu -( d.1942-ci ildə Bakı şəhəri) coğrafiya elmlər doktoru == Həyatı == A.H.Salmanov 1942-ci ildə Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakultəsini bitirmişdir. == Elmi fəaliyyəti == O, 1973-cü ildə «Azərbaycanın dəniz sahili zonasında kurort təsərüfatının coğrafi problemləri» mövzusunda namizədlik, 1991-ci ildə isə «SSRİ-nin arid zonaları əhalisinin istirahətinin ərazi təşkili» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1991-2000-ci illərdə Azərbaycan EA Coğrafiya institutunun «İqtisadi və sosial coğrafiya» şöbəsinin müdiri işləmişdir. İqtisadi Coğrasiya sahəsində «Rekreasiya Coğrafiyası», «Turizm Sənayesini ərazi təşkili», «Sosial infrastrukturun ərazi təşkili», «Arid rekreasiya sistemi» və «Urbarekresiya kompleksi» konsepsiyalarının müəllifidir. O, «Azərbaycanın dəniz sahili kurort zonasının coğrafiyası», «Cənubda istirahət», «Birləşmiş rekreasiya sistemlərinin yaradılmasının Coğrafi problemləri», «İnsan və mühit rekreasiya» və başqa elmi əsərlərin müəllifidir.
Aslan Salmanov
Aslan İsrafil oğlu Salmanov (5 aprel 1988, Tatalılar, Jdanov rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aslan Salmanov 5 aprel 1988-ci ildə Beyləqan rayonunun Tatalılar kəndində anadan olmuşdur. == Hərbi xidməti == Aslan Salmanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Aslan Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aslan Salmanov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Salmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Salmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aslan Salmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azər Salmanov
Azər Vəfadar oğlu Salmanov (29 aprel 1991; Saray, Abşeron rayonu, Azərbaycan — 28 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Azər Salmanov 29 aprel 1991-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində Vəfadar Salmanovun və Zahidə Salmanovanın ailəsində anadan olmuşdur. Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə natamam orta təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra sürücü olaraq çalışmışdır. Ailəli idi. == Hərbi xidməti == Azər Salmanov 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azər Salmanov səfərbər olunmuşdur. 5 oktyabr 2020-ci ildə Qubadlıya döyüşlərdə iştirak etmək üçün göndərilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Azər Salmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir.
Ağaxan Salmanlı
Ağaxan Əli oğlu Salmanlı (29 oktyabr 1941, Orconikidze rayonu – 29 fevral 2020, Bakı) — Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, Azərbaycanın xalq artisti (2005), "Qızıl dərviş" mükafatı laureatı. == Həyatı == Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949–1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960–1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.29 fevral 2020-ci ildə səhər saatlarında qəflətən vəfat etmişdir.
Ağaxan Salmanov
Ağaxan Əli oğlu Salmanlı (29 oktyabr 1941, Orconikidze rayonu – 29 fevral 2020, Bakı) — Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, Azərbaycanın xalq artisti (2005), "Qızıl dərviş" mükafatı laureatı. == Həyatı == Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949–1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960–1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.29 fevral 2020-ci ildə səhər saatlarında qəflətən vəfat etmişdir.
Bayram Salmanov
Bayram Salmanov - azərbaycan əsilli Rusiya rəssamı, Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvü. == Həyatı == Bayram Salmanov 1965-ci ildə Şəkinin Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayan həmvətənimiz bir çox mükafatlara layiq görülüb. Bayram Salamov Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamalr Federasiyasının üzvüdür. Onun rəsm əsərlərinin ibarət sərgisi Praqa, Berlin, Limasol, Paris və Moskva şəhərlərində keçirilib. 4 noyabr 2014-cü ildə Bayram Salmanovun Bakıda impressinizm üslubunda yaratdığı rəsm əsərlərinin sərgisi keçirilib.
Etibar Salmanov
Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019). == Həyatı == Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur. == Yaradıcılıq fəaliyyəti == Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.
Fərman Salmanov
Fərman Qurban oğlu Salmanov (28 iyul 1931, Morul, Şamxor rayonu – 31 mart 2007, Moskva) — 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı sovet geoloqu, Sosialist Əməyi Qəhrəmanı. Rusiya Federasiyasının əməkdar geoloqu, geologiya-minerologiya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiya" rəhbəri (1978–1987), SSRİ Geologiya nazirinin birinci müavini (1987–1991), Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı. Lenin ordeni (1970), Qırmızı Əmək Bayrağı ordeni (1971, 1976), "Oktyabr inqilabı" ordeni (1983), Lenin mükafatı (1970), İvan Qubkin mükafatı (1980) ilə təltif olunmuşdur. 2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib. == Həyatı == Fərman Salmanov Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gəlir və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surgut bölgəsinə getməyi qərara alır. O vaxt Sovet geoloji dairələrində Sibir perspektivsiz ərazi kimi təqdim edilirdi. Rəsmi dairələr Salmanovun bu qərarına görə ona qarşı cinayət işi qaldırmaq istəyirlər, lakin komandasının tətil hədə-qorxuları hakimiyyət dairələrinin missiyaya raziliq verməsi ilə nəticələnir.
Gülnar Salmanova
Salmanova Gülnar Əlifağa qızı (24 iyul 1956, Xıllı, Neftçala rayonu – 24 oktyabr 2015, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar Artisti (2001). == Həyatı == Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə oğlu dünyaya gəlib. 1981-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib. Həmin ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib. Aparıcı səhnə ustası, güclü və məlahətli soprano səsə malik idi. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edirdi. Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.
Mais Salmanov
Salmanov Mais Qurban oğlu (12 fevral 1933, Şamxor – 25 iyul 2008, Bakı) — xanəndə, Azərbaycan Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti, prezident təqaüdçüsü. == Həyatı == 12 fevral 1933-cü ildə Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun rolunun ifaçısı olub. Tanınmış neftçi-alim Fərman Salmanovun qardaşıdır. 2008-ci ildə Bakıda vəfat etmişdir.
Məmməd Salmanov
Məmməd Salmanov (Salmanov Məmməd Əhəd oğlu; 12 yanvar 1932, Qaraqışlaq) — Biologiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2001), AMEA-nın həqiqi üzvü (2007). == Həyatı == Məmməd Salmanov 1932-ci il yanvarın 12-də Ermənistanda Qaraqışlar kəndində anadan olmuşdur. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu bitirmişdir, biologiya elmləri doktorudur. Onun çapdan çıxmış elmi əsərlərin ümumi sayı 180, xaricdə çıxmış elmi əsərlərin sayı isə 76 . Məmməd Salmanov 2001-ci ildə AMEA-nın müxbir üzvi, 2007-ci ildə isə həqiqi üzv seçilmişdir. == Əsas elmi nailiyyətləri == XX əsrin 50-ci illərində müxtəlif iqlim-coğrafi şəraitdə yaradılan süni su hövzələrinin (Volqa üzərində-Kuybişev və Kür cayı məcrasında — Mingəcevir su anbarları misalında) formalaşmasında ümumi qanunauyğunluğun təyin və elmi-cəhətdən əsaslandırılması; Kür və Araz çayları hövzəsində uzun müddətli antropogen təsirlərin nəticəsində ekosistemdə mikrogeoloji sukçessiyanın yaranmasının subatı və ekoloji təzadları; Xəzər dənizində üzün maddələr balansının təyin edilməsi. Həmçinin Xəzərdə antropogen evtroflaşmanın ekoloji təzadları və oksigen məsrəfinin artması səbəbləri. "Tətbiqi ekologiyanın əsasları", "Ekologiya və biz", "Bir içim su" dərslik vasitələri kitabları; "Xəzər dənizinin bioloji məhsuldarlığının ekologiyası", "Kür çayı hövzəsinin ekologiyası" monoqrafiyaları. 2 metodik tövsiyə. == Əsas elmi əsərlərin adları == Azərbaycanın su hövzələrinin müasir ekoloji vəziyyəti (1973, monoqrafiya, Bakı) Xəzərin məhsuldarlığı proseslərində mikrofora və fitoplanktonun rolu (1987, Moskva "Nauka"-monoqrafiya.
Paşa Salmanov
Paşa Həkim oğlu Salmanov (18 avqust 1995, Çərəcə, Göyçay rayonu – 6 dekabr 2020, Ağdam rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Salmanov Paşa Həkim oğlu 1995-ci il avqustun 18-də Göyçay rayonunun Çərəcə kəndində anadan olub. == Təhsili == Paşa Salmanov 2002-ci ildə Göyçay rayonu Çərəcə kəndində 1-ci sinifə daxil olub. == Hərbi xidməti == Paşa Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Rafiq Salmanov
Rafiq Salmanov (d.20 aprel 1949, Bakı ş.)-(ö.29 noyabr 2018, Bakı ş.) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, YUNİSEF və “Qızıl qələm” mükafatları laureatı, “Azərbaycan pioneri”, “Vışka”, “Xalq qəzeti” qəzetlərində, “Azərbaycan qadını” jurnalında fotomüxbir. == Həyat və fəaliyyəti == Rafiq Salmanov 1949-cu ildə Bakıda anadan olub. Orta məktəb illərindən bədii yaradıcılığa maraq göstərib. İncəsənət sahəsində ixtisas təhsili aldıqdan sonra bir müddət paytaxtın mədəni-maarif ocaqlarında çalışıb.Bədii fotoqrafiya sahəsində ərsəyə gətirdiyi seçilən nümunələr, mədəniyyət mövzusunda ilk qələm təcrübələri və qəzet-jurnal redaksiyaları ilə sıx əlaqələri çox keçmədən Rafiq Salmanovu jurnalistikaya gətirib. Bu sahədə çoxillik fəaliyyətə “Azərbaycan pioneri” uşaq qəzetində başlamış fotojurnalist sonrakı illərdə fəaliyyətini “Azərbaycan qadını” jurnalında və “Vışka” qəzetində davam etdirib. Fotojurnalistika sahəsində uğurları və musiqi incəsənəti ilə bağlı silsilə yazıları ilə diqqəti cəlb etmiş R.Salmanov müstəqilliyin ilk dövründən “Xalq qəzeti”nin redaksiyasına dəvət alıb, ömrünün sonunadək burada çalışmışdır. F. Salmanovun incəsənətlə bağlı yazılardan ibarət 4 kitabı Azərbaycanda jurnalist tədqiqatının ən yaxşı örnəkləri sırasında yer alıb, çoxsaylı foto nümunələri isə ölkədə və xaricdə sərgilənmişdir. Jurnalist və müsiqiçi kimi Rafiq Salmanov Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi muğam müsabiqələrinin və digər incəsənət layihələrinin təbliğçilərindən olub.Jurnalistika və mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlərə görə Rafiq Salmanova Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" adı verilib, yaradıcılıq uğurları müxtəlif mükafatlara layiq görülmüşdür.
Razik Salmanov
Razik Telman oğlu Salmanov (24 yanvar 2000; Gündüzqala, Qusar rayonu, Azərbaycan — 27 oktyabr 2020; Cütcü, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Razik Salmanov 24 yanvar 2000-ci ildə Qusar rayonunun Gündüzqala kəndində Telman Salmanovun ailəsində anadan olmuşdur. 2006-2017-ci illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Razik Salmanov 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Razik Salmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Razik Salmanov 27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Cütcü kəndi istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Sadiq Salmanov
Sadiq Söhbət oğlu Salmanov - Azərbaycanlı şəhid. == Həyatı == Salmanov Sadiq Söhbət oğlu 23 mart 1978-ci ildə Arıqıran kəndində anadan olub. 22 iyun 1998-ci ildə şəhd olub. == Təhsili == O,1995-ci ildə Arıqıran kənd orta məktəbini bitirmişdir. Məktəbdə oxuduğu müddətdə müəllimlərinin və şagird yoldaşlarının dərin hörmətini qazanmışdır. == Hərbi xidməti == 1996-cı ildə hərbi xidmətə gedib. 22 iyun 1998-ci ilədək N saylı hərbi hissədə mühəndis istehkam bölüyündə, Tərtər rayonunun Marquşavan kəndində hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu iki il müddətində hər vaxt komandirlərinin döyüş tapşırığını yerinə yetirməklə bərabər öz mərdliyi, cəsurluğu ilə fərqlənmişdir. == Vəfatı == 1998-ci il iyun ayının 22-də döyüş tapşırığını yerinə yetirərkən aldığı ağır güllə yarası nəticəsində şəhid olmuşdur. == İstinadlar == "Gədəbəy Şəhidləri".
Salamanka (Çili)
Salamanka — Çili şəhəri.
Salamanka (İspaniya)
Salamanka — İspaniyada şəhər. İspaniyanın Kastiliya və Leon muxtar vilayətinin (ispanca Comunidad autonoma)cənub-qərbində yerləşən eyniadlı ərazi vahidinin paytaxt şəhəridir. Əhalisi 154.462 nəfər olmaqla Çarro düzənliyində, Tormes çayının sahilində yerləşir. Əsası 1218-ci ildə Alfonso XI de Leon tərəfindən qoyulmuş Avropanın ən qədim universiteti sayılan Salamanka Universiteti bu şəhərdə yerləşir. Salamanka 1988-ci ildə YUNESKO tərəfindən Bəşəriyyət İnciləri siyahısına daxil edilmişdir. Dünyanın müxtəlif yerlərindən olan çoxsaylı turistləri özünə cəzb edən Catedral Vieja, Catedral Nueva, Casa de las Conchas, Plaza Mayor, Convento de San Esteban kimi tikililər mühüm memarlıq inciləri sayılır. 2002-ci ildə Avropanın Mədəniyyət Mərkəzi elan edilmişdir. İspaniyanın mühüm turist mərkəzlərindən biridir.
Kamança
== Musiqi alətinin yaranması ilə bağlı rəvayət == Bu musiqi alətinin yaranması ilə bağlı tarixdə rəvayətlər dolaşmaqdadır. Əfsanəyə görə, min illər öncə göylər padşahı qartal bir ceyranı parçalayaraq onun bağırsaqlarını caynağına alıb ağacın başına atır. Bağırsaq budaqlara ilişir, isti günəş altında quruyub tarıma çəkilir, incəlir. Şiddətli küləyin təsirilə budaqlar ona toxunur, bu zaman əsrarəngiz səslər yaranır. Beləcə, günlər keçir, küləyin yaratdığı bu ecazkar səs hər kəsin zövqünü oxşayır. Günlərin bir günü külək dayanır, musiqi kəsilir. Bu ecazkar səs üçün insan övladı darıxmağa başlayır. Beləliklə, kamança musiqi aləti yaranır. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da tarixən simli calğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə heyvan bağırsağından hazırlanır.